MOSKVA XATİRƏLƏRİ...

MOSKVA XATİRƏLƏRİ...


Calaləddin Qasımov

1984-cü ildə Moskvada MİU-ya qəbul oldum. Birinci kursda bir ay idi ki, oxuyurdum.

Moskvada Puşkin metrosundan çıxaraq Teverskoyda Babayevin adına karamel mağazasına girdim. Oradan üç kilo “Meçta” konfetini almaq üçün çek almışdım. Növbəyə duraraq satıcıya çeki təqdim edib konfeti verməsini istədim. Satıcı mənə bildirdi ki, adam başına iki kilo verilir. Bu vaxt arxadan bir qız satıcıya dedi ki, biz iki nəfərik, üç kilo versin. Mən arxaya baxarkən gözəl bir qız gördüm. Ona təşəkkür etdim. Onun gözlərində, üzündə mənə aid nəsə olduğunu gördüm. Gözümü ondan çəkə bilmirdim. Satıcı mənim üç kilo konfetimi hazır edərək vermişdi. Mənim fikrim isə qızda qalmışdı. Onu haradansa tanıdığımı düşünürdüm. Satıcı mənə dedi:

- Al konfetini get, növbəni gecikdirmə.

Növbədə olan o qız çek verib bir kilo konfet aldı. Hər birimizə iki kilo düşdü. Mən yenidən mağazanın içərisindəki bölmələrə baxaraq başqa konfet də almaq üçün qiymətlərinə baxdım. Kassaya yaxınlaşaraq pulu ödəyib çekini alandan sonra da gəlib həmən şokoladı almaq üçün kassada növbə tutdum. Məndən qabaqda yenə də həmin qızı gördüm. O, yenə bir kilo mənim konfet aldığım şöbəyə çek vurdurdu. Mən o qızdan xahiş edərək dedim:

- Üç kilo alsam, mənə bir kilonun alınmasında kömək edərsinizmi?

Qız:

- Sən alverçisənsə, kömək etməyəcəyəm, əgər alverçi deyilsənsə, kömək edərəm, - cavabında söylədi.

Mən gülərək qıza dedim:

- Mən konfet alverçisiyəm.

Qız mənə gülərək dedi:

- Məni bağışla, sənə kömək etməyəcəyəm.

Mən çeki alandan sonra yenə konfet bölümünə getdim. Qız da orada növbəyə durmuşdu. Hər ikimiz özümüzə məxsus olan konfeti aldıq. Mən yenidən sıraya duraraq iki kilo da konfet aldım.

Mağazadan çıxıb Teverskoydan aşağı düşdüm ki, mərkəzi poçtla aldığım konfeti rayona göndərim. Yol boyu mağazində gördüyüm qızın üzündə gördüyüm nuraniliyi, mehribançılığı xatırladım. Lakin o, mənə alverçi dediyinə görə, ondan incimişdim. Ona görə nuranilik, mehribançılıq bir anda xəyalımdan yox oldu. Poçta gəlib bir bağlama alaraq konfetləri yerləşdirdim. Sonra açıqca alaraq qardaşımın ad gününü təbrik üçün ürək sözlərimi yazıb bağlamaya qoydum. Bağlamanı göndərmək üşün mənə bir vərəq verib dedilər ki, bunu doldur. Rus dilində yaxşı bilmədiyim üçün vərəqi doldura bilmədim. Yaxınlıqda bir qız teleqram yazırdı. Vərəq əlimdə ona yaxınlaşdım ki, mənə kömək etsin. O, başını qaldıranda mağazada mənə alverçi deyən qızın olduğunu gördüm. Yenidən dilim tutuldu. Geri çəkilib bağlama qoyduğum stola yaxınlaşdım. Yenicə vərəqi yazmaq istəyirdim ki, qız özü mənə yaxınlaşıb:

- Sizə kömək edəcəm, - dedi və vərəqi doldurdu. Sonra isə öz teleqrammasını yazmağa davam etdi. Mən Moskvada çəkdirdiyim bir neçə fotoşəklimi və ad gününə yazdığım açıqcanı bağlamaya qoydum. Bu vaxt həmin qız yenidən mənə yaxınlaşıb dedi:

- Sənə alverçi dediyimə görə, məndən incimisən? - açıqcaya baxaraq əlavə etdi, - sən ad günü hədiyyəsi göndərirsən, kimin ad günüdür?

Dedim:

- Kiçik qardaşımın ad günüdür, 8-ci sinifdə oxuyur.
Qız açıqcada yazdığım yazını oxumaq istədi. Qardaşıma göndərəcəyim şəkillərimə də baxıb:

- Sizin dildə oxuya bilmirəm, - dedi və özü yeni ad günü açıqcası seçib aldı. Sonra rus dilində yazdı. Məndən qardaşımın adını soruşub nəsə əlavə edib mənə dedi:

- Mənim də balaca qardaşım 8-ci sinifdə oxuyur. Qardaşının ad gününə konfet almaqda sənə kömək etmədiyimə görə məni bagışla. Sənə alverçi dediyimə görə, icazə verin bu açıqcanı da qardaşına mən həddiyə edim. Deyəsən qardaşın rus dilində bilir.

- Mənim qardaşım məktəbdə rus bölməsində oxuyur.
O qız mənim və qardaşımın adını soruşub açıqcanı yazmağa başladı.

Onun üzündəki mehribançılığı, nuraniliyi yenidən görməyə başladım. Gözümü onun üzünə zilləmişdim. O, açıqcanı yazıb qurtardıqdan sonra ondan soruşdum:

- Adınızı deyərsinizmi?

Qız dedi:

- Yox. Əgər üçüncü dəfə görüşsək adımı deyərəm.
Mən yenə onun üzündəki mehriban sifətinin bir anda yox olduğunu gördüm. Qız durub getdi. Mən də bağlamanı poçta təhvil verdim. Sonra dayımgilin ev telefonunu yığmaq üçün poçtda qoyulmuş aparatlara yaxınlaşdım. Aparatla zəng etmək üçün mütləq iki qəpiklik olmalı idi. Zəng vurmaq üçün boş kabinaya girdim. Telefon işləmirdi. Kabinadan çıxıb ikincisinə yaxınlaşdım. Burada isə bir qız zəng vururdu. Başqa aparatlar da məşğul olduğundan qızın danışığını bitirməsini gözləməli oldum. Onun əynindəki paltar mənə tanış gəldi. Diqqətlə fikir verdikdə, gördüm ki, telefonla danışan həmin qızdır. Arxadan onun yığdığı nömrəyə baxıb gördüm ki, 4225959 nömrəsini yığdı. Yadıma düşdü ki, bu qızla bir neçə dəfə telefonla danışmışam. Mən qaldığım evin telefon nöməsi 3225959 olduğundan, səhv salaraq bu nömrəyə çox zəng vurmuşam. Hətta qızın adının Lena olduğunu da öyrənmişdim. Lena telefonla danışırdı:

- Mənəm, mama, Lenadır. Atam evdədirmi? De ki, teleqramı vurdum.

Bu vaxt başqa kabina boşaldı. Keçib telefon aparatından 3225959 nömrəsini yığdım. Rayondan balaca dayım Hafiz gəlmişdi. Mənim instituta gedib-gəlməyimə nəzarət edirdi. Böyük dayımın isə Moskvada Bakinski ilə Sevanski küçəsinin kəsişməsində evi var idi. Mən kiçik dayımla orada qalırdım. Dayıma dərslərimin bitdiyini və institutdan çıxıb rayonda olan kiçik qardaşım Nizaminin ad gününə bağlama göndərdiyimə görə, yubanacağımı bildirdim.

Dayım dedi:

- Şəhərin mərkəzində məni gözlə. Axşam kinoya gedərik. Mən gəlirəm.

Puşkin metrosunun yaxınlığında görüş vaxtını dəqiqləşdirdik. Dayımla danışdıqdan sonra Lena zəng vurduğu kabinaya yaxınlaşdım. Lenanı görmədim. Hər yerə baxdım. O, yox idi. Düşündüm ki, onunla bir gündə təsadüfən 4 dəfə görüşdüm.

Ona təsadüfən neçə dəfə zəng vurmuşam, onunla neçə dəfə telefonda danışmışam. İndi isə onun üzündəki mehribançılığı, nuraniliyi gözümün qabağına gətirəndə, hiss edirdim ki, onun gözlərində mənə aid qeyri-adi nə isə var. Bir də onu görə biləcəyəmmi deyə fiirləşdim. Yadıma düşdü ki, telefon nömrəsi məndə var. Hətta əzbərdən bilirdim. İndi mənə aydın olurdu ki, hərdən onlara səhv olaraq zəng etməyim təsadüfi deyilmiş.

Yarım saatdan sonra dayımla görüşdük. Şəhərdə bir az gəzişdik, kinoya baxdıq. Dayım məndən tez-tez soruşurdu:

- Nə olub? Nəsə fikirlisən, bir problemin yoxdur ki? – deyə suallar verirdi. Mən isə heç nə demirdim. Hafiz dayılarımın ən kiçiyi idi. Mənə siqaret çəkməyi də o, öyrətmişdi. Aramız açıq idi. Ona heç nə demədim. Kino qurtaranda ayağa qalxdım. Həmin anda işıqlar yandı. Təsadüfən dönüb arxaya baxdıqda Lenanı gördüm. Donub qaldım. Rəngim qaçdı, əllərim əsməyə başladı. Ona baxa-baxa qaldım. Lenanın yanında atası, anası, qardaşı var idi. Mən hiss etdim ki, Lena da həmin anda şoka düşmüşdü. Qeyri-ixtiyari ikimiz də bir-birimizin üzünə baxdıq. Lenanın ailəsi zaldan çıxırdı, dayım isə digər sıra tərəfdən zaldan çıxırdı. Lenadan soruşa bildim:

- Bizim bu gün beşinci görüşümüzdü. Adını deməlisən.

O, gülərək mənə dedi:

- Adımı növbəti görüşdə deyəcəyəm.

- Onda səni sabah yenə tapacam, harada olsan belə.

Lena sözümdən bir az da xoşhallanaraq:

- Sabah məni tapsan adımı mütləq deyəcəm, - dedi. Bir az ara verib, - səninlə tanış da olacam, ancaq sabah. Çünki sabah mən bütün günü evdə olacam, şəhərə çıxmayacam, sabah istirahət günümdü.

- Sənə zəng vuracam, necə olsa səni tapacam, - dedim.

- Bizi izləyib evimizi öyrənəcəksən? Onu demək istəyirsən? Onda məni bir daha görməyəcəksən.

Lenanın valideynləri və dayım ön siradan camaatla kinoteatrdan çıxırdılar. Arxa sırada olduğumuzdan bizi görmürdülər.

- Yox, mən sənin adını da bilirəm, telefon nömrənizi də, - dedim.

Lena:

- Nə? Ola bilməz. Mənim adımı desən səninlə dost olacam, - dedi.

-Adın Lenadır.

- Onda sən bayaqdan bizə qulaq asırmışsan. Sən təsadüfən bu sırada oturmamısan. Bəs telefonumuzun nömrəsi neçədir?

Özümdən asılı olmayaraq tez:

- Telefon nömrəniz 4225959-dur, - deyərkən, Lena:

- Nə dedin? Sən hardan bilirsən? - dedi və qaçmağa başladı. Kinoteatrın pilləkanlarını tez-tez enib məndən uzaqlaşdı. Mən onun arxasınca getmək istəsəm də, ayaqlarım tərpənmədi. Sanki quruyub yerimdə qalmışdım. Bir də gördüm ki, qapı yaxınlığında Lenanın valideynləri onu axtarır. Onlar Lenanı tapdıqda sualı sual dalınca yağdırmağa başladılar:

- Biz səni axtarırdıq. Harda qalmışdın? Sənə nə olub, rəngin niyə qaçıbdır? Sifətin niyə pörtüb?

Onların iki addımlığına qədər gələ bilmişdim. Camaat kinoteatrdan asta-asta gedirdi deyə, qapının ağzında çıxmaq üçün hamı növbə gözləyirdi. Lenanın valideynləri isə durmadan ona suallar verirdilər:

- Sən nə olub belə? Özündə deyilsən. Sənə kimsə söz deyib?

Lena məcburən yalandan cavab verməli oldu:

- Yuxuya dalmışam. Bir də ayıldım ki, siz getmisiniz. Tək qalmışdım deyə, qorxmuşdum...

(Ardı var)
MOSKVA XATİRƏLƏRİ...
15 mart 2019 /

MOSKVA XATİRƏLƏRİ...

Похожие новости

HANI BƏY BABALAR, ƏRƏN BABALAR?

Rövşən Hacıbəyli Azərbaycanın indiki baş nazirinin qamışa, qarğıya cərimə kəsməsi barədə xəbəri oxuyanda o böyük kişilər, qurucu babalarımız yadıma düşdü. Kim oxumayıbsa bunu oxusun, oxuyanların da

Biz yəhudilər də, ermənidən ayrıseçkilik görmüşük

Mən orta təhsilimi rus dilində almışam. Bizim sinifdə rus, erməni, tatar və azərbaycanlı uşaqlar vardı. Həmin sinifdə məndən başqa bir yəhudi uşaqda oxuyurdu. Həmin yəhudi şagird sonralar yaşadığı

BİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1988-ci ildə – ermənilərin Qarabağ hay-küyü ciddi sürəklə duyulmaqda idi. O ilin yayında Kəlbəcərdə yerli "Yenilik" qəzetində təcrübə kursunda idim. O

Qarabağda ürpədici cinayət – Əsgər anasının dəhşətli etirafları

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi birləşməsinin əsgəri Gevorq Aroyan qətlə yetirilib. Fedai.az Teleqraf.com -a istinadən xəbər verir ki, bu

DÖYÜŞÇÜ MÖVQEYİ: DÖYÜŞÇÜ POLİSLƏRİMİZİN İŞ HƏYATI

Abbas Hüseynli Araşdırmaçı-yazar, keçmiş döyüşçü Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Nizami RPİ-nin İŞ-də müstəntiq vəzifəsində işlədiyim vaxtlar idi. İdarəmizə təzə bina tikildiyi üçün
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Qondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi qurulduFƏRQİNƏ VARA BİLMƏDİKLƏRİMİZ....
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ