F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"

F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"





















Ermənistan KİV-ləri və Xüsusi Xidmət orqanları, həmçinin içimizdəki erməni kolonunda bir hərəkətlilik hiss olunmaqdadır. Bütün güclərini ölkəmizdə destablizasiya yaratmağa, separatçılıq ocaqları qalamağa, ölkəni xaosa sürükləmək üçün ən xırda vasitələrdən istifadə etməyə çalışmaları göz önündədir. Düşmənin Qarabağdakı təhrikedici hərəkətlərə yol verməsi və Azərbaycan tərəfinin susqun dayanması əhali arasında narazılıqla qarşılanmaqdadır. Uzandıqca uzanan Qarabağ problemi, Kazimirovun "həlli olmayan problem" fikrini təsdiqləməkdədir. Bir çoxları, o cümlədən Qarabağ məsələsini öz şərəf məsələsi hesab edən döyüşçülər məsələyə münasibət bildirməmizi xahiş edirlər. Biz bu və digər məsələlərə münasibət bildirməsi məqsədiylə AVMVİB sədri Füzuli Rzaquliyevə müraciət etdik.

AVMVİB sədri F. Rzaquliyev sayta verdiyi açıqlamada dedi: "Birincisi, dəfələrlə demişəm, düşmən yaxşı bilir ki, son Qarabağ savaşçısı yaşadıqca onlar 5 imperiyanın sayəsində de-fakto yiyələndikləri əbədi və əzəli Azərbaycan torpaqları olan Qarabağa de-yure sahib durmaları mümkün olmayacaq. Azərbaycanda bunca şərəfsiz bir addımı atan adamın oması və olacağı dövrlər ötüb. Düşmənin əl-ayağa düşməsi, saxta "demokratiya tamaşası" oynayıb güya demokratik cəmiyyət qurmaları kimi absurd oyunları, yalnız Ruhani kimi bir mollakrata lazım ola bilər. Çünki bu dəyərlərə sahib ictimaiyyət erməni "fırıldaq demokratiyasını" bu dəfə tez deşifrə edib və gülüş hədəfinə çevirib. Yəni demokratın və ya faşistin separatçı, terrorçu, anneksiyaçı olmasının elə bir fərqi yoxdur. ATƏT-in Minsk Qrupunun və Avropa Birliyinin son bəyanatları Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü ardıcıl siyasətin bəhrələridir. Bunu şərh etməli və vətəndaşlarımıza izah edilməlidir. Prezident İlham Əliyevin Qarabağ məsələsində dəyişməz və stabil mövqeyə malik olması hər bir döyüşçünün ürəyincədir və erməni cəmiyyətinin tam əksinə olaraq inamla deyə bilərəm ki, veteranlar ordusu öz Komandanlarının əmrini gözləyən bir ordudur. Yaşımıza baxmayaraq biz bu döyüşün hər an olacağını və orada öndə olacağımızı arzulayırıq. Bunu dəfələrlə bəyan etmişik. Yəni güclü ordumuzun gücünə əlavə güc qatmağa, Ali Baş Komandana hər cür dəstək verməyə hazırıq. Təki Vətən yaşasın və Qarabağımız azad olsun. Prezidentin Qarabağla bağlı bu cür sərt mövqeyi düşməni daim qorxu altında saxlayır. Bu gün içimizdəki erməni təbliğatçı ruporları N. Paşinyanın siyasi çərçivəyə sığmayan boşboğazlıqlarını bayraq edib qəhrəmanlıq kimi təqdim etməyə çalışırıq. Xüsusən də Xankəndinə son gəlişini müzakirə edənlərin bilməsi vacib oan bir məqam var. Paşinyan burada “Mən Madrid prinsipləriylə razıyam, ancaq beynəlxalq qurumlar bu prinsipləri mənə konkret şəkildə izah etməlidirlər”. Bu ermənilərin əlavə vaxt qazanmaq hiyləsindən başqa bir şey deyil. Madrid prinsiplərinə əsasən Dağlıq Qarabağdan savayı bütün ətraf rayonlardan erməni qoşunları çıxmalıdır. Sonra sərhədlər açılmalı və referendum keçirilməlidir. Burdan belə başa düşülür ki, Paşinyan işğal edilmiş ətraf rayonların Azərbaycana qaytarılmasına razıdır. Bəs nə üçün o, bir müddət əvvəl sülhü torpağa dəyişməyəcəyik deyirdi? Deməli düşmən küncə sıxışdırıldığını yaxşı bilir və biz bu gün daha sıx birləşməliyik.

Düşmən və onun himayədarları yaxşı bilirlər ki, BMT-nin qəbul etdiyi sərhədlərə uyğun olaraq müəyyən edilmiş ərazilər Helsinki Konvensiyasına uyğun olaraq dəyişdirilməsi mümkün deyil. Düşmən və onun tərəfdarları yaxşı bilirlər ki, beynəlxalq qanunlar çərçivəsində Azərbaycan istədiyi vaxt öz ərazilərində "Antiterror əməliyyatı" keçirmək səlahiyyətinə malikdir və bu əməliyyat çərçivəsində istədiyi ölkədən yardım ala bilər. Hətta düşmən özü bu hüququmuzdan istifadə etmədiyimizə görə təəccüblənir. Amma Azərbaycan səbrlə erməni şıltaqlığına və həyasızlığına dözərək, Qafqazın yenidən xaosa düşməsinin qarşısını alması, bir daha Azərbaycanın regionun birinci gücü olmasını ortaya qoydu. Amma Azərbaycanın da səbrlərinin hüdudları var və işğala son qoymaq vaxtını artıq konkretləşdirməliyik.

Faktiki olaraq, düşmən "bir qarış torpaq qaytarmayacağını" bəyan edir və bizim ölkə rəhbərinin də qəti mövqeyi "bir qarış torpağın düşmənə verilməyəcəyidir". Deməli, düşmən savaş istəyirsə, onu da görəcək. Amma bir erməni politoloqu ermənilərin xaos dönəmlərində fəal olmalarını və uğur qazanmalarını qeyd eləyib. Bu həqiqətən də belədir. Bunu Birinci Qarabağ müharibəsində yaxşı gördük. Erməni əsillilər və erməni məxfi orqanlarına işləyən məlum qüvvələr hesabına torpaqlarımızın işğalına nail ola bildilər. Bu gün də o dövrün siyasi dəllalları "xortlamaqdadırlar". Hərdən bu adamların mübarizə taktikalarını erməni təbliğatları ilə tutuşduranda dəhşətə gəlirəm. Eyni üslub, eyni faktlar. Bir veteran kimi, döyüşçü kimi bir faktı da diqqətdə saxlamağımız vacibdir. Ölkədə siyasi sabitliyi birgə qorumalıyıq, əks halda düşmən dəyirmanına su tökmüş olacağıq. Məmurlardan narazılıqlar var. Xüsusən də erməni əsilli məmurların fəaliyyətləri ciddi nəzarətə götürülməlidir. İnsan haqqlarını bayraq edənlərin, Vətənə xəyanətə bərabər fəaliyyətləri kimi dəyərləndirməlidir. Anti xalq fəaliyyətdə olan qruplar hakimiyyət qollarına da, müxalifət qollarına da sızıb. Xüsusən son Ağadadaş Kərimovla bağlı yazdığınız həqiqətlər sübut edir ki, düşmən 24 saat yatmır və əleyhimizə iş aparmaqdadır. Biz niyə yatmalıyıq?

Dünən bir məluat oxudum Qaçıb Fransada yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin səsləndirdiyi bu fikirə diqqət yetirin. İsgəndərli “Youtube” kanalında deyir ki, “ermənilər bizə nə edib ki… heç nə etməyiblər. Əgər bu gün Fransa müharibə eləsə, mən əlimə silah alıb Fransa ordusunda döyüşəcəm. Əgər İlham Əliyev Qarabağda müharibəni başlatsa, silahımı birinci elə İlham Əliyevə qarşı çevirəcəm”. Sonra da bu xislətdə olan birisi xalqı itaətsizliyə və xaosa çağırır. Məsələ bunca açıqdır. Bircə sual verin ki, bu Vidadi və onun kimi adamlar bu Vətən üçün nə ediblər? Boşluqla üzləşəcəksiniz.

Belələrinə arxayın olan ermənilərə üz tuturam. Rusiyanın hesabına tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq. Bax o zaman gəldi. Buna məcburuq və məhkumuq. Bu gün Apreldə dağılmış eyforiyanızın arxasından çıxın. Azərbaycan öz torpalarının bir qarışından da əl çəkmək niyyətində deyil. İllər ötsə də düşməni öz qanında boğmağa hazır olanların sayı hər gün artmaqdadır. Bu dəfəki döyüş sizin köpəklik etdiyiniz imperialistlərin kölgəsinə bənzəməyəcək və Ermnistanın sonu olacaq. Bunu o lobbilərinizin beyninə soxun. Bir daha qeyd etmək istəyirəm ki, bir keçmiş döyüşçü kimi erməniylə savaş dilində hesablaşmağın tərəfdarıyam və biz axıdılan hər damla günahsız qan üçün hesab sormalıyıq"...

Daha sonra AVMVİB sədri F. Rzaquliyevin son sosial islahatlarla və müavinətlərin artırılması ilə bağlı fikirlərini soruşduq. AVMVİB sədri dedi: "Biz bu addımı gözləyirdik və artıq 1 ildən artıq idi ki, müzakirələr aparır, müraciətlər edirdik. Sizin də əməyinizi bu sahədə yüksək qiymətləndirirəm. Ardıcıl mövqe tutdunuz. Bu yerində qəbul edilmiş qərardır və davam etdirilməsi vacibdir. Çünki veteranlarımız yaşa dolduqca, səngər həyatının fəsadları üzə çıxmaqdadır. Onların müalicəsi və istirahətləri üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Qarşıdan AVMVİB-nin 25 illiyi gəlir. Bunu qeyd etmək niyyətindəyik. İnanırıq ki, bu işdə hökumət də bizə yardımçı olacaq. Çünki ölkənin ən çox üzvü olan ictimai qurumu öz ətrafında 64 min veteranı birləşdirir. Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən münasibət Vətənə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə sərmayə qoymaqdır. Bunu unutmaq olmaz!"

Azər Bayram
F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"
15 mart 2019 /

F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"

Похожие новости

F. Rzaquliyev: "Düşmən savaş istəyirsə, onu da alacaq"...

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın Füzuli və Cəbrayıl bölgəsinə qanunsuz səfərinə

AVMVİB ERMƏNİ SƏRSƏMLƏMƏLƏRİ İLƏ BAĞLI SƏRT BƏYANAT VERDİ

Son günlər Paşinyanın və Ermənistanın həyasızlaşması ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bəyanat yayıb. Faktı AVMVİB sədri Füzuli Rzaquliyev təsdiqlədi. Bəyanatda

AVMVİB SƏDRİ PAŞİNYANI ZƏNCİRLƏYİB GƏTİRƏCƏKLƏRİNİ BƏYAN ETDİ

Ermənistanın yeni seçilmiş Baş Naziri Nikol Paşinyanın qeyri qanuni şəkildə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edərək ölkəmizi "qorxaq dövlət" adlandırması döyüşçülərin hiddətinə səbəb

AVMVİB SƏDRİ F. RZAQULİYEV ÖLKƏDƏKİ SÖYÜŞ ORTAMINA BİR DAHA MÜNASİBƏT BİLDİRDİ

Son günlər bəzi destruktiv qüvvələrin ölkə rəhbərinin şəxsiyyətinə yönəlmiş təhqiramiz və alçaldıcı ifadələr işlədənlərlə bağlı AVMVİB sədri Füzuli Rzaquliyevin fikirlərini soruşduq. AVMVİB sədri

AZƏRBAYCAN VETERANLARI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİKLƏRİNİ BƏYAN ETDİLƏR

Azərbaycan veteran təşkilatlarının birgə yığıncağı keçirildi. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Qarabağ
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ