Ermənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıb

Ermənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıb
Müharibə əlili Prezidentə müraciət etdi...

Redaksiyadan: Teymuraz Mansurov AVMVİB Sumqayıt şöbəsinin sədridir. I qrup müharibə əlilidir. O, sövdələşmə yolu ilə bir erməni əsilli satıcıdan pulunu verərək mənzil alıb və vicdanlı alıcı kimi öz öhdəliyini tam yerinə yetirib. Lakin sonradan ortaya yeni varislər peyda olub və Sumqayıtın "adlı-sanlı" hakimləri bu nüansı görmək üçün haqlı olan müharibə əlilindən "eynək haqqı" istəyiblər. Bu haqqı qarşı tərəf verdiyinə görə məsələyə erməni kimi baxıblar. Xatırladaq ki, Sumqayıt Məhkəməsindəki özbaşınalıqlar artıq ölkə rəhbərinin diqqətini çəkib və Prezident İlham Əliyev Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Bildiririk ki, öz səlahiyyətini eyni üslubda xərcləyən daha bir hakim isə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Abasov Şəmsəddin Rizalı oğludur. Xahiş edirik ki, cənab prezident hakim Ş. Abasovun da fəaliyyətinə bir nəzər salın. Çünki bu Məhkəmənin hakimlərinin əksərinin "tərəzisi" çoxdan əyilib.

Müharibə əlilinin Prezidentə, AVMVİB sədrinə və KİV-lərə ünvanladığı müraciəti diqətinizə çatdırırıq.

Kütləvi İnformasiya vasitələrinə Qarabağ müharibəsi veteranı, I-qrup Qarabağ müharibəsi əlili, Sumqayıt şəhəri, MİK-12, ev 12b, mənzi l41 ünvanda yaşayan Mənsurov Temuraz Qeybullah oğlunun
Müraciəti


Bildirirəm ki, mən Mənsurov Temuraz Qeybullah oğlu, 1993 – cü ildə könüllü şəkildə cəbhəyə yollanaraq, Müdafiə Nazirliyinin tabeçiliyindəki Xüsusi Təyinatlı Taqımın tərkibində ön cəbhədə ağır döyüşlərdə iştirak etmişəm.

1994-cü ilin yanvar ayının 15-də Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə güllə yarası almışam, ancaq yaram sağalmamış yenidən ön cəbhəyə qayıtmışam.

1994-cü ilin aprel ayının 11-də, Ağdərə rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Həmin döyüşdən sonra, 3 ay özümdə olmamışam, hər 2 ayağımı itirərək 1-ci qrupp əlil olmuşam. Həmin vaxtdan bu günədək bədənimdən 100-dən artıq mərmi qəlpəsi çıxarılmış, lakin, 130-dək qəlpənin bu günədək çıxarılması mümkün olmamışdır. Bu günədək də hər il əməliyyat olunuram ki, bu mərmi qəlpələrinin bədənimdən çıxarılmasına nail olunsun.

Eyni zamanda bildirmək istəyirəm ki, mənim müalicəm Respublikamızda mümkün olmadığından,Cənab Prezidentin mənim kimi əlillərə olan qayğısı nəticəsində, məhz 15 ildir ki, davamlı olaraq xaricə müalicəyə göndərilirəm.

Bütün bunlarla yanaşı, 1994-cü ildən bu günədək min bir əzab-əziyyətlə qazandığım mülk, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Abasov Şəmsəddin Rizalı oğlunun çıxartdığı əsassız və qanunsuz qərarlarıyla əlimdən alınır.

Belə ki,mən Sumqayıt şəhəri, 36 - cı məhəllə, ev 22/1, 17 saylı mənzili 26 yanvar 2006-cı il tarixdə qanuni əsaslarla almışam. Mərhum Cavadova Sara Əlibala qızının adına olan mübahisəli mənzilə dair bütün əməliyyatların edilməsini, o cümlədən alqı – satqının həyata keçirilməsini, Sumqayıt şəhər 6 saylı Dövlət Notariat Kontorunda verdiyi 11.03.2003-cü il tarixli 7 E5/1390№-li reyestr saylı etibarnamə əsasında oğlu Ağabalayev Tofiq Rzabala oğluna həvalə etmişdir. Mən həmin mənzili 15 400 ABŞ dolları ödəməklə Ağabalayev Tofiq Rzabala oğlundan almışam. Alqı – satqı müqaviləsini 26 yanvar 2006-cı il tarixdə 1 saylı Dövlət Notariat Kontorunda rəsmilədirmişik və həmin tarixdən mənzil mülkiyyət hüququ üzrə mənə keçmişdir. Mənzili satın aldıqdan sonra, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə həmin mənzilin təyinatını dəyişdirmiş və 50 000 ABŞ dollarını məbləğindən artıq xərc çəkərək, mənzildə əlavə tikinti, quraşdırma işləri apararaq oradan kommersiya obyekti kimi istifadə edirəm.

Bütün bunlardan sonra 2008-ci ilin əvvəlində mənə məlum olmuşdur ki, Rzabalayev Tofiqin qardaşı, Rzabalayev Oqtay öz qardaşına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Sumqayıt şəhəri, 36 - cı məhəllə, ev 22/1, 17 saylı mənzilin mülkiyyətçisi Cavadova Sara Əlibala qızının 15.01.2006-cı ildə vəfat etməsindən mən Oqtay Ağabalayev məhkəməyə müraciət edəndən sonra xəbər tutmuşam.

Ağabalayev Oktay Rzabala oğlu ilə qardaşı Ağabalayev Tofiq Rzabala oğlu və mənim aramda olan mübahisəyə bir neçə dəfə apellyasiya, kassasiya, əlavə kassasiya və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun Qərarlarında şərh edilən məcburi göstərişlərSumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-07/2013 saylı 28 yanvar 2013-cü il tarixli qətnaməsində öz əksini tapmış və həmin Kollegiyanın qeyd olunan qətnaməsi ilə müvafiq ekspertiza rəyləri nəzərə alınmaqla T. Ağabalayevdən 120 000 manat məbləğində pul alınıb mənə verilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllədə, 1/22 nömrəli evin1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin Ağabalayev Tofiqə qaytarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün İcra İdarəsinə göndərilmişdir. Lakin, həmin qətnamənin icrası 2 ildən artıq təmin olunmadan İcra İdarəsində saxlanılmışdır.

Sonra mənə məlum olmayan səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsi Tofiq Ağabalayevin Kassasiya şikayətini qəbul etmiş və iddia müddətini əsassız olaraq bərpa edərək Ali Məhkəməyə göndərmiş, Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin Qətnaməsini ləğv edərək yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır.

İş materiallarında müvafiq ekspertiza rəyləri olmasına baxmayaraq Sumqayıt Apellyasiya MəhkəməsininMülki Kollegiyasında işə yenidən baxılarkən hakim (sədrlik edən və məruzəçi hakim Şəmsəddin Abasov) 29.09.2015-ci il tarixli,2(105)-1559/2015 saylı Qərardad ilə işin icraatını dayandırmış və mübahisəli mənzilə (qeyri – yaşayış sahəsinə) çəkilmiş xərclərin yenidən qiymətləndirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə etmişdir.

Ancaq nəyə görəsə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-115/2016 saylı 15 yanvar 2016-cı il tarixli qətnaməsini qəbul edərkən mötəbər sübut olan ekspertlərin rəyini nəzərə almamış, Cavadova Sara Əlibala qızının adından Ağabalayev Tofiq Rzabala oğlu ilə
mənim aramda bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı – satqı müqaviləsi etibarsız hesab edilərək, Sumqayıt şəhəri, 36- cı məhəllə, ev 22/1, 17 saylı ünvanda yerləşən mənzilin alqı satqısı üçün ödənilmiş 14137,20 manat pulun Ağabalayev Tofiq Rzabala oğlundan mənim xeyrimə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26 000 manat vəsaitin Ağabalayev Tofiq Rzabala oğlundan və Ağabalayev Oktay Rzabala oğlundan bərabər hissədə tutularaq mənə ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun mənim xeyrimə tutulması ilə qeyri- yaşayış sahəsinin Ağabalayev Tofiq Rzabala oğluna və Ağabalayev Oktay Rzabala oğluna qaytarılmasının eyni vaxtda icra olunması, ekspertiza xərci olan 396 manat məbləğində vəsaitin tərəflərə aid edilməklə həmin vəsait tərəfimdən tam ödənildiyindən Ağabalayev Tofiq Rzabala oğlundan 132 manat və Ağabalayev Oktay Rzabala oğlundan 132 manat tutularaq mənim xeyrimə ödənilməsi qət edilmişdir (sədrlik edən və məruzəçi hakim Şəmsəddin Abasov).

Mən həmin mənzilin alınması, təyinatının dəyişdirilməsinə və təmiri üçün vəsaiti 2006-cı ildə xərclədiyimdən və bunun üzərindən 10 ildən artıq vaxt keçdiyini, inflyasiyalar baş verdiyini nəzərə alıb Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-115/2016 saylı 15 yanvar 2016-cı il tarixli qətnaməsi ilə tutulmalı pul məbləğinin indeksasiyası barədə Sumqayıt Apellyasiya Məhkəməsinəərizə ilə müraciət etdim. Ərizəmə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16iyun 2017-cı il tarixdə baxmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən qətnamə ilə tutulan pul məbləğinin indeksasiyası barədə ərizələr birinci instansiya məhkəmələrinə verilməlidir. Bu səbəbdəndə ərizəm müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququm izah edilməklə geri qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim Şəmsəddin Abasov).

Mən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-115/2016 saylı 15 yanvar 2016-cı il tarixli qətnaməsi əsasında indeksasiya tətbiq edilərək alqı-satqı müqaviləsinə görə Ağabalayev Tofiq Rzabala oğlundan indeksasiya edilməklə 42396,50 manat, mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərcə görə Ağabalayev Tofiq Rzabala oğlundan və Ağabalayev Oktay Rzabala oğlundan indeksasiya edilməklə 78 000 manat xeyrimə tutulması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etdim.
Mənim ərizəmə Sumqayıt şəhər Məhkəməsində baxılarkən Dövlət Statistika Komitəsinin 12.06.2017-ci il tarixli, 04/1-53 nömrəli rəsmi məktubu və məhkəmə tapşırığı əsasında daşınmaz əmlakın qiymətləndirilməsi üzrə müstəqil mütəxəsisslərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə məhkəməyə ünvanladıqları rəy nəzərə alınaraq, nəhayət Sumqayıt şəhər Məhkəməsinin 28.02.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadı ilə alqı-satqı müqaviləsinə görə Ağabalayev Tofiq Rzabala oğlundan indeksasiya edilməklə 42396,50 manat, mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərcə görə Ağabalayev Tofiq
Rzabala oğlundan və Ağabalayev Oktay Rzabala oğlundan indeksasiya edilməklə 78 000 manat xeyrimə tutulması qərara alınımşdır (hakim İlyas Mahmudov).
Ağabalayev Oktay Rzabala oğlu ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin 28.02.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Sumqayıt şəhər Məhkəməsinin02.08.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadı iləO. Ağabalayevin ərizəsi təmin edilmiş,Sumqayıt şəhər Məhkəməsinin 28.02.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir (hakim İlyas Mahmudov). Məhkəmə işə baxarkən mənə xəbər verməmiş, məhkəmə iclası da mənim iştirakım olmadan keçirilmişdir.

Mən Sumqayıt şəhər Məhkəməsinin02.08.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-115/2016 saylı 15 yanvar 2016-cı il tarixli qətnaməsi əsasında indeksasiya tətbiq edilərək alqı-satqı müqaviləsinə görə Ağabalayev Tofiq Rzabala oğlundan indeksasiya edilməklə, 42396,50 manat, mənzilin təmirinə çəkilmiş xərcə görə Ağabalayev Tofiq Rzabala oğlundan və Ağabalayev Oktay Rzabala oğlundan indeksasiya edilməklə 78 000 manat xeyrimə tutulması üçün yenidən Sumqayıt şəhər Məhkəməsinə müraciət etdim.

Sumqayıt şəhər Məhkəməsinin 28.09.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadı ilə ərizəm qismən təmin edilmiş, alqı-satqı müqaviləsinə görə Ağabalayev Tofiq Rzabala oğlundan indeksasiya edilməklə 42396,50 manat, mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərcə görə Ağabalayev Tofiq Rzabala oğlundan və Ağabalayev Oktay Rzabala oğlundan indeksasiya edilməklə 70 000 manat xeyrimə tutulması qərara alınımşdır (hakim İlyas Mahmudov).

Sumqayıt şəhər Məhkəməsinin 28.09.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadından Ağabalayev Oktay Rzabala oğlunun verdiyi şikayətə 12.11.2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmışdır (sədrlik edən və məruzəçi hakim Gülnarə Tağızadə).Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 12.11.2018-ci il tarixli, 8(105)-230/2018 saylı qərardadı ilə O. Ağabalayevin şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 28.09.2018-ci il tarixli, 8(060)-440/2018 saylı qərardadı ləğv edilmiş və ərizə yenidən mahiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə qaytarılmışdır.

Mən mütəmadi olaraq Sumqayıt şəhər Məhkəməsinə gedərək işə nə vaxt baxılacağı ilə maraqlanır və məhkəmə baxışında iştirak etmək istəyirdim. Sonuncu dəfə 19.12.2018-cu il tarixdə məhkəməyə gəldim və hakim İlyas Mahmydov mənə bildirdi ki, iş onun icraatındadır. Ancaq baxılması üçün hakim Azər İsmayılova verəcək. Məni də məhkəməyə dəvət edəcəklər.

Sonradan mənim pul məbləğinin indeksasiyası barədə ərizəmin rədd edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 8(060)-440/2018 saylı,17.12.2018-ci il tarixli qərardadını poçt vasitəsi ilə mənə göndəriblər. Həmin məhkəmə qərardadı poçt vasitəsi ilə 28 dekabr 2018-ci il tarixdə mənə təqdim edilmişdir.

Maraqlıdır, əgər bu iş 19.12.2018-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovda olubsa, həmin Məhkəmənin digər hakimi Azər İsmayılov bu işə 17.12.2018-ci il tarixdə neçə baxıb? Nəyə görə işə baxarkən məni dəvət etməyib? Hakimlərin maraqları nə qədər güclü olub ki, bu iş üzrə məhkəmə baxışını geri tarixə və xəlvəti keçiriblər?Apellyasiya Məhkəməsinin Qərardadında qeyd olunmuş göstərişləri kobud surətdə pozaraq, tərəfləri lazımi qaydada xəbərdar etmədən tələm-tələsik, qərəzli və ədalətsiz qərardad qəbul ediblər?

Sumqayıt şəhər Məhkəməsinin8(060)-440/2018 saylı,17.12.2018-ci il tarixli qərardadından verdiyim şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 15 fevral 2019-cu il tarixdə baxmışdır.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi hakim Şəmsəddin Abasov) növbəti dəfə işə qərəzli yanaşmış, ekspert rəylərinə hüquqi qiymət vermədənmənim pul məbləğinin indeksasiyası haqqında ərizəmi rədd etmişdir.

Beləliklə, yuxarıda qeyd etdiklərim Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Abasov Şəmsəddin Rizalı oğlunun qanunun aliliyinə məhəl qoymadan nəyin bahasına olursa-olsun bu işin Ağabalayev Oqtay Rzabala oğlunun xeyrinə həll edilməsində həddindən artıq maraqlı olduğunu bir daha sübuta yetirir.

Hüquqi ədəbiyyatda və məhkəmə təcrübəsində ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquq və qanuni mənafelərinin infilyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin infilyasiyanın artım səviyyəsinə mütənasib artırılması başa düşülür.

Mən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Abasov Şəmsəddin Rizalı oğlunun özbaşınalığı, qanunazidd hərəkətləri barəsində Məhkəmə Hüquq Şurasına şikayət etmişdim. Çox təəssüf ki, bu şikayətə hüquqi qiymət verilmədi.

Onu da bildirmək istəyirəm ki, məndə olan məlumata görə Agabalayev Oktay Rzabala oglu erməni mənşəllidir, hətta qızı amerikada erməni diasporasında calışır, həyat yoldaşı da həmin millətdəndir.

Bir əsgər kimi vaxtınızı aldığıma görə üzr istəyir, mübahisənin ədalətli həlli üçün kütləvi İnformasiya qaldırmaqı Sizdən Xahiş edirəm vasitələrində işıqlandırılmasını xahiş edirəm.
.
Hörmətlə, Mənsurov Temuraz Qeybullah oğlu
Mövzunu diqqətdə saxlayacağıq.
Fedai.az

Ermənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıb
Ermənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıb
23 aprel 2019 /

Ermənipərəst hakimlər vicdanlı alıcını günahkar çıxarıb

Похожие новости

AVMVİB Sumqayıt şöbəsi tədbirdə iştirak edib

AVMVİB Sumqayıt şöbəsi sədrinin I müavini Zəkəriyya Rəhimovun verdiyi məlumata görə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov və

AVMVİB Sumqayıt şəhər şöbəsində təqdimat

AVMVİB Sumqayıt şəhər şöbəsində Corat mədəniyyət evinin rəhbəri, Sumqayıt şəhər veteranlarının yaxın dostu Namiq Balamiyev və digər şəxslərin iştraki ilə təgdimat törəni keçirilib. Tədbirdə Sumqayıt

AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

AVMVİB Sumqayıt şəhər şöbəsi sədrinin I müavini Zəkəriyya Rəhimovun verdiyi məlumata görə Sumqayıt şəhəri İcra Hakimiyyəti İştimayi Siyası şöbəsinin müdür müavini Fərman Kazımova xidmətlərinə görə ,

AVMVİB-DƏ TƏDBİR: AVMVİB Sumqayıt şəhər şöbəsi əsgərlərimizə baş çəkib müharibə əlillərinə yardım etdilər

AVMVİB Sumqayıt şəhər şöbəsi bayram münasibətiylə "N" saylı hərbi hissənin şəxsi heyyətiylə görüşüblər. Görüşdə AVMVİB Sumqayıt şöbəsinin sədri Temuraz Mansurov, şöbə sədrinin müavini Zəkəriyyə

AVMVİB Sumqayıt şöbəsi "N" saylı hərbi hissədə oldu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsi ənənəvi olaraq bu ildə əsgərlərimizin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarıını təbrik etmək üçün
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ