Atalar sözlərində multikultural dəyərlər və tolerantlıq

Atalar sözlərində multikultural dəyərlər  və tolerantlıq

Yeganə Rüstəmova Heybət qızı
Bakı Slavyan Universitetinin doktorantı
ryegana@rambler.ru


Multikulturalizm müxtəlif xalqların adət-ənənələrini, mənəvi dəyərlərini özündə birləşdirir. Məhz bu səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyev “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda belə bir fikir səsləndirmişdir: Multikulturalizm bütün xalqları birləşdirir. Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir: Dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir.Ölkəmizdə yaşayan bütün etnik azlıqlara, həmçinin müxtəlif konfessiyaların öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq,dil və mədəniyyətini inkişaf etdirmək, yaşatmaq üçün yüksək səviyyədə şərait yaradılıb. [4]

Milli tərkibcə multikultural bir ölkə olan Azərbaycanda Azərbaycan türkləri ilə yanaşı ləzgilər (2,0%), talışlar (1,3%),avarlar (0,6%), tatlar (0,3%), saxurlar (0,1%), kürdlər (0,1%), qrızlar (0,04%), udinlər (0,04%) və eləcə də, bir sıra xalqların nümayəndələri (ruslar, gürcülər, tatarlar, ukraynalılar) yaşayırlar. Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması paremioloji vahidlərdə də öz əksini tapmışdır. Tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibət multikulturalizm anlayışını gerçək mahiyyətinə uyğun şəkildə paremioloji vahidlərdə qoruyub saxlamışdır.

Azərbaycanlılar qədim zamanlardan bu günümüzə qədər millətlərin inkişaf tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə daim hörmətlə yanaşaraq onları öyrənmiş və öz xalqının sosial-tarixi inkişafından ayrı şəkildə götürməmişdir. Bu münasibətlə Ulu Öndər H.Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. [5]

Uşaqdan böyüyə qədər hər bir azərbaycanlı özünün gündəlik həyat tərzində və fəaliyyətində millətlərarası ünsiyyətdən faydalanmışdır. Atalar sözlərində dini irqindən, mənsubiyyətindən, milliyətindən asılı olmayaraq qan tökməyin, zülmün, insafsızlığın, haramın əleyhinə olan müdrik düşüncələr təbliğ olunur. Buna görə də müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri də formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Akademik Kamal Abdulla Azərbaycanda həyata keçirilən multikulturalizm haqqında belə söyləmişdir: "Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır. Əsrlər boyu onlar bir- birinə xoş qardaşlıq münasibətləri sərgiləyiblər. Bütün bu insanlar arasında olan münasibət əsrlərdən bəri Azərbaycan atalar sözləri, deyimləri və məsəllərində də öz təsvirini tapıb.“ [6]

Fikrimizcə, hər bir millətin nümayəndəsi digər millətlərin şərəf və ləyaqətinə hörmət hissini öz övladlarına və gələcək nəsillərə aşılamaqla, gələcəkdə də xalqlar arasında multikultural dəyərlərin qorunmasının təminatçısı olmalıdır. Əsas məsələ insanın hansı millətə mənsub olmasında yox, necə insan olmasındadır. Bunu təkcə xalqımızın həyat tərzi göstərmir, qədim zamanlardan bu günümüzə qədər xalqın yaratdığı deyimlər və atalar sözlərində qorunan müdrik kəlamlar da bunun bariz nümunəsidir. Müxtəlif xalqların atalar sözləri dünyası onların həyat ensiklopediyasıdır və xalq müdrikliyininin bu qatı qədər insanın etno-kulturoloji mahiyyətini açan ikinci bir mənbə yoxdur. Müxtəlif dövrlərdə ağızdan-ağıza keçərək formalaşan atalar sözlərinin fərqli dillərdə də qarşılığına rast gəlinir. Atalar sözləri çoxmədəniyyətli hər bir xalqın varlığına o qədər nüfuz etmişdir ki, onlarda real həyat gerçəklikləri, ictimai özünüdərk, milli xarakter spesifikliyi, həyat tərzi,adət-ənənələr,əxlaqi-nəcib keyfiyyətlər,milli dəyərlər sistemi və s. əks olunmuşdur.

Bu kimi məsələlər haqqında atalar sözlərində hərtərəfli məlumat tapmaq olar: Qаpıya gələni qovmazlar. (Azərbaycan (türk) atalar sözləri) – Memenca rız uga k´ik´ean quşxara. Qonağın ruzisi özündən əvvəl gələr.(Buduq atalar sözü) [Məlikova,2016,1-47], Гьоболчийсул мугъалда меседул печат бо’на (досул рицlкъи жинеа цадахъ кьуна). Qonağın belində qızıl möhürü olar.( Avar atalar sözü) [Məlikova,2016, 1-38], Мугьман вичин ризкьи галаз къведа. Qonaq ruzisini özü ilə gətirər. Ləzgi atalar sözü) [Məlikova,2016, 1-105] , Qəribliyi görməyən vətən qədrini bilməz. (Azərbaycan (türk) atalar sözləri) – Ğara, xırıda hampa yıkısdıqha vatandı fağra yişin yıxa i. Qürbətdə varlı olmaqdansa vətəndə kasıb olmaq yaxşıdır.( Rutull atalar sözləri)
[ Məlikova,2016, 1-112] , Nav mehmoni surfəo dast oməkırın. Qonaqdan qabaq süfrədən əlini çəkmə.
( Rutull atalar sözləri) [Məlikova,2016, 1-137]

Atalar sözləri xalqların tolerantlığa tuşlanan insanlıq mənəviyyatının daim təkmilləşdirilməsi, onlar arasında həmrəyliyin mövcud olması işlərinə rəvac verməklə insanları daha çox xeyir işlər görməyə səsləyir: İnsaf dinin yarısıdır. (Azərbaycan (türk) atalar sözləri) – Лъид цог чи вехе тlамрилъи, цо къоялъ живги цогияс гъаб къойну тlамна. Əgər kimisə rüsvay etsən, bir gün özün də rüsvay olarsan. (Avar atalar sözü) [ Məlikova,2016, 1-37] , Ya yeżiq̇ağı həhə inq̇irmə. Nə əkərsən, onu biçərsən.( Xınalıq atalar sözü) [Məlikova,2016, 1-54] , Tu gza Ğmerttan armiq`q`ons, higiy gzit nu mihdi! Əgər yol Allaha aparmırsa, o yolla getmə! (İngiloy atalar sözü) [Məlikova,2016, 1-80], Xubi san, bə xuneytü maras. Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, Xaliq bilər. (Tat atalar sözü) [Məlikova,2016, 1-153], Ğvas çıgay mannas ki ma`. Özün üçün istəmədiklərini özgələrə də arzulama. (Tat atalar sözü) [Məlikova,2016, 1-111]
Dostluğa və qardaşlığa aid min illərdən bəri yaranan, mühafizə olunan fikir yığcamlığı aşağıdakı atalar sözlərində sərrast şəkildə ifadə edilmişdir: Adamın dostu dar gündə bəlli olar (Azərbaycan (türk) atalar sözləri)– Гьудул кьиндал гуро, риидал къурагlала. Dostunu qış üçün yox, yay üçün seç. (Avar atalar sözü) [Məlikova,2016,1-35] , Dustunır q΄aloxun irħara, duşmancır qilexun. Dost başa baxar, düşmən ayağa.( Buduq atalar sözü) [Məlikova,2016,1-45] , Ŝsı ŝsu daldamə. Qardaş qardaşa arxadır.( Xınalıq atalar sözü) [Məlikova, 2016,1-68] , Vi dost’a çalxest’a, avabakeq’at’un şunu. Dostunu tanıt, tanısınlar səni.(Udi atalar sözü) [Məlikova,2016,1-164] , Tost eyhena deş, dost eyxhena t`abal he`e. Tost deyəni yox, dost olanı axtar. (Saxur atalar sözü) [Məlikova,2016,1-126]

Bu sadaladıqlarımız da multikultural dəyərlərin digər bir nümunəsidir. Milli dəyərlərimizi qorumaq hər bir vətəndaşın borcudur. Bununla yanaşı digər xalqların və millətlərin milli dəyərlərinə hörmət olunmalıdır. Atalar sözləri milliyyətindən asılı olmayaraq bu günümüzdə də bütün insanların riayət etməli olduğu özünəməxsus etik-əxlaqi normalar kodeksi olmaqda davam edir. Müasir dövrdə hər hansı bir fikri daha yaxşı ifadə etmək üçün atalar sözlərindən geniş istifadə olunur. Atalar sözləri elə bir sahədir ki, onu nə qədər araşdırsan, yenə də tədqiqatlara ehtiyac duyulur. Apardığımız araşdırmadan aydın görünür ki, Azərbaycan millətindən, irqindən, dilindən, dinindən asılı olmayaraq hər bir millətə, xalqa onun milli dəyərlərinə bütün dövrlərdə hörmət edib və onlara öz yaşamında xüsusi yer ayırıb.
Multikulturalizm ənənələri Azərbaycanda həmişə güclü olub və bu belə də davam edəcək.
31 mart 2019 /

Atalar sözlərində multikultural dəyərlər və tolerantlıq

Похожие новости

ADU-nun rektoru Nardaran məktəbində mühazirə oxuyub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Bilik günündə Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və

Atalar bir birinə zid fikirlər deyib

Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri də atalar sözləridir Atalar sözləri danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Şifahi xalq

BURA İRƏVANDIR: "Atalar yaxşı deyib burada erməni bazarı açma"

Açmasını elə təqdim edəcəyimiz fotolardan özünüz yəqin edəcəksiniz. Bura İrəvanın ən görməli yerlərindən sayılır. Özü də dəmir yol vağzalının qarşısı və Sasunlu Davidin heykəlinin tam arxasıdır.

Prezident pravoslavların Pasxa bayramını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və

AZƏR ALLAHININ TARİXİ

FİRUDİN GİLAR BƏG (Əvvəli ötən sayda) Məhərrəm Ergin, daha sonralar V.M.Jirmunski, Ditsin çapa hazırlandığı iki atalar sözünə xüsusi diqqət etmişlər və həmin atalar sözləri bunlardır: ”Oğuzdan 366
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Qondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi qurulduFƏRQİNƏ VARA BİLMƏDİKLƏRİMİZ....
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ