"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!






Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

(Əvvəli: http://fedai.az/index.php?newsid=4868, http://fedai.az/index.php?newsid=5037)

Hər yer Qarabağ, hər gün Qarabağ, hər kəs Qarabağ...

III YAZI

Rusiya bu münaqişədə vasitəçilik missiyasına ən layiqsiz bir imicə malikdir və savaş tarixini araşdırsaq bu problemin yaradıcısı, işğal planının strateqi, işğalın icraçı hərbiləşmiş terrorçu simasıdır. Bu gün Azərbaycan Qarabağı Ermənistana peşkəş etməyə razılaşsa (Allah göstərməsin!) belə, Rusiya buna yol verməz. Çünki "bir gülləyə iki dovşan" vurmağa nail olduğu bu planın arxasında Rusiyanın imperialist siması və maraqları pərdələnməkdədir.

İçimizdəki rus kolonunun uydurma iddialarına görə, güya Rusiya öz planından nə vaxtsa əl çəkəcək və Qarabağ problemini həll edəcəyi barədə sərsəm fikirləri informasiya məkanına buraxmaqdadırlar: "Rusiya 5 rayon...6 rayon...2 rayon...7 rayon...və s. qaytaracaq!" Əslində Velikorus imperialist dairələri, nə ermənilər qədər axmaq, nə də azərbaycanlılar qədər maymaq deyillər. Bu ortaya atılmış "həlli olmayan problem" adlı rus yalanına bunca özgə xalqlar inana bilməzdi.

I Yazıda ermənilərin öz itkilərini azaltmağı barədə yazmışdım. Onlar bu rəqəmi qeyri - dəqiq olaraq 8000-9000 nəfər olduğunu və bəzi mənbələrdə 6500 nəfər, Azərbaycanın itkilərini 11000 nəfər olduğunu qeyd edirlər. Həmin mənbə bu informasiyada Arif Yunisova (!) istinad etdiyini yazıb. Qayane Novikova isə erməni tərəfin 6000 nəfər erməni hərbçi, 2500 nəfər mülki şəxsin öldüyünü, Razmik Ponosyan bu rəqəmi 7-8 min nəfər erməni və 20-22 min nəfər azərbaycanlının həlak olduğunu yazıb. Ermənilərin öz leşlərinə olan etinasızlığını hələ 1905-ci ildə M. S. Ordubadi "Qanlı illər" əsərində təəccüblə qeyd etmişdi. Eyni münasibət 2016-cı ildə Aprel döyüşlərində BQXC əməkdaşlarınnın təəccübünə səbəb olduğu barədə dəhşətli və bizim üçün utanc verici faktları qeyd etmişdim. Digər bir dərədə öldürülən 28 nəfərdən yalnız 2 nəfərinin erməni olduğu faktının şahidləri sıramızdadırlar. Qarabağ uğrunda gedən müharibədə Rusiya bu savaşda birinci, Ermənistan isə iknci olan imperiya əlaltısıdır. Bu savaşda rusların "200 N-li yükü"nün sayı 1981 nəfər, kazakların sayı 436 nəfər, osetinlərin leş sayı 28 nəfər, PPK-lı və ərəb terrorçularının leş sayı 128 nəfər, Fransanın 700 nəfərlik legionundan öldürülənlərin sayı 430 nəfər və s. erməni mənbələrində qeyd olunub. Bu leşlərin böyük əksəriyyəti Xankəndi, İrəvanın Ereblur qəbristanlığında cəhənnəmə yolçu ediliblər. Yəni, işğal planının müəllifi Rusiyadır. Məhz buna görə, Qarabağ probleminin "açarı Moskvanın əlindədir" deyimi buradan yaranıb. İşğal əraziləri Rusiyanın və əmlakların talan edilməsi Kornif xarabalığında yetişdirilmiş "parnik milləti" olan hay boşların payına düşüb. Maraqlıdır ki, yaranışları xarabalıqlar olan hay boş qaraçıları Qarabağı xarabaya çevirməkləri ilə yanaşı, Ermənistandan zorla qovulmuş azərbaycanlı kəndləri də xarabazara çevrilmiş və məskunlaşdırılmamışdır.
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!


Şəkillərdə gördüyünüz Rusiyanın hücum planları əks olunan İNOBİS planı adlanır. Bu plan Kozırev və Qraçov tərəfindən Yevlağın və Gəncənin işgalı üçün hazirlanmışdı. Bu haqda məlumatı olan Jirinovski 1993-cü ildə bazarda bir başa efirdə azərbaycanlılara söyləmişdi: "Tezliklə ermənilər Gəncəni və Yevlağı tutacaglar. Qayıdın vətəninizi müdafiə edin".

Minsk qrupunun rusiyalı həmsədri Kazimirov bu plandan xəbərdar olduğu üçün H. Əliyevi görüşlərin birində təhdid edir. H. Əliyev isə bütün səfirləri yigaraq Rusiyanın və Ermənistanın müstəqil dövlətə qarşı işgalçı siyasəti haqqında onları xəbərdar edir...
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!



Bu plan baş tutmadığına görə sonralar Boris Yeltsin tərəfindən ləğv edilib.

2007-ci ilin iyulunda “Ararat anter for strategic researsh” tərəfindən yayımlanmış və adını çəkdiyim erməni işğal planına əsaslanan bir hesabatdan bəzi məlumatları nəzərdən keçirək: “Ermənistanın müdafiə strategiyası ilə düşməni darmadağın edib qalib gəlmək gücü yoxdur. Belə olduğu halda rəqib təcavüzü dayandırıb keçmiş sərhədləri saxlaya bilər. Müharibə Bakının iradəsiylə bitər. Azərbaycan üçün təcavüzə görə maksimal cəza (o da olmaya bilər) Avropa Şurasında üzvlüyü dondurula bilər. Bu da formal xarakter daşıyar. Türkiyənin və bir sıra başqa ölkələrin (Pakistan, İsrail, Ukrayna, Moldova, Gürcüstan) səyiylə və onun neft ixracatçısı olması Azərbaycanın tam təcridinə imkan verməyəcək.”

Hesabat müəllifi hər iki ölkənin potensialının müqayisəsini apararaq yazır:
“Müharibənin uzanması baxımından Ermənistanın praktik olaraq qalib gəlmək şansı yoxdur”.
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!



Bütün variantları araşdıraraq müəllif adını çəkdiyim planın üzərində dayanır.

“Yuxarıda bildirdiyimizə görə rəqib əsas qüvvələrini Qarabağ cəbhəsinə yönəldəcək və müdafiə xəttini yarmağa çalışacaq. Əgər nəzərə alsaq ki, bir korpus Naxçıvanın müdafiəsi üçün orada və bir korpus Bakıda qalacaq, o zaman “Şərqi Ermənistanın" 220 km-lik sərhədləri boyunca onun elə requlyar ordusu qalmayacaq. Bu da Ermənistan ordusuna şimal-şərq istiqamətindən Gəncə üzərinə geniş miqyaslı hücuma şərait yaradar. Şəmkir və Bərdə korpuslarının əlaqələri 2 kommunikasiya xəttindən aslıdır: Kürdən Yevlax və Mingəçevir ərazisi ilə keçərək və birdə Şəmkir, Yevlax-Ağcabədi-Beyləqan yolları.

Eyni zamanda bu xəttlərin əsas mərkəzi “Qarabağ müdafiə ordusu” nun ön mövqeyi sayılan Talış kəndi Goranboy rayonunun Goran dairəsinə 45 km-də yerləşir. Digər erməni mövqeyi olan Baş Qərvənd kəndi ilə Kür çayının qövsü, Bərdənin şərqindəki Samux kəndinə yaxın hissəsinə 40 km-lik bir məsafə var. Məlum olduğu kimi Kürün Mingəçevir gölündən aşağı hissədə eni 200-300 m, dərinliyi isə 4-5, 5 metrdir. Bu yaxşı sədd sayıla bilər.

Bərdə ərazisində Kür çayı hövzəsinə çıxmaqla rəqibin qüvvələrini pərən-pərən salar və Kür çayı vasitəsi ilə Azərbaycanı iki yerə bölmək olar. Erməni ordusunun Yevlax və Mingəçevirə hücumu Azərbaycanın şimal qərbini qalan hissədən ayrı salacaq (Hücum planı bu xəritədəki kimidir).

Azərbaycan hücum edərsə ehtiyyat qüvvəllərinin çağrışını başa çatdıranadək 2-3 gün müdafiə olunmalıyıq. Bu günlər ərzində Ermənistan HHQ Sabirabad istiqamətində Suqovuşan adlanan ərazilərdə kommunikasiyaları, körpüləri bombardman etməlidir. Ermənistan ordusu isə şimal şərq cəbhəsində müdafiə istehkamlarını məhv etməlidir. Sonra iki istiqamətdə Şəmkir-Gəncə və Gədəbəy –Gəncə istiqamətdə qarşı duran qüvvələri dağıdaraq Gəncəyə çıxmalı və hücum edən sağ cinahla birgə hərəkət etməlidir. Əgər Gəncədə mühasirəyə düşmüş hərbi qüvvələr müqavimət göstərsələr hücumdan çəkinərək şəhəri mühasirədə saxlamaq gərəkdir.”
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!


Birinci Qarabağ eyforiyasına qapılmış ermənilər qarşı tərəfin gücünü yeni yaranmaqda olan ordumuzun gücü ilə hesablayıblar. Sənəddə şəxsi heyət, texnika, hərbi birləşmələr, hərbi rayonlar və.s analiz edilib. Birinci Qarabağ savaşında iştirakçı olan hər bir döyüşçü ermənilərin rabitə əlaqəsinə girərək, Kür çayından o tərəfə keçin kimi çağrışları dəfələrlə eşidiblər. Ermənilər yenidən bu plana uyğun total hücum planı üzərində baş sındırırlar. Məqsəd ABŞ-ın qucağına atılarkən “əli boş” getməməkdir. Yəni bu dəfə ermənini siğə edəcək kavboylar daha 20 il ərazimizin talan edilməsini təşkil etməlidirlər...

Azərbaycan Qarabağ probleminin həllini diqtə etməyə potensial gücü olan bir ölkədir. Ermənistanda bunu dərk etməyə başlayıblar. Lakin geriyə qayıtmaq körpülərini yandırdıqlarına görə çıxılmaz vəziyyətdədirlər.

Rusiyanın zorla elan etdiyi “qalib erməni” obrazı çox iyrənc görünür və artıq dünyanın gülüş obyektinə çevrilib. Biz bu problemin həlli yollarını arayıb ən optimal yola varmalıyıq. Xalq düşmənin düşüncələrini alt-üst edərək hər an savaşa hazır olduğunu nümayiş etdirdi. Düşmən əməliyyat şokundan, sonra bu şoku yaşamaqdadır. Qarabağ problemi uydurma və Rusiyanın tərtib etdiyi bir problemdir. Qarabağ probleminin həll yolu bütün variantlarda savaşdır. Yalnız bircə variant sülhlə bitə bilər.

I variant. Azərbaycanın hərbi potensialı və resusları ermənilərin ən çox qorxduqları “sürünən müharibə”yə əl atmasına səbəb olar. Bunu adicə atəşkəs pozuntusu kimi 2-3 il davam etdirməklə düşməni ordusuz qoya bilərik, proses danışıqlara heç bir təsir göstərməz.

II variant. Ermənilərin gözlədiyi Blits-krik taktikasıyla geniş miqyaslı hücum planının həyata keçirilməsi. Bu zaman Ermənistan, Naxçıvan və Şəmkir istiqamətində hücum edəcəyi şəksizdir. Üstəlik, Qərb bu savaşı istəmir. Ədalətsizcəsinə bizi öz torpağımızda təcavüz edən tərəf adlandırır. Bu əməliyyat üçün vaxt yetişməyib.

III variant. Döyüş əməliyyatlarının dağlara “daşınması”. Buna yeni bir 5-7 günlük hərbi əməliyyatlar lazımdı. Döyüşçülərin dağlara aparılması üçün Ağdərə Ulubab, Sığnaq, Seyidlər aşrımı, Ağdam-Şahbulaq, Fərrux yüksəklikləri, Kəlbəcər istiqamətində tunel ətrafı Çərəkdar-Ağqaya kəndləri arasında Taplar və Başıaçıq dağı, tunelin ətrafında olan Bulan və Çiçəkli dağlarının reydçi- kəşfiyyat qrupları ilə azad edə bilərik. Döyüşçülərin dağlara daşınmasının bir özəlliyi var ki, Rusiya imperiyası mövcud olduğu dövrlərdə dağ döyüşlərini əxz edə bilmədi.

Şeyx Şamil hərəkatı və Əfqanıstan müharibəsi dediyimizi sübut edir. Qarabağda işğal olunan Şuşa, Laçın, Kəlbəcər rayonları eyni təxribat üsulu ilə boşaldıldı. Əks fikirdə olanlar bölgələrdən birinin hərbi-müdafiə planını və yaxud yaradılmış bircə istehkam planını ortaya qoysun.

IV variant. Yeganə sülh variantı Azərbaycanın iradəsiylə mümkündür. BMT Qaçqınlar Komisarlığının Yuxarı Qarabağda əhalinin zorla saxlanmasını bəyan edib. Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə hazırda işğal ərazilərində 48 min nəfərdən az əhali yaşamaqdadır. Azərbaycan tərəfi humanistcə yanaşaraq pasport rejiminə uyğun olaraq əmlaklarına konpensasiya verə və onları istədikləri üçüncü bir ölkəyə yola sala bilər. Məsələnin tək və yeganə yolu budur. Çünki ermənilər ölkəmizdə bizsiz yaşamaq iddiasındadırlar. Bu isə savaş deməkdir. Dünya birliyi bu sülh variantını nəzərdən keçirməlidir. Onların aradıqları tarixi haqqı özlərinə qaytarmalıyıq. Qafqaza gəldikləri kimi yola salmalıyıq. Kələntəryan-Lavrovu da başçı seçmək yetərlidir. Rusiya öz tör-töküntüsünə öz ərazilərində sahib durmalıdır.

Ermənilər “Böyük Ermənistan” kimi bir xülyanın əsirləridir. Xəstə və məzlum millətin bu ideyasını qarşıya qoyub ən savadsız adam belə düşünsə bu faktları mütləq görər. Görməsə, o, demək “erməni xəstəliyinə” yoluxub. Ermənistan bu ideya ilə Türkiyə, İran, İraq, Suriya, Gürcüstan, Rusiya və Ukrayna kimi ölkələrə qarşı ərazi iddialarını ortaya qoyur. Bu ölkələrdən ərazi işğal etmək üçün NATO, Rusiya və Çinin birgə gücü və 30 illik müharibə aparmaq gərəkdir. Bu əraziləri doldurmaq üçünsə ermənilərə ən azı 180 milyon nəfərlik erməni əhalisi lazımdır.

Ermənilərin xəstə olduğunu anlayıram, bəs görəsən ona dəstək verənlərin sağalmlıqları yerindədirmi?

Bu gün Azərbaycan xalqı nə yolla olursa olsun, öz torpağını azad etmək üçün köklənib.

Bu gün ölkədə hər gün Qarabağ, hər yer Qarabağ, hər kəs Qarabağdır. Bunu kimsə dana bilməz.
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!




Qarabağı azad etmənin hərbi taktikası dəyişilməlidir.

Mən dəfələrlə öz araşdırma yazılarımda Qarabağda bu illər ərzində "sürüngən savaş" (polzuçaya voyna) taktikasını tətbiq etməyimizin vacibliyini yazmışam. Bu düşmənin ən çox qorxduğu variantdır. Erməni hərbi eksperti yazır (Hetg.am 27-28 aprel 2017): "Bu variantı seçmək Bakının təxribatlarına uyaraq onun diqtə etdiyi oyunu oynamaq deməkdir. Bu zaman Ermənistan öz ehtiyyatlarını rəqibin qarşısının alınmasına xərcləyəcək. Azərbaycan isə bahalaşan neft gəlirləriylə öz itkilərini bərpa edəcək. Bu cür qarşıdurmadan erməni tərəfin nə indi, nə də gələcəkdə maliyyə resursları, nə də insan potensialı yoxdur. Bakının, həm də Türkiyənin yardım edəcəyindən qorxaraq Rusiyanın intensiv şəkildə İrəvana hərbi texnika və sursat təminatında tərəddüdlər olacağını anlayır". "Sürüngən savaş" iki aspektdə aparılmalıdır. Həm işğal ərazilərində, həm də virtual informasiya məkanında gücümüzü göstərməliyik. 2016-cı il aprel döyüşlərində hərbi üstünlüyümüz hesabına informasiya cəbhəsində bəzi maneələr yıxılsa da, faktiki olaraq bu üstünlükdən istifadə edə bilmədik. Azərbaycan jurnalistikası bu savaş üçün tam hazırlıqsız və səriştəsiz olduğunu ortaya qoydu. Bircə fakt deyirəm. Bizim mətbuat düşmən tərəfinin deyil, bizim itkiləri şişirtməklə məşğul idi. Bu özgə bir mövzudur.

Hazırda bu taktikadan Ukrayna Ordusu uğurla istifadə edir. Rusiya Ukrayna ilə siyasi "hesablaşmanı" bizimlə apardığı (1992-1994-cü illər) hesablaşmaya uyğun bir stildə apardı. Krım işğal edildi və diqqəti yayındırmaq üçün seperatçı "DNR", "LNR" ortaya atıldı. Qərbin basqısını sərhədlərindən uzaq tutmaq üçün Suriyada peyda oldu. Bizdə Dağlıq Qarabağ işğal edildi. Daha sonra ətraf ərazilər işğal edilərək kürd separatizmi (Vəkil Mustafayev və tərəfdarları) nəzərdən keçirildi,say və gücün yetərsizliyinə görə təxirə salındı. Beynəlxalq aləmin diqqətini yayındırmaq üçün irimiqyaslı Çeçen kompaniyasına start verildi. Hər iki ölkədə hakimiyyət uğrunda mübarizə gedirdi. Qərbin dəstəyi ilə tezliklə toparlanan Ukrayna artıq hərbi birliklərini nizama sala bilib. Faktiki olaraq "sürüngən savaş" taktikasıyla Donetskin 4 km-nədək yaxınlaşıb. "Obazrevatel" saytıyla (28.07.2017-ci il) bu barədə fikirlərini bölüşən İnformasiya müqaviməti qrupunun kordinatoru, xalq deputatı (Xalq Cəbhəsi fraksiyası) Dmitriy Timçuk deyib: "İşğaldan azadetmə" (deokupasiya) adlı sürüngən savaş əməliyyatları zamanı döyüşçülər yavaş-yavaş irəliləyir və əraziləri ələ keçrirlər. Bunu ehtiyyatla etmək lazımdır. Xüsusən də, Minsk-2 danışıqlarında müəyyən edilmiş cəbhə xəttinə doğru düzgün istiqamət götürülməlidir".

Başqa bir xəbər portalının verdiyi (TCH) məlumata görə, Donetsk istiqamətindəki postlar artıq işğal ərazilərinin dərinliklərinə doğru köçürülüb. Rusiya işğalçı olduğunu gizlətmək üçün çox hay-küy salmamağa üstünlük verir. "Russkaya Pravda" separatçıları qalib elan edərək yazır: "Seçkilərədək cəbhə xəttinin, Rusiya ilə təmas xətti ilə əvəz olunması taktikası "nə sülh, nə müharibə", yaxud da "sürüngən savaşdır".

Ukrayna hərbi birlikləri Mariopol istiqamətində də bu üsulla Rusiya sərhəddinə doğru irəliləməkdədirlər. Ərazilərdə rus muzdlularının itkiləri durmadan artır. Bu faktlardan Ukrayna KİV-ləri ustalıqla istifadə edirlər.

Bizim bu illər ərzində, həm Rusiyanın, həm də Ermənistanın qorxduğu bu üsuldan istifadə etmədiyimiz düşmənləri təəccübləndirir.

Ermənistanın qalibiyyət eyforiyası sabun köpüyündən başqa bir şey deyilmiş. Düşmən tərəfi 22 il ərzində milyonlarla dollar xərcləyib yaratdığı “keçilməz istehkam” adlandırdıqları “Ohanyan istehkam xətti” Azərbaycan ordusunun azsaylı hərbi dəstələri tərəfindən bir neçə saat ərzində dağıdıldı. Demək olar ki, bu xəttin 75 faizi sıradan çıxarıldı, hətta ikinci eşalon belə, davam gətirə bilmədi. Düşmənin iki hərbi qərargahı tamamilə məhv edildi.

“Ohanyan istehkam xətti” boyunca möhkəmləndirilmiş hərbi rayonlar mövcud idi. Orada tank atəş nöqtələri, DOT-lar, 100 mm zenit artireliya qurğuları (qaubitsalar) yerləşdirilmişdi. Betonlaşmış tank profilli səngərlər, mina sahələri, bahalı, müasir sərhəd qoruma sistemləri (1000 km) qurulmuşdu. Ərazidə yerüstü radarlar, gecə və gündüz görüntülü müşahidə kameraları, elektron sərhədlər, seysmik sensorlar və s. işləyirdi. Bu səddi aşmaq erməni əlaltılarının söylədiyi kimi, heç də asan iş deyildi. Ordumuzun peşəkarlığı sayəsində bu sədd ən minumum itki ilə yarıldı.

Düşmən bu aktın şokunu uzun illər unutmayacaq. Bu gün alınmış hərbi strateji mövqeyə malik yüksəkliklərə “təpəcik” deyənlərin iç üzlərini açmaq üçün bu faktları sadalamaq zorunda qaldım. Şimal-Qərb cəbhəsində Madagizətrafı təpəliklərin azad edilməsi, Madagiz-Tonaşen koridoru kimi tanınan bir hərbi platsdarmın ordumuzun nəzarətinə keçməsi deməkdir. Qarabağ savaşında iştirak etmiş keçmiş döyüşçülər gözəl anlayırlar ki, bu mövqeyə nəzarət düşmənin manevr imkanlarını məhdudlaşdırır.

Hazırda həm hərbi, həm siyasi üstünlük bizdədir. Bu taktikadan istifadə edilməlidir. Ukraynadan fərqli olaraq ATƏT və BMT-nin qəbul etdiyi sənədlərdə atəşkəs tələb olunsa da, cəbhə xətti müəyyən olunmayıb. Ermənistan-Azərbaycan müharibəsi kimi qəbul olunub. Ona görə də bu müharibəni Ermənistanın sərhədlərinə daşımalıyıq. Bu taktikanı seçməklə düşmən itkilərini 1:20 nisbətinə qaldıra bilərik. Apreldə 96 saata dözməyib Gürcüstan kömrük -keçid məntəqəsində basabas salan erməniləri, çay içmək üçün heç İrəvanda da tapmayacağıq. Cocuq Mərcanlıdan 50 km qərbdə yaşayanlar da öz evlərinə dönmək istəyirlər. Bu variantı düşünməliyik. Rusiyanın "həlli mümkün olmayan münaqişə" (Kazimirov) adlandırdığı bir münaqişəni 364 günə həll edə bilərik. Bir gün istirahət etmək yetərlidir. Çünki Ekzalter Alek Maykl dediyi kimi, "heç bir müharibə epiloqla bitmir"...

(Ardı var)


FOTOARDA: 1-2. Kür-Araz arası ərazilərin işğal xəritəsi
3. Stepanakert rotası. Qazax, rus və s. terrorçular
4. Xocavənddə rus əsgərlərinin məzarlığı
5. 7-ci orduda xidmət edən, Əfqanıstanda əsgərlik çəkmiş türkmən Nefesov Kurbanmurat Bazarbayeviçin (1969-1992) Erablurdakı məzarı
6. Dağlıq Qarabağda rus əsgərlərinə ermənilərin ucaltdığı abidə
7. Rusiyanın Nekrasovka şəhərində Qarabağda ölən rus əsgərlərinə aid guşə...

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
21 aprel 2019 /

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

Похожие новости

Rusiyanın Qarabağla bağlı SENSASİON MƏQSƏDİ - Qevorqyan bütün DETALLARI AÇDI

“Rusiya siyasi, ekspert dairələri Dağlıq Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxmasından narahatdır. Rusiya “Lavrov planı”nı irəli çəkməyə çalışır və son məqsədi rus ordusunun Qarabağa

2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!

ABŞ-ın xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin dünyada insan haqlarının 2018-ci ildəki vəziyyətinə dair yaydığı hesabatında Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Həmin bənddə

Ermənistan ordusu son 21 gün ərzində 7 itki verib

“Tert.am” saytı Ermənistanın Müdafiə Nazirliyinə sorğu göndərərək, 2019-cu ilin son iki ayı ərzində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ölən əsgərlərin siyahısını tələb edib.

3 GÜNLÜK APREL DÖYÜŞLƏRİNDƏN 2 İL KEÇDİ...

Bu yazı 2016-cı ildə yazılıb və təkrarən yayınlanır. Müasir savaş iki cəbhədə aparılır. Öndə bəzən mərmilərin və əsgərlərin deyə bilmədiyini bizlər söyləməliyik. Döyüşən əsgər arxasında informasiya
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ