Bizim üçün çalınan zənglər…

Bizim üçün çalınan zənglər…



















Məktəb illərini başa vura bilməyənlərin xatirəsinə ithaf olunur...

Özünü öldürmə... saraq yaralarını,
Kədərin dərinliyinə gülək bərabər!
Özünü öldürmə... belə cəsur,
Belə düşüncəsiz addıma gücün varsa!
Qiymətli həyatı yaşamaq üçün
Özündə o gücü tapmağa çalış.

(Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva intihar edən Bakı mətkəblisi Elina Hacıyevaya həsr etdiyi şeirdən parça)

Fedai.az öz ənənəsinə sadiq olaraq şəhid E. Əliyev adına 162 saylı məktəb ətrafında yaranmış ajiotajı araşdıraraq tam fərqli bir araşdırma ortaya qoymağı planlaşdırmışdı. Bu araşdırmada Xəzər rayonu 123 saylı məktəbdə və Səbail rayonu 162 saylı orta məkttəbdə dərəcəsinə görə oxşar və birincisi daha çox müəllim nəzarətinin olmamasını ortaya qoyan cinayət hadisəsini müqayisə etməyə çalışdıq. Bu ay içində baş verən olaylar içində iki ölüm faktına yanaşmanın ikili xarakterini anlamağa çalışdıq və ilginc faktlar diqqətimizi çəkdi. Acılı valideynlər həkim və müəllimlərin acımasızlığından şikayətlənir, təhsil və səhiyyənin yarıtmazlığını ortaya qoyurdular. Lakin bir hadisəyə görə direktor işdən çıxarılıb və barəsində cinayət işi qaldırılıb, digərinin isə barəsində heç araşdırma da aparılmayıb. Bu hadisənin biri ətrafında güclü ajiotaj yaradılıb, digəri haqqında isə kimsə acılarını prezidentə çatdırmaq istəyən XI “b” sinfinin şagirdi Lətifov İlkinin atası Paşayev Mehmanı isə heç dinləyən də yoxdur. Birinci fakta görə ortaya düşən sənətçilər, bloggerlər, jurnalistlər, nədənsə ikinci fakta diqqət ayırmırlar və prezidentə müraciət ünvanlamırlar? Heç nədənini düşündünüzmü?

Bu yeniyetmələrin hər ikisi yarıtmaz Təhsil və Səhiyyə sisteminin əl-ələ verib qurbana çevirdikləri gələcəyimizdir. Bakının mərkəzində yerləşən məktəbdə intihar etmiş Elinanı şagird dostlarının etinasızlığı, onların dedi-qodulara meyilliliyi, ikinci qurban İlkini isə şagird dostlarının qəddarlığı öldürdü. Bu gün bu qəddar və dedi -qoduçu uşaqların ataları, müəllimlikdən belə uzaqlaşdırılmış direktor, direktor müavini və psixoloq haqqında şaiyələr uydurur və bu yaranmış durumda özlərini "mələk" obrazında cəmiyyətə sırımağa çalışırlar. Bu xanımlardan biri artıq o gündən bəri yemək yemir və bu yolla özünə qəsd etməyi planladığının şahidləriyik. Bu faktı dəqiqləşdirməyə çalışırıq. Bəli uşaqları Elinanın qətlinə bais olanların valideynləri də bu müəllimlərin qəsdinə durublar. Əllərindəki "baltanı itiləyərək " yıxılanları vurmağa çalışırlar. Kimsə hadisənin tam mahiyyətini araşdırmadan öz hökmlərini elan edir.
Bizim üçün çalınan zənglər…























Xüsusən də yarı çılpaq pozayla şou əhli yaman səs-küy salıb. Çünki bu yetərsizlikdə onları böyük əməkləri var. Ekranları bu "əxlaq etalonları" zəbt edəndən təhsil ikinci plana keçdi. Tərbiyə və elm öldü. Ölmüş təhsil sisteminin yetirdiyi həkim Elinanın diaqnozunu belə düzgün qoya bilmədi. Ölməkdə olan bir gənci buraxıb pulunu hesablamağa girişdi. Araşdırma zamanı dəhşətli faktlar üzə çıxdı və hansısa iyrənc bir əlin artıq məktəblərə ayaq açdığının şahidi olduq. NARKOMANİYA!!! KİV-lərdə verilən məlumatlar arasında "Elinanın yaxın dostu, məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov da var. İlkin araşdırmalar zamanı yeniyetmə qızın həmin şəxslə xeyli müddət münasibətinin olması, birgə əyləncə yerlərinə getməsi və sair nüanslar dəqiqləşərək materiallar toplanıb. H.Namazov istintaqa cəlb edilərək ifadəsi alınıb. Araşdırma prosesi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, yeniyetmələrə narkotik vasitələrin hansı yollarla ötürülməsi iddiaları da müvafiq qaydada araşdırılır" tipli məlumatlar verildiyi kimi də qəfil dayandırıldı. Şagirdlərin gecə barlarına getmələri və narkotik həblərdən istifadə etmələri həqiqətdirsə, Elinalar, İlkinlər çoxalacaq və bu ölkəni faciələr gözləyir. Bu, bizi faciələrə sürükləyən bir faktdır və hədəf də elə bu olmalı idi. Amma istiqamət kimlərinsə sifarişiylə dəyişdirildi.

Burada İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə deyib ki, Elina Hacıyevanın intiharlı ölümü, ölkəmizə güclü ictimai sarsıntı gətirib: "Səbəb və səbəblər üzərində düşünülür. Ölüm-intiharın bilavasitə səbəbi nə idi?. Bilavasitə ölüm səbəbindən başlayaq. Ölüm daxili qanaxma və ağrı şoku nəticəsində baş tutub, intiharda yüksəklikdən düşmə ilə əlaqədar kəllə beyin, gövdə və ətraf sümüklərin komplekt travması və daxili orqan-üzvlərin zədələnməsi nəticəsində olub. Vaxtında və keyfiyyətli tibbi yardım göstərilsəydi, qızın həyatını xilas etmək mümkün olardımı? Ola bilərdi, olmaya da, bunu meyitin müayinəsi ayırd edər. Ölümün intihar səbəbi nədir? Məsələyə, kriminalist nəzərindən baxaq. Məktəbdə yuxarı, 11-ci sinif şagirdi bir nəfər oğlanın qızı cinsi, fiziki və mənəvi təqibə məruz qoyması, kollektiv içində aşağılamasilə onu gülüş-rişxənd təzyiqli psixoloji-emosional son həddə çatdırması. Bu faktla bağlı, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanmalıdır, həmin oğlan (oğlanlar) dərhal həbs olunmalıdır. Bu yerdə, dövlət və cəmiyyətin diqqətini xüsusi vacib məsələyə dəvət edim. Demək olar, bütün orta məktəblərdə bu mənzərə var. Yuxarı 10-11-ci sinif oglan şagirdlər var, aşağı 8-9 və hətta 7-ci sinif qızlarını mütəmadi seksual, fiziki, moral təqib, təzyiq, təhdid altında saxlayırlar. Günləri-axşamları qəlyanxana, gecə klublarında keçən, kriminal aləm insanları ilə oturub-durub, narko-vasitələr qəbul edən bu oğlanlar, orta məktəbə yalnız özünü göstərmək, azyaşlı qızları yoldan çıxarmaq üçün "baş çəkirlər". Bununla da bağlı valideyinləri ehtiyatlı tədbirli olmağa çağırıram. Hətta məktəblərdə bu oğlanlar vasitəsilə kriminal aləmin təzyiq təsir qaydaları da qoyulur şagirdlər. Hə hətta bəzən müəllimlər üzərində! Bunu da yerli polis orqanları, məktəb rəhbərləri, valideyinlər də ciddi diqqətə alsınlar. Hadisəyə daha geniş, istintaq-inzibati tərəfdən baxaq. Azyaşlı qızlarının təlim-tərbiyə, davranış və həyatının diqqətdən kənar qalmasında onun valideyinlərinin böyük günahı var. Yəni valideyin borcu, məsuliyyəti olmayıb heç?. Elinanın başına gələn və ya gətirilənlər barədə xəbərsiz olan, ya xəbəri olub, biganə qalan valideyinlər barədə də araşdırma aparılmalı, məsuliyyət daşımalıdırlar".

Bu barədə Təhsil eksperti Etibar Əliyev hesab edir ki, bu məsələni məktəbin məsuliyyətsizliyi kimi qəbul etmək doğru deyil: “Şagirdin intiharı ilə bağlı videoya baxmışam, o ani bir şəkildə pəncərə qarşısına gəlir və özünü atır. Məktəb rəhbərliyi, psixoloq bunun qarşısını ala bilməzdi. Şagirdin bir neçə məktəb dəyişdirməsi onun problemli uşaq olduğunu göstərir. Bizdə olan məlumata görə qız normal həyat tərzi sürməyib, ailənin dağılmasından sui-istifadə edib. Bu fərdi halı məktəbin, ya da hər hansı qurumun nəzarətsizliyi kimi qələmə vermək doğru deyil. Məktəbdə uşaqlar bir-birini itələyibsə, müəllim uşağı intihar həddinə çatdırsa bu məktəblə bağlı ola bilər. Lakin bu məsələni çox araşdırdım. Nəticədə problemin məktəbdən qaynaqlanmaması qənaətinə gəldim. Hətta bəzi məlumatlara görə qız narkotik istifadəçisi olub”.

Bu isə Elinanın öz yazdığı: "Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin".

Elinanın valideyn etinasızlığına, dostların xəyanətinə və bu ağır həyat şərtlərinə verdiyi zərif çiyni bu yük altında dözmədi. O, üsyan etdi və cəmiyyəti bu üsyanla ayıltmaq istədi. Əfsuslar olsun ki, bu faciə fonunda boy göstərənlər cəmiyyətdəki ziddiyyətli məqamların üzərinə getməkdənsə 3 xanım müəllimi hədəf seçdilər və bu dəfə də yanlışa yol verdilər.

Bizim üçün çalınan zənglər…
Araşdırma zamanı hadisəyə aparan bütün məqamlara aydınlıq gətirməyə çalışdıq. İlk əldə etdiyimiz məlumat 162 saylı məktəbin VIII R sinfinin problemli sinif olması faktı oldu. Öyrəndik ki, ilin əvvəlindən təkcə bu sinifdən müxtəlif problemlərlə bağlı 19 dənə izahat alınıb. Məktəbdə 58 sinifdə 1648 şagirdə 110 müəllim dərs deyir. Yəni müəllimin şagirdə nəzarəti 1:15 nisbətindədir. Yəni müəllimlər yetərincə pedaqoji iş apardıqlarını danmaq ən azı vicdansızlıq olardı. Elina Hacıyeva ilə bağlı apardığımız araşdırmada qorxudulmuş müəllimlərdən məlumat almaq mümkün olmadı. Prezident tapşırıq verib ki, hadisə ciddi araşdırılsın və Təhsil nazirliyi araşdırmaq əvəzinə müəllimliyi də əldən almaqla məşğul olub. Yəqin ki, dovşanın "qulağını kəsib sonra sayacaqlar".

Çox çətinliklə əldə etdiyimiz faktları sizin diqqətinizə çatdırırıq. Elina ilə bağlı valideynləri həqiqəti demirlər. Onlar Elinanı diqqətdən kənarda buraxdıqları əsas faktor sayıla bilər. Elina 21 fevral 2019-cu ildə boğaz hissəsini kəsibmiş. Sinif rəhbəri və psixoloq bu hadisəni diqqətdən kənar buraxmasalar da valideyn çağırışa gəlməyib. Sinif rəhbərinin məktəb rəhbərliyinə yazdığı məlumatda (22 fevral 2019-cu il) deyilir: "21.02.2019-cu il tarixdı I növbənin tənəffüsündə tərbiyə üzrə müavin L. Məhərəmova məni təcili müəllim otağına çağırdı və H. Elinanın ("güyaki, qayçıyla təsadüfən özünə xəsarət yetirməsi barədə məlumat vermişdir"). Mən operativ surətdə sinfə getdim, stolun üstündə ülgücün qırıntılarını görmüşəm. Təcili olaraq onun anasına zəng etdim, lakin o bildirdi ki, körpə uşaqları olduğu üçün indi məktəbə gələ bilmir və sabah 22.02.2019-cu ildə gəlməyə söz verdi. Amma 22.02.2019-cu ildə də məktəbə gəlməyib".

Anası gəlmədikdə isə Az yaşlılarla iş üzrə inspektora müraciət edilib və psixoloq fərdi qaydada Elina ilə iş aparıb. Bütün bunlar sənədlərdə əks olunub. Bu gün Elinanın intiharı ilə bağlı tez-tez saytlara müsahibələr verən Züleyxa Şirinovadan bu günədək heç bir jurnalist onun müsahibə vermək əvəzinə, bu şagirdin dərs vaxtı harada olmasının fərqinə də varmayıb. IX sinif şagirdi Z. Şirinova özü fevral ayından dərsə gəlmir. Onun dərsə davamiyyətsizliyi barədə 8-ci polis bölməsinin Az yaşlılarla iş üzrə inspektoruna məktəb rəhbərliyi müraciət edib. Yəni bir-birinə növbə verən "şou əhli" dediyi kimi deyil, məktəb normal daxili nizam-intizam qaydalarına uyğun idarə olunduğunu aşkarladıq.

Elinanın xalası qızı Diana Hacıyeva saytlara bildirib ki, o onunla eyni sinifdə oxuyub: "59 saylı məktəbdə Cahad adında oğlanla Elina ölməmişdən iki ay əvvəl tanış olmuşdular. Bir dəfə oğlan Elinanı çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları güddüm, gördüm ki, oğlanın əlində bükülü var, açdı, Elinaya göstərdi, təklif elədi. Elina oğlanı itələyib mənə tərəf qaçdı, dedi, burdan tez gedək, o, mənə marixuana vermək istəyir. O oğlan Elinaya demişdi ki, "tramal" dərmanı içir. Marixuana söhbətindən sonra ayrıldılar. Ancaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb.

Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mənsə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik. Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir".
Bizim üçün çalınan zənglər…
Araşdırma zamanı aydın oldu ki, E. Hacıyeva həmin gün birinci dərsdə iştirak etməyib və bunu jurnal qeydi təsdiqləyir. İkinci dərsdə iştirak etdikdən dərhal sonra özünü III mərtəbədən ataraq intihar etməsi birinci dərsdə olmadığı müddəti araşdırmağa ciddi ehtiyac var. Həmin dərsdə isə telefon kartlarını qırıb atması barədə deyilənlər əsas verir ki, birinci dərsdə olmadığı müddətdə nələrsə baş veribmiş. Çox güman ki, cinayət işi bu nüanslara aydınlıq gətirəcəkdir. Elina özünü tənəfüsdə 9:27 radəlrində atıb. Lakin hansısa bir əlin qəsdən prosesləri yanlış istiqamətə yönləndirməyə çalışdığını da sezməmək mümkün deyil. Əlbəttə gəncəcik bir qızın ölümü insanlığın ölümü qədər dəhşətlidir və özünü bu yolda fəda etmiş Elina, bəlkə də özündən sonra gələnləri xilas etmək üçün bu addımı atmışdır? Niyə bəzi qaragüruhçuların dumanlı fətvaları ilə yanlışa üz tutursunuz? Bəli, bu qızı ölümün ağuşuna atan kimdirsə cəzalanmalıdır. Amma bir günahsıza cəza verməklə vicdanınızımı sakitləşdirmək istəyirsiniz? Biz hamımız günahkarıq. Pisliklərə göz yumduğumuza görə...

Məktəb rəhbərliyi onsuz da ləng olan təcili yardıma zəng etmək əvəzinə Səbail İH-nə zəng vurması böyük yanlışdı. Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb.
O, Meydan TV-yə yazılı açıqlama göndərib.

Həmin açıqlamanı təqdim edirik:
“Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər. Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim.

Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətə uyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürək yanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.

Məsələ ilə bağlı AVMVİB sədrinin hüquqi məsələlər üzrə müavini Abbas Hüseynlinin hüquqşünas kimi münasibətini öyrəndik. O, Elinaya Allahdan rəhmət diləyərək dedi: "04 aprel 2019-cu il tarixində Səbail rayonu ərazasində yerləşən 162 saylı orta məktəbin 8-ci sinif şagirdi özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən yerə ataraq intihar etmişdir. Bu hadisə kütləvi informasiya şəbəkələrində geniş əks-səda yaratmış və çoxsaylı sualların meydana gəlməsinə səbəb olmuşdur. Belə ki, bu hadisədə günahkar kimdir?

Həqiqətən prokurorluq tərəfindən başlanmış cinayət işində öncə hadisəni törədən şəxslərin əməllərinə hüquqi qiymət veriləcək, bu hadisəyə görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinə görə məsuliyyətə cəlb ediləcəklər. Lakin şəxslərin törətdikləri cinayət hadisəsinə görə onların məsuliyyətə cəlb edilmələri ilə Elina Hacıyevanı həyata qaytarmaq mümkün olmayacaqdır. Mən burada baş vermiş hadisəyə hüquqi qiymət verilməsinə çalışacam. Azərbaycan Respublikası CM-nin 125-ci maddəsində göstərilmişdir ki, özünü öldürmə həddinə çatdırma elə bir cinayət hadisəsidir ki, burada təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddin çatdırma - Bu cinayət hadisəsini törədən şəxslər üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Daha sonra isə Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S. Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

Sosial şəbəkələrdən məlum olur ki, Elina Hacıyeva ikinci dəfə idi ki, intihar etməyə cəhd edirdi. Onu əhatə edən aləmin onun üçün yad olduğuna və insanlar tərəfindən sevilmədiyinə və özünün hər hansı bir məqsədə çatmaq arzusunun kercəkləşməsini görmədiyinə, ümüdsizliyə qapandıbına görə o, bu yolu, özünü öldürmək yolunu tutmuşdur. Hətta xalası qızı Diana Hacıyeva jurnalistlərə açıqlamasında bilirmişdir ki, Elina dəftərinin bir küncündə aprelin 4-də yazmışdır ki, «qəbrimin üstünə gəlməyin məni sağ olanda istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən Sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin".
Bizim üçün çalınan zənglər…
Doğrusu bu yazılmış sətirləri oxuduqca düşünürsən ki, bu qızçığaz elə bil ki, onu tanıyanlara, ona qayğı göstrməli olan şəxslərə qarşı üsyan edir. Bununla təkcə özünü deyil, özü kimi olan bütün məktəbli uşaqlarını düşdükləri mühitdən, onlara qarşı olan yadlaşmalardan qorumaq istəyir.Bundan başqa bu qızçığaz öz hərəkəti ilə sonradan nələrin baş verəcəyini elə bil ki, bilirmiş. Bəli Elinanın ölümü cəmiyyətdə böyük səs-küyə səbəb oldu Bu hadisə ilə əlaqar Elinanın valideyinləri, Elinanın oxuduğu məktəb kollektivi, onun müalicəsi ilə məşğul olmayan səhiyyə qınaq obyektinə çevrlimişdir. Diana Hacıyeva onu da jurnalistlərə açıqlamasında göstərmişdir ki, Elina ilə bir snifdə oxuyurdular. Elina barədə bu sözləri deyir: "51 saylı orta məktəbdə oxuyan Cahad adında oğlanla Elina ölməmişdən iki ay əvvəl tanış olmuşdurlar. Bir dəfə oğlan Elinanın çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları güddüm, gördüm ki,oğlanın əlində bükülü var, açdı Elina oğlanı itələyib mənə tərəf qaçdı, dedi burdan tez gedək, o, mənə marixuna vermək istəyir. O oğlan Elinaya demişdi ki, «tramal» dərman icir. Sonra ayrıldılar. Ançaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb». Başqa bir misal. Elina Hacıyevanın rəfiqəsi «Facebook» hesabında intiharı ilə bağlı paylaşdığı statusunda 162 saylı məktəbin Azərbaycan bölməsinin 11 sinif şagirdi Hüseyn Namazovun Elinanın onunla ünsiyyət yaratmadığı üçün Elinanı döyüb, təhqir edib alçaltdığından yazmışdır. «Yeni Sabah»ın əldə etdiyi xəbərə görə açılan cinayət işi ilə bağlı istintaq təkcə 162 saylı məktəbi deyil, bir sıra məktəbləridə əhatə edir. Hətta orada bilidirilir ki, hadisə ilə bağlı prokurorluq geniş araşdırma aparıb və nəticədə ortaya valideyin və məktəb nəzarətindən kütləvi şəkildə kənara çıxmış yeniyetmələrin, məktəblilərin olduğu aşkar edilmişdir. Məlum olmuşdur ki, 13-17 yaşlı bir qrup məktəbli mütəmadi olaraq gecə klublarına gedir, burada zərərli vərdişlərə başlayırlar. Həmin şəxslərin içərisində intihar edən Elina və onunla eyni məktəbdə oxuyan yaxın qohumları və yuxarı sinif şagirdləri oğlanlar olub.

Elina Hacıyevanın və onun kimi məktəblilərin inthar etmələrinə səbəb cəmiyyətdə insanların lazımı qaydada qiymətləndirilməməsidir. Bir qrup cinayətkar ünsürlərin cəmiyyətimizdə gənclərin əsil vətənpərvər, intelektual səviyyədə inkişaf etmələrinə maneçilik törətmələridir. Məhz bunun nəticəsidir ki, məktəblilər içərisində narkotik maddələrin kütləfvi şəkildə yayılması, əxlaqsızlıq hallarının adi hala çevirilməsi genişlənmişdir.

Baxın Bakı şəhərində nə qədər gecə klubları barlar fəaliyyət göstərir. Doğrusu onların indiki torpaqlarımızın işğal edilməsi zamanı mövcudluğu mənə çatmır. Biz hansı günümüzə görə gecə barları təşkil edirik. Və həmin barları kimlər təşkil edirlər?

Elina Hacıyevanı özünü öldürmə həddinə çatdıran şəxslər mənə elə gəlir ki, prokurorluq tərəfindən cinayət məsuliyyətə cəlb ediləcəklər. Burada konkret şəxslərin olmaları da sirr deyil. Ona görə ki, bu hallara hüquqi qiyməti prokurorluq verəcəkdir. Lakin bir fakta bir hüquqşunas kimi qiymət verməyi özümə borc bilirəm ki, 162 saylı orta məktəbin direktoru və müəllim kollektivinin, Elinanın aparıldığı xəstəxananın həkimlərinin əməllərində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin əlamətləri olmasa da,Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələrinin əlamətləri mövcuddur və onların əməllərində Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atdıqdan sonra ona bir vətəndaş, məsul şəxs kimi göstərməli olduğu borclarını həyata keçirmədikləri üçün məsuliyyətləri vardır. Bu məsuliyyət intizam və ya inzibati məsuliyyət də ola bilər.

Elina Hacıyeva və onun kimi yüzlərlə şagirdlərin Azərbaycan xalqının əsil vətəndaşı kimi böyümələri üçün etməli olduğumuz əsas iş məktəblərdə müəllim- şagird münasibətlərinə yenidən baxılmalı, məktəblilər içərisində pis vərdişlərin qarşısının alınması üçün mütəmadi hüquq mühafizə oraqanlarının iştirakı ilə görüşlər keçirilməlidir.

Mənim isə bir təklif edərdim ki, böyük məktəblərdə təqaüdə çıxmış təhqiqatçı və ya müstəntiq işləmiş şəxslərdən istifadə edərək onların məktəblərdə daimi olaraq fəaliyyət göstərmələrinə şərait yaradılmalı və həmin şəxslərin vasitəsiylə məktəblilər arasında narkotik vasitələrə meyilliyi, əxlaqsızlıq hallarının qarşısının alınması, hətta məkəbdə məktəbin etik davranış qaydalarına riayət edilmələrinə nəzarəti gücləndirmək mümkündür".

Prokrorluq haqlı olaraq öz bəyanatında qeyd etmişdi: "Göstərilənlərlə yanaşı, Bakı şəhər prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 6 aprel 2019-cu il tarixli məlumatında kütləvi informasiya vasitələrində insanların heysiyyatına toxunan əsassız məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq bəzi internet saytlarında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə, tədris prosesinin normal həyata keçirilməsinə mənfi təsir göstərən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilən informasiyaların daxil edilərək ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olmaqla konkret faktlara əsaslanmayan, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilmişdir".

Həqiqətən də bir vaxtlar yüksək nizam-intizam gördüyümüz məktəb tənəzzülə doğru gedir.

Aldığımız son məlumat: Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli, Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayev tərəfindən bıçaqlanaraq öldürülüb...

Adını unutdugumuz bir yazıçının sözləriylə yazını bitiririk: "Əgər kilsə zəngi çalınırsa, soruşma o kimin üçün çalınır. O zəng sənin üçün çalınır"…

AVMVİB Mətbuat Xidməti
Fedai.az Araşdırma Qrupu

Bizim üçün çalınan zənglər…
23 aprel 2019 /

Bizim üçün çalınan zənglər…

Похожие новости

Elinanın ölümünə səbəb bu oğlandırmı?

İntihar edən məktəbli Elina Hacıyevanın rəfiqəsi “Facebook” hesabında onun intiharı ilə bağlı status paylaşıb. O, statusunda bu fikirləri yazıb: “Mən prokurorluğa ifadə verdim. Və indi bu haqda

Elina haqda araşdırma şok faktlar üzə çıxardı - Fotolaar

14 yaşlı Elinanın intiharı ilə bağlı istintaq işinin geniş dairəni əhatə edəcəyi haqda ötən gün məlumat vermişdik. “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, açılan cinayət işi ilə bağlı təkcə 162

İntihar edən Elinanın tükürpədici məktubu üzə çıxdı - MƏTN

Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin. Fedai.az Milli.az-a istinadən xəbər verir

AZƏRBAYCAN "JURNALİSTİKASININ" 162 SAYLI MƏKTƏB TOZANAĞI...

Ölkəmizdə ajiotaj yaradan bu hadisə göstərir ki, məsum yeniyetmə Elina Hacıyevanın bu faciəsinin yaşanmaması üçün həm valideyn-övlad münasibətlərinin düzgün şəkildə tənzimlənməməsidir. Ailə daxili

Bakı məktəbində zorlanan 1-ci sinif şagirdi və yuxarıda olan direktor - QƏRİBƏ DETALLAR

Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlanma hadisəsi ilə bağlı iddialar son günlərin ən çox müzakirə edilən mövzularından oldu. Lakin sadəcə mediada müzakirə edildi, bir neçə xəbər və
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri QəbələdəAzərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ