Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri





















Əbu Turxanın gözəl bir deyimi var- “Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz”…

Niderland Krallığında yaşasa da, daha çox Azərbaycan cəmiyyətinin üzvüdür. Elə ona görə də bütün planları, arzuları Azərbaycanla bağlıdır…

Haqqında söhbət açdığım Elman Mustafazadə əslən Laçının İmanlar kəndindən olsa da, 1957-ci ildə Qarabağda, məşhur Hindarxı kəndində dünyaya gəlib. 6 yaşında ikən Şuşaya köçüblər, orta təhsilini orada alıb. 1974-cü ildə Bakıya üz tutub, əsgəri xidmətə çağrılanadək müxtəlif yerlərdə işləyib. Ordudan qayıtdıqdan sonra iki il tikintidə fəhləlik edib. 1981-1986-cı illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakultəsində oxuyub. Oranı bitirərək bir il Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim işləyib. 1988-1989-cu illərdə Əzizbəyov adına Mədəniyyət evinin rəhbəri olub. 1989-1990-cı illərdə “Azərbaycan Əlvan Metal Birliyi”nin təhcizat idarəsində əvvəlcə ekspeditor, sonra isə şöbə rəisi vəzifəsində çalışıb. Arada üç ay Ağdərənin Xatınbəyli, Orta Güney, Baş Güney kəndlərinin ermənilərdən müdafiə olunmasında könüllülərdən ibarət silahlı dəstəyə rəhbərlik edib. 1990-cı ildə Azərbaycanda kominist rejiminə etiraz əlaməti olaraq Polşa hökumətindən müvəqqəti məskunlaşmaq izni alıb. 2000-ci ilədək həmin ölkədə yaşayıb. Orada olarkən “Azərbaycan Cəmiyyəti”ni yaradaraq Polşada yaşayan soydaşlarımızı ətrafına toplamaq qərarına gəlib. Bir müddət sonra “Polşada Azərbaycanın Dostları” adlı cəmiyyətin təsisçilərindən biri və sədri olub. Bundan əlavə 1994-cü ildə “AzerLex” və “AzerPol” ticarət şirkətlərini yaradaraq bizneslə də məşğul olub. Qazancından o vaxt döyüşən Azərbaycana bir neçə dəfə dava-dərman da göndərib. 1993-1995-ci illərdə döyüşlərdə yaralanan səkkiz əsgər və zbitimizi öz hesabına Polşa xəstəxanalarında müalicə etdirib. 1995-ci ildə M.Ə.Rəsulzadənin təsis etdiyi, sonuncu sayı 1939-cu ildə buraxılan “Qurtuluş” jurnalından sonra ilk qürbət mətbuat nümunəsinin, “Xudafərin” jurnalının işıq üzü görməsinə nail olub. Bu dərgi yeganə azərbaycan dilli jurnaldır ki, Avropada yayımlanmasına rəsmi icazə verilib…
Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri



















…Üç övladı var, bir oğlu, iki qızı. Babək, Tomris, Azəran…

Deyir ki,- “1991-ci ildən 2000-ci ilədək neçə-neçə imkansız azərbaycanlı ailəsinin Avropada yerləşdirilməsinə təmənnasız kömək etmişəm. Uzun müddət onlara maddi yardım göstərmişəm. Əl tutduğum tələbələr də az olmayıb”…

2000-ci ildən Niderland Krallığında yaşayır. 2006-cı ilədək Hollandiya və Beliçkada Qarabağla bağlı tədbirlərin əksəriyyətinin təşkilatçısı və aparıcısı olub. 2008-ci ilədək təsisçilərindən biri olduğu “BAK”-a rəhbərlik edib. Hazırda “Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin sədridir. “Whatsapp” sosial şəbəkəsində “Ya Qarabağ, ya ölüm” adlı qrup yaradaraq bir sıra Avropa ölkələrindən yüzə yaxın nüfuzlu soydaşımızı burada bir araya gətirib. Dediyinə görə, bu insanların çoxu uzun illər Diaspora Komitəsinin diqqətindən kənarda qalan vətənpərvər yurddaşlarımızdır ki, Azərbaycan naminə canlarından keçməyə belə hazırdırlar…

Ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi olan bu çılğın, fədakar insanın bütün fəaliyyətinin ana xətti Qarabağdır.

Deyir ki,- “Qarabağa görə nəinki canımdan, balalarımdan da keçərəm”…

Elman Eldaroğlu
ABŞ, Miçiqan


Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri
14 mart 2019 /

Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Похожие новости

İlk azərbaycanlı qadın alim

Zümrüd Axundova 1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən, 1900-1914-ci illər” mövzusunda dissertasiya müdafiə edib. O,Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın

PEŞƏKAR JURNALİST AZ.TV-YƏ RƏHBƏRLİK EDƏCƏK

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. AzTV

Ramil Usubovun 70 yaşı tamam oldu

Bu gün Daxili işlər naziri Ramil Usubovun 70 yaşı tamam olur. Azərbaycanın Daxili İşlər naziri olan general-polkovnik Ramil Usubov 1948-ci ildə Xocalı şəhərində anadan olub. Ramil Usubov 1973-cü

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında bu gün

AVMVİB PREZİDENTİ AD GÜNÜ MÜNASİBƏTİYLƏ TƏBRİK ETDİ

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ