MOSKVA XATİRƏLƏRİ...

MOSKVA XATİRƏLƏRİ...






















Calaləddin Qasımov
Araşdırmaçı yazar, AVMVİB Polis Veteranları şöbəsi sədrinin müavini




(Əvvəli: http://fedai.az/index.php?newsid=4711, http://fedai.az/index.php?newsid=4737, http://fedai.az/index.php?newsid=4791)

- İndi zəng vurub deyərəm, - söylədim.

Dayım yaşadığı evin telefonunu yığdım. Yenə səhv edib Lenagilin ev nömrəsini düşdüm. Lena ilə danışıb, sonra dayıma zəng etdim. Ona dedim ki, atam restoranda səni gözləyir, niyə gəlmirsən?

- Atanın gözünün içinə necə baxacam, ona yalan danışmışam. Məni məcbur etdin. Deyərsən, görüşü var, gələ bilməyəcək, - dayım dedi.

Onda atam dedi:

- Sabah neçə nəfər olsa, tələbə yoldaşlarını dəvət et, harada istəsəniniz sizə qonaqlıq verəcəm.

Yemək yeyib axşama qədər atamla birlikdə şəhərdə gəzdik. Sonra o, otelə getdi, mən də Samir dayım qaldığı evə gəldim. Dayım evdə idi. Mənə dedi:

- Sabah tezdən Bakıya gedirəm. Atanla üz-üzə gəlsəm o, başa düşəcək. Çünki onun gözlərinin içinə baxa bilmərəm.

Səhərisi dayım Bakıya getdi, mən də Lenagilin tələbə yoldaşları olan üç qiza və beş nəfər də öz dostlarıma, bir də Qazax rayonunun Daş Salahlı kəndindən Zakirə xəbərdarlıq etdim ki, mənimlə birlikdə MİU-da oxuduqlarını desinlər, yəni biz hamımız tələbə yoldaşıyıq. MADİ-dan isə heç kimlə yaxın əlaqə saxlamırdım. Tələbə yoldaşlarım hamısı yaşlı idi, əsgərlikdən gəlmişdilər.

Biz restorana gəldik. Şəhərin mərkəzində “Rossiya” otelinin yanında atam onlarla tanış oldu. Sonra restoranda əyləşdik. Məclisdə atam sagilq dedi:

- Mehriban olun, həyatda ən yaxıin dostlar bir uşaqlıq dostu olur, bir də tələbəlik dostu, - deyib, sözünə bir az ara verib əlavə etdi, siz yeyin-için, istirahət edin, birinci sağlıqdan sonra, hə, mən getdim otelə, - deyib süfrədən qalxdı. Onu yola salanda mənə dedi:

- Sabah tez gəl, gedib bilet alaq. Birlikdə Gəncəyə gedəcəyik.

Səhəri gün tezdən atamla görüşdüm və getməmək üçün ona yalan dedim:

- Mənim təcrübəmm var, on gün gedim təcrübə keçməyə, sonra icazə alıb gələcəm.

Atam isə təkid etdi:

- A bala, anan deyib ki, sənsiz gəlməyim. Bu Moskvada sən nə tapmısan ki, ayrıla bilmirsən? Yaxşı, on gün gözləyərik, - deyib, özünə bilet aldı. Atamı yola saldım. Dərs də qurtarmışdı. Peşə məktəbində keçəcəyim təcrübəyə getmirdim. Lenadan da ayrıla bilmirdim. Hər gün Lena ilə görüşürdüm. On gün keçdi. Mən rayona gəldim. On gün də qalıb, sonra Moskvaya qayıtdım. Dərslərimiz başlamışdı. 18 yaşım tamam idi. Krasnı Qvardeyski rayonunda hərbi komissarlıq-da yoxlamadan keçmişdim. Birinci kursu bitirib əsgər gedəsiydim. Artıq imtahanların vaxtı çatmışdı, müvəffəqiyyətləri verib qurtar-dım, birinci imtahandan da keçdim.

Gecə saat dörd idi. Qapı döyüldü. Yuxudan oyanıb qapını açdim. Gələn dayım idi. Birbaşa hava limanından mən qaldığım yerə gəlmişdi. Onun sərt sifətinə baxan kimi bildim ki, nə isə baş verib. Dayım əsəbi halda mənə:

- Keç əl-üzünü yu, cəld ol, - dedi.

Keçib əl-üzümü yudum. Amma hiss etdim ki, dayım Lena ilə aramdakı münasibətdən xəbər tutub. Yoxsa, gecənin bu vaxtı belə əsəbi şəkildə bura gəlməzdi. Dayım olan otağa keçdim. İstədim ki, Lena ilə münasibətimizdən danışım:

- Dayı, - demişdim ki, məni görüb üstümə əsəbiləşdi:

- Ə, nə dayı? Hə, nə dayı? Sənə nə demişdim? Bu son şansındı, Moskva sənilk deyil, dedim? Niyə mənə qulaq asmadın?

- Nə olub axı? Bir de görüm, - deyə təəccübümü gizlətmədim.

- Sənin hələ xəbərin yoxdu? Mən Bakıdan eşidib gəlmişəm, sən isə heç nə olmayıb deyirsən. Səni ikinci institutun MADİ-dən də qovublar, - möhkəm səslə dedi.

- Necə qovublar? Mən imtahanlaı verdim. Biri gün də imtaha-nım vardı, - dedim.

- Sən peşə məktəbində təcrübəyə getmədiynə görə.
- İnstitutun peşə məktəbinə nə aidiyyatı var axı? – sual verdim.

- Sən təcrübəyə getmədiynə görə, 201 nömrəli SQPTU məktəbindən qovulmusan. Səni SQPTU-dan qovan kimi, Moskvada qeydiyyatdan çıxardıblar, qeydiyyatdan çıxdığıa görə də institutdan xaric olunursan. Sən MADİ-də qiyabi oxuyursan, ona görə də qeydiyyatsız oxuya bilməzsən. Dünən MADİ-yə SQPTU-dan məktub yazıblar və dekan da axşam mənə zəng vurdu. Dur hazırlaş gedək, görüm neyniyəcəyik?

Mən saata baxdım.

- Hələ saat beş yoxdu. Səhər açılmayıb. Bir çay içək, - dedim.

- Tez ol geyin, piyada gedəcəyik, biz çatana kimi səhər açılar, - dayım hazırlaşmağımı istədi.

Biz piyada gedə-gedə dayım məni danlayir, mən isə sakitcə başımı şağı salıb hələ məni həyatın hansı surprizləri gözlədiyindən xəbər-siz gedirdim.

Biz SQPTU-ya çatdıq. Dayım müdirin otağına getdi. İki saat söhbət etdi. Müavin də, usta da gəldi. Sonra məni çağırıb danladılar və son xəbərdarlıq edib MADİ-yə yeni məktub yazıb poçtla göndərdilər.

Biz MADİ-na getdik. Dayım dekanla görüşdü. Sonra direktorla uzun çəkən söhbət etdi. Artıq hava qaralmışdı. İnstitutdan çıxanda mənə dedi:

- Sabah saat onda MADİ-nin qarşısında olarsan.
Səhər tezdən gəldim. Gözləyirdim ki, dayım SSRİ Elmlər Akademyasının yaşlı bir akademiki ilə gəldiyini gördüm. Onlar rektorun qəbuluna keçdilər. Yarım saatdan sonra çıxdılar. Akademiki yola salan kimi, bir taksiyə minib aeroporta gəldik. Yol boyu mənə ciddi tapşırıqlarını verdi:

- Peşə məktəbində hər gün təcrübədə olacaqsan. İki, ya üç aydan sonra əsgərliyə gedəcəksən. Əsgərlikdən gələndə peşə məktəbi səni işlə təmin edəcək və Moskva qeydiyyatı veriləcəkdir, amma bir şərtlə ki, gərək SQPT-da imtahan verib diplom alasan. Sonra fərq imtahanlarını verib ikinmci kursdan oxuyacaqsan. Əsgərlikdən sonra da rus dilini yaxşı öyrənəcəksən.

Biz aeroporta çatdıq. Dayımı Bakıya yola salıb Lena ilə şəhərdə görüşdüm. Lena fikirli olduğumu görüb soruşdu:

- Nə olub? İmtahandan kəsilmisən? Kefin niyə yoxdu?

- Yox, bu dəfə də institutdan qovuldum, - dedim və başıma gələnləri danışdım. Lena özünü günahlandıraraq dedi:

- Bütün günahlar məndədi. Sən gərək hər gün təcrübəyə gedəsən.

Səhəri gün təcrübəyə getdim. Orada 120 metr hündürlükdə krana qalxdım. Əlcək götürməmişdim, möhkəm də qar yağmışdı. Bir güclə yuxarı qalxa bildim. Əllərim donmuşdu. Kabinya daxil olduqda cavan bir qızın yay geyimində olduğunu gördüm. Pəncərə də açıq idi. Qız bizim məktəbi iki il öncə bitirib burada çalışırdı. Mənim təcrübəyə gəldiyimi bilib dedi:

- Usta hər gün səni soruşur. Bəs hardaydın?

- Sən burada necə oturmusan? Üşümürsənmi şaxtada? – deyə təəccübümü gizlədə bilməyib soruşdum.

- İndi sən də soyunacaqsan, - qız gülərək dedi.

Bir az oturmuşdum ki, məndən bir tər axmağa başladı. Qızın dediyi kimi oldu. Soyunmağa məcbur oldum. Üst paltarımı asmağa yer axtarırdım ki, qiz əlimdən alıb yerə atıb dedi:

- Hər yer gül kimidir, bir qram da toz ola bilməz.

Ayaqqabının altına bax, bu qarda toz da yoxdu.

Sonra o, kranın istifadə qaydalarını başa saldı. Dörd sürətötürücü olduğunu və hər birinin hərəkət qaydasını bildirdi və dedi:

- On səkkiz mərtəbəli hərbi akademya tikmişik. Artıq bina hazırdır. Gündə bir-iki dəfə iş olur. Bütün gün yatıram burada. Yaxşı ki, gəldin. Dərdləşməyə adam axtarırdım, - deyib ah çəkdi. Sözünə az ara verib davam etdi, - burada qayda belədir ki, yeni gələn təcrübəçi qonaqlıq verir. İşdən sonra məni hara aparacaqsan? Hansı restorana gedəcəyik? – soruşdu.

Mənim isə lena ilə görüşüm vardı. Dedim:

- Bu gün vaxtım yoxdu.

- Yaxşı, onda burada, kranın içində qeyd edərik, - deyib mənə göstəriş verdi, - get, bir şeylər al, burada oturarıq. Onsuz da saat altıya qədər buradasan.

- Bu şaxtada bir də düşmərəm aşağı. Əllərimə bax, çat-çat olub. İstəyirsən get özün al, - deyib ona iyirmi beş rubl izatdıb, - özün nə istəyirsən get al, - dedim.

- Hamısına? – təəccüblə soruşdu.

- Hə, - dedim. O, çıxıb getdi. Yarım saat keçmişdi ki, aşağıdan bir yük maşının siqnalını eşitdim. Fəhlələr işarə edirdilər ki, kranın asılqanını yük olan tərəfə gətirim, onlar da yükü boşaltsınlar. Pəncərədən başımı çıxardıb:

- Mən təkəm burada, kranı idarə edə bilmirəm, - desəm də, onları başa sala bilmədim. Onlar əsəbiləşərək əlləri ilə işarə edirdilər ki, kranın asılqanını yük maşının üzərinə gətirim, amma mənim nə demək istədiyimi eşitmirdilər. Elə bilirdilər ki, kranda olan krançı qızdır. Sonda kranın bezib asılqanı yük maşını tərəf gətirdim. Kanatı aşağı buraxdım. Fəhlələr isə qarmağın dördünü də yükə keçirib əlləri ilə işarə etdilər ki, yükü qaldırım. Mən də kanatı yığaraq asılanı işarə etdikləri tərəfə çəkməyə başladım. Yükü tam qaldırmadığıma görə, sağa tərəf çəkəndə yük maşının bortuna dəydi və avtomobil iki təkər üzərinə qalxdı. Fəhlələr özlərini yük maşınından yerə atıb hərəsi bir tərəfə qaçdı. Təcrübəm olmadığına görə kranıın sürətötürücüsünü çaşıb birbaşa dördüncüyə qoymuşam. Ona görə də yük yellənməyə başladı. Dörd qarmağın üçü çıxdı. Bir qarmaqdan asılı qalan yük isə daha bərk yelləndi. Nəticədə kabinə də yerindən hərəkət etdi. Çox qorxdum. Kran sanki aşacaqdı. Mən özümü itirdiyimdən sürətötürücünü gah saga, gah sola tez-tez hərəkət etdirərək kranı saxlamaq istəyirdim. Bu vaxt fəhlələr aşağıdan elektriki söndürdülər. Bir də onda özümə gəldim ki, kran artıq nizamlanıb, asılqanda olan yük artıq hərəkət etmir və kabinada olan elektrik qızdırıcı da sünüb. İçəri bir anda soyumağa başladı. Pəncərədən gördüm ki, işçilərin hamısı mənə baxır. Briqadir qışqıraraq:

- Axmaq qız, içki içmisən? – dedi. Onlar hələ də başa düşmürdülər ki, kranda qız yox, mənəm. Bu bu vaxt qız gəldi. Briqadir onu göreb əli ilə məni göstərərək qızdan:

- Sən hardan gəlirsən? Bəs krandakı kimdir? - soruşub onun əlindəki bağlamanl açdı. Orada pivə, çaxır, kolbasa, çörək olduğunu görüb, onu inşaatın vaqonuna apardı.

Gördüm ki, vəziyyət pisdir, içəri isə buz kimi olub. Mən də düşüb vaqona gəldim. Onlar çaxırla pivələri stolun üsünə qoyub sənədləşdirirlər. Baş idarədən də nümayəndə gəldi. Dəyən zərərin üç min rubla qədər olduğunu hesabladılar. Dedim ki, ziyanı ödəyəcəyəm. Onlar isə dedilər ki, sən get, bir də ayağın bura dəyməsin. SQPTU-ya gəlib direktorla ustaya hadisəni olduğu kimi danışdım və dedim:

- Bütün ziyanı ödəməyə hazıram.

Direktor mənə:

- Əgər dediyin kimi olubsa, sən heç bir məsuliyyət daşımırsan, bütün ziyanı krançı qızla, briqadir ödəməlidir.

Çünki onlar səni krana tək qoymaları qadağandır. Hələ səni məcbur ediblər ki, kranı idarə edəsən, - dedi və üzünü ustaya tutub tapşırdı ki, sabah gedib hadisə yerini araşdır və hadisənin necə baş verdiyini dəqiqləşdir. Sonra bizim zaldakı kranda Qasımovu öyrət, imtahanlara az qalıb, mən qardaşına söz vermişəm...

(Ardı var)
26 mart 2019 /

MOSKVA XATİRƏLƏRİ...

Похожие новости

MOSKVA XATİRƏLƏRİ...

Calaləddin Qasımov (Əvvəli: http://fedai.az/index.php?newsid=4711, http://fedai.az/index.php?newsid=4737) Mən dedim: - Dördüncü görüşdə səni telefon nömrəni yığanda tanıdim. Sən evinizə zəng

MOSKVA XATİRƏLƏRİ...

Calaləddin Qasımov (Əvvəli: http://fedai.az/index.php?newsid=4711) Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə mənə: - Hardasan, mən də səni

MOSKVA XATİRƏLƏRİ...

Calaləddin Qasımov 1984-cü ildə Moskvada MİU-ya qəbul oldum. Birinci kursda bir ay idi ki, oxuyurdum. Moskvada Puşkin metrosundan çıxaraq Teverskoyda Babayevin adına karamel mağazasına girdim.

Biz yəhudilər də, ermənidən ayrıseçkilik görmüşük

Mən orta təhsilimi rus dilində almışam. Bizim sinifdə rus, erməni, tatar və azərbaycanlı uşaqlar vardı. Həmin sinifdə məndən başqa bir yəhudi uşaqda oxuyurdu. Həmin yəhudi şagird sonralar yaşadığı

BİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1988-ci ildə – ermənilərin Qarabağ hay-küyü ciddi sürəklə duyulmaqda idi. O ilin yayında Kəlbəcərdə yerli "Yenilik" qəzetində təcrübə kursunda idim. O
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Qondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi qurulduFƏRQİNƏ VARA BİLMƏDİKLƏRİMİZ....
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ