ŞƏXSİ AMBİSİYALARINA VƏTƏNİ QURBAN "KƏSƏNLƏR"...

ŞƏXSİ AMBİSİYALARINA VƏTƏNİ QURBAN "KƏSƏNLƏR"...




Mətbuatda bildirilir ki, Rəşad Əlizadə adlı bir Azərbaycan vətəndaşı Qarabağ hakimiyyətinə vətəndaşlığı vermək barədə müraciət edib.

İrəvan, 10 fevral - Sputnik, David Galstyan yazdığına görə qondarma "Dağlıq Qarabağ respublikasının" ("DQR") vətəndaşlığını almaq istəyən Azərbaycan vətəndaşı "Raşad Bakinskiy" ləqəbi ilə tanınan blogger Rəşad Əlizadədir.

Əvvəllər Qarabağ "artsaxpress" xəbər agentliyi bildirmişdi ki, Azərbaycan vətəndaşı Rəşad Əlizadə Dağlıq Qarabağ vətəndaşlığının verilməsi ilə bağlı "DQR" "xarici işlər nazirliyinə" müraciət edib.

Sputnik Ermənistan Agentliyi bu məsələ ilə bağlı əlavə məlumat vermək istəyi ilə "DQR" "xarici işlər nazirliyinə" müraciət göndərib, lakin agentliyə məlumat verməkdən imtina edilib.

"Xarici işlər nazirliyi" bildirmişdi ki, "artsakhpress" xəbər agentliyinin 6 fevralda dərc edilən məqaləsinə heç bir şərh vermir", Stepanakertdən (Xnkəndindən) belə bir cavab gəldi.

İnternetdə adı ilə axtarış zamanı vətəndaş Rəşad Əlizadənin, 2016-cı ilin iyulunda (hazırda Qazaxıstanda müvəqqəti yaşayır) yol hərəkəti qaydasını pozmasına görə cərimə edilib. Sonra bir çirkli hekayə baş verdi və Əlizadə özü də bunu anlamağa çalışır.

Əlavə araşdırma göstərir ki, Əlizadə Qarabağ da daxil olmaqla "Raşad Bakinsky" ləqəbi ilə bir çox mövzulardan yazan bir bloggerdir.

Avqust 2016-cı il tarixində o, yazırdı: "Qafqazın lideri nə olursa olsun, Azərbaycan olub və qalır, nə olursa olsun, torpaqlarımızı geri qaytaracağıq".

Ancaq 2017-ci ildə Əlizadə Azərbaycanda yol qaydalarının pozmasına görə sadə cərimələrdən daha ciddi problemlərlə üzləşir. Sən demə, onun dövlətə, 393.000 manat (təxminən 230.000 ABŞ dolları) məbləğində vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılıb.

Əlizadə özü uzun müddət Gürcüstanda yaşamış, daha sonra Qazaxıstana köçmüş, böyük tonnajlı yük avtomobillərinin sürücüsü işləmiş və onun adına olan "Azavrocom" şirkətinin, 393 min manat borclu varmış və əslində pul yuyulması ilə məşğul olurmuş. O, heç bir sənəd verməmiş və ya imzalamamışdır.

Bir blogda Əlizadə 2018-ci ildə məhkəmə prosesinin ağırlığı barədə yazır.

Və maraqlıdır ki, 2019-cu il yanvarın 18-də, (2018-ci il aprelindən etibarən), tamamilə fərqli bir məzmunda (2016-cı ildən fərqli) onun blogunda "erməni xalqına müraciət" yayması maraqlıdır və orada deyilir:

"Mənim adım Rəşaddır, dördüncü ildir ki, blogger kimi fəaliyyət göstərirəm, 2013-cü ildən etibarən müxalifətin sıralarında oldum və Azərbaycan dövlətinə qarşı müxtəlif məqalələr yazdım, azərbaycanlıların əksəriyyəti kimi mən də Ermənistanı tənqid etdim", deyə Əlizadə yazır.

Daha sonra o, uzun müddət Qarabağ münaqişəsinin yeganə həllini müharibə hesab etdiyinə görə təəssüf edir.

Əlizadəyə özünə, nə üçün müharibədə edirik, niyə bir-birimizdən nifrət etdiyimiz ilə bağlı ritorik suallar verir.

"Gəlin bir-birimizi daha yaxşı tanıyaq, özümüzü tanımaq üçün bir şans verək və nəticədə Qafqazın ümumi evimiz olduğunu, qeydiyyatdan keçdiyimiz ölkələrin isə, yalnız evimizin otaqları olduğunu başa düşəcəyik", - Rəşad deyib.

Bəlkə, bu prinsip əsasında Alizadə "otaqlardan birindən" vətəndaşlıq istədi? Yoxsa, Azərbaycanda aparılan istintaq işi və kiminsə təklif etdiyi "həll yolu" bloggeri bu addımı atmağa sövq eləyib?

Çox ola bilər ki, bu adam, bəlkə, heç bu blogger deyil, digər bir Rəşad Əlizadədir.

Bu məqalə bir çoxlarının əzizi olan "Sputnik Armeniya" saytından tərcümə olunub və biz də Facebookda blogger Rəşad Əlizadənin kimliyini nəzərdən keçirdik. 31 martdan sonra R. Əlizadə heç bir paylaşım etməyib. Bundan öncə isə ölkə rəhbərinə və Baş Nazirə müraciətlər ünvanlayıb. Prezidentə ünvanladığı müraciətdə yazır: "Əslinə baxanda isə ölkədə vəziyyət hədsiz dərəcədə çox pis vəziyyətdədir.

Misal olaraq elə özümü qeyd edə bilərəm.

1) Qırmızı körpü gömrük postunda qoluma qandal vurularaq məni aparırlar Qazax Rayon polis idarəsinə və orada məlum olur ki, Azercellə 72 (yetmiş iki) manat borc olduğuna görə, ölkədən çıxışıma məhdudiyyət qoyulubdur.

Cənab Prezident, təsəvvür edirsiniz mi, 34 yaşlı kişinin qoluna millətin içində qandal vuraraq onu mindirirlər polis maşınına nə deməkdir?

Sizcə həmən an məni qolu qandallı görənlər nə düşünəcəklər?

Məgər Azercell-ə 72 manat borcu olmaq qatı cinayətkarlıqdır ki, onu camaatın içində rüsvay edirlər sizin məmurlar?

Hələ də danışanda islahatlardan danışırsınız.

Avropanı və digər inkişaf etmiş yerləri demirəm. Elə Gürcüstanın özünü misal gətirim ki, iki ay öncə Gürcüstana daxil olanda gömrük pasportuma möhür vurmadan öncə mehriban şəkildə dedi ki " sizin 100 (yüz) lari cəriməniz var. Xahiş edirik gömrüyün içində yerləşən bankın vasitəsi ilə cərimənizi ödəyib, çeki gətirib göstərin və sizin ölkədən çıxışınız üçün pasportunuza möhür vuraq"

Cənab Prezident, budur islahat, budur inkişaf.

2) 2018-ci ilin noyabr ayının əvvəlində mənə məxsus olan avtomobil qaçırıldı və bu haqda Xəzər TV belə göstərdi lakin polis maşını qaçıran şəxsin törətdiyi cəriməni mənə ödətdirdi və maşını qaçıran şəxsin cəzalandırılması ilə əlaqədar heç bir məlumat yoxdur. Yəni işə baxılmadan xitam verildi. Çünki, Binəqədi polis idarəsinin 7-ci polis bölməsi maşınımın qaçırılan moyka sahibinə "krişalıq" edirdi.

3) Ədalət Abbasov adlı dələduzun qurduğu qurma oyun nəticəsində və bu oyunun əsas təşkilatçılarından biri olan 17-ci polis bölməsi və onun şəkili təhqiqatçısı məni ifadə almaq adı ilə polis bölməsinə dəvət edib orada mənə öz nəsli əcabətinə aid olan bütün söyüşləri söyərək, boynuma atılan şərri qəbul etməyi tələb etmiş, mən bu törətmədiyim əməli boynuma almadığım üçün mənə güc də göstərdilər ki, boynuma alım. Lakin mən törətmədiyim heç bir şeyi boynuma almayacağımı qeyd etdikdən sonra bölməni tərk etdim və sonra da məcbur olub ölkəni tərk etmək qərarına gəldim.

4) yuxarıda qeyd etdiklərimdən öncə, üzərimə atılan 397.000 (üç yüz doqsan yeddi min) manat qondarma borc ilə məni 2 il ölkədən çıxışıma qadağa qoyuldu və sonra da texniki səhv kimi qiymətləndirilib üzərimə qoyulan qadağa aradan qaldırıldı. Təbii ki, bu işdə Millət Vəkili Zahid Orucun çox böyük dəstəyi oldu."

Yəni bir vətəndaş kimi hökumətdən narazı olduğu görünən bu adam "DQR"-ə müraciət edibmi? İnanmıram. Amma şəxsi ambisiyasına yenilərək Vətəninə xain çıxanlar, Analarından incisələr onu da satarlarmı? Nədənsə bu gün xaricdə normal danışıq qabiliyyəti olmayan qruplar Azərbaycanı ləkələmək kimi bir çirkin işlə məşğul olurlar. Onlardan soruşuram: "Öz ölkəsinin prezidentini söyən və öz ölkəsinin düşmən bildiyi qruplarla əməkdaşlıq edən bircə erməni tanıyırsınızmı?"

Niyə düşmən dəyirmanına su tökürük?

Bu barədə Rəşad Bakinskinin mövqeyini dərc etməyə hazırıq. Xatırladaq ki, onun bir yazısı da "Naşa Armeniya"da dərc olunub...

Mövzuya qayıdacağıq...

Fedai.az Araşdırma Qrupu
14 aprel 2019 /

ŞƏXSİ AMBİSİYALARINA VƏTƏNİ QURBAN "KƏSƏNLƏR"...

Похожие новости

"DQR" VƏTƏNDAŞI OLMAQ İSTƏYƏN RƏŞAD ƏLİZADƏ KİMDİR?

Azərbaycanlı qondarma Qarabağ "respublikası" Xarici İşlər Nazirliyinə vətəndaşlıq almaq üçün ərizə göndərib. Azərbaycan Respublikasının vətəndaşı Rəşad Əlizadə qondarma "dq" respublikasının

VİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIM

Bir neçə həftə öncə Bakının "İçərişəhər" və "28 May" metro stansiyalarının qarşısında toxuduğu gülləri satmaqla pul qazanan, ərazi sakinlərinin yaxından tanıdıqları Elçin Abbasovun kirayə qaldığı

DAHA BİR ERMƏNİ ƏLALTISI FETÖ ƏLƏMANI ƏLƏ KEÇİRİLİB

Ermənistan polisi türk əsilli Kemal Kevin Öksüz adlı ABŞ vətəndaşını saxlayıb, Türk mətbuatının verdiyi xəbərlərə görə o, 2016-ci ildə Türkiyədə hərbi çevriliş cəhdində ittiham edilən FETÖ lideri

ANASINI ÖLDÜRƏN POLİS QATİLİ ƏMƏLİYYAT ZAMANI ÖLDÜRÜLDÜ

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən Rəşad Məmmədəli oğlu Böyükkişiyev zərərsizləşdirilib. APA-nın əldə etdiyi məlumata görə, R. Böyükkişiyev bu gecə

Məhşur rəssam Gündüz Əlizadə vəfat etdi

Almaniyanın Trir şəhərində yaşayan gözəl rəssam, "Gənclik" jurnalında birgə çalışdığım iş yoldaşı və vətənpərvər insan Gündüz Əlizadənin ölüm xəbərindən sarsıldım. Xəbəri İntiqam Məmmədov öz facebook
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Qondarma Qarabağ respublikasının müstəqilliyini daha bir ştat tanıdıAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiPOLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...AVMVİB TƏLTİF EDİR...Dünyanın ən çox kitab oxunan ölkələriQarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın - VİDEOLavrov Baş katiblə Qarabağı müzakirə etdiBu şəxslərin PENSİYASI artımla veriləcəkİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir - Si Cinpinİlham Əliyev Çində – FOTOErmənilərin “Dörd T” planıPensiyaların hesablanması araşdırılırQondarma erməni günü 24 aprel...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!MİLLİ QÜSURLAR SiLSİLƏSİNDƏN...Tarixdəki Ərmənşahlar dövləti və ya Armenianın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKTBütün dünya tarixini dəyişəcək kəşf — Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİTƏBRİK: YAŞAR MURAD - 58Ağdam rayonu İcra Başçısından örnək addım"QARABAĞDA SÖZ ERMƏNİ XALQININ OLMALIDIR" - PAŞİNYANİkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım veriləcəkTrampın məşhur qəzetdən tələbi - Diz çöküb üzr istə!"Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir" — Prezident İlham Əliyev"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!BİR GÜN MÜHARİBƏ, O BİRİ GÜN SÜLH İSTƏYƏN TONOYANBizim üçün çalınan zənglər…"SÜLH İSTƏYƏN, SAVAŞA HAZIRLAŞSIN"...Azərbaycan və Türkiyə birgə “Atatürk-2019” hərbi təlimləri keçirəcək - VİDEO"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıbPrezident Əliyev Zelenskini təbrik etdiASALA YENİDƏN FƏALİYYƏTƏ BAŞLADIMoskva Qarabağ müharibəsindən məhz buna görə qorxur - rus ekspertQaz və işıq limiti ləğv oluna bilər - İşçi qrupu yaradıldıII DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr DuqinƏlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıbMüharibə veteranları dövlət qayğısından razıdırlarQənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çağırış etdiAzərbaycan Ordusunun nümayəndələri tibb təlimində iştirak edibBu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - DuqinQONDARMA GÜNÜ - 24 APREL...Şəhidləri unutmadıq və unutmayacağıq..."Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq – Hamı bu azərbaycanlıdan danışırAzərbaycan qırıcıları Ermənistanda narahatlıq yaradırAleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"KİNOMUZUN BU GÜNÜNƏ BİR BAXIŞRusiya ilə İran arasında ŞİDDƏTLİ DÖYÜŞ - Ölü və yaralılar varVeteranlar əsgər yola salma törənində iştirak etdilərYerusəlimdə erməni ilə yəhudinin turizm və dinlərarası tədbirdəki dialoquKim Çen Ir, RF prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gələcəkHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Moskvada bay olduq, indi də Vaşinqtona gedəkValentina Matviyenko: “Mehriban xanımın Rusiyaya səfərində maraqlıyıq”Valentina Matviyenko: "Mehriban xanım çox maraqlı həmsöhbətdir"...hücuma hazırlaşır - Tonoyanın sərhədə gəlişinin SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI-VİDEOArtımlar və yeni təqaüdlər nə vaxt veriləcək?Pensiya və əmək haqları yenidən qaldırılacaqDünyanın ən varlı azərbaycanlısının sərvəti AÇIQLANDILƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...AVMVİB TƏLTİF EDİRAVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏAVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...AVMVİB MİNGƏÇEVİR ŞÖBƏSİNDƏ TƏLTİF MƏRASİMİAVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdiBakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMAAzərbaycanlı polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİH. Əliyev fondundan daha bir örnəkTürk deputatdan erməni jurnalistə: "Azərbaycan qırmızı cizgimizdir"Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilərİlham Əliyev rəsmi Tvittet səhifəsində Paris Notr-Dam Kilsəsindən yazdıAzərbaycanlı və erməni jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaqMoskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜRTürk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDIBAŞSAĞLIĞI14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdıAZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIRERMƏNİLƏRİN "İSGƏNDƏR" BLEFİ...QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR..."Genosid" Qərbin Osmanlını xəritədən silmək planı idiİlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏRBirinci dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü veriləcəkAVMVİB DAHA BİR ÜZVÜNÜ TƏLTİF ETDİ"ŞƏHİDLƏRİMİZİ YAD EDƏK!"OT KÖKÜ ÜSTDƏ BİTİB...AVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər daha bir mahnımızı oğurladılarATASI QAZİMİZ OLAN ŞƏHİD AYAZ HÜSEYNOV ANILDI...Oğurlar və Oğuzlar...Bu gün xanım akademikin anım günüdür“... Paxıllıq bizi məhv edəcək” – Mübariz MənsimovAsəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)Poroşenko may-iyun aylarında əraziləri qaytaracağına söz verirİraq Türklərinin Media və Jurnalistlər Birliyi qurulduFƏRQİNƏ VARA BİLMƏDİKLƏRİMİZ....
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ