T. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”

T. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”
Azərbaycan ordusunun ötən gün başa çatan irimiqyaslı hərbi təlimləri Ermənistanda müzakirə olunmaqdadır. 10 minə qədər canlı qüvvə, 500-ə qədər tank və digər zirehli texnikanın, yüzlərlə reaktiv artilleriya və ən yeni raket komplekslərinin cəlb olunduğu, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlərin ssenarisi şərti düşmənin müdafiə xəttinin yarılması və ərazilərin işğaldan azad edilməsi üzərində qurulmuşdu.

Virtualaz.org xəbər verir ki, bu təlimləri şərh edən erməni hərbi ekspert Taron Ovanisyan onun əvvəlkilərdən fərqlənmədiyini deyir. Onun bildirdiyinə görə, Azərbaycan ordusunun keçirdiyi təlimlərdə həmişə eyni ssenari oynanılır, bu da o dməkdir ki, ordu müvafiq döyüş əməliyyatlarına hazırlaşır. İndiki halda Ovanisyana görə bu təlimlər Azərbaycan ordusunun Qarabağ istiqamətində hücumuna hazırlıqdır.

"Düzünü desəm, mən gözləyirdim ki, bu təlimlərdə ilk dəfə Belarusdan alınan "Polonez” operativ-taktiki raket komplekslərindən və İsraildən alınan LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçiriləcək. Lakin nə bu, nə digəri tətbiq edilmədi. Ən azından yayılan kadrlarda bu atışları biz görmədik ki, burası bir qədər təəcübləndirir”-Ovanisyan "Sputnik Armenia” agentliyinə açıqlamasında deyib.

Erməni ekspert qeyd edib ki, Azərbaycan "Polonez” və LORA komplekslərini Ermənistanın "İsgəndər” komplekslərini əldə etməsinə cavab olaraq almışdı. O, istisna etmir ki, həmin vsitələrin təlimlərdə tətbiq edilməməsi raketlərin dəyərinin yüksək olması ilə bağlıdır.
"Məsələn, bir LORA raketinin qiyməti 800 min dollara yaxındır. Ola bilsin Azərbaycanın hərbi-siyasi rəhbərliyi təlimlərə bu qədər böyük vəsaitin xərclənməsini məqsədəuyğun saymayıb”-Ovanisyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi "Polonez” və LORA raket komplekslərinin də təlimlər çərçivəsində öz bazalarını tərk edərək poliqonlara doğru hərəkət etdiyinə dair kadrları yayıb. Lakin daha sonra təlimlərin gedişinə dair xəbərlərdə bu komplekslər gözə dəyməyib. Eləcə də təlimlərin döyüş atışlı hissəsinə dair Müdafiə Nazirliyinin yaydığı kadrlarda "Vampir” və "Qrad” reaktiv yaylım atəşi sistemlərindən, özüyeriyən qaubitsalardan və müxtəlif çaplı minomyotlardan, o cümlədən tanklardan şərti hədəflərə kütləvi zərbələrin endirilməsi əksini tapıb.

Lakin "Polonez” və LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçirilməyibsə belə bu silahların təlim poliqonlarına çıxarılması onların real döyüş əməliyyatlarında tətbiqi ilə bağlı digər mühüm elementləri sınaqdan çıxarmağa imkan verir. Bura komplekslərin döyüş mövqeyini tutması, vurulacaq hədəflərin təsbit edilməsi, şəxsi heyətin kompleksləri çevik şəkildə döyüşə hazır vəziyyətə gətirməsi, zərbənin endirilməsindən sonra döyüş mövqeyinin mümkün cavab zərbələrindən yayınmaq üçün qısa zamanda tərk edilməsi kimi məqamlar daxildir.

"Polonez” raket kompleksləri 250 kilometr mənzilli 8 yüksək dəqiqlikli raketlərlə təchiz olunub. LORA kompleksləri isə 400 kilometrdən çox məsafədə hədəfi 500 kiloqrama yaxın döyüş başlıqlı raketlərlə vura bilir.
(Virtualaz.org)
17 mart 2019 /

T. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”

Похожие новости

Azərbaycan hərbi təlimlərə başlayır

Təlimlərə 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı

Bakının aldığı son model raketlərin imkanları…

Dünyada vəziyyət getdikcə daha gərgin və mürəkkəb xarakter alır. Böyük, Dünya müharibəsi, hətta İkinci İmperialist müharibəsi adlandıra biləcəyimiz müharibənin başlaması hissi çox qüvvətlidir.

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir -- VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir. Fedai.az xəbər verir ki,təlimlərdə artilleriya

Müdafiə naziri hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, döyüş texnikasının, aviasiya vasitələrinin, raket və

AZƏRBAYCAN İRİMİQYASLI TƏLİMLƏRƏ BAŞLAYIR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
MOSKVA XATİRƏLƏRİ...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keçmiş döyüşçünün qeydləri: Tanıyın, tanıdın...Kanada parlamentindən terrorçulara dəstək10 ən varlı erməniƏrdoğan: "Trampın Kolan yüksəklikləri ilə bağlı açıqlaması bölgədə yeni gərginlik yaradacaq"Əmək pensiyası alan əlillərə də Prezident təqaüdü veriləcəkZakir Həsənov pakistanlı həmkarı ilə görüşübİlham Əliyev Pakistan Prezidentini təbrik edibSalome Zurabişvili: “Sizinlə rus dilində danışa bilmirəm bu bizi birləşdirən dil deyil”SÖYÜN SADIQOV CİNAYƏTKARMI, YOXSA CİNAYƏT QURBANIMI?AVMVİB XOCAVƏND RAYON ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBTramp Kolan təpələrini İsrail ərazisi elan edəcəkMETRODAKI TERROR HADİSƏSİNDƏN 25 İL ÖTDÜBakı İrəvanı FAKT QARŞISINDA QOYDU: 1992-ci il 24 martda...Azərbaycanda belə bərbad məktəb var – Təhsil nazirinə ağır ittihamlar - FOTOŞƏHİD ANALARINDAN DÜŞMƏNƏ GÖZ DAĞIBACI OĞLU PREZİDENT, QIZI SPİKER OLAN NAZARBAYEVİrəvan qorxuda: Bakıdan niyə şikayət etdi?Nazarbayevin qızı Qazaxıstanda yüksək vəzifəyə seçildiİlham Əliyev Nursultan Nazarbayevə zəng edibKOMANDİRİN QEYDLƏRİ: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...TÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalındaAVMVİB Hacıqabul rayon şöbəsindəRadikal millətçilər Qarabağın Ermənistana “birləşdirilməsi” üçün imza kampaniyasına başladılar2500 illik gəmi tapıldı: Heredot bu barədə yazmışdıLivandan Kəlbəcərə ermənilər köçürülməsi planıAVMVİB XOCAVƏND VƏ FÜZULİ RAYON VETERANLARI HƏRBİ HİSSƏDƏ OLUBLARAzerRos və AzerMos Fuad Abbasova qarşı ermənilərlə birləşdi - "Vətənə xain olanlar düşmənlərə yar oldu..."Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına bayram təbrikiPrezident Qarabağ münaqişəsi barədə: "Əlbəttə ki, öz hərbi gücümüzü artırırıq"NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEO
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ