Dağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaq

Dağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaq
ATƏT-in Minsk Qrupunun həmsədrləri İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatı Ermənistanı şoka salıb.
İstiPress-in məlumatına görə, Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) tərəfindən martın 1-də verilomiş bəyanat dünən demək olar ki, əksər KİV-ləri tərəfindən dərc olunub və bu, Paşinyan komandasına tərs şillə kimi dəyərləndirilib.

Bəzi saytlar bəyanatdan hissələr versələr də, "Lragir" bəyanatı tam mətndə dərc edib. Bəyanatdan görünür ki, həmsədrlər əsas vurğunu Paşinyanın İran səfəri çərçivəsində Qarabağın tərəf kimi danışıqlar masasına qaytarılmasını tələb etməsini bildirməsinə, həmçinin Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyanın Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun ərazisinə gedərək "bir qarış torpaq qaytarmayacaqlarını, ərazilədi məskunlaşdıracaqlarını" deməsinə yönəldiblər.

"Həmsədrlər tərəflərə yerlərdə vəziyyəti dəyişiməyi, qarşıdan gələn danışıqların nəticələri barədə əvvəlcədən danışmağı və ya bunun üçün şərait yaratmağı, digər tərəfin razılığı olmadan formatda birtərəfli dəyişikliklərin edilməsini tələb etməyi və ya hərbi əməliyyatları bərpa etməyə hazır olduqlarını göstərməyi nəzərdə tutan bəyanatlardan və hərəkətlərdən çəkinməyə çağırır",- deyə bəyanatda vurğulanır.

Bəyanatda həmçinin Paşinyandan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmaq tələb olunur:
“Minsk Qrupu formatında nizamlama prosesinin mahiyyətinə dair bu yaxınlarda səslənən bəzi ziddiyətli publik bəyanatlara istinad edərək həmsədrlər təsdiq edir ki, ədalətli və qəti nizamlama Helsinki yekun Aktının əsas prinsiplərinə, o cümlədən güc tətbiq etməməyə və ya güc tətbiqi ilə hədələməməyə, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etməyə əsaslanmalıdır. Bura həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementlər də daxildir, o cümlədən: Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyinə və özünü idarə etməsinə təminat verən aralıq statusu, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz, Dağlıq Qarabağın gələcək hüquqi statusunun iradənin hüquqi mütləq ifadə edilməsi (referendum) yolu ilə müəyyən olunması, bütün qaçqın və məcburi köçkün şəxslərin öz yaşayış yerlərinə geri qayıtması, sülhməramlı əməliyyatları da özündə birləşdirən beynəlxalq təhlükəsizlik təminatı.”

Bəyanatda həm də o vurğulanır ki, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ prinsiplərindən heç biri o birindən üstün olmayacaq. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaq. Sadəcə, keçmiş muxtar vilayətin sakinləri müstəqil iqtisadi və sosial siyasət yürüdə biləcəklər, yəni büdcə tərtibi, sosial siyasət və siyasi idarəetmədə müstəqil olacaqlar.
Erməni KİV-lərindən belə anlaşılır ki, Nikol Paşinyan və komandası Qarabağ münaqişəsinin bu variantda, yəni ATƏT-in Minsk qrupunun həmsədrlərinin tövsiyyə etdiyi şəkildə həlli ilə razı deyillər. Ermənistanın populuyar analitika saytı “Lragir ”in analitiki Naira Ayrumyan bildirir ki, rəsmi İrəvan Qarabağa müstəqillik vəd etməyən həll variantı çərçivəsində danışıqlar aparmaq niyyətində deyil: “Sual yaranır, niyə onda Ermənistan danışıqlara razı olur? Hər şeydən belə görünür ki, rəsmi İrəvan öz gündəliyini qəbul etdirməyə çalışır”.

Rusiyalı analitik Mixail Belyayev “Vestinq Kavkaza ” portalında bu məsələyə toxunaraq Paşiyanın bu mövqeyinin müharibəyə səbəb olacağını bildirib. Bir vaxt Nikol Paşinyanın “Yerin əks tərəfi” adlı kitabında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarmağın vacibliyini yazdığını xatırladan Belyayev Paşinyanın indi özünü “Roma papasından çox katolik”, yəni Serj Sarkisyandan da qatı “qarabağçı” göstərməsini məntiqsiz sayır.

Azərbaycanın sabah başlanan hərbi təlimlərini xatırladan Bleyayev Ermənistanın odla oynadığını vurğulayır. Məqalədə bildirilir ki, təlimlərdə Azərbaycan ordusunun 10 min hərbi qulluqçusu, 500 tankı və zirehli texnikası, 300 raket-artilleriya qurğusu, 20 ədəd hərbi aviasiyası iştirak edəcək /İstiPress/.
12 mart 2019 /

Dağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaq

Похожие новости

Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib. Publika.az xəbər verir ki, Paşinyan əvvəlki kimi “Dağlıq Qarabağ xalqı”nın öz

İrəvan 7 rayonu azad edir, sonra isə… - Rusiyadan baxış

Dağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir. Prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar. Bu sözləri Axar.az-a

QARABAĞIN AZƏRBAYCANLI İCMASININ BƏYANATI

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin 20 dekabr 2018-ci il tarixində keçirilmiş qurultayı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Keçən əsrin

PAŞİNYAN: "Mən Dağlıq Qarabağ əhalisi adından danışa bilmərəm"

Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə belə deyib: "Mən Ermənistanın baş naziriyəm və Ermənistan adından danışıqlarda iştirak etməyə

Paşinyan Moskvada sərsəm bəyanat verdi: Qarabağ Ermənistanın tərkib hissəsidir...

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Fedai.az virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan bu görüşdə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ