02 Dek 02:34GÜNDƏM / Köşə

OĞRU MƏMUR-MİLYONERLƏRİMİZƏ BƏSİT HESAB DƏRSİ...

OĞRU MƏMUR-MİLYONERLƏRİMİZƏ BƏSİT HESAB DƏRSİ...
Xaqani Ədəboğlu

Ey cənab sevimli Oğrularımız!

Hər birinizin yaşı 55-60-ı keçdiyini gizləmək mümkün deyil. Çünki yaş da dollar hesabı deyil ki, gizləmək ükün olsun. Hər birinizin də 100 milyondan artıq pul oğurlamağınız da şəksizdi. Hərçənd, 100 milyonu olana öz aranızda kasıb kimi baxsanızda, bu çırpışdırdıqlarınızın nə millətə, nə də övladlarınıza heç bir faydası dəyməyəcək. Çünki deklorasiyasını verə bilməyəcəyiniz bu pulların boyunu sion-sakson uşaqları çoxdan ən azı siz qədər SWIFT "məhəbbətiylə" sevməkdədirlər. Halal xoşları olsun, axı axmaq adam, ağıllı pulu neyləyir ki?

Var-yoxumuzu ABŞ kağızına çevirən bu binəvalara bir hesab yazıram. Bir bəsit hesab məsələsinə diqqət edin: Tutaq ki, 55 yaşlı "milli" Oğrumuz Dövlət babadan 30 milyon dollar çırpışdıra bilib. Əgər Əzrayılla qarşılaşıb 85 yaşında ölərsə, 30 il üçün bu gündən başlayıb dayanmadan, yatmadan hər 1 dəqiqə ərzində 1 dollar pul xərcləsə xərcləsə, yalnız 15. 768. 000 dollar xərcləyə bilər. Məzar xərcləri daxil yerdə 14. 232. 000 dollar miras qalar. Sağlığına qismət...

Bu bəsit hesabı bilməyən adamları, niyə Dövlət Babanın bostanına oğurluğa göndərirlər ki, milyardlarımız da əldən çıxa. Qalaq analoqsuz vəziyyətdə...
Başqa bir amerikanlıların başımıza hördüyü başqa bir bəsit hesab dərsi isə daha acınacaqlıdır. 100 dollarlıq əskinsın mayası ABŞ üçün 3 sentə başa gəlir. Yəni ABŞ, bizim oğru milyonçunun 30 milyonluq taladığı sərvətə vur - tut 900.000 dollar xərclə sahib olur. Bu 3 sentlik kağız parçalarına Milləti, Vətəni, Torpağı və Bayrağı satmağa nə ad verək? Adam olun, adam...

Düşmən erməni hər qazandığı 3 manatın hesabını bu cür aparır: 1-i ailə üçün, 1-i özüm üçün, 1-i millətin gələcəyi üçün. Biizim üçün dünən keçmişdir, sabah "ya qismətdir", gün bu gündür. Gələcəyi siyasətçilər, axirəti isə dindarlar "satın almışlar"...
Düşünürəm ki, biz keçmişi talan edilmiş, bu gününü tükədib gələcəyini kreditə götürmüş bir toplum olmaqdan qurtula bilməsək gələcəkdə yerimiz olmayacaq. Dünyada gedən proseslər bunu diqtə etdikcə biz erməni gəlinlərimizi sayırıq. Ellər öz gəlir-çıxarlarını sayanda, biz də tez-tez erməni gəlinlərimizi sayırıq...
Allah axırını xeyir eləsin. Amma erməni olan yerdə xeyir nədir, heç xiyar da bitməz...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ