Əsirlikdən Səkinənin məktubu

Əsirlikdən Səkinənin məktubu




















Bu məktubu erməni əsarətindən xoş təsadüf nəticəsində xilas olmuş,ömrünün son günlərini yaşayan nurani bir qoca gətirmişdi.


Qoca bir dəri, bir sümük qalan titrək barmaqlarını özü kimi zamanın hökmündən, taleyin acı işgəncələrindən rəngi dəyişən nimdaş pencəyinin yaxasına apardı. O, bir qədər qurdalanıb yoruldu. Məzəmmət dolu baxəşlarını üzümə dikib:
- Əllərimdə hey qalmayıb, oğlum, çıxara bilmirəm - dedi.
Onun gileyini dünyamı, yoxsa namərd adamlaramı yönəldiyini anlaya bilmədim. Odur ki, soruşdum:
-Nəyi çıxara bilmirsən, baba?

Qoca nəfəsi təngidiyindən dinmədi. Yavaş-yavaş özünə gəlib:
- Səkinənin məktubun deyirəm, - oğlum, pencəyimin yaxasına tikmişdi ki, ermənilər tapmasın. Bıçaq lazımdır ki, sökək. Yazıq qızcığaz dönə-dönə yalvardı ki, sağ qalsan bizimkilərə verərsən.

Mən pencəyin yaxasını söküb məktubu çıxardım. Vərəq əzilib soluxsa da , aydın və gözəl xətlə yazılmışdı. Öz-özlüyümdə savadlı qızıymış -deyə fikirləşdim.

Məktub sahibinin kimliyi və acı taleyi məni elə cəlb etdi ki, çöllükdə, daş üstündə oturduğumu unudub quzey qarı kimi təmiz, bulaq suları kimi dupduru incidilib təhqir olunmuş, bir insanın ürək qanı ilə yazdığı sətirlri oxuduqca, ruhum məni tərk etdi. Mən varlığımı büsbütün unutmuşdum. Xəyaldan ayrılıb özümə gəldikdə ürəyimin dayandığını, əllərimdə əsən vərəqlərin hönkürtü ilə ağlayın titrədiyini gördüm. Mən o vaxtdan ruhun bədəndən ayrıldığına inandım. Məni kədərləndirən bir də o idi ki, məktubun üstündə yazılmış ünvan su dəydiyindən soluxub pozulmuşdu.Ünvanı oxumaq mümkün deyildi.

Məktubda yazılmışdı:

"Əziz ana, sən sağsanmı, ölmüsənmi, bilmirəm nə yaxşı ki, o müdhiş gecədə sən evimizdə yox idin. Biz şirin yuxudaikən erməni əsgərləri kəndə doluşaraq bizə divan tutdu. Evləri yandırıb külə döndərir, adamları amansızlıqla öldürürdülər.”

Atam əlində balta bizim həyətə doluşan ermənilərin qabağına çıxdı. Ermənilər avtomatı çevrib atamın qılçalarını parçaladılar. Əlindəki baltanı alıb zavallı atamı doğramağa başladılar.

Mən bu dəhşətli mənzərənin sarsıdıcı zərbəsindən başımı itirsəm də, ermənilər başıma su töküb məni ayıldır, atamın amansızlıqla qətlə yetirilməsinə baxmağa məcbur edirdilər.

Deyirlər ki, bəzən dəhşətli hadisələrdən insanın ürəyi dayanır,ancaq mən ölmədim, ana, Allah arzuladığım ölümü də əlimdən aldı. Mən ölməlikən ölmədim, yaşadım. Ana, Allahın yanında mənim bir günahım yox idi. Bəs, nə üçün o mənimlə belə rəftar etdi?

Ana, atam ölmək istəmirdi. Mən hiss edirdim ki, o məni ermənilərin əlində qoyub ölmək istəmirdi. Cəlladlarsa atamın bizi yedizdirən cəfakeş əllərini, ayaqlarını doğrayırdılar onun gözləmdəki ümidisz və ifadəsiz parıltının necə sönüb əridiyini, baltanın amansız iti ağzından yaxa qurtarmağa çalışan ruhunun qan içərisində çabalıyaraq tükürpədici inilti səsini hələ də eşidirəm, eşitdikcə əsirəm.
Əsirlikdən Səkinənin məktubu
Atam son nəfəsində də gözlərini məndən çəkmədi,nəsə demək istədi,ancaq deyə bilmədi. Bəlkə də ermənilərin məni onun faciəli ölümünə baxmağa məcbur etdiklərinə dağlanır, öz halını unudub,mənə, mən zavallya acıyırdı.

Ana, mən səni sevindirə, ovundura bilmədim. Ah!...
Sən məni bunun üçün doğmadınmı? Budur yenə də sən məni bunun üçün doğmadınmı? Budur yenə də sənin qəlbini parçalayacaq sözlərimlə səni dəərdə salıram.

Ana, ermənilər sağ qalanları ayrı-ayrı dəstələrə bölüb özləri ilə aparırdılar. Bizim dəstədə 18 nəfər qəz-gəlin vardı. Ayrı-ayrı bölgələrdən bizim kəndə gəlin gətirilən, sən tanıdığın adamlar da bizimlə idilər.

Dəstəni əldən –ayaqdan uzaqda olan dağ cığırları ilə aparırdılar. Mənə elə gəlir ki,sonu görünməyən kimsəsiz qaranlıq dünyaya düşmüşəm. Bu dünya mənə yad və qəribə idi.

Üz-gözlərini qıl basmış, meymunsifət ermənilərin əhattəsində köməksiz,ümidsiz, ata dağı, ana həsrəti gözlərinə , ürəyinə dolmuş mən, bəzən hissetmə qabiliyyətimi itirir, hadisələri yuxu, insanları hərəkət edən kölgələr kimi görürdüm. Çox vaxt dizlərim bükülür, başım gicəllənirdi. Ermənilər bizi sıldırım qayaların, qalın meşəlrin arası ilə getməyə məcbur edir, dodaqlarım çat-çat olurdu. Yorulanları döyüb incidir, yeriməyə məcbur edirdilər.

Ermənilər ayaqları bir-birinə dolaşan cavan gəlinin, körpə balasını qucağından zorla çəkib uçruma atdılar. Cocuq havada əl qol ataraq nədənsə yapışmaq istəyirdi. Ancaq,bu havayı bir cəhd idi. O bir andaca gözlərimizin önündən yox oldu. Cocuğun anası da bağırararaq özünü uçruma atdı. Onun naləsi qayalarda əks-səda verib, pul-pul olaraq eşidilməz oldu. O, özü ilə birlikdə bizim namusumuzu qoruya bilməyən oğlanlarımıza tənə və məzəmmət aparırdı. Məni qınama, ana, ürəyim o qədər inciyib ki, az-çox qeyrəti olanlara da haqq qazandıra bilmirəm.
Əsirlikdən Səkinənin məktubu
Yazıq anam, sən indi haralardasan? Kimlərin qapısını döyüb dilənirsən? Vaxt var idi ki, dolu evindən dilənçilərə pay verər, kasıb-kusuba əl tutardın. Yəqun ki, bir tikə çörək üçün gözün onun-bunun əlindədir. Bəlkədə xəstəsən, bir içim su verənin də yoxdur. Bir hörüyü ağ, bir hörüyünü baxtı, taleyi kimi qara hörən, anam. Bu dünyanı tanıyırdınsa məni niyə doğdun, ana!...

İnanmıram ki, bu dünyadan gözü-könlü tox gedən olsun, ana. Səni qınadığıma görə məni bağışla, ana. Sən hardan biləydin ki, toy-düyünlü,axar- baxarlı elin, obantalan olub viranə qalacaq? Bu heç sənin xəyalına da gəlməzdi. O vaxtlar sən dünyanın xoşbəxt adamlarından biri idin. Nə erməniləri düşmən bilir, nə də ki,öz içərimizdə olan xəyanatkarlardan ,nankorlardan, xəbərin vardı.Ana,bizi meşənin dərinliklərində,hər tərəfdən ağaclarla əhatə olunmuş, kol-kos bitib,yoluna ot basmış kimsəsizlik içində uyuyan qədim tikliyiyə doldurdular. Bizdən bir az sonra azərbaycanlılardan taladıqları qoyun sürüsünü də olduğumuz yerə gətirdilər. Qoyunları gətirənlər azərbaycanlı əsirlər idi. Onların səsini eşidib özümüzdən asılı olmayaraq bayıra yüyürüşdük. Bir an olsa da bu doğma səsdə, doğma dildə ümid, sevinc ,azadlıq hiss etdik.Onların boynuna sarılıb ağlamaq, ağlamaq istədik.Onların qana bulaşmış üzlərini,cırıq-cırıq olmuş paltarlarının altından göyərib qamçılanmış bədənlrini görüb hönkürtü ilə ağlamaqdan başqa çarəmiz qalmadı. Kaş öləydik, kişilərimizin bu gününü görməyəydik, anacan.
Əsirlikdən Səkinənin məktubu

















Cavan, qəddi-qamətli oğlanın qabırğaların sındırmışdılar. O, güclə nəfəs alır, qurumuş dili ilə susuzluqdan, zərbədən parçalanıb şişmiş dodaqlarını yalayıb ofuldanırdı. Yazıq canının ağrısını dişlərinin arasında sıxır, ayaq güclə dayanırdı. O, gələrkən yolda qaçmaq istdiyinə görə onu bu hala salmışdılar.
Qızların biri qabı su ilə doldurub onun yanına qaçdı. Silahlı erməni qabağa sıçrayıb tüfəndin qundağı ilə su dolu qabı vurub yerə saldı. Su oğlanın üstünə səpələndi.Oğlanın suya uzatdığı əlini balta ilə vurub üzdülər. Biləkdən aralanmış əl kötüyün üstündən kənara sıçradı. Hamımız donub yerimizdə qalmışdıq.

Ermənilər oğlanı ağacın dibinə sürütləyərək ayaqlarını bir neçə nəfərin güclə əydikləri ayrı-ayrı budaqlara bağlayıb əyilmiş budaqları buraxdılar. Oğlanın bədnindən qopan qılçası bir budaqdan ,bədəni ilə o biri qılçası o biri budaqdan asılı qaldı. Qılçanın qopduğu yerdən şoralanan qan yağışı kimi yerə tökülür, budaqdan asılı qalmış bədən çimçəşib can verirdi.

Ana, bu məktub sənə çatsa mənim üçün ağlama. Məktubun axırında bir bənd şeir və bayatı yazılmışdı.

Urəyi yaralı,qəlbi yaralı,
Qəfəsə salınmış bir bülbüləm mən.
Ölmək istəyirəm,əcəl yan keçir,
Ana halalıq ver ,ölüm mən.

Əzizinəm hər aylar ,
Hər həftələr,hər aylar.
Başım cəllad əlində,
Dilim eli haraylar.

P.S . Yazı , yazıçı-publisist ,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Surxay Səlimovun "Qarabağ hekayələri " kitabından götürülüb.

Əsirlikdən Səkinənin məktubu
Əsirlikdən Səkinənin məktubu
09 mart 2019 /

Əsirlikdən Səkinənin məktubu

Похожие новости

Biz yəhudilər də, ermənidən ayrıseçkilik görmüşük

Mən orta təhsilimi rus dilində almışam. Bizim sinifdə rus, erməni, tatar və azərbaycanlı uşaqlar vardı. Həmin sinifdə məndən başqa bir yəhudi uşaqda oxuyurdu. Həmin yəhudi şagird sonralar yaşadığı

Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

Xaqani Ədəboğlu Azərbaycanlı Mamed arvadının balıq sevdasını həll etmək üçün oğurluq bir yerdə Xəzərə qarmaq atır. Çox gözlədikdən sonra qarmağına bir balıq düşdüyünü görüb sevinclə qarmağını

Erməni qadın efirdə etiraf etdi: “Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edib, qulaqlarını kəsib” – VİDEO

Ukrayna telekanalında yayımlanan verilişdə erməni qadın ağlayaraq həqiqətləri danışmalı olub. Fedai.az Minval.info-a istnadən xəbər verir ki, “Ekstasenslər araşdırma aparır” verilişində

MƏNİ QINAMAYIN, HAVALANMIŞAM

ƏBÜLFƏT SARIOGLU (RUHUN ŞAD OLSUN ƏBÜLFƏT SARIOĞLU) Mən könüllü köçkün, qaçqın deyiləm, Zor ilə evimdən qovalanmışam. Nə qədər yolların yorğunu olub, Nə qədər əllərdə ovalanmışam. Yurdum girov

Şəhidliyim üçün mənə dua eylə ana

Milli Daşqın Şanlı ölüm, sən gəlməsən, alıb özümü gələrəm. Qorxum yoxdu, sənə tərəf yumub gözümü gələrəm. İki damla yaş qoyaram. Ayağına baş qoyaram. Evimdə bir çarpayını, bir kətili boş qoyaram.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ