LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...

LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...






















Yazını şəhidimiz Arzuman Qasımovun əziz xatirəsinə ithaf edirəm.

Jurnalist fəaliyyətim dövründə bu yazı işlədiyim ən ağır və ağrılı bir mövzudur. Vətənə xəyanət, Anaya xəyanət, körpələrə xəyanət...

Bu gün bu mövzu ətrafında fikirlər haçalanır. Kimlərsə bu ittihamları "saxta", kimlərsə bu dəhşətləri həqiqət kimi qəbul etməkdədir. Əlbəttə bu sahədə günahsız hərbçilərin olması faktlarının ola bilməsi mümkündür və Azərbaycan Respublikası Hərbi Prokrorluğu artıq günahsız olmayanlara bu barədə yazılı məlumatlar da göndərib. Buna misal olaraq vəfat etmiş kapitan Süleyman Kazımovun ailəsinə ölümündən sonra göndərilən rəsmi məktubu nümunə göstərə bilərik. Bu o deməkdir ki, günahı sübut edilməyən hərbçilərimiz ölümündən sonra da olsa öz haqlarına qovuşaraq təmiz adlarını bərpa etmişlər. Onlarla şəxs isə sağ-salamat təmiz olduqlarını sübuta yetirə bilmişlər. Prosesin əvvəlinə diqqət yetirək.

Qeyd edək ki, 2017-ci ildə Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yaydı.

Bəyanatda deyilirdi: "Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər."

LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...


Bu rəsmi bəyanatın arxasında böyük bir cinayətin dayandığı barədə çoxlarımızda təsdiqsiz məlumatlar vardı. Lakin hərbi hissələrin qapalı müəssisə olması bu informasiyaların yayılmasını imkansız etmişdi. Bəzi həbs olunan hərbçilərin bu iyrənc xəyanətlərdə birbaşa və bilavasitə iştirakları sübuta yetirilsə də həbs olunmuş şəxslərin yaxınları və valideynləri də övladlarının günahsızlığını deməyə başlayıblar. Bunun tək səbəbi isə ilkin araşdırmalar zamanı məlum oldu ki, həbs olunanlara işgəncə verənlərin, Müdafiə Nazirliyinin xüsusi təyinatçıları olması xeyli suallar doğurmuşdu. Yəni əslində bu fikir də həbs olunmuş hərbçilərə işgəncələr verərək öldürənlərin Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin hərbçiləri olması barədə "hüquq müdafiəçilərinin" dedikləridir. Bu da öz təsdiqini tapmayan bir versiyadır.

Özünü fərqinə varmadan xainlərin işi üzrə hüquq müdafiəçisi elan edən, sabiq təhlükəsizlik zabiti, "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu barədə yazır: "Öz hərbçi yoldaşlarına sözün həqiqi mənasında vəhşicəsinə işgəncələr (bu işgəncələrin nədən ibarət olması haqda bir qədər sonra) verənlərin "hansı motivləri ola bilərdi?" və "həmin iyrənc işgəncələri icra edənlər belə vəhşiliyə necə sövq oluna bilərdi?" kimi suallar o dərəcədə anlaşılmazlıqlar yaradırdı ki, araşdırmanın hər addımında dönə-dönə bu qənaətə gəlirdik ki, bəlkə əldə etdiyimiz məlumatlar bizi əsas hədəflərdən yayındırmağa yönəlmiş məqsədyönlü dezinformasiyadır? Amma araşdırmamız göstərdi ki, xeyr, zərərçəkmiş əsgərlərə işgəncə verənlər, məhz həmin Daxili Təhlükəsizlik İdarəsinin xüsusi təyinatlıları olub və işgəncələrə əmr verən də həmin idarənin rəisi, polkovnik Ramil Əkbərov olub.

Bundan sonra Bakıda olduğumdan araşdırmanı daha dərindən və şəxsən aparmaq imkanı qazandım və hər dəfə əldə etdiyim məlumatlar məndə sözün həqiqi mənasında şok effekti yaradırdı. Amma əvvəlcə qayıdaq işgəncələrdən ölənlərin sayına və hərbçilərimizə verilmiş işgəncələrin xarakterinə. Həmin "casus əməliyyatları" dövründə Müdafiə Nazirliyinin 250-dən yuxarı hərbçisi Hərbi Prokurorluq tərəfindən Ermənistanın xeyrinə casusluqda şübhəli bilinərək istintaqa cəlb olunub. İstintaq zamanı onlardan 200 nəfərdən çoxu aldığı ağır fiziki və psixoloji travmalardan sonra faktiki əlillik durumuna çatdırılıb, 14 nəfər isə işgəncələr verməklə vəhşicəsinə qətlə yetirilib". Amma xainlərin hansı sırada durduğunu müəyyən edə bilməyən Ə. Oruclu saxtakarcasına mövcud reallıqdan yayınaraq bircə nüansın üzərinə getməsi çox şübhəlidir. Yoxsa o da "Ohanyan sindromuna" yoluxub?

Bu bir əks arqumentli ekspertin yazdıqlarıdır və buradan da aydın olan MN-nin bu davranışı bir daha ciddi surətdə araşdırılmalıdır. Çünki hələ də daha ciddi günahı olanların bu araşdırmadan kənar qalmaları barədə informasiyalar gəlməkdədir və deyilənlərdən aydın olur ki, hansısa gizli bir əl hələ də bu xəyanətkar toplumu himayə etməkdədir. Bir faktı əlavə edim ki, bu məqsədyönlü xəyanətkar şəbəkə MAXE-lərin orduya cəlb edilməsiylə daha geniş vüsət aldı. Bu kimin ideyasıdırsa bu işdən həmin şəxsin mütləq bilgisi var. Çünki Orduya sızmaq üçün bu daha asan bir yoldur.

Bu günlərdə Vətənə xəyanət etmişlərin yaxınları xeyli aktivləşiblər. Mövzunun qapalı saxlanması, xalqın məlumatsızlığı az qala xainlərin "qəhrəman" kimi tanıdılmasına yol açmaqdadır və yetərli dərəcədə dezinformasiyalar yayılmaqdadır. Xüsusən də bu sahədə səriştəsiz olan mediamız lap "gül vurmaqdadır". Get Vətənini düşmənə sat və gəl hüquq tələb elə. Vətənə xəyanət edən kim olursa, olsun onun bağışlanmaq şansı olmamalıdır. Bu bütün müharibə veteranlarının tələbidir.

LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...

Əlimdə sosial şəbəkədən mənə göndərilmiş bir müraciət var. Buradan da aydın olur ki, dezinformasiyalar yayan bəzi qondarma ekspert və saytların dediyinin tam əksinə olaraq işgəncə edənlərin də cəzalandırılması sübut olunur. Müraciətdə deyilir: "Vətənə xəyanətə görə həbs edilmişlərə işğəncə verməkdə şübhəli bilinən və həbs edilən gizir Maşayev Sənanın məhkəmədə son sözü:

"Cənab hakim kimsə elə bilməsin ki, biz dövlətimizdən küskünük, nədənsə peşmanıq, biz sınmışıq. Biz, şərtlər nə olursa, olsun dövlətimizə xidmət üçün yetişdirilmişik, belə tərbiyə görmüşük.

Bizi belə böyüdüblər.

İki ilə yaxındı burdayıq, amma bir dəfə valideynlərimiz bir dövlət orqanının qapısını döyüb deməyiblər ki, bizim bu qədər dövlətimiz üçün xidməti olan, düşmən arxasında saysız-hesabsız fəaliyyəti olan oğlanlarımızı niyə həbs etmisiz?

Bəlkə gəliblər?

Gəlməyiblər, gəlməyəcəklər də...

Amma görürsüz, xainlərin valideynləri dağıdır aləmi, hamı da onlara züy tutur.
Dövlət üçün öldürmək də var, ölmək də var, zindanda çürümək də var.

Biz dövlətimiz üçün lazım olanı etmişik, bəlkə də hardasa qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik.

Siz yaxşı bilirsiz, xainlərin əməllərini, onların planlaşdırdıqları təxribatları, terror aktlarını və onların nə ilə nəticələnəcəyini, nə qədər itki verəcəyimizi...

Bu gün azı 200 hərbçi, ailə başçısı rahat evində, ailəsinin başındadı, amma bu olmaya da bilərdi, bu işi biz vaxtında açmasaydıq.

Bu gün, biz burdayıq, Vətən sağ olsun, amma bu xəyanətkarların əməlləri vaxtında aşkarlanmasaydı, bəlkə də biz qarışıq 100-lərlə hərbçimiz həyatda deyildi və həmçinin neçə-neçə qəhrəman oğullarımızın qanı bahasına aldığımız yüksəkliklər düşmənin nəzarətinə keçəcəkdi, dövlətimiz, xalqımız yenə düşmən önündə başı aşağı olacaqdı. Qarabağla bağlı arzularımız bir dəfəlik puç olacaqdı.

Amma biz buna imkan vermədik, bu yanımda oturan oğlanların sayəsində.
Tarixdə həmişə qəhrəmanlar olub, amma elə qəhrəmanlar olub ki, onların əməlləri, adları 10 illər sonra üzə çıxıb.

Biz qəhrəmanlıq eşqində deyilik, heç fikrimiz də yoxdu.

Bizim üçün həmişə bir amal olub "Söz konusu Vatansa gerisi təfərrüatdı".

Təki Vətən sağ olsun!"

LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...

Saxtakarcasına xəyanətin yanında durub insanlıqdan danışanlara artıq sübuta yetirilmiş faktları təqdim edəcəyəm. Hamımızın Ana dediyimiz Vətəni öz nəfsinə qurban verən xainlərin yanında duran hər bir şəxsin bu sırada yeri var. Ana dediyimiz Vətəni düşmənə satan birisinə insan deyən varmı? Amma bu qondarma adamcıqlar bu xainlərin "insan hüquqlarından" dəm vururlar. Öz ayıb yerlərini düşmənə peşkəş edən bu zavallılar Vətəni də qoruya bilmədikləri orqan kimi düşmənin "yatağına" çəkmək planının icraçı köpəkləri idilər. Sizlər sadə dildə desək hamımızın Anasını düşmənə satan xainəmi əfv diləyirsiniz? İnciməsin "oğul" deyə küçələrə düşən "xain anaları", kaş ki, daş doğaydınız və o daşı kimsə götürüb düşmənə ataydı. Bu işdə imdad yoxdu. Bu işdə şans yoxdu. Bu işdə sonuncu nəfər və birinci nəfər üzə çıxarılmalıdır.

Burada sadəcə aldadılmış günahkarlar var. "Günahsız günahkarlar"ın heç biri bu günlərini düşünmədən öz talelərinə nöqtə qoyub ləkə salıblar. Mələk olanlar belə nöqtədən "ləkəli mələyə" və satılmış "kəpənəklərə" çevriliblər.

Bu gün 20 faiz torpağı işğalda olan bir Vətəni qorumaq kimi müqəddəs bir vəzifəsi olan F. Əhmədov, S. Zeydullayev, E. Quliyev, E. Əliyev kimi şərəfini itirmiş hərbi qulluqçuların əməlləri ilə tanış olun. Bu hərbi qulluqçular dövlət sirri sayılan məlumatları düşmənə verməklə, düşmənlə əməkdaşlığa digər hərbi qulluqçuları cəlb etməklə, əlverişli hərbi strateji yüksəklikləri düşmənə təslim etmək istiqamətində işlər görməklə, hərbi qulluqçularımızın düşmən tərəfindən seksual zorakılığa məruz qoymaqla və bunu videoçəkliş edərək "internet" resursları ilə yayacaqları ilə hədələyərək düşmənlə əməkdaşlığa cəlb edərək düşmənin tapşırıqlarını yerinə yetirmişlər.

Erməni ordusunda dəbdə və xarakterik olan "Oqanyan sindromu" adlanan homoseksualizmi əsgərlər arasında yaymaqla öz "bizneslərini" və xəyanətlərini qurmuşlar. S. Zeydullayev öz məkrli planına uyğun şəkildə düşmənin xeyrinə məxfi əməkdaşlığa cəlb etmək üçün öz tabeliyində olan əsgərlər - A. Səfərov, T. Arzumanlı, V. Məmmədəliyev, A. Şəfiyev və B. Nuruzadəni aldadaraq pusquya salmış və ermənilərə təhvil verərək onlara qarşı seksual hərəkətlər edilməsini və video çəkilişlər aparılmasını təşkil etmişlər. Həmin bu xain S. Zeydullayev daha sonra aldığı tapşırığa uyğun olaraq xidmət etdiyi bölmənin zabitləri olan kapitan R. Orucovu, leytenant A. Rəhimovu və baş leytenant F. Əhmədovu da eyni üsulla pusquya salaraq düşmənə təhvil vermiş və onları da düşmənin xeyrinə məxfi əməkdaşlığa cəlb etmişdir.

Bilirəm ki, cinayət və xəyanətlərinin cüzi hissəsini saydığım S. Zeydullayevə ən humanist vətəndaş belə ölüm hökmü tələb edərdi. Lakin bu xainə cəmisi törətdiyi xəyanətlərə görı 20 il həbs cəzsı verilmişdir. Dövlət həmişə haqlıdır, amma bu insan özünü satmış bir adam kimi ən azı ömürlük həbsdə olmalıdır. Bu gün nə yazıq ki, S. Zeydullayevin də qohumları onun qanunsuz həbs olunmasından dəm vuranlar sırasında yer almaqdadırlar. Yazıqlar olsun!

Daha bir "gey-ramanımız" Zeydullayevin yetirmələrindən olan F. Əhmədov tabeliyində olan hərbi qulluqçular O. Əfqanlı, F. Fərzəliyev, C. Abbasov və N. Kərimovu aldadaraq pusquya salmış və erməni hərbi qulluqçularına təhvil vermişdir. Bu hərbçilər də düşmən tərəfindən seksual zorakılığa məruz qalmış və video çəkiliş aparılmışdır. F. Əhmədov bu iş müqabilində düşmən tərəfindən pul almışdır. O, həmçinin düşmənin vurulan helikopterində olan pilotların meyidinin neytral ərazidən çıxarılması üçün şərait yaratmış, düşmənə verdiyi məlumatlar əsasında səngərdə dayanan E. Abbaszadəni snayperlə vurub öldürmələrinə şərait yaratmışdır.

F. Əhmədov, düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlığa cəlb edilmiş hərbçilər arasında kordinator rolunu oynayan E. Quliyevlə birgə hərbi hissənin məxfi daxili kodlaşdırılmış çağırış sistemini kağıza yazaraq düşmən tərəfə təqdim etmişdir.

Onun da qohumları günahsız olduğunu iddia etməkdədir. Bu "günahsız xainin" də cəzası hərbi məhkəmə tərəfindən ömürlük deyil, 20 il ilə cəzalandırılıb.

Bu "dalını (ifadəyə görə üzr istəyirik) qoruya bilməyənlərdən" Vətən qorumağı ummaq bizim suçumuzdur. Belə övlad doğmaq və tərbiyə etmək isə o meydanda bu üzdəniraqlara "oğlum" deyənlərin suçudur. Çəkilin hücrənizə və milləti öz suçunuza şərik etməyin...

Araşdırma Qrupumuz araşdırmalarını davam etdirir.

(Dalı var)

Fedai.az Araşdırma Qrupu
AVMVİB Mətbuat Xidməti

Fotolarda:
1. Qəhrəman şəhidimiz Arzuman Qasımov
2.-3. Gizir Sənan Maşayev
LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...
18 aprel 2019 /

LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...

Похожие новости

Dövlətə xəyanət edən azərbaycanlı saxlanıldı

Fedai .az DTX-nın İctimai əlaqələr şöbəsinə istinadla bildirir ki, Anar Ələkbərovun 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq

AZƏRBAYCANLI ƏSİR ÜÇÜNCÜ ÖLKƏYƏ TƏHVİL VERİLDİ

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb. Fedai.az bildirir ki, Hərbi

DTX xarici xüsusi xidmət orqanlarına işləyənləri həbs etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam

CASUSLARIN İTİRDİKLƏRİ "İZLƏR" BƏRPA OLUNDU

Bəziləri tutulan bu xainləri müdafiə edərək onların günahsız olduqlarını belə irəli sürmüşdülər. Hətta Qərbə sığınmış bəziləri bu xainlərin günahsız olduğundan dəm vururdular. Hətta müxalif yönlü

DAHA BİR XAİN HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının
Комментарии
Пиротехническая компания Земля/Воздух уже более 10 лет раскрашивает небо салютами и фейерверками, комбинируя яркие цвета, необычные формы, высоту раскатов, скорость залпов и различные спецэффекты. Они похожи на природные явления неописуемой красоты — очень органичны и естественны, и при этом необычайно красивы и грандиозны.
Мы сделаем Ваш праздник незабываемым! Вы можете заказать салют или фейерверк на свой празник на сайте zemlya-vozduh.com

заказать фейерверк

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri QəbələdəAzərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ