Könlüm Qarabağdan keçər...

Könlüm Qarabağdan keçər...



















Bəsti İsmayıl
Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi


Bu başlıq Səməd Vurğuna uyğunlaşdırılmayıb. Məşhur türk müğənnisi Kayahan oxuyur:

“Mən Anadolu çocuğuyum,
könlüm sevgidən keçər”.

Mirzə Cəlil demiş, “bəzi vaxt otururam və papagımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram ki, mən kiməm?”

Öz-özümə də cavab verirəm ki: "Mən qarabağlı çocuğuyam, könlüm Qaarabağdan keçər".

Fəqət, yalnız könlümüz keçir...

Bir azdan o da olmayacaq...

Çünki könlündən Qarabağ keçənlər də azalır. “Mən sənsiz ölmədim, məni bağışla”(R.Rövşən). Amma sənsiz ölənlərimiz çox oldu, Qarabağ! Xudu Məmmədov, Famil Mehdi, Adil Atakişiyev, bu sətirlərin müəllifinin böyük qardaşı – yazıçı, publisist Yusif İsmayıl...

Bu siyahı o qədər uzundu ki...

Evim yuxarı mərtəbədə olduğundan pəncərədən Murov dağı görünür...

Gözlərim ağrıyana qədər baxıram. Uşaqlığını Murovdağ yaylaqlarında keçirən bir insan üçün nə qədər yaxın və həm də bir o qədər uzaq olan yerə hər gün yana-yana baxıb köksötürməyin zaman ölçüsü çox uzandı. “Getməsək də, gəlməsək də, o dağ bizim dağımızdı”, həm də sinə dağımızdı...

O biri pəncərədən baxıram, hava açıq olanda Ağdamın kəndlərini görürəm, gözümü yumub Qarabağın havasını uduram və burnumda bir göynərti hiss edirəm. Həmişə taxıl biçiləndən sonra oralardan daha çox yanıq iyi gəlir. Deyirlər ki, küləş yandırırlar...

Heç olmasa pəncərəni aç deyər –

Burda necə oturmusan, sən, necə?!

Bu nə yanıq qoxusudu, İlahi,

Elə bil ki, adam yanıb indicə.

Bəli, adam yanıb tökülür. Mən işğal olunmuş torpaqlarda doğulmadım; Tərtər doğumluyam, amma bir qarabağlı kimi içimdə Qarabağ yangısı var. Həsəd aparıram oralardakı çiçəklərə, böcəklərə, qarışqalara, canavara, tülküyə.., ilana-çəyənə. Onlar hələdə “qarabağlıdılar”. Bəzən buralarda qəribə cücülərdən, canavarların, ilanların çoxalmasından danışırlar, deyirlər ki, oralardan – işğal torpaqlarından gəlirlər. Nə deyirsiniz deyin, buna çox sevinirəm. Əcəb eləyirlər! Tülkü gəlib toyuq aparanda, canavar qoyun qıranda, ilan gəlib bizi çalanda... sevinirəm. Neyləsinlər, biz gedə bilmirik... qoy onlar gəlsinlər...

Gəlin, gəlin! Bizi mürgüləməyə qoymayın! Şəklindən belə qorxduğum ilandır ki, ona da deyirəm, xoş gəldin, “ilan balası”. Sən oralarda “canına doldurduğun çiçəyin, otun qoxusunu, küləyin nəfəsini” bəlkə, buralarda bizimlə paylaşmaga gəlmisən?! Bu ilan balası canında Qarabağ dərdi gəzdirir. Canında gizlənən bu dərd bir gün zəhərə çevrilər “özündən xəbərsiz”. Bizi tapar, sonra “boğazını qəhər tutar”. Zəhərləmək istəmirdim, ayıltmaq istəyirdim – deyər.

Durma buralarda, ilan balası. Gəldin, gördün... sənə nə dedilər? Sənə “həyat davam edir“ dedilər. Sən buralı olma, ilan balası, qayıt oralara... Ağdamda, Şuşada, Kəlbəcərdə qal. Sən oralı ol! Sürün get! Get yerin altına. Baş çəkilməyən məzarlara gir! Baş çək buralı “qarabağlılar” əvəzdən...

Yanmış evlərin, xaraba divarların sakini ol! “Barış”ma canındakı zəhərli dərdlə! Deyirlər ki, ilan qisasçı olur. Qisası qiyamətə qoyma, ilan balası!

“Qarabağlı” ilan balası, mən də qarabağlı çocuğuyam. Bir gün sənin kimi sürünə-sürünə də olsa, Qarabağdan keçəcəyəm!
Gözlə məni...

Qarabağdan təkcə könlümüzün deyil, özümüzün keçməsi üçün, bəlkə dərdimiz hələ zəhərə çevrilməyib. Zəhərimiz çatmır, yoxsa sevgimiz? Sevgili Vətəndən keçmək üçün mütləqdimi dünya siyasətinin, siyasətçilərin hansı qərara gələcəyinə ümid etmək? Biz sevgimizi Qarabağa, zəhərimizi düşmənə necə bildirək? Oturub, yana-yana söz deməkləmi?

Sözün təsiri böyükdü, anlayana. Sözü yazan qələmin yanında qılınc da olmalıdı...

İlan balası “qabığından yüz yol çıxdı”, bizim qılıncımız qınında pas atdı. Hərdən qıcanırıq, amma qılıncımızı sıyırmırıq. Kəsəsi,: könlümüzün, özümüzün Qarabağdan keçməsi üçün millət sevgisini, zəhərini cəmləyib qılıncını sıyırmalıdı...

Ayrı yol varmı?

“ Tək bircə yol qalar, –

o yol özünsən,

Özün öz yolunsan, ilan balası”./Xudaferin.eu /

Könlüm Qarabağdan keçər...
07 mart 2019 /

Könlüm Qarabağdan keçər...

Похожие новости

BİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1988-ci ildə – ermənilərin Qarabağ hay-küyü ciddi sürəklə duyulmaqda idi. O ilin yayında Kəlbəcərdə yerli "Yenilik" qəzetində təcrübə kursunda idim. O

Ilahi, bu yurda bir nəzər yetir...

Vətən paytaxtında köçkün adıyla, Yaşıya bilmirəm, atam balası. Rəzalət yükünü alıb çiynimə, Daşıya bilmirəm, atam balası. Mənim tər sevincim, bənövşə arzum, Bükübdü boynunu bənddə qalıbdı. Hələ

Emin Ağalarova sərt məktub: “Əgər Yerevan haqda yana-yana oxuyan o erməni axçisi…”

Azərbaycanın Xalq artisti Hörmətli Emin Ağalarova səmimi məktub! Sizə hər zaman pərəstiş etmişəm. Bir azərbaycanlı, şirvanlı balası kimi. Çünki dünya sizi belə tanıyır. Və dünyanın sizi tanıması,

İstəmirəm belə yaşı...

Mayıl Dostu 12 mart 1992-ci ildə Ağdərə rayonunun azərbaycanlılar yaşayan 12 kəndinin ermənilər tərəfindən işğal edilməsinin 25 ili tamam olur. Baş qaxıncım, gödək dilim, Çatdı yetkin, çal yaşına,

Ramiz Rövşənin 71 yaşı tamam oldu

Görkəmli şairimiz Ramiz Rövşənin 71 yaşı tamam oldu. Bu münasibətlə böyük şairimizi veteranlar adından təbrik edir və yaradıcılıq uğurları arzulayırıq. Qara paltarlı qadın Ramiz Rövşən Kişilər bir
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ