03 Dek 02:19GÜNDƏM / POEZİYA

TORPAQ, MƏNİM PAYIM, HANI?

TORPAQ, MƏNİM PAYIM, HANI?
ALQAYIT

Kimlər sənə yazdı qərar,
Torpaq, mənim payım, hanı?
Səkkiz milyon şərikin var,
Torpaq, mənim payım, hanı?

Minalanıb tacın, taxtın,
Qara neftin, qara baxtın,
Selə dönüb hara axdın?
Torpaq, mənim payım, hanı?

Bu nə hücum, bu nə yarış,
Bu nə küsü, bu nə barış?
Satılırsan qarış-qarış,
Torpaq, mənim payım, hanı?

Dərdi yozmaq istəyirəm,
Şeir yazmaq istəyirəm,
Səngər qazmaq istəyirəm,
Torpaq, mənim payım, hanı?

Hər yan düşmən, hər yan yağı,
Əldən verdin Qarabağı,
Məmurların ləl yatağı,
Torpaq, mənim payım, hanı?

Örnək idin, xeyrə, şərə
Necə oldu bu mənzərə?
Pay-püşt oldun neçə yerə
Torpaq, mənim payım, hanı?

Dəryaz çalmaq istəyirəm,
Məhsul almaq istəyirəm,
Şəhid olmaq istəyirəm,
Torpaq, mənim payım, hanı?

Alqayıtam, həsrət canda,
Dərd ürəkdə, qeyrət qanda,
Yer qalmayıb qəbristanda,
Torpaq, mənim payım, hanı?


TORPAQ, MƏNİM PAYIM, HANI?

TORPAQ, MƏNİM PAYIM, HANI?
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ