QƏHRƏMAN DÖYÜŞÇÜNÜN QƏHRƏMAN XANIMI

QƏHRƏMAN DÖYÜŞÇÜNÜN QƏHRƏMAN XANIMI



Bu qadın Milli Qəhrəman Yelmar Edilovun həyat yoldaşı Reyhan Edilovadır.

-Necəsiz, Reyhan xanım?

-Yaşamağa çalışıram.

-Reyhan xanım, Yelmarlı günlərə qayıdaq... Yelmarı döyüşə aparan yol haradan başladı?

-1992-ci ildə Yelmarı xüsusi təyinatlı bölüyə komandir təyin etdilər. Yelmarın batalyonu Ağdam və Ağdərənin kəndlərindən başladı döyüşlərə. Əsgərlərin çoxu könüllülər idi. Mən o vaxt zona prokurorluğunda dəftərxana müdiri işləyirdim. Yoldaşım Yelmar Edilovdan başqa 4 oğlum da döyüşürdü. Qərvənd, Gülçülük ətrafında gedən döyüşlərdə ermənilərə imkan vermədilər ki, oraları işğal etsinlər. Qərvənddə Yelmargil 75 erməni öldürdülər. Gülçülükdə, pambıqlıq deyilən sahədə özüm saymışam ölüləri.Yelmara xəbər çatmışdı ki, ermənilər Qərvəndə pambıqlıq tərəfdən girəcəklər. Yelmar ağacların üstündə pulemyotlarla erməniləri gözləyirdi. Ermənilər orada çox itki verdi.

- Bəs sizi döyüşə atılmağa nə vadar etdi?

-Yelmar 7-ci bölüyə komandir təyin olunandan sonra zona prokuroru Şükür Rzayevin yanına gəldi. Ona dedi ki, Reyhanı öz yanıma aparacağam, mənim dəftərxana işlərimi görsün. Batalyona gəlib dəftərxanada işləməyə başladım. Ancaq adım dəftərxana rəisi idi. Yelmar və 4 oğlumla sürünürdüm.

Qaraqaşlar döyüşündə batalyon mühasirəyə düşmüşdü. Vəziyyət çox pis idi. Uşaqlar hamısı su borusunun içindən o üzə keçmişdi.Yelmarla mən qalmışdım. Ermənilər artıq yaxınlaşırdı. Gördüm ki, Yelmar gah mənə baxır, gah da tapançasına. Hiss etdim ki, məni vurmaq istəyir. Dedi ki, mühasirədir. Bu borudan keçə bilməyəcəksən. Səni öldürməliyəm ki, əsir düşməyəsən. Yalvardım ki, məni öldürmə, keçəcəyəm borudan. Borunun içindən gur su axırdı. Şərtləşdik ki, borudan keçib uşaqlara çatmasam, vur məni. Mən o tərəfə keçəndən 2 saat sonra Yelmar gəldi. Dedi ki, erməni komandirini vurdum.

-Bilirəm ağır sualdır, amma soruşacağam. Yelmar Edilov necə şəhid oldu?

-Yelmar Kərik döyüşündə öldü. Kökəltmə də deyirlər ora. Səhər saat 8-də ratsiya ilə zəng gəldi. Zəng edən briqada komandiri Hacı idi. Dedi ki, Yelmar, ermənilər Kökəltmə tərəfdən hücuma keçiblər.Yelmar bu xəbərdən sonra söylədi ki, uşaqlara döyüş həyəcanı ver. Hər döyüşə getməzdən əvvəl mənə nəsə tapşırırdı. Onun bir adəti var idi. Fikirləşəndə həmişə burnunu tuturdu. Zarafatca dedim, nə olub, yenə burnunu qucaqlamısan? Dedi, Reyhan, batalyonu qoyma dağılsın. Acıqlandım ki, sən elə hər dəfə ölümü arzulayıb gedirsən, bir dəfə də uğurlu bir şey danış. Dedi olan şeydi, neyniyə bilərəm. Qələm- dəftər istədi.Yerli adamlara verdiyi silahların siyahısını yazdırdı ki, it-bat olmasın. Tapşırdı ki, ölsəm bunları al,təhvil ver hökumətə. Mən də getmək istədim, icazə vermədi. Bunlar döyüşə gedəndən sonra dura bilmədim.

Allahverən adlı sovet sədri (icra nümayəndəsi-r) var idi. Onu çağırtdırdım. Dedim məni apar döyüş gedən yerə. O bildirdi ki, maşınım ağ rəngdədir, ermənilər vuracaqlar. Ratsiya ilə çağırdım, gizir Cavanşir cavab verdi. Dedi vəziyyət çox pisdir. Ermənilər çoxdur, bizə yardım gəlməlidir, ancaq gəlib çıxmır. Oradan Allahverənlə evə qayıtdım. Uşaqlar yemək yeyəndə Ədalətin batalyonundan bir oğlan gəlir onların yanına. Deyir əmi, Yelmara batalyonda hamı əmi deyirdi, sizin qırdığınız erməniləri, vurduğunuz tankları başqa batalyon sayıb siyahıya alır. Yelmar dözməyib gedir ora. O oğlan özü girir səngərə, bu zaman ermənilər Yelmarı qrantomyotla vururlar.

Bir aşbaz qadın var idi, gəlib məndən soruşdu ki, Yelmardan xəbər var? Dedim, yaxşıdır. O gedəndən sonra nəsə şübhələndim. Gizir Cavanşirə zəng elədim, dedi, erməniləri qırmışıq, Kökəltmə bizdədir. Yelmar həmişə deyirdi, mən öləndən sonra adımdan istifadə edən şərəfsizdir. Bir maşın gəldi, məndən soruşdu ki, Yelmar evdədir? Cavab verdim ki, döyüşdə. O bildirdi ki,Yelmar yaralanıb. Ağlım çıxdı başımdan. Kökəltməyə çatanda bir əsgər dedi ki, Reyhan xala, Yelmar əmini ermənilər qrantomyotla vurublar, tikələri səpələnib ətrafa. Qorxudan heç kim ora gedə bilmir. Batalyonda hamı ağlayırdı. Soruşdum, kim məni aparar Yelmarın vurulduğu yerə? Əlağalı kəndindən Zahid var idi, onun oğlu məni apardı ora, oğlanın adı yadımdan çıxıb. Getdim Yelmarın vurulduğu yerə... (Qəhərlənir) Yelmarın 75 tikəsini ədyalın arasına yığdım. Yelmarın tikələrini gətirdik Xındırıstana. Yuyulası deyildi... Tabut düzəltdirib tikələri yığdıq içinə. Bir gün saxladıq Xındırıstanda. Əvvəl dedilər, Xındırıstanda torpağa tapşırılsın. Ancaq həmin gün Heydər Əliyev Firuz Mustafayevi göndərdi ki, Yelmar Edilov Fəxri xiyabanda dəfn ediləcək. Elə o gün Yelmar Edilova Milli Qəhrəman adı verildi. Aprelin 10-u Yelmarın ad günü idi, 11-də şəhid oldu.

-Bu ağır itkidən sonra cəbhəyə qayıtdınız.

-Yelmarın ölümünün 6-cı günü yuxu gördüm. Dedi, nə yatmısan, batalyon dağılır. Yası anamgildə idi. Evimiz yox idi. Deyirdi, sənə Xankəndində ev alacağam. Səhər tezdən durub uşaqlara xəbər etdim ki, gedirik batalyona.Uşaqlar eşidəndə ki, Reyhan xala gəlib hamı qayıtdı- 175 nəfər.

- Necə batalyon komandiri oldunuz?

-Yelmarın yerinə başqa birini qoymaq istəyirdilər. Getdim Nəcməddin Sadıqovun yanına. Dedilər, o ancaq rusca danışır. Salam verdim. Dedi , zdrastuvuy. Soruşdum, dədən var? Dedi: “Da”. Nənən var? Dedi: “Da”. Acıqlandım ki, mənlə öz dilimizdə danış. Dedi, sən danış, mən başa düşürəm. Soruşdum Yelmarı tanıyırsan? Cavab verdi ki, əlbəttə. Bildirdim ki, Yelmarın batalyonuna mən komandir gəlmək istəyirəm. Elə o dəqiqə Nəcməddin Sadıqov ratsiyanı götürüb briqada komandiri Hacıya zəng edib tapşırdı ki, Reyhan Edilovanı Yelmarın batalyonuna komandir təyin et.

-Çıraqlının azad olması haqda danışın.

-Briqada komandiri Hacı mənə zəng edib bildirdi ki, Çıraqlı kəndini azad etmək sənlikdir. 175 nəfəri düzüb dedim, ay uşaqlar, bilirsiniz, Yelmarın qanı harada tökülüb. Kim istəyir ki, Yelmarın qanına erməni ayağı dəyməsin, mənimlə gəlsin. 175 nəfərdən 32 –si qabağa çıxdı. Yerdə qalanlara əmr etdim ki, bizə mane olmayın. Çıraqlının ayaq tərəfində iki hissəyə bölünüb, hücuma keçdik. Qızğın döyüş başladı. Tacir adlı bir əsgər var idi, o bir neçə erməni tankını partlatdı. O döyüşdə 19 erməni öldürdük, hamısının qulağını öz əllərimlə kəsdim. O əməliyyatdan sonra Çıraqlı azad olundu.

- Atəşkəsdən sonra nə işlə məşgul oldunuz?

-Atəşkəsdən sonra Heydər Əliyev şəxsən məni Ağdamın Dördyol qəsəbəsinə icra nümayəndəsi təyin etdi.18 ilə yaxın orada çalışdım. Nizamı Sadıqov icra başçısı təyin olunduqdan sonra, məni işdən çıxartdı. Hazırda nəvələrimlə məşğulam.

-Nəvələrinizdən Yelmarın adını daşıyan varmı?

-Var. Ailəmizdə daha bir Yelmar böyüyür...

Söhbətləşdi: Səxavət Məmməd
/İnterpress.az/
12 aprel 2019 /

QƏHRƏMAN DÖYÜŞÇÜNÜN QƏHRƏMAN XANIMI

Похожие новости

Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun Anım günü

Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun Anım günü keçirildi. Yelmar Şahmar oğlu Edilov 1946-cı il aprelin 10-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, 1991-ci ildə ətraf kəndlərin

İntihar edən Elinanın tükürpədici məktubu üzə çıxdı - MƏTN

Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin. Fedai.az Milli.az-a istinadən xəbər verir

Şəhid övladları işlə təmin olundu – Onlar dövlət qayğısı ilə əhatə olunub

Azərbaycan hökuməti vətən uğrunda şəhid olan qəhrəmanlarımızın ailələrinin hər zaman problemlərini və qayğılarını diqqət mərkəzində saxlayır. Yanvarın 28-də prezident İlham Əliyev və ölkənin birinci

Biz yəhudilər də, ermənidən ayrıseçkilik görmüşük

Mən orta təhsilimi rus dilində almışam. Bizim sinifdə rus, erməni, tatar və azərbaycanlı uşaqlar vardı. Həmin sinifdə məndən başqa bir yəhudi uşaqda oxuyurdu. Həmin yəhudi şagird sonralar yaşadığı

BİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1988-ci ildə – ermənilərin Qarabağ hay-küyü ciddi sürəklə duyulmaqda idi. O ilin yayında Kəlbəcərdə yerli "Yenilik" qəzetində təcrübə kursunda idim. O
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Qondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi qurulduFƏRQİNƏ VARA BİLMƏDİKLƏRİMİZ....
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ