POLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...

POLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...
Zahid Teymurov
Ehtiyyatda olan polkovnik


Qürbətdən Vətən nostaljisi...

Hərbi taleyim məni uzaq Sibirə aparmışdı.

Böyük bir dövlətin zabit romantikası SSRİ ilə yanaşı Azərbaycanımın qartalabənzər xəritə görüntüsünü müqəddəs varlıq kimi zehnimdə, qəlbimdə yaşadırdı. Elə bilirdim ki, Azərbaycanım Sovet İttifaqının ən mühüm hissəsi və dəyəridir.

Bu daxili fəlsəfəmlə də özümü xidmətdə təstiq edirdim. Digər millətlərin də nümayəndələri artıq mənim eqoma şəkk gətirmirdilər. "Hər bir gözəllik mənim millətimdə, Azərbaycanımdadır" mövqeyim sarsılmaz idi.

Hətta rus millətindən olan zabitə kinayə ilə "Sən heç bilmirsən, Puşkin kimdir!"- deyəndə, o sakit tərzdə cavab verdi:
- Bilirəm. Azərbaycanlıdır.

Azərbaycanımın, millətimin nüfuzuna kölgə salan hər hansı hal mənə əzab verirdi, sanki uzaq Sibirdə olsam da, bunun günahkarı özümü bilirdim...

... Şaxtalı qış gecəsi idi. Novosibirskin dəmir yol vağzalında qatar gözləyirdim. Sibirdən də uzaq yerə ezamiyyətim var idi. Gözləmə zalında minlərlə səs-küy uğultusunda ürəyimi dalğalandıran bir azərbaycan dilli səs eşitdim. Ana uşağını səsləyirdi. Xeyli çemodan və çantalar arasında gənc qadın biri-birindən balaca uşaqlarını sakitləşdirirdi. Bu uşaq cəh-cəhi məni, Azərbaycan həsrətində olan insanı Vətənə, doğma məkanıma aparırdı.

Bir az keçmiş uşaqların atası da gəldi: qucağında vağzal ərzaqları - kefir, selofanda bulkalar, konfetlər...
Uşaqların kefi açıldı.

30-a yaxın yaşı olan möhkəm bir insan idi. Davranışında mükəməllik hiss olunurdu.

O, Azərbaycanın, mənim kimi, Sibirdə, bu şaxtalı ögey diyarda bir parçası, bir səsi idi. Onunla tanış olmaq fürsətini əldən verə bilməzdim. Salamlaşdıq. Söhbət şirinləşdi.

- Hara belə, bu qışın günündə?- deyə təəcübləndim.
- Eh qardaş! Saxalində əsgərlikdə olmuşam. Ora gedirəm.
- İndi bu qışın günündə, ailə, üç körpə uşaq, Saxalinmi vaxtıdır?

Ani fikirə getdi.

- Belə alındı. Keçmiş komandirim ordadır. Məktubuma cavab verib: gəl, burda sənə iş var...
- Dayan...- deyə sozünü kəsdim. - Azərbaycanda işmi yoxdur!? Gözəl ölkəmiz, öz millətin, qohum əqrəban... Özümün məhrum olduğum həyat dəyərlərini bir nəfəsə sadaladım ona.
- İş var. Ədalət yoxdur. On ildir qiyabi milis məktəbini fərqlənmə ilə qurtarmışam. Hələ də serjantam. Zabit rütbəsi, zabit vəzifəsi ala bilmirəm.
- Onları sən niyə almalısan? Onlar zənə verilməlidir!

Əsəbləşdi.

- Vermirlər. Bir ilə qurtarana verirlər. Mənə yox. Dayım yoxdur. Dayım Saxalindədir. Ora gedirəm.
Çox söhbət etdik. Bulkalarını yeyən körpələrə, acizyana, naməlum bir həyata məhkum olan qadına, Vətənindən küskün düşmüş bir dağ cüssəli oğula baxıb ürəyim parçalanırdı.

Qatarla yola saldım. Gənc, üç uşaqlı Azərbaycan ailəsini. Saxalinə...

- Bəs Vətən? Darıxacaqsız! - əlimi çiyninə qoydum.
- Darıxacağam. Vətəndən mənə çatan elə budur.

Mən də öz qatarıma mindim. Ata-anamdan, bacı-qardaşımdan, Sibirə gətirəcəyim nişanlımdan aldığım, özümlə gəzdirdiyim, təkrar-təkrar, kitab kimi oxuduğum, Azərbaycan ətirli məktubları qatar tıqqıltısı müşayəti ilə yenidən oxuyurdum...

EY VƏTƏN! OĞULLARININ HƏR BİRİNƏ ÖZÜN DAYI OL!
25 aprel 2019 /

POLKOVNİKDƏN MESAJ VAR: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...

Похожие новости

KOMANDİRİN QEYDLƏRİ: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...

Zahid Teymurov Ehtiyyatda olan polkovnik 1993-cü il fevralın 3-də cəbhə bölgəsində yerləşən, alaydan briqadaya çevrilməkdə olan qurumun komandiri kimi təyinat aldım. Qərargahın yerləşdiyi məktəbə

MOSKVA XATİRƏLƏRİ...

Calaləddin Qasımov (Əvvəli: http://fedai.az/index.php?newsid=4711) Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə mənə: - Hardasan, mən də səni

KOMANDİRİN CƏBHƏ HEKAYƏSİ: Həyat borcu

Zahid Teymurov Ehtiyyatda olan polkovnik, müharibə veteranı Mən bu əsgəri dərhal tanıdım... Əlil arabasında idi. Sosial müdafiə fondunun qarşısında rastlaşdıq. Dinmədən əlimi çiyninə qoyub onu

BİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1988-ci ildə – ermənilərin Qarabağ hay-küyü ciddi sürəklə duyulmaqda idi. O ilin yayında Kəlbəcərdə yerli "Yenilik" qəzetində təcrübə kursunda idim. O

Həyat hekayəmdən bir səhifə...

Zahid Teymurov Ehtiyyatda olan polkovnik, keçmiş döyüşçü Dostlar sosial şəbəkədən sizlərə məlumdur ki, mən hərbiçiyəm. İlk hərbi təhsilimi Leninqradda almışam. Ona qədər hamınız kimi məni də doğma
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyədə yeraltı şəhər tapılıb"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol PaşinyanErmənilər bu kəndimizə od vurublar – SON DƏQİQƏSaakaşvili tərəfdarlarına səsləndi: “Biz ancaq hücum etməliyik”Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDIDirektor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTTürkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLAR
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ