Bu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - Duqin

Bu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - Duqin






Ermənilər dərk etməlidirlər ki, indi onların arxasında dayanan konkret qüvvə yoxdur

Rusiyanın tanınmış politoloqu, Avrasiyaçılıq modelinin ideoloqlarından biri Aleksandr Duqinin musavat.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı “Lavrov planı” aktiv müzakirə mərhələsindədir. Planın detalları nədən ibarətdir, tərəflərə konkret nə təklif olunur?

- Plan yeni deyil. Müzakirə edilən məsələlər tərəflərə bir neçə il öncə təklif olunub. Prezident Putinin də, Rusiya XİN-in başçısı Sergey Lavrovun da dəstəklədiyi plana görə, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni boşaldır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılır - Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi yurdlarına dönür. İndi hər iki dövlət hərbi qarşıdurma vəziyyətindədir, Qarabağda hər hansı sülhdən söhbət gedə bilməz, müharibə davam edir. Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən, Ermənistanla tərəfdaşlıq edir. Bu gün sürətlə gəlişən Azərbaycan-Rusiya münasibətləri kontekstindən baxsaq, hərbi qarşıdurma Rusiya üçün də əlverişli deyil. Azərbaycan üçün durumun qəbuledilməzliyini söyləməyə gərək yoxdur. Qarşıdurma yaxın müddətdə yalnız Ermənistan üçün sərfəlidir, ancaq burada da perspektiv yoxdur. Çünki nə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini, nə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç bir ölkə qəbul etməyəcək. Ermənistan nə Qərbdə, nə Şərqdə bunları qəbul edən bir ölkə də tapa bilməyib, bilməyəcək. Düzdür, dünyada bu cür etnik təmizləmələr aparılıb, yeni ərazilər qazanılıb, o ərazilərdə yeni dövlətlər yaradılıb. Örnək - keçmiş Yuqoslaviya. O zaman bəzi dövlətlər serblərə qarşı etnik təmizləmə aparan xorvatları müdafiə etdilər. Ancaq onların arxasında nəhəng bir güc dayanırdı. NATO ilə yanaşı, çökməkdə olan Sovetlər Birliyinin qərbpərəst rəhbərliyi xorvatları müdafiə etdi və münaqişə zonasında yaranan dövləti dünya ölkələri tanıdı.
Bu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - Duqin


Əgər Dağlıq Qarabağı işğal edən Ermənistanın arxasında Rusiya dayansaydı, ya da Qərb işğalı, etnik təmizləməni, işğal edilən torpaqlarda yeni dövlət yaradılmasını Kosovada olduğu kimi dəstəkləsəydi, o zaman durum fərqli olardı. Şübhəsiz, Ermənistan işğal coğrafiyasını Dağlıq Qarabağdan kənarda olan ərazilər hesabına ona görə genişləndirib ki, gələcəkdə münaqişənin nizamlanması üzrə danışıqlarda üstünlük qazansın. Yəni günlərin birində desin ki, buyurun, biz dünyanın barış təkliflərinə müsbət cavab verərək Azərbaycanın konkret ərazilərindən çıxırıq, qarşılığında da dünya Dağlıq Qarabağın müstəqilliyini tanısın. Azərbaycanın bir dönəm GUAM ölkəsi olması Ermənistan üçün üstünlük idi. Ermənistan ümid edirdi ki, bir gün Gürcüstanla, Ukrayna ilə olduğu kimi Rusiyanın Azərbaycanla münasibəti pisləşəcək və bu, Moskvanın Dağlıq Qarabağ məsələsində tamamilə onların mövqeyini müdafiə etməsinə gətirəcək. Belə bir plan Qarabağa yaramasa da, Abxaziya və Şimali Osetiyada işlədi. Ona görə bunu rasional yanaşma saymaq olmazdı. Bir qədər sonra Azərbaycanın beynəlxalq mövqeyi gücləndi. Fikrimcə, ölkəni çox gözəl idarə edən prezident İlham Əliyevin uğurlu siyasəti hesabına... O, öz mövqeyini gücləndirdi, uğurlu sosial sistem yaratmağa başladı, beləliklə, uğurlu liderə çevrildi. Bu dövrdə Ermənistana rəhbərlik edən şəxslər dəyişir və onların hər biri iqtidardan böyük siyasi qalmaqallarla gedirdilər. Ermənistan bütün bu illəri Kremlə qarşı davamlı qınaq, etiraz, iddia səsləndirərək əslində Rusiyanın hesabına yaşadı, bizdən 100 faiz asılı olsalar da, şantaj etməkdən çəkinmədi.
Bu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - Duqin


- Qərbə yaxınlaşmanı nəzərdə tutursunuz?

- Bəli. Qərblə xeyli yaxınlaşıblar. Burada bir dissonans yaranır. Azərbaycanla münasibətlərimiz daha məntiqli, daha ardıcıldır, Putin və Əliyev bir çox məsələlərdə ortaq mövqe sahibidirlər, ona görə yox ki, onlar şəxsi dostlardırlar, ona görə ki, məsələlərə rasional yanaşırlar. Əliyev deyir və edir, Putin deyir və edir... Beləliklə, tərəflər bir-birinə basqı göstərmədən milli maraqlar naminə strateji yöndən yaxınlaşırlar. Biz bir müddət öncə Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas strateji müttəfiqi olması ilə bağlı konfrans keçirmişdik. Bu, hər iki prezidentin razılığı ilə müəyyən olunan yanaşma idi. Özü də həmin konfrans Qarabağda keçirildi. Məkan seçiminin də təbii, xüsusi anlamı vardı. Rusiya bununla açıq şəkildə Azərbaycanla yaxınlaşma istəyini bəyan edirdi.

- Siz Ermənistanın Qərblə yaxınlaşdığını dediniz. Bu, Ermənistanın xarici siyasətində hansı dəyişikliklərə səbəb olub?

- Hələlik bu, Ermənistan rəhbərliyinin niyyətidir. Qərb birmənalı olaraq Ermənistanın arxasında dayanmayıb. Çünki Ermənistan bizim hərbi müttəfiqimizdir. Biz də Ermənistanın arxasında hərbi müttəfiqliyimizə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dərəcədə dayanmamışıq və dəstəyimiz getdikcə azalır. Rusiya Yeltsinin dönəmindən bəri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu gün də onu dəstəkləyir. Əgər bir zamanlar bu, nominal tanınma idisə, bu gün bu, faktikidir, yəni təkcə de-yure deyil, de-fakto tanınmadır. Rusiya eyni zamanda özünü Dağlıq Qarabağın erməni icmasının qarantı sayır. Onların Dağlıq Qarabağda azad, təhlükəsiz yaşaması üçün Rusiya məsuliyyət daşıyır.


“Azərbaycanlılar ”Lavrov ermənidir” deyib, planın önünü kəsmək istəyir”
Biz onu da dərk edirik ki, Qarabağ əhalisinin yarısı - azərbaycanlılar etnik təmizləmə nəticəsində oradan köçürülüb və həmin insanlar öz yurdlarına qayıtmalıdır. Ancaq biz bunu savaşla baş verməsini istəmirik, çünki bu halda bizim sabitlikləri üçün qarant olduğumun ermənilər ziyan çəkə bilər. Ona görə də biz münaqişənin birmənalı dinc yolla nizamlanmasının tərəfdarıyıq və bunun üçün ən rahat variantın 5 rayonun qaytarılmasından keçdiyini düşünürük. Özü də biz bu məsələyə Ermənistanın güzəştə getməsi kimi baxmırıq. Qarşılıq olaraq Rusiya-Azərbaycan və prosesə qoşulan Türkiyə ilə bərabər Ermənistana iqtisadi inteqrasiya üçün yardım edəcək. Blokadalar aradan qaldırılacaq, Türkiyə sərhədlərini açacaq, nizamlamaya regionun bütün dövlətləri dəstək verəcək, Ermənistanın regiondakı proseslərə aktiv şəkildə qoşulması təmin ediləcək. Çünki Ermənistan 5 rayonu qaytarmağın qarşılığında ciddi dividentlər gözləyir.

- Bu plan Ankara ilə müzakirəyə çıxarılıbmı?

- Niyyətlər bütün tərəflərə bəllidir. Biz öncə Ermənistan-Türkiyə sərhədlərinin açılmasını istəmirdik. Çünki Türkiyəni rəqib, bu projeni isə Qərbin layihəsi sayırdıq. İndi Türkiyə Yaxın Şərqdə Rusiyanın müttəfiqi, ən azı tərəfdaşıdır, Ərdoğan və Putin, eyni zamanda Əliyevlə hər iki prezident arasında çox yaxşı münasibətlər var. Bu səbəbdən Paşinyanın addımları əsaslandırılmış, hərəkətləri adekvat sayıla bilməz. O, özünü hər kəsin qardaşları ilə yox, onunla ilgilənməsini istəyən kür uşaq kimi aparır. Reallığa dönmək zamanıdır.

- Şuşa və Laçın... Ermənistanın 1992-ci ilin mayında işğal etdiyi 2 rayon... Onlarla bağlı planda hansısa bənd varmı?

- Biz açıq deyirik ki, bu rayonlar Azərbaycanındır. Ancaq onlar Dağlıq Qarabağla Ermənistan arasında koridor olduğu üçün erməni tərəf üçün həyati əhəmiyyətidir. 5 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr başlaya bilər. Çünki orada yaşayan insanlar pasport almalı, sərbəst hərəkət edə bilməlidirlər. Rusiyanın bununla bağlı da planları da var. Biz Azərbaycanla, Türkiyə ilə, MDB-nin digər ölkələri ilə bərabər Qarabağda həyatı yenidən bərpa etmək istəyirik. Bu, diaspor ianələri ilə çözüləcək məsələ deyil - orada böyük quruculuq işlərinə ehtiyac var. Bu, son dərəcə həssas bir prosesdir. Çünki azərbaycanlılar böyük ziyan görüb, o səbəbdən qayıdış zamanı ciddi psixoloji məqamlar ortaya çıxa bilər. Prosesin yeni münaqişə yaratmaması, nizamlamanın qırılmaması üçün bütün məqamlar nəzərə alınmalıdır. Ona görə tələsmədən, bütün detalı incələyərək irəliləmək lazımdır. Burada “Qərb qazandı”, “Rusiya qazandı”, ya “azərbaycanlılar qazandı” kimi kəlmələrə yer yoxdur. Elə etməliyik çözümdən bütün tərəflər qazansın. “Lavrov planı” daha bir suala birdəfəlik son qoyacaq - Qarabağ bundan sonra heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək. Ermənilər dərk etməlidirlər ki, indi onların arxasında dayanan konkret qüvvə yoxdur. Bakının da Qərblə münasibətləri var, buna baxmayaraq, Rusiyanın Azərbaycanla münasibətləri yetərincə istidir. Ola bilər, Bakı-Moskva yaxınlaşması Qərb üçün arzuedilməzdir, ancaq bu, müstəqil dövlətin öz seçimidir. Bu gün Qarabağ ətrafında qüvvələr nisbətindəki balans dəyişdiyindən münaqişənin nizamlanmasına şərait yaranıb. “Lavrov planı” məhz bu dönəmə hesablanıb. Bildiyim qədər, Azərbaycanda bu planı ziyanlı sayanlar çoxdur. Onlar sadəlövhlüklə “Lavrov ermənidir” deyib planın önünü kəsmək istəyirlər. Lavrov dövlət adamıdır və onun hadisələrə real baxışları var. Bundan başqa, bu, Lavrovun şəxsi planı deyil. Söhbət bizim ölkəmizin, dövlətimizin planından gedir. Dağlıq Qarabağ məsələsinin bu cür nizamlanması Rusiyanın da milli maraqlarına uyğundur. Çünki bu halda biz Azərbaycanla yaxınlaşma siyasətini, eyni zamanda Ermənistanla müttəfiqliyimizi davam etdirəcəyik. Ermənilər çox nahaq yerə bizimlə dostluqlarının Azərbaycana qarşı olduğunu önə çıxarmağa çalışırlar. Bu, heç zaman belə olmayıb. İndi isə bundan söhbət gedə bilməz. Paralel olaraq, Bakı-Moskva yaxınlaşmasını da ermənilərə qarşı davranış kimi dəyərləndirmək doğru deyil. Bu gün Rusiya üçün Ermənistanla münasibətləri korlamadan Azərbaycanla yaxınlaşmaq çox sərfəlidir.

- "Lavrov planı"na görə, Qarabağdan keçən İran sərhədini hansı qüvvələr qorumalıdır?

(Ardı var)
Bu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - Duqin
20 aprel 2019 /

Bu plan gerçəkləşsə, Qarabağ nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olacaq - Duqin

Похожие новости

QARABAĞ DANIŞIQLARI BAŞA ÇATIR...

Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb.

Rusiyanın Qarabağla bağlı SENSASİON MƏQSƏDİ - Qevorqyan bütün DETALLARI AÇDI

“Rusiya siyasi, ekspert dairələri Dağlıq Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxmasından narahatdır. Rusiya “Lavrov planı”nı irəli çəkməyə çalışır və son məqsədi rus ordusunun Qarabağa

PAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?

Ermənistan fevralın 8-də Suriyaya 83 hərbçi göndərdi. Onlar Suriyada humanitar missiya ilə məşğul olacaqlar. Erməni hərbçilər Suriyada yardım paylayacaqlar, əraziləri minalardan təmizləyəcəklər.

Aleksandr Duqin: "Rusiya Azərbaycana qarşı daha Ermənistanın aləti olmayacaq"

Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin hesab edir ki, Ermənistanın yeni hakimiyyəti Qarabağ münaqişəsinin nizama salınması prosesini ATƏT-in Minsk qrupu həmsədrlərinin keçmiş

Aleksandr Duqin: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərimizdə sualtı daş ola bilməz...”

“Rusiya Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarını qurban verməməlidir”. Bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideloqlarından biri kimi tanınan,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri QəbələdəAzərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ