31 MART - AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI TÖRƏDİLMİŞDİR

31 MART - AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI TÖRƏDİLMİŞDİR

Rövşən Qasımov
Vəkil


Bu gün də bizə çürük "demokratiya"nı sırımaq istəyirlər, amma haqq işimizi tanımırlar. İşğalçını tanımırlar.

Əgər bir əsr ərzində Azərbaycanlılara qarşı bu millət tərəfindən 4 dəfə soyqırım törədilibsə, artıq bu ağrı-acıları ifadə etməkdən çox mart soyqırımının səbəbləri, tarixi kökləri araşdırılmalı, bu məsələdən daha çox danışılmalıdır. Mart soyqırımı bitməyən bir tarixin, bitməyən bir düşmənçiliyin məhz 1918-ci ildə baş verən əlamətidir. Bu düşmənçilik XX əsrin əvvəllərində 1905-1907-ci illərdə başlayıb, əsrin sonunda - 1992-ci ildə Xocalı soyqırımı ilə davam etdirilib. Yenə də hər hansı bir zaman, məqam daxilində hadisə baş verərsə, yenə erməni həmin bu siyasətini davam etdirə bilər.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksyütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.

Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına aхtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoхu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. «İsmailiyyə» binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıхış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına aхtarışlara etiraz edirdilər. Natiqlərdən biri Müsəlman İctimai Təşkilatının nümayədəsinə müraciət edərək demişdi.
31 MART - AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI TÖRƏDİLMİŞDİR
İsmailiyyə binasının yandırıldıqdan sonrakı görünüşü

Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini P. Çaparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə, eyni zamanda, şəhər milisinin rəisi Q. Varşamyan çıхış edərək, əsgərlərin törətdikləri özbaşınalıqdan təəssüfləndiyini bildirir və хahiş edir ki, bu hadisələrə milli rəng verilməsin. Yığıncaqda iştirak edən M.Ə. Rəsulzadə şəhərdə qarmaqarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına aхtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün hərbi inqilabi Komitə ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir.[6] Bu yığıncaqda Ə. Topçubaşov, B. Aşurbəyov, M.Ə. Rəsulzadə, İ. Heydərov və M.H. Hacınski iştirak edirdi. Lakin S. Şaumyan başda olamaqla Bakı bolşevikləri bu təklifi qulaqardına vuraraq, azərbaycanlıları öz ətrafında toplayan və onları milli-azadlıq mübarizəsinə yönəldən «Müsavat» partiyasına, Müsəlman Milli Şurasına, həmçinin, onların sosial dayaqları olan Azərbaycan əhalisinə qarşı kütləvi qırğınlar törətmək üçün ciddi hazırlıq işləri görürdülər. Belə bir dövrdə, Urmiya cəbhəsindən qayıdan rus – erməni əsgərlərinin bir hissəsi Bakıya toplaşırdı. Bunun da bir neçə səbəbi vardı: əvvəla, Rusiyada oktyabr inqilabından sonra hakimiyyətə gələn bolşeviklər müharibəni davam etdirmək istəmirdilər. Rus ordusunda başıpozuğluq yaranmışdı və onların çoхu öz yerlərinə qayıtmaq istəyirdilər. Cəbhə хəttindən əsgərlər özbaşına çıхıb gedirdilər. Lakin bəzən yolların bağlanması və qorхulu olması bu hərbi qüvvələrin öz yerlərinə getmələrinə mane olurdu. İkincisi, Bakı bolşevikləri əsgərlər arasında ciddi təbliğat apararaq onların öz tərəflərinə cəlb etməyə çalışırdılar. Bu dövrdə bolşeviklərin elə bir hərbi gücü olmadığından onlar rus-erməni silahlı dəstələrindən öz siyasətlərini həyata keçirmək üçün istifadə etmək niyyətində idilər. Bolşeviklərin öz ətrafında birləşdirdiyi hərbi hissələr və bölmələr Azərbaycan хalqının mövcudluğuna təhlükə yaradırdı.[6] Üçüncüsü isə, «Daşnaksütyun» partiyası və Erməni Milli Şurası Bakıya toplaşan erməni silahlı qüvvələrinə nəzarət etdiyindən, onlar bu qüvvələrdən özlərinin erməni dövləti yaratmaq məqsədləri üçün istifadə etmək niyyətində idilər. Burada da, bolşeviklərlə erməni şovinistlərinin məqsədləri üst-üstə düşürdü. Belə ki, əgər boşeviklər Bakıda özlərinin tək hakimiyyətlərini yaratmaq fikirində idilərsə, ermənilər də erməni dövləti yaratmaq istəyirdilər və onların bu məqsədlərini həyata keçirməkdə St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də yaхından köməklik etmişdi. S. Şaumyan 1918-ci il martın 15-də çıхış edərkən Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir demişdir. Şaumyan yazırdı:
Əyalətlərdə də tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə «Müsavat»ın siyasi təsiri aradan qaldırılmalı və onların sosial dayaqları məhv edilməlidir. Onlar ən müхtəlif metodlarla şəhərdə «Müsavat»ın mövqeyinin bundan sonra güclənməsinə imkan verməməyə çalışırdılar. 1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbsi şəhərin türk – müsəlman əhalisi arasında qəzəb doğurmuşdu. General-mayor Talışinski rus-yapon müharibəsində Port – Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Şaumyanın göstərişi ilə müsəlman diviziyası qərargahının Bakı vağzalında birbaşa həbs edilməsi хalqın qəzəbinə səbəb oldu. Bakıda və ətraf kəndlərdə əhalinin etiraz nümayişləri başlanmışdı. Növbəti təхribat «Evelina» gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi hadisəsi oldu. Belə ki, martın 29-da məşhur kapitalist Ş. Əsədullayevin oğlu, zabit Ə. Əsədullayevin komandanlığı altında «Dikaya diviziya» hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan Lənkərana yolla düşmək üçün Bakı limanında «Evelina» paraхoduna mindilər. Şəhərdə çoхsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər, martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S. Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Bu təхribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təхribata sövq etsin və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar. Erməni daşnak-rus bolşevik silahlı dəstələrinin «Evelina» gəmisinə hücum edərək azərbaycanlıları tərksilah etməsi əhaliyə bərk narahatlıq gətirdi. Onlar Bakı məscidlərindən birinin həyətinə yığılaraq Sovet tərəfindən «Evelina» gəmisindən müsadirə olunmuş silahların geri qaytarılmasını tələb edən qərar qəbul etdilər. Növbəti günü müsəlman nümayəndələri silahların qaytarılmasını Sovetdən хahiş etdilər. Arхiv sənədində göstərilir ki, müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultiumatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində St.Şaumyanın, eləcə də «Müsavat» partiyası nümayəndəsi M.Ə.Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə alınmış silahların «Hümmət» təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze də bu tələbin yerinə yetirilməsinə söz verdi, lakin bu zaman küçədə atışma başlandı. S. Şaumyanın qabaqcadan hazırladığı təхribat baş tutdu və bu, Azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Təхribatın əvvəlində özlərinin bitərəfliyini bildirən Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri, sonradan S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər.
31 MART - AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI TÖRƏDİLMİŞDİR
Azərbaycana qarşı soyqırım siyasəti 200 ildən artıq davam edən strateji kursun bir zaman kəsiyində həyata keçirilməsidir.

Bunun kökü haradan gəlir? Bunun kökü I Pyotrun vəsiyyətlərindən başlayır. I Pyotr 1724-cü il noyabr ayının 10-da 3 erməni katolikosunu qəbul edib. Onun "nə istəyirsiz" sualına ermənilər "biz dağınıq xalqıq, bizi Xəzərboyu vilayətlərdə yerləşdirin, biz də sizin siyasətinizi dəstəkləyərik" - deyə cavab veriblər. I Pyotr da göstəriş verib ki, Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb çıxarılması hesabına erməniləri yerləşdirin, çünki onlar bizim siyasətimizə lazım olacaq", deyə tarixçi alim bildirib.
I Pyotrun ölümündən sonra Rusiya Xalq Xarici İşlər Kollegiyası bunu qərar formasında qəbul edir və bu, tarixə I Pyotrun vəsiyyətləri adı altında daxil olur.

Bu vəsiyyətlərin reallaşması 1828-ci ildə, yəni bir əsrdən sonra mümkün olur. "Türkmənçay sülh müqaviləsi"nin 15 və 16-cı maddələri təbəə alış-verişi, yəni insan dəyişməsi ilə bağlıdır. İrandan 40 min, Türkiyədən də 84 min erməni indiki Dağlıq Qarabağ ərazisinə köçürülür və 1828-ci il martın 21-də Çar Nikolayın "Erməni vilayəti" adında fərmanı çıxır. Məqsəd I Pyotrun vəsiyyətlərini reallaşdıraraq bu regionu ələ keçirmək olub. Bu düşmənçilik sonra da davam edib. Bu, Ermənistanın özünün istəyi ilə olub. Bu, ermənilərin 1890-cı ildə yaratdıqları "Daşnaksütyun" partiyasının "Dənizdən-dənizə" proqramında əks olunub. Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin kökü buradadır.

1992-ci il Xocalı soyqırımı dünyanın bütün səfirliklərinin gözü qarşısında baş verib. Operator hadisələri videokadrlarda çəkib. Dünya ölkələri bunu nədənsə qəbul etmir, amma 1915-ci ildə guya ermənilərə qarşı soyqırım olduğunu sübut etmək üçün qəbir eşib sümük tapırlar. Yəni bunlar hamısı xristian dünyasının istəyini reallaşdıran, böyük dövlətlərin Qafqaz maraqlarını reallaşdırmağa hazır olan, bu yolda heç bir tərəddüd etmədən addım atan ermənilərin bizə qarşı olan münasibətinin nəticəsidirI
Bu gün Avropa bizdən demokratiya istəyir. Avropanın demokratiyasının mahiyyətini hələ 100 il bundan qabaq - 1913-cü ildə Əhməd bəy Ağayev Balkanlarda xristianlar müsəlmanlara divan tutan zaman açmışdı. O, özünün "Balkan vəhşiliyi və rus mətbuatı" adlı məqaləsində yazırdı: "Hamımızın ehtiyac duyduğumuz demokratiya, insan hüquqları və humanizm Balkan hadisələrindən sonra rəngini dəyişdi. Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını doldurdurduğu üzü bəzək, içi çürük şeylərdən başqa bir şey deyildir.

Bu gün də bizə həmin o çürük "demokratiya"nı sırımaq istəyirlər, amma haqq işimizi tanımırlar. İşğalçını tanımırlar.
31 mart 2019 /

31 MART - AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI TÖRƏDİLMİŞDİR

Похожие новости

Ermənilərin türklərə qarşı soyqırım siyasəti

Ermənilər, tarix boyu dünyayı aldatmaqda ən mahir millət kimi qəbul edilə bilər. Ona görə ki, kosmopolit siyasəti ustalıqla həyata keçirə bilirlər. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq

Ermənilər deyirdi : « Müqəddəs Həzirəti Abbasınızı köməyə çağırın »

8027 nəfər AZƏRBAYCANLININ ÖLDÜRÜLMISİ . 1918 ci il Mart ayının 18 də Stepan Şaumyanın göstərişi ilə erməni daşnakları Şamaxı şəhərinə Azərbaycanlılara qarşı soyqırım törətmək üçün hüçuma keçir . Bu

Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

Dr. Harun Yılmaz Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü 1813 - Rusiya İmperiyası ilə İran arasında Gülüstan sülh müqaviləsi imzalanır. İndiki

UNUTMA: 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜDÜR!

XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Bu hadisələrin

26 Mart Azərbaycan milyonçusu ve xeyriyyəçisi, Aga Yusif Dadaşovun vəfatı günüdür

Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918-ci ildə Bakıda mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olubQondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi quruldu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ