MOSKVA XATİRƏLƏRİ...

MOSKVA XATİRƏLƏRİ...

Calaləddin Qasımov

(Əvvəli: http://fedai.az/index.php?newsid=4711)

Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə mənə:

- Hardasan, mən də səni axtarıram, - deyərək, mənə baxdi. Bir az üzümə diqqətlə nəzər etdikdən sonra, - Sənə nə olub? Rəngin qaçıb, əllərin də əsir, deyə mənə suallar verirdi. Lena da bizim yaxınlığımızda idi. Hiss edirdim ki, o, dayımın dediklərini başa düsür, mənim rəngimin qaçdığını, əllərimin əsdiyini görürdü. Biz kinoteatrdan yavaş-yavaş çıxırdıq, qapıya doğru yaxınlaşdıqda camaat hər tərəfdən bizi sıxdı. Mən Lena ilə çiyin-çiyinə toxunaraq on addım beləcə getdik. Elə oldu ki, əllərimiz də bir-birinə dəydi. Həmin an Lena gözlərimin içinə baxdı və mənim əlimdən möhkəm sixmağa başladı. Mən də onun əlini sıxdım. Beləcə bir neçə addım da getdik. Lenanın sağ tərəfində ailəsi gedirdi. O, mənə baxıb dedi:

- Sənin əllərin əsir, ürəyinin döyüntüsünü hiss edirəm əllərində.

- Mən də sənin ürəyinin döyüntüsünü əllərində hiss edirəm.

Addımlarımızı daha da asta atırdıq ki, vaxt uzansın. Biz ilk dəfə idi ki, bir-birimzə toxunmuşduq. Həmin an mən özümü dünyanın ən xoş¬bəxti hiss edir, sanki göylərdə uçurdum.
Biz yavaş yeridiyimizdən Lenanın valideynləri və dayım bizdən xeyli aralanmış, qapıdan çıxmışdılar. Biz isə əllərimizi sıx tutaraq ayrılmaq istəmirdik. Lena məndən soruşdu:

- Mənim adımı və telefon nömrəmizi sənə kim deyib?

- Səninlə telefonda çox danışmışam.

- Görüşəndə izah edərsən. Sabah bu vaxt burada səni gözləyəcəyəm.

- Səni görmək üçün səhər saat səkkizdən burada olacam.

- Sabah tezdən axşama qədər?

- Neçədə istəsən gələrsən. Mən burada olacam.

Biz qapıya yaxınlaşdıq. Lenanın valideynləri qapının kandarında onu gözləyirdilər. O, əlini əlimdən çəkdi. Lenanın atası, qardaşı yenidən ondan soruşmağa başladılar:

- Sənə nə olub? Təcili yardım çağıraqmı? - anası isə gözünü mənim üzümə zilləmişdi. Çox güman ki, o, nəsə hiss etmişdi. Çünki bizi yanaşı olanda bizi görmüşdü. Bu vaxt dayım Hafizin yaxınlaşıb:

- Sən hardasan? Yenə səni itirmişdim. Rəngin niyə qaçıbdır? - deyə suallar verəndə də Lenanın anası onu eşidirdi.

Atası isə Lenaya sual verirdi:

- Həkim lazımdırmı, qızım? - anası isə diqqətlə üzümə baxaraq Lenanın atasına:

- Yox, həkim lazım deyil, - dedi. Nəhayət hamımız kinoteatrın həyətinə çıxdıq. Lakin gözüm hələ də Lenada idi. Onun anası isə mə¬nə baxırdı. Lena utandığından başını aşağı salmışdı.

Metroya qədər onların dalınca getdim. Onlar şirniyyat mağazasının qarşısından keçərək, univermaq tərəfə getdilər. Bu an Lenanın sözü yadıma düsdü. Onları izləsəm Lenaya yalan danışmış olacaqdım.

Xəyallardan aylmamışdım ki dayım məni silkələyərək:

- Özünə gəldinsə metroya gedək, - dedi.

- Yox, bir az havada qalım, - deyə bildirdim. Bir az dayımla gəzişdik. Sonra metroya düşüb evə getdik. Evdə dayıma hər şeyin yaxşı olduğunu dedim. Mən də Lena kimi yalan danışdım:

- Kinoteatrda yatmışdım. Yuxudan oyananda qorxdum, - deyə, onu sakitləşdirməyə çalışdım.

Səhər saat altı tamamda yuxudan oyandım. Paltarımı geyinib evdən çıxmaq istəyəndə dayım dilləndi:

- Səni instituta gedəndə saat səkkizdə yuxudan oyada bilmirdim, indi saat altıda yuxudan durmusan, həm də bazar günü.

- Dayı, gələndə sənə dəyəcəm, - deyib onunla xudahafizləşib getdim. Saat yeddiyə qalmış Rusiya kinoteatrının qarşısına çatdım. Saat səkkizdə Lena gəldi. Onu görəndə sevincimdən uçmaq istəyirdim. Lenanı qucaqladım. Sevindiyimdən axan göz yaşlarım Lenanın göz yaşlarına qarışdı. O, gözümün içinə baxaraq adını dedi:

- Lena.

Mən də özümü təqdim etdim:

- Cəlal.

Lena:

- Cəlal hə, Qasımov?

Mən təəccübləndim:

- Mənim soyadımı hardan bilirsən? Yəqin bağlamanı yazanda yadında qalıb?

Lena Cəlaləddin Qasımov Qəzərnfəroviç, 1967-ci ildə Tovuz rayonunda anadan olub, 1974-cü ildə bir nömrəli orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra MIU qəbul olub, hazırda birinci kursda oxuyur. İki dayısı Moskvada yaşıyır. Biri akademikdir, biri professsordur. Kiçik dayısı isə onun mühafizəçisidir. Bir bacısı və bir qardaşı var, adı da Nizamidir. Onun ad gününü mən də təbrik etmişəm.

- Mən çox təəccübləndim, bunları hardan bilirsən? Kimdən öyrənmisən?

Lena:

- Hardan öyrəndiyimi üçüncü dəfə görüşəndə deyəcəm sənə.

Dedim:

- Bəs konfet alverçisi olduğumu öyrənmədin ki?

Lena gülərək:

- Yox, sən alverçi deyilsən. Səni səhv salmışdım, amma sən də konfetlərin ən yaxşısını, dadlısını seçməyi mənə öyrətdin. Mən moskvalı olsam da, sən Moskva konfetlərini məndən yaxşı tanıyırsan. Poçtda səndən ayrılandan sonra gedib həmin mağazadan sən aldığın şokolatların hərəsindən yarım kilo alıb evimizə apardım. Anam da, atam da, hətta qardaşım da mənə dedilər ki, nə dadlıdır bunlar. Sənə kim seçibdir? Onlara dedim ki, mənə hədiyyə alıblar, bir azərbaycanlı, Tovuz rayonundandı, adı da Nizamidir. Atam əsəbləşdi, kimdir o azərbaycanlı? Sən hədiyyəni niyə qəbul etmisən? Mən də dedim ki, o, rus dilində yaza bilmirdi, bağlama göndərəndə onun əvəzinə vərəqi yazdım, o, da əvəzində bağlamanın içindəki konfetlərin hərəsindən bir dənə verdi. Mən də o konfetləri yedim, xoşuma gəldi, gedib onlardan aldım. Atamın sifəti dəyişmişdi. O, karameli yeməyi dayandırmışdı. Dedi ki, onda niyə çox almadın? Biz yeyib qurtardıq ki. Konfeti çaysız yeyib qurtardıq. Düzünü bilmək istəsən, sən bağlamanı yığanda istədim ki, bağlamadakı konfetlərin hərəsindən bir dənə götürüb dadına baxım. Sən aldığın konfetlərdən heç almamışdım.

Onun bu sözlərindən sonra dedim:

- Rayona zəng edib deyəcəm ki, o bağlamanın ağzını açmasınlar. Səni rayona aparacam, onda sən özün o bağlamanı açarsan.

- Mən rayona gedəcəm? Həm də sizə, Tovuza? – təəccüblə dedi.

- Hə, gedəcəksən. Sən məni tanıyandan sonra mənə etibar edəcəksən, inanacaqsan və mənimlə gedəcəksən.

- Mən nə qədər inansam da, sən mənim xarakterimi öyrənənə qədər uzun bir vaxt lazımdır. Nədənsə çox tələsirsən.

- Səni illərcə, əsrlərcə gözləyərəm. Mən səni sevirəm. Hər şey bir anda, bir gündə baş verdi. Özüm də bilmirəm ki, ürəyim, əllərim niyə əsdi. Tanrının işi idi ki, bizi bir gündə beş dəfə görüşdürdü. Səni ilk dəfə görəndən səndə bir doğmalıq, hiss etdim, gözlərində ilahi varlığımı, sevgimi, həyatımın qadınını gördüm.

- Məni tanımırsan, barəmdə heç nə bilmirsən. Tez deyilmi, mənə sevdiyini, ürəyini birinci gündən açmağın? Amma kinoteatrda səni görəndə, səninlə yan-yana gedərkən əllərimiz bir-birinə toxunanda, sanki ilahi bir qüvvə bizim əllərimizi birləşdirdi, bir-birinə yapışdırdı. Mən az qala atamın, anamın yanında da əllərimi ayırmırdım, amma atam görməsə də, anam görmüşdü. Evdə məni danladı. Anama dedim ki, həmişə bizə zəng vuran oğlandır. Səni səsindən tanıdım. Anam dedi ki, o, öz evlərinə yığarkən bizim evə düşür həmişə, o oğlandır? Dedim ki, hə, ana, təsadüfən biz onunla bir gündə dörd dəfə gorüşdük. Anam isə dedi: “Elə gün olub ki, o, bir gündə 4 dəfə bizim evə zəng vurub, sonra üzr istəyib ki, səhv yığıb, burada nəsə var” - deyərək gülümsədi. Amma dünən elə bildim ki, sən dördüncü dəfə məni görmədin...

(Ardı var)

MOSKVA XATİRƏLƏRİ...
17 mart 2019 /

MOSKVA XATİRƏLƏRİ...

Похожие новости

MOSKVA XATİRƏLƏRİ...

Calaləddin Qasımov 1984-cü ildə Moskvada MİU-ya qəbul oldum. Birinci kursda bir ay idi ki, oxuyurdum. Moskvada Puşkin metrosundan çıxaraq Teverskoyda Babayevin adına karamel mağazasına girdim.

HANI BƏY BABALAR, ƏRƏN BABALAR?

Rövşən Hacıbəyli Azərbaycanın indiki baş nazirinin qamışa, qarğıya cərimə kəsməsi barədə xəbəri oxuyanda o böyük kişilər, qurucu babalarımız yadıma düşdü. Kim oxumayıbsa bunu oxusun, oxuyanların da

Biz yəhudilər də, ermənidən ayrıseçkilik görmüşük

Mən orta təhsilimi rus dilində almışam. Bizim sinifdə rus, erməni, tatar və azərbaycanlı uşaqlar vardı. Həmin sinifdə məndən başqa bir yəhudi uşaqda oxuyurdu. Həmin yəhudi şagird sonralar yaşadığı

BİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1988-ci ildə – ermənilərin Qarabağ hay-küyü ciddi sürəklə duyulmaqda idi. O ilin yayında Kəlbəcərdə yerli "Yenilik" qəzetində təcrübə kursunda idim. O

Bir döyüşçü soydaşımızın şəhid düşdüyü xəbəri yayıldı-LENA MURADOVA

Bu gün ağır bir xəbər eşitdim. Vətən sevdalısı və gənc bir soydaşımız Donetsk uğrunda gedən döyüşlərdə şəhid olub... Xarkov vilayəti Zaparoje şəhərində yaşayan və Ukraynada hərbi həkim işləyən
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
MOSKVA XATİRƏLƏRİ...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keçmiş döyüşçünün qeydləri: Tanıyın, tanıdın...Kanada parlamentindən terrorçulara dəstək10 ən varlı erməniƏrdoğan: "Trampın Kolan yüksəklikləri ilə bağlı açıqlaması bölgədə yeni gərginlik yaradacaq"Əmək pensiyası alan əlillərə də Prezident təqaüdü veriləcəkZakir Həsənov pakistanlı həmkarı ilə görüşübİlham Əliyev Pakistan Prezidentini təbrik edibSalome Zurabişvili: “Sizinlə rus dilində danışa bilmirəm bu bizi birləşdirən dil deyil”SÖYÜN SADIQOV CİNAYƏTKARMI, YOXSA CİNAYƏT QURBANIMI?AVMVİB XOCAVƏND RAYON ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBTramp Kolan təpələrini İsrail ərazisi elan edəcəkMETRODAKI TERROR HADİSƏSİNDƏN 25 İL ÖTDÜBakı İrəvanı FAKT QARŞISINDA QOYDU: 1992-ci il 24 martda...Azərbaycanda belə bərbad məktəb var – Təhsil nazirinə ağır ittihamlar - FOTOŞƏHİD ANALARINDAN DÜŞMƏNƏ GÖZ DAĞIBACI OĞLU PREZİDENT, QIZI SPİKER OLAN NAZARBAYEVİrəvan qorxuda: Bakıdan niyə şikayət etdi?Nazarbayevin qızı Qazaxıstanda yüksək vəzifəyə seçildiİlham Əliyev Nursultan Nazarbayevə zəng edibKOMANDİRİN QEYDLƏRİ: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...TÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalındaAVMVİB Hacıqabul rayon şöbəsindəRadikal millətçilər Qarabağın Ermənistana “birləşdirilməsi” üçün imza kampaniyasına başladılar2500 illik gəmi tapıldı: Heredot bu barədə yazmışdıLivandan Kəlbəcərə ermənilər köçürülməsi planıAVMVİB XOCAVƏND VƏ FÜZULİ RAYON VETERANLARI HƏRBİ HİSSƏDƏ OLUBLARAzerRos və AzerMos Fuad Abbasova qarşı ermənilərlə birləşdi - "Vətənə xain olanlar düşmənlərə yar oldu..."Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına bayram təbrikiPrezident Qarabağ münaqişəsi barədə: "Əlbəttə ki, öz hərbi gücümüzü artırırıq"NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEO
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ