Prezident məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib

Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.

Fedai.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirib ki, Bakı şəhərinin ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin 2011-ci ildə imzaladığı Sərəncama əsasən çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi nəzərdə tutulub. Məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılıb. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, buradakı mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.

Sonra Prezident İlham Əliyev uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 280 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Daha sonra Şuşa rayon 7 nömrəli tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu təhsil ocağı 560 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.

Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Prezident  məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
06 aprel 2019 /

Prezident məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib

Похожие новости

Prezident məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib

Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

Azərbaycan Prezidenti Zabratda 192 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Prezident məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr

Mehriban Əliyeva Maştağada açılış mərasimində iştirak etdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub. Azərbaycan

lham Əliyev məktəb açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Qondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi qurulduFƏRQİNƏ VARA BİLMƏDİKLƏRİMİZ....
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ