YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...

YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...



Ağdərənin azərbaycanlılar yaşayan 9 kəndinin işğalından 27 il keçdi...

Bərdə rayonunda Şəhidlər Xiyabanını ziyarət edən Ağdərə sakinləri 9 kəndin işğal gününü yad ediblər. Tədbirdə rayon ictimaiyyəti nümayəndələri ilə yanaşı məktəblilərin də iştirak etməsi diqqət çəkicidir. Çünki gənc nəslin hərbi vətənpərvər ruhda və tarixlə üzbəüz durması zamanın tələbidir.

Tədbir iştirakçıları Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan vətən övladlarının məzarını ziyarət edib, şəhid ruhlarına dua edərək gül dəstələri düzdülər.

Anım gününə işğal olunan kənlərin sakinləri, həmçinin, o vaxt gedən döyüşlərdə şəhid olanların ailə üzvüləri, özünümüdafiə dəstələrinin keçmiş döyüşçüləri çıxış etdilər.

Tədbirdə çıxış edənlər ermənilərin azərbaycanlılar yaşayan kəndlərə edilmiş bu hücumu beynəlxalq qanunlara uyğun olaraq mülkü əhalinin yox edilməsinə yönəlmiş hərbi cinayət aktı olduğunu vurğuladılar. AVMVİB üzvü, "Azərbaycan Bayrağı" ordenli müharibə veteranı Nağı İmanov çıxı edərək dedi: "Ağdərənin azərbaycanlı kəndləri əhəmiyyətli strateji mövqeyə malik idi. Kəndlərin Ağdərə-Xankəndi hərbi yolunun üstündə yerləşməsi və kənd sakinlərinin qəhrəmanlığı ilə bu yolun tam nəzarətə götürülməsi Ağdərəni Xankəndindən ayırmışdı. Bir də bildirim ki, biz bu problemi gələcək nəslə ötürməməliyik. Çünki o yerləri biz tanıyırıq. Gənc nəsil oraları tanımır. Ona görə də döyüşə-döyüşə o torpaqları geri almalıyıq. Onlarca həmyerlimiz qəhrəmancasına döyüşərək sinələrindən güllə yarası alaraq şəhid oldular. Allah şəhidlərimizə rəhmət eləsin və biz onların qanını yerdə qoymamalıyıq".

Müharibə veteranı Çıraq Məmmədov da Ağdərə əhalisinin qəhrəmancasına mübarizəsini xatırlatdı. Bildirdi ki, o torpaqlar uğrunda şəhidlərimiz oldu və yaralananlar oldu. Biz ermənini yaxşı tanıyırıq. Erməni öz gücünə güvənmir. Başqalarının gücünə arxayındırlar. Allah orada döyüşüb şəhid olan soydaşlarımıza və bütün şəhidlərimizə rəhmət eləsin.

Çıxış edən müharibə veteranı İlqar Aslanov hər bir ağdərəlinin yaralı yerinə toxundu: "Bir evdən 3 qardaş çıxar. Biri Ağdama, biri Tərtərə və biri də Kəlbəcərə üz tutar. Hər üç rayonda bizə qarşı bir ögeylik var. Bizim yurdumuzu düşmən işğal etdi və rayonumuzu isə AXC-Musavatın beyinsizləri ləğv etdi. Sırxavənd ərazi idarəetmə qurumumuz vardı. Bu gün sülh danışıqları gedir. Bir deyin bizim uşaqlar ağdərəli olmalarını necə sübut edəcəklər? Bu ədalətsizliyə son qoyulmalıdır. Həqiqətən əsil qəhrəman kimi döyüşən Kolanı əhalisuinə qarşı bu münasibət hər birimizin qəlbini ağrıdır"...

Xatırladaq ki, Ağdərə rayonunun və Sırxavənd Ərazi İcra Qurumunun cəbhəçilər tərəfindən ləğv edilməsi ilə əhali bu gün də barışmayıb və bu ədalətsizliyin aradan qaldırılacağı günü gözləyirlər. Ərazisiz köçkün rayonlardan fərqli olaraq Ağdərə rayonunun 11 kəndi bizim ordumuzun nəzarətindədir.

İşğaldan 27 il keçdi. Düşmən 27 il öncə, Manikli, Tellibinə, Xatınbəyli, Ortapəyə, Başgüüneypəyə, Sırxavənd, Bəşirlər və Qaraşlar kəndlərini işğal etdilər. Həm 7-ci rus ordusunun, həm də 366-cı polkun cani hərbçilərinin köməyi ilə qeyri-bərabər qüvvə ilə hücuma keçsələr də kənd əhalisinin güclü müqavimətinə rast gəldilər. 14-18 (5:00-21:30) saatlıq bir mübarizədə ələ keçirilən döyüş sonrası məlumatda 289 nəfərin öldürülməsi və 7 ədəd texnikanın cinahlarda mina sahələrində qalması barədə məlumat vermişdilər. Üstəlik, bu uzun müddət ərzində bir nəfər köməyə gəlməmiş və bütün Azərbaycanın seyrçi gözü qarşısında bir elat öz yurdu uğrunda şücaətlər göstərmişdi və bu gün də ən çox ögey münasibət görməkdədirlər. Odöyüşlərdə 32 nəfər şəhid verilib. Məzarsız şəhidlərimiz var. Hər birinə salam olsun. Hər birinin məkanı cənnət olsun...

Və bu gün Ağdərəsiz "Vətən" deyə ölən qəriblərimiz də Tanrının rəhməti olsun!

X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Fotolar Daşqın Güneylinindir.

YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...

YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...
14 mart 2019 /

YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...

Похожие новости

Şəhid Vaqif Mirzəliyevin Anım günü...

Suraxanı rayonu Hövsan qəsəbəsi 281 saylı tam orta məktəbdə adını daşıdığı şəhid Vaqif Mirzəliyevin Anım günü keçirildi. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi üzvləri,

KƏLBƏCƏR VETERANLARI ŞƏHİD ÜLFƏT KƏRİMOVUN ANIM TƏDBİRİ KEÇİRDİLƏR

AVMVİB Kəlbəcər rayon şöbəsinin təşkilatçılığı ilə Hərb Tarixi muzeyində Kəlbəcər uğrunda gedən döyüşlərin əfsanəvi qəhrəmanı, "Azərbaycan Bayrağı" ordenli şəhid Ülfət Kərimovun anım tədbiri

AĞDƏRƏNİN KOLANI KƏNDLƏRİNİN İŞĞAL GÜNÜ ANILDI

12 mart 1992-ci ildə Ağdərə kolanı elatının Sırxavənd, Baş Güneypəyə, Manikli, Xatınbəyli, Ortapəyə, Qaralar, Qaraşlar, Bəşirlər kəndlərinin işğalı günü sakinlər tərəfindən Bərdə rayonu Şəhidlər

ŞƏHİD QƏHRƏMANIN BÜSTÜNÜN AÇILIŞI OLDU

Bu gün Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Nəqliyyat fakültəsində "Azərbaycan Bayrağı" ordenli şəhid Altay Sarıkişiyevin büstünün açılış mərasimi keçirildi. Tədbirdə

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

Ağdərə rayonu, Kərəmli kəndi. Məlumatlar Qorxmaz Mustafayevin "Ağdərədə nələr oldu?" kitabındakı qeydlərdən götürülüb) Ağdərə kolanıları arasında tam olmayan məlumata görə altı ata və oğul şəhidimiz
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ