.

ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

01 dek 2017
ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev
Mirzəyev Mahmud Əli oğlu . 10 aprel 1936-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olub. Onu öz el- obasında Mamoy adıyla tanıyırdılar...

Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi haqqında əfsanələr gəzir, hətta bəzi əhvalatlar lətifə kimi söylənirdi. Mahmud Mirzəyev Qarabağda böyük bir ailənin başçısı, həm də baba idi. Amma hadisələrin başlandığı məlum 1988-ci ildən düşmənə qarşı aparılan mübarizənin daim önündə idi. Mahmud Mirzəyev İmarət Qərvənd kəndinin Almədədli hissəsində yaşayırdı. Onun evi Çapar (qədim adı Uşacıq) kəndi ilə sərhəddə yerləşirdi. Aradan Gərək çayının qolu olan Ağdaban çayı axırdı.

Yerli sakinlər arasında "O gecə" adıyla tanınan iyun 1991-ci il erməni hücumunun qarşısının alınmasında Mamoy misilsiz qəhrəmanlıqlar göstərdi. Düşməni ov tüfəngləri ilə dəf edən yerli əhalinin bu cəsurluğu düşməni vahiməyə salmışdı. 1991-ci ilin avqust ayında sovet hərbçilərinin guya ermənilər tərəfindən "əsir" alınmasından sonra düşmənin silahlanması başa çatdı. Düşmən 17-24 sentyabr 1991-ci il tarixdə Aterk (Həsənriz), Zərdxaç (Seyidlər), Getavan (Qozlu Körpü) və Çapar (Uşacıq) kəndləri istiqamətindən kəndə ümumi hücum başlandı. Ağdərə kolanılarının bir kəndi respublikanın gözləri qarşısında "ölüm-dirim" savaşı apardı. Kəndi alazan və digər qurğular aramsız atəş altında saxlayırdı. Buna baxmayaraq kənd əhalisi bu hücumun qabağını almış və Çapar kəndinin yarısınadək irəliləyə bilmişdilər.
ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev






















1992-ci ilin yanvar ayında Mamoyun rəhbərlik etdiyi kiçik bir dəstə Çapar kəndinə girərək 35 evi yandırmış və 17 nəfər erməni quldurunu məhv etmişdi. Düşmən Mamoya "Mixaylo" ləqəbi vermişdilər və onun harada üzə çıxacağını qorxuyla gözləyirdilər. Döyüş dostlarının dediyinə görə, Çapara girdiyi zaman ermənilər qaça-qaça qışqırırlarmış ki, "OMON gəldi". M, Mirzəyev isə deyirmiş: "OMON yox ey, Mamoy gəldi".
ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev
Doğma kəndi işğal olunsa da silahını yerə qoymur. Ağdabana 8 aprel 1992-ci il hücumu zamanı oğulları ilə çiyin-çiyinə döyüşən qəhrəman döyüşçü ağır yaralansa da silahı yerə qoymur. Ermənilərin başına pul qoyduğu və qarşısında zağ-zağ əsdiyi döyüşçü gücdən düşdüyünü görüncə döyüş dostlarına çəkilsələr onu güllələməyi xahiş edir. Onu buraxmayan dostları özləriylə apara bilirlər. Döyüş dostlarından qarşı dəstədə döyüşən böyük oğlu Oqtayı çağırmağı xahiş edir...

Qəhrəman döyüşçü Mahmud Mirzəyev 9 aprel 1992-ci ildə şəhidlik zirvəsinə yüksəldi. Məzarı Kəlbəcərin "Şəhidlər Xiyabanında" idi...
ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev
Nüsrət Mahmud oğlu Mirzəyev 1972-ci ilin yanvar ayında anadan olmuşdu. Hələ 15 yaşından atasıyla birlikdə kəndin müdafiəsində iştirak etmişdi. 1991-ci ilin 24 sentyabrında son gülləsinədək döyüşmüşdü. Onun gəncliyi döyüşlərin içində keçmişdi. Atası kimi qorxmazlığı hər kəsi heyrətləndirirdi. O da doğma kəndi uğrunda şəhid olduğu günədək silahını atası kimi yerə qoymadı. 1992-ci ilin yanvarında doğma İmarət Qərvənddən Ağdabandakı hərbi düşərgəyə gedərkən düşmənin qurduğu pusquya düşürlər. N. Mirzəyev yaralansa da pusqudan qurtulub Ağdabana gələ bilir. Kəlbəcər rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O da atası kimi öz ad günü ərəfəsində şəhid oldu.
Məzarı Kəlbəcər "Şəhidlər Xiyabanında"dır.
Allah hər iki şəhidimizə rəhmət eləsin!

Fedai.az Araşdırma Qrupu

ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

538

ЕЩЕ НА ЭТУ ТЕМУ:

LEŞİ TAPILMAYAN ERMƏNİ İTLƏRİ...

LEŞİ TAPILMAYAN ERMƏNİ İTLƏRİ...

Bugündən etibarən qəhrəman Milli Ordumuzun gəbərtdiyi və hayların bu günədək leşini belə tapa bilmədiyi cəhənnəm zəbanilərini sizlərə təqdim edəcəyik. Çünki
ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

Ağdərə rayonu, Kərəmli kəndi. Məlumatlar Qorxmaz Mustafayevin "Ağdərədə nələr oldu?" kitabındakı qeydlərdən götürülüb) Ağdərə kolanıları arasında tam olmayan
ATA-OĞUL ŞƏHİDLƏR

ATA-OĞUL ŞƏHİDLƏR

SƏN, ŞƏHİD OĞLU, ŞƏHİD İSTƏMƏ MƏNDƏN MAQBƏR, SƏNƏ AĞUŞUNU AÇMIŞ VƏ DURUR PEYĞƏMBƏR! Mehmet Akif[img=left] Bu barədə mətbuatda az yazılıb. Qarabağ
AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

Ağdərə rayonunun ən son işğala məruz qalan azərbaycanlılar yaşayan kəndi Çərəkdar kəndi olub. 28 mart 1993-cü il tarixdə bu kənd də erməni-rus hərbi
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

Vətənin hər qarışı əzizdi. Hər çınqılına min can fəda olsun. Amma Qazax rayonunun 7 kəndi Bağanis Ayrım (24 mart 1990-cı il), Xeyrimli (8 mart 1992-ci il),

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ