İngilis kəşfiyyatının yalanları – Ağaoğluna qarşı təxribat

İngilis kəşfiyyatının yalanları – Ağaoğluna qarşı təxribat

Türk tədqiqatçı Bülent Özdemir 2005-ci ildə ABŞ arxivlərində araşdırma apararkən “Personalities: Turkey” adlı qovluğa rast gəlib. Məlum olub ki, bu maraqlı sənədi ingilis kəşfiyyatı hazırlayıb, 1917-ci ildə Osmanlıda məşhur olan ictimai-siyasi xadimlər haqqındadır. İngilis kəşfiyyatçılarının barələrində məlumat topladıqları yüzdən çox şəxs arasında bir Azərbaycan türkü də olub: Əhməd bəy Ağaoğlu. Əhməd bəy həmin dövrdə Türkiyədə yaşadığı, siyasi fəaliyyətinə burada davam etdiyi üçün siyahıya salınıb. Amma görünür, kəşfiyyatçılar peşəkar olmadıqları üçün və ya məqsədli şəkildə Əhməd bəy haqqında yanlış məlumatlar qeyd ediblər.
B. Özdemir həmin qovluq əsasında “İngilis kəşfiyyat raportlarında fişlənən Türkiyə” adlı kitab yazıb, mətnləri tərcümə edib.

Azərbaycan və Türkiyənin böyük mütəfəkkiri Əhməd bəy Ağaoğlu haqqında ingilislər belə yazıb:
“Yəhudi soyundan qafqazlı bir ixtilalçı. Dumadan öncəki günlərdə Rus Gizli Xidmətinin keçmiş provakator agenti. 1904-cü ildə Bakıda ermənilərin müsəlmanlar tərəfindən qətliamını təşkil etdi. Rusiyada liberal rejimin hakimiyyətə gəlməsi ilə gözdən düşdü, gizləndi. 1908-ci ildə Türkiyə ilə münasibətlərini düzəltdi və İslama göstərdiyi naməlum xidmətlərə görə Osmanlı təbəəsinə qəbul edildi. Qəzetçilik fəaliyyəti göstərərək İstanbulda yaşadı. Hər zaman aşırıların yanındaydı. 1913-cü ildə İttihad və Tərəqqinin Mərkəzi Komitəsinin üzvü oldu və indi Maarif naziridir. Onu tanıyan hər kəs tərəfindən “sans foi ni loi” (inancsız və qaydasız) kimi tərif edilir. Son erməni qətliamının təşkilində kömək etməsi ehtimal olunur. Təxribatçılığa və digər suçlara görə rus polisi tərəfindən axtarışdadır”.

Yalanlar Kəşfiyyat materialında erməni məsələsinin qabardılmasına görə kəşfiyyatçıların bu bilgiləri ermənilərdən topladıqlarını ehtimal edirik. Çünki Ağaoğlunun uzaq keçmişi haqqında bilgi əldə etməkdə ona ən yaxşı kömək edəcək şəxslər ermənilər ola bilərdi.

Materialdakı yalanlara diqqət edək:
Yəhudi soyundan qafqazlı bir ixtilalçı - Əhməd bəy 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Bu iki tayfanın yəhudilərlə hər hansı bir əlaqəsini düşünmək insan ağlı üçün ziyanlıdır. Ağaoğlunun özü isə xatirələrində belə yazıb: “Mən Ağaoğlu Əhməd. Anamın və atamın, bütün əcdadımın damarlarında türk qanından başqa bir qan olmayan qarabağlı bir türkəm”.
Görünür, o dövrdə Avropada yəhudilərə qarşı olan mənfi münasibətdən istifadə edən ermənilər Ağaoğlunu yəhudi kimi qələmə verərək gözdən salmaq istəyiblər.
Rus Gizli Xidmətinin keçmiş provakator agenti – Bu ittiham da absurddur. Əksinə, Əhməd bəyin başçısı olduğu “Fədai”, “Difai” kimi təşkilatlar Qafqazda müsəlmanların öldürülməsinə və çar məmurlarının zülmünə qarşı qurulmuşdu. Milli təşkilat idi, gizli rus kəşfiyyatı ilə əlaqəsi imkansız idi.

1904-cü ildə Bakıda ermənilərin müsəlmanlar tərəfindən qətliamını təşkil etdi – 1905-1906-cı il hadisələri Çar Rusiyasında baş verən inqilabın ucqarlara gəlib çatmaması üçün Rusiyanın özünün təşkil etdiyi qarşıdurma idi. Fürsət gözləyən ermənilər rusların dəstəyi ilə bölgədə qırğın törətmiş, nəticədə hər iki tərəfdən insanlar həlak olmuşdu. Əhməd bəy bu dövrdə əvvəlcə sülh yolunu təbliğ etmiş, nəticə olmadığı təqdirdə ermənilərin hücumlarının qarşısını almaq üçün təşkilat qurmağın vacibliyini başa düşmüşdü. Əhməd bəy o dövrdə müsəlmanların əsas müdafiəçisi olduğuna görə kəşfiyyat materialında məqsədli şəkildə belə yazılıb. Ağaoğlu 20 fevral-6 mart 1906-cı ildə Tiflisdə Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun sədrliyi altında keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycan nümayəndələri arasında yer alıb. Məhəmməd Səid Ordubadi “Qanlı sənələr” əsərində Əhməd bəyin bu görüşdə çıxışının mətnini verdikdən sonra qeyd edib: “Söz bura yetişəndə cənab Əhməd bəyin başı gicəlib oturur yerə, onu aparırlar sarayın bir otağına, bir az keçdikdən sonra özünə gəlib məclisə daxil olur”.

1908-ci ildə Türkiyə ilə münasibətlərini düzəltdi – Əhməd bəyin Çar Rusiyasının gözündən düşməsi normal idi. “Difai”nin gizli fəaliyyətinə, Azərbaycan türklərinin müdafiəçisi kimi 3 il ərzində göstərdiyi mühüm xidmətə görə həbs edilə, öldürülə bilərdi. Ağaoğlu bunu başa düşdüyü, həmçinin Parisdə tələbə ikən dostlaşdığı Osmanlıdan olan siyasətçilərin təklifini nəzərə alıb İstanbula yola düşmüşdü. 1908-ci il Türkiyə üçün də yeni mərhələnin başlanğıcı idi.

Qəzetçilik fəaliyyəti, Maarif naziri, İttihad və Tərəqqi – Ağaoğlunun İstanbuldakı fəaliyyəti ilə bağlı bir qism məlumat düz olsa da, onun maarif naziri olması fikri yanlışdır. Bilirik ki, Əhməd bəy 1909-cu ildə İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib. Burada Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsi ilə “İttihad və Tərəqqi” cəmiyyətinə girib. Həmin il Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il içərisində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib.

Erməni qətliamında iştirak – Ermənilər 1915-ci il hadisələrində “İttihad və Tərəqqi”ni günahlandırdıqları üçün Ağaoğlu da birbaşa bu siyahıya daxil edilib. Ümumiyyətlə, Əhməd bəyin ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi qətliamlara cavab verməsi, milləti təşkilatlandırması qarşı tərəfin həmişə hiddətinə səbəb olub. Sovet Ermənistanının xarici işlər naziri C.Kirakosyan 1986-cı ildə İrəvanda nəşr etdirdiyi “Gənc türklər tarixin məhkəməsi qarşısında” adlı əsərində yazır: “Qafqazda millətlərarası zəmində baş verən qırğının əsas təşkilatçılarından biri şuşalı Əhməd bəy Ağayev erməni ailələrinin pərən-pərən salınması, ermənilərin məqsədyönlü şəkildə türklər arasında səpələnməsi, onların millət kimi məhv edilməsi ideyasının tərəfdarı idi”.

Qeyd edək ki, 1905-ci il hadisələrini ermənilər rus mətbuatında tamam fərqli formada təqdim ediblər. Azərbaycandan isə buna cavab olaraq Əhməd bəy “Sankt Peterburqskie vedomosti” qəzetində “Bakı hadisələri haqqında həqiqət” adlı geniş məqalə dərc edib. Ağaoğlunun bu fəaliyyəti ermənilərdə o qədər qıcıq doğurmuşdu ki, 1910-cu ildə E.Ter-Qriqoryan adlı müəllif “Alov və qılınc” adlı pyesində Əhməd bəyin mənfi obrazını yaratmışdı.

Əhməd bəyin rus polisi tərəfindən axtarılmasına gəldikdə isə 1917-ci ildə Rusiyanın başı özünə elə qarışmışdı ki, Osmanlı təbəəsi olan birini axtarmaq ən son işlərdən olardı.

Dilqəm ƏHMƏD

Qaynaq:
1. “31 Mart tariximizin faciəli səhifəsi” – Bakı, 2019
2. M.Mərdanov, Ə.Tahirzadə, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” – Bakı, 2018
3. Bülent Özdemir, “İngiliz istihbarat raporlarında fişlenen Türkiye”, İstanbul, 2008
(teleqraf.com)
07 aprel 2019 /

İngilis kəşfiyyatının yalanları – Ağaoğluna qarşı təxribat

Похожие новости

DİAFİNİN "GÖZƏ GÖRÜNMƏZ" ÜZVÜ

(Ermənilər 12 il onun haqqında məlumat ala bilməmişdilər) Erməni terrorizminə qarşı mübarizə məqsədi ilə qurulmuş Difai təşkilatının əsas üzvlərindən biri, heç kimin tanımadığı 25 yaşlı Həsən Fəttah

Azərbaycan Cümhuriyyəti Əmniyyəti xidməti rəhbəri Nağı bəy Şeyxzamanlı

Şeyxzamanlı Nağı bəy Saleh bəy oğlu — Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi olub. 1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib.

UŞAQ İKƏN ERMƏNİLƏR BİZİ DÖYÜRDÜ

(İllər sonra erməni terrorçularından qisasını alan Azərbaycanlı mütəfəkkir) Əhməd bəy Qarabağın gözü olan Şuşa şəhərində məktəbdə oxuyan cəmi beş Türk uşağından biri olub. Yerdə qalan şagirdlər isə

DİFAİNİN "GÖZƏ GÖRÜNMƏZ" ÜZVÜ

(Ermənilər 12 il onun haqqında məlumat ala bilməmişdilər) Erməni terrorizminə qarşı mübarizə məqsədi ilə qurulmuş Difai təşkilatının əsas üzvlərindən biri, heç kimin tanımadığı 25 yaşlı Həsən Fəttah

"Səndən ermənilərə çox üz verməməni xahiş edirəm" - Əhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır

Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunu demək olar ki, müəyyən qisim təbəqədə tanımayan kimsə yoxdur. Onların istər Azərbaycandakı fəaliyyətləri, istərsə də Türkiyəyə mühacirət etdikdən sonra
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olubQondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi quruldu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ