"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!






























Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

II YAZI

(Əvvəli: http://fedai.az/index.php?newsid=4868)

Yazının davamını istəyən oxucularımıza öncədən bizi diqqətlə izlədikləri üçün minnətdarlığımızı bildirirəm...

Biz pislik üçün Roma imperiyasının hay-boş qaraçıları ilə xokilərin hibridindən yaratdığı bir populyasiya ilə üzbəüzük. Bunlar çox təhlükəli bir toplum olduqlarını dəfələrlə sübut ediblər. Bu silsilə yazı təkrar dərc edilir və xatırladaq ki, saytımız erməni xakerlər tərəfindən dağıdılan zaman bu yazılar silinmişdi (26.06.2017).

Ermənilər öz “sahiblərini” dəyişməyə qərar veriblər. Artıq “SSRİ–ni biz yıxdıq, Rusiyanın da axırına çıxacağıq” kimi təbliğata başlayıblar. Neftin ucuzlaşması, Rusiyanın “çökdürülmə” planının işə düşməsi və qabaqcadan aldıqları gizli informasiyalar əsasında imperiyanın yaxın illərdə çökəcəyi günə böyük hazırlıq görülür. Ermənilər istər Osmanlı, istərsə də Rusiya imperiyalarının çökünüşündən, istərsə də SSRİ-nin çökünüşündən yaralanmağa çalışıblar. Tarixdə ilk dəfə olaraq dövlət qurublar. Bu faktlar tarixi aspektdə ciddi surətdə araşdırılmalıdır. Problemin həlli üçün Rusiyanın təkbaşına başladığı vasitəçilik missiyasını sonralar ATƏT-in Minsk Qrupu öz üzərinə götürdü. Onlar bu illər ərzində nə “işğal faktına”, nə də “İnsan hüquqlarına” hüqiqi, ədalətli qiymət verə bilmədilər. Yaranışdan “ölü doğulmuş” bu qurum çətin məqamlarda erməni tərəfə Bakının mövqeyi barədə “kəşfiyyat xəbərləri” daşımaqdan qeyri bir iş görməyiblər.

Ermənidən çox ermənipərəst olan V. Kazimirovun tərtib etdiyi status-kvodan bir addım da irəli gedə bilməmişlər. Çünki Rusiyanın tərtib etdiyi “Atşəkəs sazişi” bu problemi həlli olmayan problem statusuna salıb. Bu gün Rusiyalı siyasətçilərin bir ağızdan söylədiyi “problemin həlli yoxdur” tezisinin məğzini, kimsə soruşmur. ATƏT-in Minsk Qrupu daha çox, öz fəaliyyətiylə onlarla kənd və şəhəri xarabazara çevirmiş, bir milyon insanın əzəli və ən bəsit hüquqlarını tapdamış, on minlərlə insanın toplam qətlini təşkil etmiş terrorçu – separatist rejim və onun qanunsuz hərbi birləşmələrinin hüquqlarının qoruyan bir təşkilata çevrilib. Son Atəşkəsin pozulmasıyla əlaqədar keçirilən əməliyyat sonrası bölgəyə təşrif buyurmaları, sonradan 10 nəfər mülki şəxsin erməni qanunsuz – hərbi birləşmələri tərəfindən qətlə yetirilməsi, faktı ilə bağlı bir bəyanat belə vermədilər. Üstəlik, Rusiyanın “problemin həlli yoxdur” tezisinə üstünlük verərək status–kvonun saxlanmasını istəyən bir qurum özünü buraxması, vasitəçilikdən imtina etməsi ən normal hərəkət olardı. Çünki bu qurum “Problemin həlli yoxdur” tezisini qəbul edirsə, bəs onlar həlli olmayan şeyi necə həll edəcəklər?
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!


ATƏT, Minsk qrupunun üzvü olan Rusiya söylədiyimiz kimi bu problemin “memarı” və iştirakçısıdır. Hadisənin başlanğıcında 366-cı moto–atıcı polk, Dağ–Piyada əlahiddə kəşfiyyat batalyonu, Pskov desant hücum polku, Kazak könüllülər polku və rus muzdluların torpaqlarının işğalında yaxından iştirak ediblər. Birinci Qarabağ savaşında ərazilərin kəşfiyyatı və tutulması rus birliklərinin əli ilə həyata keçirilib. Müharibənin texniki və sursat təminatını Gümrüdə yerləşən 7-ci ordu (indiki 102-ci hərbi baza) həyata keçirib. Çünki Azərbaycanda bütün Qafqaz üçün hərbi hissələri təmin edəcək hərbi bazaların sayı 8, Ermənistanda isə 3 olub. 1993-cü il yay kompaniyasında Azərbaycan tərəf sursat qıtlığından əziyyət çəksə də, Ermənistan tərəfdə bu hiss olunmadı. Separatçı rejimin hərbi kadrlarının təhsilini də Rusiya hərbi məktəbləri həyata keçirilir,separatçı hərbi birliklərə rəhbərlik edən general –leytenanlar M. Akopyan (366-cı polkda xidmət edib. Qondarma qurumun müdafiə naziri olub) və indiki müdafiə naziri Mnasakanyan (bu adamın hərbi təhsili yoxdur. Rusiyada Akademiyada təhsilartırma kursu keçib. Ali təhsil aldığına da yerli ermənilər belə inanmırlar.
Muzdlu–quldur dəstələrin tərkibində döyüşüb. Rusiya hərbi Akademiyalarında müdavim olublar.Hazırda NATO və Qərbin Rusiya ilə ciddi problemləri var, ABŞ-ın anti–işğal qanununu Konqres təsdiqləyib. Krım, Dnestryanı, Abxaziya, Osetiya kimi ərazilərin adları siyahıda yer alsa da, Qarabağın adı bu siyahıda yoxdur. NATO-nun Moldova və Gürcüstanda hərbi təlimlərə start verməsi Rusiya ilə münasibətləri gərginləşdirib. Amerikaya məxsus hərbi texnika karvanı Kişnyovun 40 km –dəki Nargeşt poliqonunda keçiriləcək “Dragon – Pioner – 2016” hərbi təlimlərində iştirak etmək üçün ölkəyə daxil olub, Gürcüstanda isə Poti limanı vasitəsilə NATO–ya məxsus hərbi texnika “Nobel – Partner – 2016” hərbi təlimlərində iştirak edib. Həmsədr ölkələr arasında ciddi narazılıqların olması göz qabağındadır və onların birgə hansısa problemi həll etmələrinə inanmaq sadəlövlük olardı. Rusiya dəfələrlə Ermənistana və separatçı rejimə silah yardımları etmiş bir ölkə olduğu üçün həmsədrlikdə qala bilməz və onun təklif etdiyi status–kvo rədd edilməlidir. Azərbaycanın etirazlarına baxmayaraq qondarma rejimin daimi nümayəndəliyi Moskvada fəaliyyət göstərir.

Fransa separatçı qüvvələrə hələ 1992-ci ildə etdiyi yardımlarla yaddaşlarda qalıb. İlk legioner – terrorçu dəstələrin formalaşdırılaraq bölgəyə göndərilməsi də bu ölkənin adıyla bağlıdır. Bu işə Fransanın sabiq prezidenti Fransua Mitteranın həyat yoldaşı Daniella Müterran rəhbərlik edirdi. Məhz o, Qarabağa 400 nəfərlik ilk legioner dəstəni yola salmışdı. Bu dəstələrin maddi təminatını Fransa tərəf ödəyirdi. Azərbaycanın etirazlarına baxmayaraq Parisdə qondarma qurumun daimi nümayəndəliyi fəaliyyət göstərir. Fransa klinikalarının insan orqanlarını ermənilərlə əlbir olaraq satışını təşkil etməsi faktları var. Erməni katolikosunun “bizim Allahımız və Fransa bizi qoruyar “ deyimi çox gizlinlərə işıq salır. Separatçıların nümayəndəliyi Parisdə fəaliyyət göstərir.

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!


Hadisələrin ilk çağlarında öz “ədalətini” zərər görmüş və işğala uğramış tərəfə “907-ci düzəliş” ilə göstərən ABŞ Ermənistana və seperatçı rejimə milyardlarla dollar yardımlar edib. “Lragir.am” (29.04.2016) saytı yazır: “ABŞ-ın 6 şatatı Qarabağı tanıyır. ABŞ Azərbaycana silah satışına qadağa qoyub və Qarabağa bir başa köməklik və yardımlar göstərir”. Hətta seperatçı terrorist bir rejimə silahların modernləşdirməsi sahəsində yardımlar göstərən ABŞ-ın bölgə uğrunda mübarizədə Rusiya ilə rəqabəti var. Azərbaycanın etirazlarına baxmayaraq qondarma rejimin Vaşinqtonda daimi nümayəndəliyi fəaliyyət göstərir.

Məncə bu faktlar hər 3 ölkənin həmsədrlikdən uzaqlaşdırılmasına səbəbiyyət verir. Həmsədr ölkələr arasında rəqabət və qütbləşmə olması bu qurumun normal fəaliyyətinə imkan vermir. Nəticə olaraq, ilkin variantdan bir addım qabağa gedilmir. Münaqişədə tərəfsiz olmağa meyilli Almaniya, İngiltərə, İsrail, İran, Norveç və s. kimi xeyli sayda dövlət var. Bunu hamı yaxşı bilir ki, Qarabağ problemi hərbləşmiş problemdir. Onun tərəflərinin mövqeləri qətiyyən uyğunlaşmır. Bu da müharibəni qaçılmaz edir. Faktiki olaraq, Ermənistan Azərbaycanın ərazilərinə göz dikib. Dünyanı erməni istəyinə uyğun paylaşmaq gərək olsaydı məhdud saylı erməni diasporu yaşayan Vaşınqton, Moskva, Pekin, İstanbul, Paris, London və s. kimi şəhərlər “erməni vilayətlərinin əyalət şəhərləri” sayılardı, çünki “erməni xəstəliyi”nin mahiyyəti budur. Dünyada ərazilərin “gəlmə xalqların istəyinə uyğun paylanması” faktı qeydə alınmayıb. Amma bu fakta qarşı olan dövlətlər burada işğal faktını dəstəkləmələri çox ilgincdi. Çünki bölgədə yaşayan erməni azlığa təklif olunan “muxtariyyət, özünü idarə, insan haqqları” və s. kimi humanist təklifləri “miatsum” tələbi ilə rədd edən toplunun istəyi yetərincə aydındı. Belə çıxır ki, 50 minlik bir etnik toplum yaşadığı ölkələrdə insident yaradıb müstəqillik və referendum tələb etməlidir?
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!


Rusiya Federasiyası tərəfindən tarixən işğala məruz qalmış, yerli xalqların istəklərinə məhəl qoymayan Rusiyanın bu problemdə canfəşanlığı qeyri səmimidir. Problemin "geostrateji anatomiyasını" hazırlamaq üçün ciddi araşdırmalara başlanmalıdır. Problemə yanaşma tərzləri fərqli olan təşkilat və ölkələri qruplaşdırılmalıdır. Region dövlətləri ilə əlaqələrimiz və perespektivlər müəyyənləşdirilməlidir.Qonşu dövlətlərlə əlaqələrimizə nəzər salaq.

(Ardı var)
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
20 aprel 2019 /

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

Похожие новости

Rusiya Göyçə və Şəmşəddini Azərbaycana verəcək

Paşinyanın Putinə rəhbərlik istəyinin acı nəticəsi Ermənistan Rusiyanın “böyük qardaşı” olmaq istəyir. Fedai.az İstiPress-ə istinadən xəbər verir ki, Rusiyanın “Rosbalt” portalı Ermənistanla

Azərbaycanı “təcavüzkar” adlandıran senatorlar separatçı "DQR"-ə yardımı artırmağa çağırdılar

Amerikalı senatorlar ABŞ hökumətinə müraciət edərək, Ermənistana və Azərbaycanın işğal altında olan ərazilərindəki separatçı rejimə ayrılan yardımı artırmağa çağırıblar. Hökumətdən 2019-cu ilin

ABŞ ERMƏNİ TERRORİZMİ İLƏ OYNAMAĞA ÇALIŞIR

X. Ədəboğlu ABŞ Konqresində keçirilən dinləmələrdə Ermənistan və separatçı "Artsaxa" yardım göstərilməsi məsələsi müzakirə olundu. Konqresmen Brad Sherman dinləmə iclasında iştirak edən USAID-in

HƏMSƏDRLƏRDƏN İMTİNA ETMƏK LAZIMDIR

ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl Türkiyənin Dağlıq Qarabağ məsələsinin həlli yolunda

Fransızlar ermənipərəstliklərini bir daha bəyan edirlər

Hələ hadisələrin başlanğıcında ermənilərin katolikosu I Vazgenin erməni xalqına müraciəti yayılmışdı. O müraciıtin sonunda deyilirdi ki, "bizim Tanrımız və bir də Fransamız var". Xatırladım ki,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri QəbələdəAzərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ