Ermənilərin “Dörd T” planı

Ermənilərin “Dörd T” planı




















Allahverdi Aydın
allahverdi@azm.az


Təxminən 200 ildən çoxdur ermənilər kal armud kimi ilişib qalıblar boğazımızda. Dayanmadan torpaqlarımızı işğal edirlər. Cəmi bir əsr bundan əvvəl bir qarış torpaqları olmadığı halda, indi gələcək nəsillərinə də bəs edəcək qədər torpaq əldə ediblər. Bir hissəsini biz öz xoşumuzla verdik, bir hissəsini də zorla aldılar. Ötən gün "Google Earth" vasitəsilə Qarabağda, Qərbi Azərbaycanda qalan kəndlərimizi seyr edirdim. Ermənilər demək olar ki, bütün tikililəri dağıdıblar. Min illik tarixi olan yaşayış məskənlərini yer üzündən siliblər. Vətənimizi əlimizdən aldılar, dədə-baba yurdumuzu xarabalığa çevirdilər. Ermənilər bizim torpaqlara - İrəvana, Göyçəyə, Zəngəzura, Qarabağa göz dikmişdilər. Bu torpaqları ələ keçirmək istəyirdilər. Müxtəlif planlar hazırladılar və bu planları maddə-maddə, bənd-bənd həyata keçirdilər. Nəticədə öz istəklərinə çatdılar. İndi nə istəyirlər? Bunlardan da qiymətli nə verə bilərik ki, onlara? Artıq bizim ermənilərə verə biləcəyimiz başqa bir şey qalmayıb. Bunu ermənilər də deyəsən yavaş-yavaş başa düşürlər. Ona görə, müvəqqəti də olsa bizdən əl çəkmək qərarına gəliblər. İndi əsas hədəfləri Türkiyədir.

Məlum olduğu kimi, ermənilər Türkiyənin Şərq hissəsini "Böyük Ermənistanın" tərkibinə daxil ediblər. Bunun üçün bir plan da hazırlayıblar və yarım əsrdən çoxdur ki, o planı yorulmadan, usanmadan həyata keçirirlər. Bu planı şərti olaraq "Dörd T" adlandırıblar.
Plan dörd hissədən, daha doğrusu dörd mərhələdən ibarətdir. Bu mərhələləri qısa olaraq "Təbliğat", "Tanıtmaq", "Təzminat" və "Torpaq" olaraq adlandırıblar. Planlarını həyata keçirmək üçün qondarma soyqırım iddiasından istifadə edirlər. Plana görə "soyqırım" təbliğatı o vaxta qədər aparılacaq ki, türklərin özləri belə bu məsələdə şübhəyə və fikir ayrılığına düşəcəklər. Son zamanlar apardığım müşahidələrdən bu qənaətə gəlmişəm ki, deyəsən ermənilər bu mərhələni sona çatdırırlar. Hər keçən gün Türkiyədə "1915-ci ildə soyqırım olmayıb, amma baş verən qarşıdurmada erməni vətəndaşlarımız həlak olub", - deyənlərin sayı çoxalır. Hər il aprel ayının 24-də Türkiyənin müxtəlif şəhərlərində açıq şəkildə "erməni soyqırımı" qeyd olunur. Türkiyə dövlətinin başında duranlar 1915-ci ildə baş verənlərə görə erməni xalqına başsağlığı verir.

Türkiyənin erməni iddialarına qarşı "ortaq komissiya" təklifi belə ermənilərin xeyrinə işləyir. Biz ermənilərə, yaxud da dünyaya nəyi sübut etmək istəyirik? Sübut etmək istəyirik ki, soyqırım olmayıb? 1915-ci ildə soyqırımın olmadığını ermənilər də, dünya da bizdən də yaxşı bilir. Onların əsas məqsədi türkləri "soyqırım" polemikasına çəkməkdir. Deyəsən buna nail olmaq üzrədilər. Əslində bütün bunlar planın birinci hissəsinin - "Təbliğat" mərhələsinin başa çatmaq üzrə olduğunu göstərir. Elə ona görədir ki, ermənilər son zamanlar bütün diqqətlərini planın ikinci hissəsinə yönəldiblər. İndi ermənilərin əsas hədəfi "soyqırım"ı bütün dünyaya rəsmən tanıtmaqdır. Gəldiyimiz məqam isə ondan ibarətdir ki, illər ötdükcə bu yalanlara inananların və yaxud da özünü inanmış kimi göstərənlərin sayı artır. Artıq dünyanın ən böyük 7 ölkəsindən ("Böyük 7-lik" ) 4-ü - Almaniya, Fransa, Kanada, İtaliya "soyqırımı" rəsmi şəkildə qəbul edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətdən ikisinin - Rusiya və Fransanın prezidentləri 4 il əvvəl qondarma soyqırımının 100 illiyini Ermənistanda qeyd etdilər.

Planın üçüncü və dördücü hissəsi isə ikinci mərhələ başa çatdıqdan sonra icra olunacaq. Yəni "soyqırım" dünya dövlətləri tərəfindən tanındıqdan sonra Türkiyədən təzminat tələb edəcəklər. Ardınca isə torpaq iddialarını gerçəkləşdirəcəklər. Əlbəttə bugünkü şərtlərdə, bu, çoxlarına inandırıcı görünməyə bilər. Necə ki, 150 il bundan əvvəl desəydilər ki, vaxt gələcək İrəvanda bir nəfər də azərbaycanlı yaşamayacaq, heç kim buna inanmazdı...
24 aprel 2019 /

Ermənilərin “Dörd T” planı

Похожие новости

“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabı

İsveçrənin Lozanna Federal Məhkəməsi Cenevrədə yerləşən parklardan birində qondarma erməni soyqırımı ilə əlaqədar mərasim keçirməsinə icazə verməyib. Fedai.az Teleqraf.com-a istinadən xəbər verir

MAKRON QONDARMA SOYQIRIM GÜNÜNÜ QEYD EDƏCƏK

Çərşənbə axşamı, prezident Emmanuel Makron, 24 aprel tarixində Fransada yaşanan ermənilərin "soyqırımı qurbanlarını anma günü" dlan etdiyini açıqladı. Bu sual, AB ölkələri ilə Türkiyə arasındakı

Ermənilərin türklərə qarşı soyqırım siyasəti

Ermənilər, tarix boyu dünyayı aldatmaqda ən mahir millət kimi qəbul edilə bilər. Ona görə ki, kosmopolit siyasəti ustalıqla həyata keçirə bilirlər. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq

Erməni tarixçi: “Soyqırımda” türkləri günahlandırmaq səfehlikdir

[img=left][/img] Ermənistanlı tarixçi, ədəbiyyatşünas və bloger Filip Ekozyans öz “Facebook” səhifəsində erməni xalqına video müraciət ünvanlayıb. Oxu.Az xəbər verir ki, Ekozyans öz müraciətində,

Aprel döyüşləri Azərbaycan dövlətinin qələbəsidir: İlham Əliyev

“Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində digər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ