Dərddən "Kazbek" kimi tüstülənən lümpenlərin Məmləkəti...

Dərddən "Kazbek" kimi tüstülənən lümpenlərin Məmləkəti...

Xaqani Ədəboğlu

Yazıma olmuş və bu gün lətifəyə çevrilmiş bir əhvalatla başlamaq istəyirəm. Deyilənə görə bir dağ rayonunda toy gecəsi "üzü qara" çıxan qızın başını "el qaydasınca" qırxıb tərsinə eşşəyə mindirilər və eşşəyin noxtasını da qızın dədəsinin əlinə verirlər ki, qızının yaşamasını istəyirsənsə, beləcə qızını apara bilərsən. Tərslikdən də yol kənd sakinlərinin gur olduğu bir məhəllədən keçirmiş. Həmin yerə çatanda qələbəliyi görən qız dədəsinə deyir: "Dədə, eşşəyi bir az iti-iti çək, bu ağzıgöyçəklər bunu da söz edəcəklər, bizə şəbədə qoşub ardımızca yüz söz danışacaqlar"...

Neçə gündür "şoook-xəbər" jurnalistikamızın kefidir. Tam öz stillərinə uyğun mövzu ayaqlarına gəlib. Əvvəllər bu tip mövzu tapmayanda, gedib belə xəbərləri Afrikanın San-Tome və Prinsipi Demokratik Respublikası adına uydururdular. Amma sosial şəbəkələr və bu şəbəkə üzərindən yayılan saytlar bir-birinə imkan tanımadan 1002-ci nağıllarını yazmaqdadırlar. Guya ki, bizim televiziyalar illərlə bu görüntülərdən fərqli şeylər göstərib və yaxud musiqilər səsləndirib? Bu sizin illərlə çəkdiyiniz "zəhmətin" acı meyvələridir. Bu gün şəhəri başdan-başa böyük "...Xanaya" çevirənlər kimlərdir? Gecə klubları, gecə barları, masaj salonları, saunalar, təmayüllü restoranlar, motellər və s. kimlərə məxsusdur? Əlbəttə ki, cındırından cin hürkən Mamedin deyil, sahiblərini yaxşı tanıyırsınız və bu həqiqət bir gün sizlərin hər birinizə hayqıracaq ki, Vətəninin, Torpağının namusunu çəkməyənlər fərdlərin namsunu çəkməyə yaramazlar. Rəsmi olaraq erməni fahişə Kim Qardaşyan bu yolla qazandığının düz 10%-ni milləti yolunda xərcləməyi öz öhdəsinə götürüb. Bizim eyni üslubda rüşvətlə, oğurluqla, tayfabazlıqla, monopoliya ilə milyarder olmuş əsilsiz-nəcabətsizlərimizin düşüncə tərzi və əxlaq tərzinə, mən əsla təəccüblənmədim. Vətəni satlıq bilənin anası da satılmış. "Zırrama" sənətkarımız “Vüqar Səda” ləqəbli Vüqar Abdullayevin "fırlatdığı" qafiyə ilə desək, məmləkətimizə baxanda adamın lap elə, "Kazbekə şey basım zırranım, Fırranım, başına, fırranım"ı tutur. 3 qızın və 2 pleyboyun eyş-işrətini "gözü götürməyənlər" dara-bara edərkən, hər gün gecələr "zorlanan bir şəhərdə yaşadıqlarının heç fərqinə varıblarmı?"

Bu tarixi faktı dönə-dönə təkrarlayıram ki, bəlkə bir gün ünvanına çatdı. Əsrin əvvəllərində əsilsiz neftxudalardan çəkdiyimiz bəlaları birər-birər "cücərtməkdəyik". Xatırladım ki, Bakının məşhur milyonçularından olan Murtuza Muxtarovun bolşeviklər evinə daxil olarkən özünü güllələmədən öncə yazdığı son məktubdan bu sətrləri xatırlatmaq istərdim: “Bakı neftindən böyük pullar qazandıq… Ağlagəlməz qədər böyük pullar… Həmin pulllarla Bakını alınmaz bir qalaya çevirə bilərdik… Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik… Bu da nəticəsi!”...

Biz niyə beləyik? Nələrə əməl etmirik ki, Tarixin edam kürsüsündə boy göstərməkdəyik. Bu hadisəni “Şəxsi həyatın toxunulmazlığını pozma” adlanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət məsuliyyət cəlb edilə, eyni zamanda şəxsi həyat sirlərinin pozuntusuna məruz qalmış qızlar tərəfindən həmin şəxslərə qarşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırıla bilər. Əsas məsələ ziyan məsələsidir. Çünki bizim özgə düşüncəmiz yoxdu. Bunların araşdırmasına görə, bu demək olar ki, "sevgi işiymiş". Bunların sevgiləri elə bütün sahələrdə belədir. Bu adamlar, nə yazıq ki, Vətəni də "lüt olaraq" "sevirlər".

Biz niyə beləyik? Demokratiya gəzəndə millisini axtarırıq, amma əxlaq gəzəndə isə fərq etməz. Səhrada ölməkdə olarkən xilas olmaq üçün tapdığı eşşəyin erkək, dişiliyini yoxlayan xalqımız, başına müsəlləf etdiklərinin milliyyətini, cinsiyyətini, zehniyyətini belə yoxlamır. Qoyun alanda dişini, başını yoxlayan millətimiz, özünə vəkil etdiyi adamların varlığından taundan qaçanlar kimi gen durarlar. Bu da nəticəsi.

Ortada "zırrana-zırrana və fırrana-fırrana" "lümbəlüt" qalmışıq. Amma narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamorkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Digər gündəm "qəhrəmanlarımız", 2 kişinin və 3 qadının şəxsiyyəti də müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib. İstifadələrində olan “Range Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib. Eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C. Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb. Amma deyəsən bunların cibindən polislərimiz, 90 SA 888 dövlət nömrə nişanlı "Range Roverin" açarından başqa heç nə tapmayıblar?!? Amma kadrlarda "zırrana-fırrana" görsənirdilər. Bəlkə bu "manısı" bir də yoxlayasınız...

...Həm də polislərimiz haradan nə tapaydılar ki? Axı onlar lüt idilər. Lətifə ilə başladığım bu yazını elə lətifə ilə də bitirirəm. Taksi maşını trasın kənarından bir lüt xanımın özünü maşına tərəf atdığını görüb saxlayır. Qadın özünü içəri təpir. Sürücü maşını sürə-sürə hərdən çönüb arxaya baxırmış. Birdən qadın dözməyib dillənir ki, qadın görməmisən, nəyə baxırsan?

Taksi sürücüsü deyir:
- Görməyinə görmüşəm, amma fikirləşirəm ki, yol pulunu haradan çıxarıb verəcəksiniz?

Beləcə, bir lüt oğlu lümpenin cibdən tank çıxaran polislərimiz, bu lümpen oğlu lütün əynində barı şalvar da tapa bilməyiblər.

Ey gidi, dünya!
02 aprel 2019 /

Dərddən "Kazbek" kimi tüstülənən lümpenlərin Məmləkəti...

Похожие новости

İmtahanlarda abituriyentlərin ballarını pulla “artıran” şəxs ələ keçdi - FOTO

Sosial şəbəkələrdə insanların etimadını qazanan və həmin şəxsləri aldadaraq onlara külli miqdarda maddi ziyan vuran şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu

NURU PAŞANIN BACISINA YAZDIĞI GİZLİ MƏKTUBA SÖZARDI...

Xaqani Ədəboğlu Nuru Paşanın Azərbaycan və Türkiyə türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktubda yazılanları dinləyin. Bu məktubda 100 illik bir həqiqəti və bu gün

İntihar edən abituriyentin anası özünə qəsd etdi

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb. Fedai.az apa-ya istinadən xəbər verir ki,, 1980-ci il təvəllüdlü Xurman Əzizova 14 mərtəbəli binanın damından özünü yerə ataraq intihar edib.

BİR BİLET PULUYLA YARATDIĞIMIZ DÖVLƏT

Xaqani Ədəboğlu Başbuğumuz Böyük M.Ə. Rəsulzadəyə ithaf edirəm. Bəzi özündən "üləmalar" kitab - zad oxumadan Milli hökuməti İrəvanı ermənilərə verməkdə günahlandırırlar. Amma bu dövlət

"KƏRAMƏTLİLƏRİN" ÖLKƏNİ BATIRAN "BÖYÜKBAYIRLARI"

Xaqani Ədəboğlu Artıq neçə gündür ki, ölkəni Kəramətin "anti reklamı" bürüyüb. Yaxşı ki, heç olmasa sosial şəbəkədə öz etirazlarını bildirən milli fəallarımız var. İnanın ki, onlar olmasa bu
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Qondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi qurulduFƏRQİNƏ VARA BİLMƏDİKLƏRİMİZ....
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ