Saxtakar millətin saxta "tarixçisi"

Saxtakar millətin saxta "tarixçisi"

Ermənilərin etnogenezi, milli identikliyi, linqvistik xüsusiyyətləri, tarixi və s. haqqında müxtəlif vaxtlarda və bir-birinə zidd olan fikirlər irəli sürülmüşdür. Bəzi müəlliflər
ermənilərin tarixi başlanğıcını bəşər sivilizasiyasının ilk çağlarına aparır və onların mənşəyinin bilavasitə Anadolu yaylası və Qafqaz ilə bağlayır, bu ərazilərin avtoxton əhalisinin məhz ermənilər olduğunu iddia edirlər və bu zaman daha çox etibarlı tarixi mənbələrə deyil, həqiqiliyi kifayət qədər şübhə doğuran mifik-dini xarakterli məlumatlara əsaslanırlar.

Ermənilərin bir xalq kimi Anadolu yaylasında təşəkkül tapdığını iddia edənlərin əsas istinad nöqtəsi Moisey Xorenasinin, tamamilə mifik xarakter daşıyan, tarixi reallıqlarla heç bir əlaqəsi olmayan “Ermənistan tarixi” kitabıdır. Bu kitabda erməni tarixinin Nuh peyğəmbərin dövründən başlandığı, ermənilərin isə Nuh peyğəmbərin oğlu Yasəfin nəslinə aid olduqları iddia olunur: “Yafəsdən Qamer, Qamerdən Tiras, Tirasdan Torqom, Torqomdan Hayk, Haykdan Aramenak, Aramenakdan Aramais, Aramaisdən Amasiya, Amasiyadan Gelam, Gelamdan Qarm, Qarmdan Aram, Aramdan Gözəl Ara dünyaya gəlmişdir”. Bu siyahıda yer almış şəxslərdən hər-hansı birinin tarixiliyini, əlaqədar mənbələrin yoxluğu səbəbindən sübut etmək qeyri mümkündür. K. Patkanyan qeyd edir ki, “Bu şəcərə bütövlükdə (Hayk-Aramenak, Aram-Ara) miflərdən təşkil olunmuşdur…”

Xorenasinin “Ermənistan tarixi” kitabının əfsanələr üzərində qurulduğu, kitabı rus dilinə tərcümə edərək, 1858-ci ildə Moskvada nəşr etdirmiş Nikita (Mkrtıç) Osipoviç Emin tərəfindən də etiraf edilir. Əsərin mənbəşünaslıq bazasına toxunan tərçüməçi qeyd edir ki, üç kitabdan ibarət olan (dördüncü kitabın itdiyi bildirilir) və ilk insanın yaranmasından 433-cü ilədək olan dövrü əhatə edən “Ermənistan tarixi” çoxsaylı mənbələr əsasında yazılmışdır. Buna baxmayaraq, sadalanan mənbələrdən biri – suriyalı Mar Abas Katina – əsas mənbə hesab edilir. M. Xorenasinin qədim dövr tarixini, “müxtəlif mənbələrdən əxz olunduğu və buna görə də, həqiqətə uyğunluğu ilə hər yerdə eyni dərəcədə seçilmədiyi” qeyd olunan bu mənbə əsasında yazdığı bildirilir. Başqa sözlə, N. Emin Mar Abas Katinanın əsərinin etibarlı mənbə olmadığına eyham vurur.

Eminin bildirdiyinə görə, Mar Abas Katinanın e.ə. 140-120-ci illər arsında ərsəyə gətirdiyi və dörd kitabdan ibarət olan əsəri əsasən haldey əsatirləri əsasında yazılmışdır və M. Xorenasi həmin əsərin yunan dilinə tərcümə olunmuş variantından istifadə etmişdir. O, qeyd edir ki, “I kitabım IX bölümündən XIII bölümünə qədər –Haykdan Arama qədər – yəni Assuriya monarxiyasının yaranmasına qədər Mar Abasda rəsmi mənbə yoxdur”.

Bəzi müəlliflər hətta M. Xorenasinin “Ermənistan tarixi”nin saxta olduğunu vurğulayırlar. Bu mənada fransız müəllif Karrierin fikirləri diqqəti cəlb edir. O, sübut edir ki, M. Xorenasi erməni patriarxlarını Bibliya nümunəsində təsvir edir və bu mənada onun əsəri saxtakarlıqdan başqa bir şey deyildir.

Əslində, Mar Abas Katinanın əsərinin ermənilərin xeyrinə uyğunlaşdırılaraq M. Xorenasi tərəfindən mənimsənildiyini, bu zaman sonuncunun məqsədyönlü fəaliyyət göstərdiyini, yəni komkret sifariş yerinə yetirdiyini güman etmək olar. M. Xorenasinin sifarişlə işlədiyini bildirən V.T. Sirotenko yazır: “Qədim Ermənistan tarixçisi, erməni naxararı Saka Baqratuninin sifarişi ilə işləyən Moisey Xorenasi “Ermənistan tarixi”ni yazmışdır. Bu əsəri tərtib edərkən, Moisey Xorenasi Mar Abas Katinanın “Ermənistanın ilkin tarixi”ndən istifadə etmişdir”. M.N. Tixomirov da qeyd edir ki, “Rəvayətə görə, Ermənistanın nüfuzlu knyazlarından biri ona Ermənistanın tarixini yazmağı təklif etmişdi”.

Erməni saxtakarlıqlarının ifşa olunmasında əhəmiyyətli rol oynamış İ.Q. Çavçavadzenin 1902-ci ildə Tiflisdə rus dilində işıq üzü görmüş “Erməni alimləri və fəryad edən daşlar” əsərində M. Xorenasinin kitabının mənbə kimi əhəmiyyətini heçə endirən fransız tədqiqatçı Fransua Lenormanın aşağıdakı fikri yer almışdır: “Biz təkzibolunmaz fakt kimi bir həqiqəti qəbul etməliyik ki, ermənilərdə Kirin müasiri Birinci Tiqrana qədər heç bir milli ənənə mövcud olmamışdır. Bu dövrə qədər olan hadisələr haqqında söylənilənlər, erməni yazıçılarının nəql etdikləri hər şey mənbə olaraq Moisey Xorenasinin, yalançı salnaməçi Marobaza Katinanın quraşdırmalarının sadə surətindən başqa bir şey olmayan əsərinə əsaslanır”.

E.A. Akopyan özünün rus dilində nəşr etdirdiyi “Moisey Xorenasinin “Ermənistan tarixi” K. Patkanyanın qiymətləndirilməsində” əsərində M. Xorenasinin məlumatlarının doğruluğunun Gudşmid, Karrier, Katrmer və başqa müəlliflər tərəfindən şübhə altına alındığını qeyd edir. M. Xorenasini “düzgün tarixçi”, “əsl vətənpərvər” adlandırmasına baxmayaraq, K. Patkanyan da onun əsərini üstüörtülü şəkildə şübhə altına alır: “Əgər Xorenasi qeyri-yunan olan hər şeyə şübhə ilə yanaşmasaydı, xalq deyimlərinə daha çox diqqət ayırsaydı, yalnız çətinbaşadüşülən eyhamlarla məhdudlaşmasaydı, onda onun kitabı ikiqat udardı”.

Xorenasinin ənənəvi olaraq V əsrdə yaşadığı bildirilir. “Ermənistan tarixi” müəllifinin yaşadığı dövrə diqqət yetirilməsi tədqiq olunan mövzu ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. Belə ki, M. Xorenasinin öz kitabında təsvir etdiyi bəzi hadisələr V əsrə qədər deyil, sonrakı dövrlərə aiddir. Q.A. Xalatyants bildirir ki, M. Xorenasinin “Ermənistan tarixi”nin ilk çap variantı 1695-ci ildə, zəngin erməni koloniyasının olduğu Amsterdamda işıq üzü görmüşdür və “…Qərbi Avropa alimlərinin Xorenasi ilə ilkin tanışlığı zamanı, onun Tarixi… sərt və amansız tənqidə məruz qalmışdır”. Berlin Kral Kitabxanasının rəhbəri, XVII əsr fransız şərqşünası, Q. Xalatyantsın fikrinə görə erməni dilinin mükəmməl bilicilərindən olan La Kroz M. Xorenasinin əsərində yer almış anaxronizmlərə əsaslanaraq, onun V əsrdə deyil, IX və ya X əsrdə yaşadığını bildirir. Fransız müəllif qeyd olunan anaxronizmlərə misal olaraq, bizim eranın VI əsrində tarix səhnəsinə çıxmış bulqarların Xorenasi tərəfindən e.ə. II əsrə, yenə bizim eranın VI əsrində əsası qoyulmuş Bayberd qalasının I əsrə aid edilməsini göstərir. La Krozun fikirlərini XVII əsrin sonu – XVIII əsrin əvvəllərində yaşamış hollandiyalı ermənişünas İoakim Şreder də bölüşmüşdür. M. Xorenasinin V əsrdən sonrakı dövrdə yaşaması ilə bağlı fikirlər Y.A. Manandyan, İ.M. Dyakonov, A.P. Novoseltsev və başqaları tərəfindən də müdafiə olunur. Bütün bunlar onu deməyə imkan verir ki, ermənilərin başqa xalqların tarixini və mədəniyyətini mənimsəmək, özlərinə saxta tarix yaratmaq adətləri M. Xorenasidən başlamışdır və onun “Ermənistan tarixi” kitabı ciddi tarixi mənbə kimi nəzərdən keçirilə bilməz.

Aqil Şahmuradov

1905.az
14 mart 2019 /

Saxtakar millətin saxta "tarixçisi"

Похожие новости

ERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...

Arxeoloqlar tərəfindən eradan əvvəl 55-ci ilə aid olması deyilən, "Nestorian" xaçın plitə üzərindəki mozaikası və Süryani yazısı olan türbə, ən məşhur sülaləsi olan Osroenlərdən Abqar V Ukamanın ailə

“Armeniya” adında erməni dövləti olmayıb

Professor Əjdər Tağıoğlunun (İsmayılovun) "Erməni xalqının saxta "tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından "Moisey Xorenatsi anonim keşiş

DÖYÜŞÇÜ MÖVQEYİ: KRİPTOERMƏNİ OLAN HAYLARIN SAXTAKARLIQLARI...

Abbas Hüseynli Keçmiş döyüşçü, araşdırmaçı Biz erməni haylar barədə nə qədər yazsaq da, onların iç üzünü açmağa çalışsaq da, bu xalqın saxtakarlığını müdafiə edən bəzi qərb, rus alimləri bizə qarşı

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji

ERMƏNI YALANLARINI IFŞA EDƏN KITAB AZƏRBAYCANDA DA KIMLƏRISƏ HIDDƏTLƏNDIRDI

RİZVAN HÜSEYNOV “Azer-Globe” İctimai-Siyasi Araşdırmalar İnstitutunun nəzdindəki Qafqaz Tarixi Mərkəzi tərəfindən çapa hazırlanan və TEAS PRESS Nəşriyyat Evi tərəfindən rus dilində nəşr edilən
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ