Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub

Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub


















Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəlib.

Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib. Bildirilib ki, bu bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşüb, onlarla söhbət edib, balacaların bacarıqları ilə maraqlanıb, arzularını soruşub. Uşaqlar da Birinci vitse-prezidentin ətrafına toplaşaraq böyük məmnuniyyətlə öz istəkləri ilə bölüşüblər, məharətlərini nümayiş etdiriblər, rəqs edib, mahnılar oxuyublar, şerlər söyləyiblər.

Məlumat verilib ki, 75 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsində balacaların təlim-tərbiyəsi ilə 27 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Dörd qrupdan ibarət bağçada 2 yaşdan 6 yaşadək uşaqlar tərbiyə olunur və ilkin biliklərə yiyələnirlər.

Birinci vitse-prezident yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlanıb.

Ölkəmizdə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib və ölkədə yeni bağçaların inşasına ehtiyac olduğu müəyyənləşdirilib. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəlib.

Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verib ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib. Əvvəllər internat tipli olan təhsil müəssisəsi 2010-cu ildən xarici dillər təmayüllü gimnaziya kimi fəaliyyət göstərir. İki korpusdan ibarət məktəbdə 50 sinif otağı, idman və akt zalları, emalatxanalar mövcuddur.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya bildirilib ki, gimnaziyada 5-11-ci siniflər üzrə tədris aparılır. Müəssisədə 609 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə təqribən 70 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbdə ingilis, ərəb, fars və rus dilləri tədris edilir.

Azərbaycanın Birinci vitse-prezidenti şagirdlərlə söhbət etdi, onlara dərslərində uğurlar arzulayaraq deyib:

- Sizdə təhsilə, elmə, biliyə həvəs var. Siz Azərbaycanın ümidisiniz, ona görə yaxşı oxumalısınız. Gələcəkdə Azərbaycanın qurucuları siz olacaqsınız. Bilirəm, sizin məktəbinizin hər zaman yaxşı göstəriciləri olub. Uğurlar arzulayıram. Sağ olun.

Bildirilib ki, 2017-2018-ci tədris ilində məktəbi 49 məzun bitirib və onlardan 45-i Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 3 nəfər 600-dən yuxarı bal toplayıb.

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış olub.

Məktəbin direktoru Samirə Həsənova Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verib ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.

Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

Diqqətə çatdırılıb ki, hazırda məktəbdə 170 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim, 10 texniki işçi məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 9 məzun bitirib və onlardan 7-si yüksək nəticə göstərərək Azərbaycanın ali məktəblərinə qəbul olunub.

Xanım Mehriban Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi köçkünlər üçün yaradılan şəraitlə maraqlanıb, dövlətin bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verib.(report)
25 aprel 2019 /

Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub

Похожие новости

Mehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub. AZƏRTAC

Təhsil naziri Neftçalada ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib

Fevralın 8-də təhsil naziri Ceyhun Bayramov Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın binasında rayonun ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib.

İnternat məktəbindən 10 nəfər ali məktəbə qəbul olub

Sentyabrın 15-də təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibəti ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində olub. Fedai.az xəbər verir ki,5

Mehriban Əliyeva Maştağada açılış mərasimində iştirak etdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub. Azərbaycan

Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyevadekabrın 6-da Xalq aqrtisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib. Mehriban Əliyeva
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri QəbələdəAzərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ