"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Hər yer Qar
abağ, hər gün Qarabağ, hər kəs Qarabağ...

(Əvvəli: http://fedai.az/index.php?newsid=4868, http://fedai.az/index.php?newsid=5037)

IV YAZI

2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra problemin memarı olan Rusiya Lavrov planını irəli sürdü. Bu plan Dağlıq Qarabağ ətrafındakı beş rayonun - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının Dağlıq Qarabağın statusu ilə bağlı heç bir şərt qoymadan Azərbaycana verilməsini nəzərdə tutur. Bunun əvəzində Azərbaycan və Türkiyə yalnız Ermənistana gedən yolları açmalıdır. Bu yollar Ermənistandan çox Rusiyaya lazımdır. Birincisi, Rusiyanın Yaxın Şərqdəki mövcudluğunda Ermənistan əlavə problemə çevrilib. İkincisi, Rusiyaya tətbiq olunan embarqoda Ermənnistanın artıq yük olması nəzərə çarpacaq dərəcədə ağırlaşıb. Üçüncüsü, Rusiyanın borc əvəzinə Ermənistandan götürdüyü sənaye müəssisələrinin işləmə perespektivləri yoxdur. Dördüncüsü isə, Rusiya Gürcüstanda itirdiyi mövqeni Azərbaycanda da əldən versə bu onun Qafqazdakı mövcudluğuna son qoya bilər. Bu da ABŞ-ın planına tam uyğun olaraq cənubdan sıxışdırılaraq çıxarılmasına səbəb olar.

Rusiyanın Ukraynadakı işğal ərazilərində əsil mahiyyəti artıq üzə çıxmaqdadır. Krımda əhali, istərsə də yerli Krım tatarları bölgədə onların varlığını istəmirlər, işğaldan sonra yarımadada sosial – iqtisadi vəziyyət kəskin pisləşib. Rusiyanın Krım tatarlarına qarşı represiv münasibəti vəziyyəti daha da gərginləşdirib. Ukraynalı jurnalist Sergey Rudenko yazdığı məqalədə deyilir: “Krım tatarlarına qarşı mübarizənin nəyə gətirib çıxaracağını Putin anlamır. Bölgədə 30.000 nəfər tatar yaşayır. Bu da əhalinin 10 faizi deməkdir”. Putin Krım tatarları üçün həmişə işğalçı olaraq qalacaq və adı İosif Stalinlə birgə anılacaq”.

Müəllif yazır: ”Məclisin liderləri bəyan ediblər ki, Ukrayna Milli Qvardiyası tərkibində “Krım” batalyonu yaradılıb. Bura 560 nəfər tatar daxil olub. Rüfət Çubarovun dediyinə görə batalyonun konsepsiyası hazırlanıb və prezident Poroşenkoya təqdim olunub. Onun vəzifəsi Krım sərhədlərini qorumaqdır. Digər Krım- tatar hərbi birləşməsi olan “Əsgər” isə Xerson vilayətində yerləşib”. Ukrayna da bu işğal faktı ilə barışmayıb və bölgədə Rusiyanı yaxşı heç nə gözləmir. Üstəlik, Rusiya daxilində də iqtisadi-inzibati çökmələrin qaçılmaz olduğu və bir çox Federasiya subyektlərində mərkəzdənqaçma meylləri güclənib. Rusiya vəziyyətin gərginliyini nəzərə alaraq son zamanlar sərhədlərindən uzaq olan münaqişələrdən imtina konsepsiyası hazırlayıb. Belə münaqişələr Dnestryanı və Qarabağ münaqişələridir. Dnestryanı ilə ilkin münasibətlərini elan etsə də, Qarabağda referendumla bağlı təklif planı var. Bu təkliflə Fransa və ABŞ -ın da ilkin razılığı alınıb. Həmsərdlər bunu ən optimal variant kimi qəbul etsələr də, Azərbaycan bu variantı qəbul etməyəcək. Rusiya bu təqdirdə Azərbaycanı yenidən təcəvüzkar kimi tanıtmağa çalışacaq.
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
ATƏT-in həmsədrlərindən olan Fransa Xüsusi Xidmət orqanları isə ölkədə baş verən partlayışlarda “rus izi”ni tapdıqlarını bəyan etdilər. Terroristlərdən iki nəfəri Rusiya vətəndaşıdır və Çeçenistan DİN-nin elit hissəsində xidmət ediblər. Ramzan Kadırova bağlıdırlar. “Bataksan” teatrına hücumda iştirak etmiş bu şəxslərin zərərsizləşdirilməsi və tutulması üçün tədbirlər görülür (“Информационный портал Украины”). Bu fakt və ABŞ-la Suriyadakı qarşıdurma həmsədr ölkələr arsında münasibətlərin ziddiyyətli olmasını sübut etməyə yetərlidir. Bu üçlük özləri münaqişə həddindədirlər. Yaxın Şərqdə faktiki olaraq erməni – kürd terror şəbəkəsi Rusiyanın nəzarətindədir. PKK-ASALA razılaşmasının Rusiyanın istəyi ilə baş tutması, kürd terrorçularla rusların Suriyadakı işbirliyi və onlara silah ötürməsi deyilənləri sübut edir. Eyni üslubu ABŞ da təkrarlayır. Hər iki ölkənin maraqları bölgədə toqquşur. Ona görə də bölgədə sülhün yaranması mümkün olmayacaq və eyni senarinin bizim ərazilərdə təkrarlanmasına yol verə bilmərik. Rus politoloqu A. Piontovskiyə görə: “Putinin Suriyaya girdiyi dövrdə 17 səhra komandiri öldürüldü və Rusiyaya İŞİD daha gəlməyəcək. Amma Putinin B. Əsədə yardım üçün getməsini hamı bilir”. Politoloq Rusiyanın Suriyadan çəkilməsini SSRİ-nin Əfqanıstandan çəkilməsiylə müqayisə edərək yazır. “SSRİ Əfqanıstandan çəkildikdən sonra 10 ilə, Rusiya isə 5 ay ərzində laxladı”. (“Replyua” 15.03.2016).

Hazırda Rusiya iqtisadi böhrandan daha çox federal subyektlərdə milli münqaişələrin yaranmasından qorxur. Daxildə federasiya subyektləri, hətta diyar və vilayətlər də Moskvanı “yedirtməkdən” imtina etməyə can atır. Bu dalğanın qalxmasına bəlkə də sayılı illər qalıb. Bu da imperiyanın çöküş simptomlarındandır. Rusiyanın ətraf ölkələrə səpdiyi separatizm toxumları geniş Rusiya ərazilərində bol “məhsul” verəcəkdir. Məhz bunu bilən xəyanətkar erməni cəmiyyəti, bu dəfə Rusiyaya xəyanət edərək Qərb qarşısında əlavə dvidentlər qazanmağı planlaşdırır və bu Qərbə sərf edən ən optimal variantdır. Bunu diqqətdən qaçırmamalıyıq. Çünki ermənilər Kalantaryan – Lavrov və Rusiyada dövlət qollarına sızmış erməni lobbisinin xəttiylə imperiyanın “çökmə planı”ndan xəbər tutublar. Ona görə də ölkədə rusofobiyaya geniş meydan verilib. Avropaya inteqrasiya ilə bağlı geniş araşdırmalar aparılır. S. Sarqsyan Rusiyadan xəbərsiz AB ilə assosiativ üzvlük barədə danışıqlar aparmışdı. Paşinyan isə özünü Qərbə "qərbpərəst" kimi sırımağa çalışmaqdadır.
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!























“Коммерсантъ” (26.04.2016) yazır: “Hazırda Moskva ilə İrəvanın münasibəti “quyruq bulayan köpəyə” bənzəyir. Düşünmək lazımdır ki, SSRİ dövründəki kimi Moskva istədiyi respublikanın rəhbərliyinə nəzarət edə bilməz. Bu liderlərin hər birinin qırmızı xəttlə bağlı sərhədləri özləri müəyyən edir” - bu sözləri nəşrin müxbirinə S. Sarqsyanın tövrləri ilə bağlı dosent, Beynəlxalq məsələlər üzrə ekspert Sergey Markedonov deyib. O, Sarqsyanın vəziyyətini analiz edərək bunları söyləmişdi: “Bu vəziyyətdə danışıqlara getmək siyasi intihara bərabərdir. Sülh prosesləinin başlanması üçün güclü motivlər lazımdır, o isə hələlik yoxdur”...

Beləliklə, Sarqsyan öz kürsüsünü Qarabağa qurban verdi və erməni lobbisi saxta "demokratik" oyunla dünyanı aldatmaq üçün Paşinyanı hakimiyyətə gətirdi. Əslində Paşinyan da Sarqsyan oynayan havaya oynamaqdadır. Yəni bu münaqişədə İrəvandan asılı heç nə yoxdur.

Rusiyanı gözləyən məchul gələcəkdən çox şey asılıdır. Çünki o, regionda öz maraqlarından əl çəkməyincə bölgədə sülh və əminamanlıq olmayacaq. Faktiki olaraq, forposta çevirdiyi Ermənistan Qarabağın işğalını düşünməkdənsə, məhv edilmiş dövlətçiliklərini düşünsünlər. “Yatdıqları kölgənin özlərinə məxsus olmadığını” gec də olsa anlayıblar. Beynəlxalq aləmin Ermənistana qarşı tədbir görməməsinin kökündə dayanan başlıca amil elə Rusiyanın irəli sürdüyü "həlli mümkün olmayan münaqişə " tezisidir. Bu gün biz o torpaqları ermənilərə versək belə Rusiya razılaşmaz. Çünki qurduğu tələdə iki ölkəni girov saxlamağa çalışır və ağılsız ermənilərin sayəsində bacarır.

Çünki Rusiyanın hərbi platsdarmı və forpostu olan bir əyalətinə sanksiya tətbiq etmək gülüş doğurar. Dünya dərk etməkdədir ki, Rusiyanın təhlükəli imperiya maraqlarını dəf etməyin yolu Cənubi Qafqazdan keçir. Amma bu yola açılan qapının “açarı” Ermənistan deyil. Bu yanlışa yol versələr, bölgə üçün faciəli nəticələrə yol açmış olarlar və qarşıdurmalar qaçılmaz olar.

Osmanlı və Rusiya imperiyalarının çöküşüylə minilliklər boyu “Kornif məbədi” fahişəliyindən savayı tarixi nailiyyəti olmayan bir xalq özlərinə aid olmayan ərazilərdə dövlət qurmaları onların iştahasını artırıb. İndi də Rusiyanın “çöküşü” xəbərini alar – almaz fəallaşıblar. Xatırlayırsınızsa SSRİ-nin çöküş öncəsi ermənilər 1985-ci ildən fəallaşmağa başlamışdılar. Siyasi meydana antisovet ideyalar buraxdılar. Hətta hakimiyyətə kommunist keçmişi olmayan Livan ermənisi L.Ter – Petrosyanı gətirdilər. Dünya düzəninə uyğunlaşaraq Saxarov kimi arvadı erməni olan dissidentlərin vasitəsiylə dünyaya “demokratik imicli millət” kimi təqdim olundular. Məqsəd çox sadə idi. “Motaldan əl çəkə bilməyən kommunistlərimizi” misal göstərərək “demokratik fikirli ermənilərin kommunist azərbaycanlılarla birgə yaşayışının mümkünsüzlüyü fikrini” dünyaya sırıya bildirlər. Hətta, erməni lobbisinin əliylə ABŞ kimi bir dövləti də aldadaraq “907-ci düzəliş” kimi bədnam bir qərar qəbul etdirdilər. Az sonra dünyanın demokrat kimi sevdiyi ermənilərin əlində rus silahları ilə və dünya demokratiyasının himayəsi ilə tarixdə misli görünməmiş hərbi cinayətlərə əl atdılar. Bizdə isə Kommunist Partiyasına yeni üzvlər qəbul etdirilir, hakimiyyət uğrunda qanlı klan mübarizəsi gedirdi. Nəticə göz önündədir. Bu gün yenə eyni ərəfədəyik, Ermənistan bu dəfə Rusiyadan “zərər çəkmiş məzlum millət” maskasıyla dünyanı aldatmağa hazırlaşır. Bu proseslərdən xəbər tutan “Кафказ плюсь” (03.05.2016) saytı “Ermənilər barədə yazı dərc edib. Məqalədə deyilir:” 2-5 aprel Qarabağdakı məğlubiyyətdən sonra ermənilər incikliklərini nəinki Rusiyanın üzərinə tökürlər, onu əməkdaşlıq sazişinə uyğun Ermənistanı müdafiə etməməkdə günahlandırırlar. Hətta Rusiyanı ermənilərin düşmənləri olan türk və azərbaycanlılarla eyni sıraya qoyurlar. Bu gün Ermənistanda bir fikir formalaşdırılıb ki, əgər Rusiya olmasaydı, Azərbaycanı tarmar edər, Bakını da zəbt edərmişlər. Maraqlı burasıdır ki, antirusiya mövqeyi, rusofobiya ilə, hətta erməni lobbisinin üzvü olan və Rusiya KİV-lərində işləyənlər də məşğul olurlar. “Regnum” İA redaktoru ermənidən çox ermənilik edən Modest Kolerov, baş nazir D. Medvedyev və müavini D. Raqozini az qala Ermənistana düşmənçilikdə ittiham edir. “Daha sonra sayt erməni tərəfin Azərbaycanı məğlub edə bilməyəcəyini anladığına üçüncü tərəf arayışında olduğunu yazır: “ Bu gücü ermənilər tapıb: Qərb və hər şeydən öncə, ABŞ. Vaşinqtonun da ermənilərə qarşı öz marağı var. Amerikalılar Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirmək üçün hərbi platsdarmlarını yaratmaq niyyətindədir. Bu heç də asan məsələ deyil. Reallıq da Türkiyə NATO üzvü olsa da, sərbəst siyasət yürüdür və hər tərəfdən Amerika bazaları ilə əhalətlənmək istəmir”.
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
Xatırladaq ki, ABŞ MKİ erməni faktorunu araşdırıb. Araşdırmada İraq məsələsində Türkiyənin bitərəf qalmasını misal gətirən müəllif yazır: “Ona görə də bölgədə yeganə tərəfdaş Ermənistan və beynəlxalq erməni lobbisi ola bilər. Çünki erməni müllətçiliyi elə bir unikal və təcəvüzkar hadisədir ki, “Böyük Ermənistan” ideyası uğrunda istənilən xalqla döyüşüb öldürməyə hazırdırlar. Şiddətli döyüşlər aparırlar. Qarşılarına maneə kimi çıxan hər kəsə bu cür şiddət uyğulamaq qeyri heç bir xalqda yoxdur”.

Əsrlərcə dövlətçilik ənənələri olmayan, “dəyərsiz, pis kompleksləri” olan, başqa xalqlara qarşı irqçi nifrət bəsləyən ermənilər üçün humanist dəyərlər yoxdur. ABŞ yaxşı anlayır ki, erməniləri ruslarla düşmən edə bilsə, ruslara qarşı onlardan mərhəmət gözləməyə dəyməz. Ermənilər Rusiya ilə məmnuniyyətlə döyüşəcək, hətta Moskva və Cənubi Rusiyasda terror dalğası yaradacaqlar, özü də bu işi İŞİD – dən də yaxşı bacaracaqlar. İŞİD - çilər Daşnakların yanında uşaqdırlar. Onlar hələ dünya terrorizmin nə olduğunu bilmədiyi XX əsrin əvvələrində Rusiya imperiyasında günahsız əhalinin kütləvi şəkildə öldürülməsi, məmurların qətlə yetirilməsinə səbəb olan terror aktlarını həyata keçirirdilər”...

Müəllif daha sonra yazır ki, Ermənistan Rusiyadan ayrılıb “Qərb seçimi” etsə, Azərbaycan təcavüz edəcək və erməni ordusu bir neçə saat ərzində məhv ediləcək. O zaman dünya erməniləri “genosid” haqqında danışmağa başlayacaqlar. ABŞ-a bəhanələr vermək üçün təxribatlara başlayacaqlar. Müəllif yazır: “ Deyək ki, bir erməni şəhərində kütləvi qırğına səbəb olacaq partlayışlar törədiləcək və bunu Azərbaycanla Rusiyanın üzərinə atacaqlar. Mülki əhalinin genosidində günahlandırılacaqlar. Öz əhalisini kütləvi surətdə zəhərləyərək, bu aktı Azərbaycanın, yaxud da bu işi Gümrüdəki Rusiya bazası ilə bağlayarlar. “Rus izi” tapacaq, “ruslar erməniləri zəhərləyir” – deyəcəklər.

Bizim gözləntilərimiz bütün pis variantların hesablanmasıyla aydınlaşdırılmalıdır. Bu gün Azərbaycanın əlinə düşəcək şansı və şanssızlığı seçməmiz tutacağımız müvqedən asılıdır. Bunu tutuduğu mövqedən siyasi əqidədən asılı olmayaraq hər kəs düşünməlidir. Nə olursa olsun, biz bu əraziyə sahib olmağa bu dəfə hazır olmalıyıq.

Erməni tərəfi bu istiqamətdə ciddi axtarmaqdadır və bu işə 2014-cü ildən başlayıblar. Hazırda erməni araşdırma mərkəzləri, KİV-lər, saytlar gələcək planlarının arxtarmaqdadır. Xatırladım ki, hələ 1985-ci ildən erməni kilsəsinin hazırladığı "Böyük Ermənistan" xəritəsinə uyğun olaraq Kür – Araz qovşağınadək Azərbaycan torpaqlarının işğalı yenidən dövriyəyə buraxılıb. Bu plan nədən ibarətdir?

İlk öncə Azərbaycan daxilində separatçı meylləri cücərdərək işğala zəmin hazırlamaq planına "Talış Muğan Respublikası" adlı qondarma qurumun cənubda yaradılması, şimalda sadvalçıların hərəkatının təşkil edilməsi və Şirvanda isə "Şirvanşah Tat bölgəsi " yaradılması planlaşdırılmışdı. Bu tələyə düşən "separatçı siçovullar" ermənilərin əsil planlarından xəbərdar deyillər. Avrosentrist yalanlarıyla özlərini "yerli xalqlar" elan edənlər, yəni kürdlər, taışlar, tatlar, ləzgilər armenoid irqinə mənsub qollar hesab edilir. Talış xalqını təhqiramiz şəkildə Sabarz Hüseynzadə adlı birinin təsdiqiylə "şimali-qərbdə yaşayan erməni xalqı" adlandırırlar. Ermənilər həyasızcasına dünyanın yarısını "armenoid" uydurma irqinə aid ediblər. Azərbaycan ərazisində yaşayan bütün etnikləri isə özləri kimi "yerli xalq" adlandırmaları ilə yanaşı onları armenoid irqinin qoları adlandırırlar. Faktı separatçı Ələkrəm Hümbətovun və onun qəhrəman talış xalqı tərəfindən qovulmuş əlaltılarının İrəvana sığınması bir daha təsdiqləyir. Bəzi erməni əsillilər bu planın içimizdəki ruporlarıdır və geniş şəbəkəyə malikdirlər.
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
Azərbaycanın Paskeviç tərəfindən parçalanma planının ərazilərə qeyri türkləri köçürmə ilə həyata keçirillməsini əks etdirən Rus çarına yazdığı məktublar mövcuddur. Orada əraziyə köçürülən bütün qeyri türk xalqlarının adları qeyd olunub. Sərhəd kimi nəzərdə tutulan vadi boyunca türk olmayan tayfaların yerəşdirilməsi Rusiyanın işlətdiyi bir variantdır və bu gün də Rusiya Federasiyasının xəritəsinə diqqət yetirsəniz sərhədlərin rus xalqı üzərində qurulduğunu görərsiniz (Xəritəyə baxın). Bu məkrli imperiya planında əl iti olanlar düşünməlidirlər...

Hələ Sovetlər dövründə 1989-cu ilin avqust ayında “Krunq” təşkilatının separatçı rəhbərlərindən olan Vaqif Qalstyanı tutub, guya onu axtaran “hökumətin” DTK-sına təhvil verdik. Tutulan zaman xeyli sorğuya cavab ala bildim. O, hələ o zaman Kür -Araz qovuşanadək ərazilərin erməni işğalından danışdı və hətta Şahbulaq daş karxanası üçün Erməni Ümumilli Hərəkatı fonduna 10 min manat, Papravənd daş karxanası üçün isə 3 min manat pul ödədiyini demişdi. Bu sözdən sonrakı sualıma “bizə belə söyləyirlər”- dedi. Erməni kilsəsi bu plana 1920-ci ildən can atırdı. Zəngəzur, Göyçə, Dilican dərəsini Sovet hökumətinin köməyi ilə əldə etdilər. Şınıx dərəsinin məsələsində və Qarabağın dağlıq əraziləri məsələsində isə Azərbaycan rəhbərliyi onlara qarşı dura bildi. Sonralar isə ərazilərimizi hektarlarala almağa başladılar.

Həmin sənədə görə müharibə variantı Qorbaçovun gəlişiylə yeniləndi və iri miqyaslı işlərə start verildi. Hazırda da eyni problem, eyni plan qüvvədədir. Ermənilərin əksəriyyəti bu plandan xəbərdardır. Azərbaycan və Gürcüstan torpaqlarının işğalını nəzərdə tutan bu planı erməni kilsəsi himayə edir. Hetq.am (27-28 aprel ) saytı bir jurnalistin Qarabağ probleminin həlli ilə bağlı təklifini qeyd edib. O, problemin tupikdən çıxması üçün 3 variant təklif edib.

Birinci variant kimi, Moskvanın sülh məramlılarını yerləşdirmək üçün guya Ermənistandan güzəştlər tələb etdiyini və Qarabağın de yure Azərbaycanın tərkibində qaldığını və müstəqil bir statusa (muxtar vilayət kimi malik olmasını, nəticədə Azərbaycanın AvroAsiya İqtisadi İttifaqına və KTMT-yə qoşmaq istədiyini qeyd edib. Müəllif yazır: “ Rusiya hazırda o vəziyyətdə deyil ki, Azərbaycanın iqtisadi və enerji azadlığını və balanslaşdırılmış xarici siyasət kursuna nəzarət edə bilsin. Sonuncu həmişə alternativ bir türk vektoruna malikdir. Elə indi də bundan Moskva əleyhinə şantaj kimi istifadə edir ki, Dağlıq Qarabağı niyə geri aldın? Rusiya heç KTMT-nin üzvləri olan Belorus və Qazaxıstana nəzarət edə bilmir. Onlarla “virtual” ittifaqda olsaq, Bakı tam nəzarətsiz hərəkət edəcək...
"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
Bu variant erməni hökuməti üçün müzakirə mövzusu belə olmamalıdır.”

Müəllif ikinci variant kimi, “ermənilərin stabilləşmədən çox müharibəyə adaptasiya olunduğunu” yazır. 1994-1995 sazişinin möhkəmləndirilməsinin tərəfdarı olduğunu və Azərbaycana günaşırı erməni ordusunun gücünü nümayiş etdirməyi təklif edərək yazır: “Bu variantı seçmək isə Bakının təxribatlarına uyaraq onun diqtə etdiyi oyunu oynamaq deməkdir. Bu zaman Ermənistan öz ehtiyyatlarını rəqibin qarşısının alınmasına xərcləyəcək. Azərbaycan isə bahalaşan neft gəlirləriylə öz itkilərini bərpa edəcək. Bu cür qarşıdurmadan erməni tərəfin nə indi, nə də gələcəkdə maliyyə resursları, nə də insan potensialı yoxdur. Bakı, həm də Türkiyənin yardım edəcəyindən qorxaraq Rusiyanın intensiv şəkildə İrəvana hərbi texnika və sursat təminatında tərəddüdlər olacağını anlayır. İki gün öncə KTMT-in Baş katibi N. Bardyuja dəqiq açıqlama verdi.

Müəllif 3-cü variant kimi mövcud erməni planının üzərinə gəlir. Savaşı Azərbaycanın iç ərazilərinə daşımaq üçün ildırım sürətli müharibə və möhkəmlənərək silsiləli müdafiə xəttinin yaradılmasını təklif edir.

Müəllif yazır: “Bu variant iki vəzifəni həll etməlidir. Birincisi, yeni status – kvo və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, məsələni məntiqlə erməni tərəfin tələblərinə uyğun həll etsin. İkincisi, biz onlara diqtə edəcəyik ki, Azərbaycan Ordusu güclü deyil, ölkə rəhbərliyi xalqı aldadıb. Cəmiyyətdə bu ictimai narazılıq və qorxu yaradacaq. Xalq Ermənistandan deyil, hakimiyyətdən hesab soracaq. Cəbhədəki məğlubiyyət ölkədə separatçı meylləri oyandıracaq və ölkəni parçalama təhlükəsi qarşısında qoyacaq: "Bu senarini seçdiyimiz zaman iki faktora nəzər salmaq lazımdır. Birincisi, şaiyələr yayıldıqdan sonra müxalifət hakimiyyəti “günah keçisinə” döndərməlidir. Daxili siyasi çəkişmələr düşməni zəiflədər. Birinci Qarabağ savaşında analoji tədbirlərnin həyata keçirilməsi erməni tərəfinin qələbəsində mühüm rol oynamışdı".
İkinci fakt isə, fakt qarşısında qoyulmuş ATƏT həmsədrləri lokal müharibənin regional müharibəyə, hətta dünya müharibəsinə çevrilməsinin qarşını almağa, “alovu” söndürməyə çalışacaqlar. Hazırda bu savaşa AB-nin də, ABŞ –ın da, Rusiyanın da marağı var. Onların işə qarışması ilə uzun, qanlı və ehtiyyatlarımızı tükədən bir müharibədən qaça bilərik. Ermənistanın hərbi – siyasi rəhbərləri bu məsuliyyəti öz üzərlərinə götürəcəyini söyləmək çətindir” ...

Lakin müəllif aldıqları son dərsi yada salaraq tərəddüdlə deyir: “Ermənistan Qarabağ məsələsində uzun müddət bu tupikdə qala bilməz. O, təcili qərarlar qəbul etməlidir”. Digər tərəfdən imkan vermək olmaz ki, Azərbaycan qərar qəbul etsin”. Bu erməni tərəfinin indiki mövqeyidir.

Göründüyü kimi Azərbaycan Ordusunun son həmləsindən müvazinətini itirmiş erməni cəmiyyətinin hələ də “Kür – Araz arası ərazilər” sevdası başlarındadır. Onların 1994-cü il yaz hücumunu Qapanlı istiqamətində rəhmətlik S. Həmidov pozdu. Ermənistanın psevdo “qəhrəmanları”, “körpə qatilləri” yaranmaqda olan bir orduya qarşı deyil, Qafqazın ən güclü ordusuna qarşı döyüşəcəklərinin artıq fərqinə varmalıdırlar.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı onlar üçün qırmızı xətti bəyan edib “Ölmək istəmirlərsə, bizim torpaqlardan dəf olub getsinlər”.

Bu gün məlum qruplar millətə təslimçilik ruhu aşılayaraq bizləri döyüşə bilməməkdə günahlandırırlar. Əslində ordusu olmayan və silahsız bir xalq daxildəki xainlərini təmizləmədən 4 imperiya ilə savaşıb onların mənfur planlarını poza bildi və bu gün biz varıq. Daha güclüyük Bircə faktı deyim ki, bu xalqa elan edilsə ki, bir erməni tutub gətirənə 100 USD (ABŞ dolları) mükafat verilir, bircə aya bütün İrəvanı boşaldarıq. Narahat olmayın yüzlərlə Mübarizdən ermənini biz özümüz qoruyuruq və yüzlərlə variant bizləri Xankəndinə aparmağa səsləyir...

(Ardı var)

P.S. Bu yazı təkrar yayınlanır. 2017-ci ildəki mətnlərə azca əlavələr edilib.

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!
23 aprel 2019 /

"Bütün yollar Xankəndinə aparır": Ya savaş, ya da SAVAŞ!

Похожие новости

Rusiyanın Qarabağla bağlı SENSASİON MƏQSƏDİ - Qevorqyan bütün DETALLARI AÇDI

“Rusiya siyasi, ekspert dairələri Dağlıq Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxmasından narahatdır. Rusiya “Lavrov planı”nı irəli çəkməyə çalışır və son məqsədi rus ordusunun Qarabağa

Rusiya Göyçə və Şəmşəddini Azərbaycana verəcək

Paşinyanın Putinə rəhbərlik istəyinin acı nəticəsi Ermənistan Rusiyanın “böyük qardaşı” olmaq istəyir. Fedai.az İstiPress-ə istinadən xəbər verir ki, Rusiyanın “Rosbalt” portalı Ermənistanla

Aleksandr Duqin: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərimizdə sualtı daş ola bilməz...”

“Rusiya Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarını qurban verməməlidir”. Bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideloqlarından biri kimi tanınan,

Bu sərhəd əraziləri Ermənistandan alındı? - İrəvan ŞOKDA

Ermənistanın İranla sərhədin yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırılıb. Bu məsələdə Ermənistanda qalmaqala səbəb olub. Ermənistan mediası bu

LAVROV GƏLDİ VƏ GETDİ Kİ, BİR DƏ GƏLSİN...

X. Ədəboğlu Rusiya bu problemin yaradılmasının baş memarı olduğunu hər kəsə duyurmaq üçün Bakını seçməsi təsadüf deyildi. Ermənistanın faktiki Rusiyanın forpostu olmasını bütün dünya yaxşı bilir.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri QəbələdəAzərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ