Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır

Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır

Bənövşə Bayramova
Müəllim

Vətən- təkcə yaşadığımız coğrafi məkan deyildir. Vətən-namusdur, şərəfdir, heysiyyət və azadlığımızdır. İnsanlar namus, şərəf və azadlıq kimi müqəddəs dəyərlərinə hər şeydən çox əhəmiyyət verirlər. Allah insanı bir ailənin fərdi, bir millətin mənsubu kimi yaratmışdır. Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “ İnsanın 1-ci vətəni “ana qucağı”, 2-ci vətəni doğulduğu yer, 3-cü vətəni yaşadığı yer və ən nəhayət, 4-cü vətəni-son mənzili -“qəbr evi”dir.” Bizim üçün də Vətən, isti ana qucağımız, doğulduğumuz, böyüyüb-başa çatdığımız, yaşadığımız, havasını udduğumuz, torpağında gəzdiyimiz, suyunu içdiyimiz, çörəyini yediyimiz doğma yurdumuz Azərbaycandır! Allah bizi bu Vətənin- Azərbaycanın övladı olaraq yaratmışdır.

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü millət kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.

Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Millətin birliyinin, vətənin sakitliyinin və qayda-qanunun düşmənlər tərəfindən pozulmaması üçün Uca Allah hər cür tədbirin əvvəlcədən alınmasını istəyir. Ayədə belə buyurulur: "Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!" (Ənfal, 60). Ayədən də göründüyü kimi, dövlətin ordu saxlaması, bu ordunu hər cür döyüş vasitələrilə təchiz etməsi vacibdir.

Azərbaycan xalqı, tarixən çox sınaqlardan keçmiş, müsibətlər görmüşdür. Düşmənlər bizi parçalamağa, məhv eləməyə çalışmışlar. Mən çox uzaq tarixə getmək istəmirəm, mənim üçün vətən – Qarabağdır! Qarabağ qanayan yaramızıdır.
Qarabağ- könlümün bir parçasıdır,
Sinədən ürəyi çıxarmaq günah!
Ona əl qaldıran cəllad bıçağı,
Kəsib-doğrasa da, mütləq sınacaq.
Bu şeir parçasının müəlifini təəssüf ki, xatırlamıram, uşaq vaxtı Əlif Hacıyev haqqında yazılmış bir kitabda oxumuşdum, misralar beynimə qazılmışdır. Xatırlıyıram , bu şeiri uşaq vaxtı bir tədbirdə deyərkən səsim titrəmiş, əllərim, əsmiş, kövrəlib ağlamışdım, zalda əyləşən hər kəsi də ağlatmışdım.

Mənim üçün Vətən – Xocalıdır! Bu günkü kimi xatırlayıram, Xocalı faciəsi baş verdiyi tarix mənim ad günümdən 1 gün sonradır. Hər il fevral ayının 25-i doğum günüm təmtaraqla qeyd edilərdi...1992-ci ilə qədər... Uşaq idim ... heç nə dərk etmirdim. Öz dünyam və xəyallarım vardı...Düşmən nədir? Kimdir? Nifrət nədir? Bilmirdim. Bu kəlimələr mənə yad idi. Heç Vətən kəlməsini də dərk etmirdim. 6 yaşımı qeyd etmədik. Niyəsini anlamamışdım.Gecə ağlaya-ağlaya yatmışdım. Xocalıda körpələr qətlə yetirlib mənsə nə üçün ağlayırdım...

2-3 gün sonra səhər yuxudan anamın ağlamaq səsinə oyandım. Atam gedib “ könüllülər” dəstəsinə yazılmışdı... Qarabağa gedirəm demişdi. O vaxt mənim 6 yaşım 2 gün öncə tamam olmuşdu, mənnən kiçik bacımın 5 yaşı vardı və bir də yenicə doğulmuş, 2 həftəlik körpə bacım vardı.
Anam durmadan ağlayır, atama getməsin deyə yalvarırdı...Körpə bacımı göstərib ağlayırdı. Sənə bir şey olsa, mən bu 3 körpə qızla nə edərəm deyə hıçqırırdı.

Atam mənim dünyamdır, hər şeyimdir! O an sarsıldım, bir an düşündüm ki, gedib qayıtmayacaq. Ayaqlarından yapışdım gedə bilməzsən dedim. Mən ayağına dolanmış vəziyyətdə atam qapıya doğru irəlilədi, yolundan dönmək fikri yox idi... Qapını açıb liftə doğru qaçdım...Uzandım liftin qabağında... Atam gördü ki, belə olmayacaq, əlimdən tutub qaldırdı, evə doğru getdik. Oturtdu məni dizinin üstündə və sözə başladı... Sanki, qarşısında onu dərk edə biləcək böyük bir insan vardı...
Dedi:
- Qızım düşmən Xocalıya hücum edib, körpə, qadın, qoca, cavan –hər kəsi vəhşicəsinə öldürmüşdür. Həmin vaxt Çingiz Mustafayevin kadrları televizorda göstərilirdi.
Atam dedi:
- Bax qızım, bax o vəhşilər neyləyiblər! Ağladı...deyərkən, boğuldu...İlk dəfə atamı belə görürdüm. Kadrlarda körpə qızın meyidi göstərilirdi...dizi açıq idi...güllə yeri var idi..! Bütün bədənim titrədi o an! Bu dəqiqə də o səhnə gözümün qabağına gələndə qisas hissi məni boğur, erməniyə nifrət hiss məni bürüyür. Atam və mən televizor qarşısında Cingiz Mustafayevin çəkdiyi görüntülərə göz yaşları içində baxırdıq.
Birdən atam qətiyyətlə dedi:
- Mən mütləq getməliyəm o uşaqların qisasını almaq üçün!
Mən yenə inad edirdim ağlayırdım, səni də ermənilər öldürər, getmə deyirdim. Atam isə deyirdi: “ Gözəl balam, mən getməsəm, qonşumuz getməsə, əmilərin, dayıların getməsə , düşmənin qarşısını almasa, erməni köpəkləri Bakıya qədər gələr. Bəs, erməni gəlib mənim gözümün qarşısında sizi öldürsə, mən onda özümə necə kişi deyə bilərəm? Mən ölməyə getmirəm! Erməniləri Öldürməyə gedirəm! Sənə söz verirəm qızım, sağ-salamat qayıdacam! Ananı, bacılarını sənə tapşırıram”. Artıq ağlamırdım...Atam mənə elə bir ruh vermişdi ki... Mən onu nağıllardakı qəhramanlar kimi təsəvvür edirdim, onunla fəxr edirdim!
Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır
Azərbaycançılığı, vətən sevgisini, vətənə məhəbbət hissini atamnan öyrənmişəm, bu hisslə yoğrulmuşam. O, müharibənin ən qızğın döyüşlərini görmüşdür.

Əliyev Saleh bir sıra döyüş bölgələrində, o cümlədən, Füzuli, Qubadlı, Tərtər, Ağdərə rayonlarının ərazisində döyüşmüşdür. Xüsusən, Tərtər rayonunun müdafiəsində düşmənlə üz-üzə açıq döyüşlərdə zabit olmasına rağmən, əsgərlərlə çiyin-çiyinə vuruşmuş, gecə-gündüz, səngərlərdə düşmənin amansız hücumlarının qarşısının alınmasında böyük xidmətləri olmuşdur. Kapitan Əliyev (atam) bu döyüşlərdə əsgərlərə şəxsi nümunələr göstərərək , düşmənin canlı qüvvələrini məhv etmişdir.O, bütün şəxsi heyət arasında qorxmaz, igid, cəsur bir komandir kimi hörmət qazanmışdır. Kapitan Əliyev həm də hissə komandirinin sosial-siyasi işlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə olduğu müddətdə bütün şəxsi heyətin mənəvi-psixoloji hazırlığında , onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında, şəhid ailələrinin , yaralı əsgər və zabitlərin sosial problemlərinin həll olunmasında əlindən gələni etmişdir. Göstərdiyi hərbi şücaətlərinə görə 2 dəfə 15.04.1994 və 17.03.1995-ci illərdə Azərbaycan Respublikasının Ali baş komandanı Heydər Əlirza oğlu Əliyev tərəfindən “ Təşəkkürnamə” almışdır. (Kapitan Əliyev Saleh Paşa oğlunun xidməti xasiyyətnaməsindən)
Azərbaycançılıq vətən sevgisindən başlayır, vətənə məhəbbət hissi ailədə aşılanır.
Atam heç bir fəxri ad almamışdır. O, bir çox qəhrəmancasına döyüşərək şəhid olmuş əsgər və zabitlərin qəhrəmanlıqlarını təqdim etmiş, onların Azərbaycanın Milli Qəhramanı adına layiq görülməsinə nail olmuşdur. Özü isə bu adı qəbul etməmişdir. Bu ad şəhidlərə yaraşır , onlar vətən uğrunda can qoyublar, Qarabağ azad olunmamış bu ad mənə yaraşmaz demiş və imtina etmişdir. Eybi yoxdur, fəxri adı olmasın o, mənim qəhrəmanımdır, mənə verdiyi sözün üstündə durdu, ölmədi, öldürdü, düşmənin qarşısını bacara bildiyi qədərincə aldı, gücü çatanı əlindən gələni elədi, bu mənə bəsdir. Hər kəsin vətən qarşısında borcu vardır. O da az da olsa bu borcu ödəməyə çalışıb.
Üzərində iman və əxlaq əsaslarının qorxusuz şəkildə yaşanan vətənin müdafiəsi uğrunda çəkilən keşiyin mənəvi dəyəri son dərəcə yüksəkdir. Peyğəmbərimiz bu barədə belə buyurmuşdur: "Allah üçün bir gün keşik çəkmək həm dünyadan, həm də orada (dünyada) olanlardan daha xeyirlidir" (Buxari). Başqa bir hədisdə isə belə buyurulur: "Səhər və ya axşam Allah yolunda vətən üçün edilən yürüş, dünyadan və dünyadakı şeylərin hamısından, şübhəsiz, daha xeyirlidir".

Rəhmət və mərhəmət Peyğəmbəri olaraq göndərilən Hz.Peyğəmbər müharibə deyil, sülhü qurmaq üçün çalışdı. Amma qurulan sülhün davamı üçün müharibə qaçılmaz bir hal alınca da, əsla savaşmaqdan çəkinmədi. Onun müharibə ilə əlaqəli hərəkətini bu hədisdə açıq bir şəkildə görmək imkanımız vardır. "Rəsulullah düşmənlə qarşılaşdığı bəzi müharibələrdə günəşin həddən artıq istiliyinin keçməsini gözləmişdi. Sonra əsgərlərə bunları söyləmişdi: Ey insanlar, düşmənlə qarşılaşmaq istəməyin. Buna baxmayaraq, düşmənlə qarşılaşanda, müharibənin bütün sıxıntılarına qarşı səbr edin. Bilin ki, cənnət qılıncların kölgələri altındadır.

Atəşkəs həmin dövrdə zərurətdən irəli gəldiyi üçün Ali Baş Komandan Heydər Əliyev müharibəni dayandırmışdır. İqtisadiyyatımızın, ordumuzun güclənməsi üçün bu vacib bir addım idi. Həmin dövrdə böyümüş biri kimi deyə bilərəm ki, xalqımız qızğın müharibə illərində çox çətinliklər gördü. Hamı kasıb idi, yeməyə çörək, geyinməyə paltar tapılmırdı.

Ümumilli liderimizin yürütdüyü iqtisadi siyasət ölkəmizi dirçəltdi, Azərbaycan çiçəklənməyə başladı. Bugünkü inkişaf etmiş, güclənmiş Azərbaycan Heydər babamın əsəridir.(Mən uşaq ikən ümummilli liderimizə “Heydər baba” deyirdim.Onu özümə doğma insan hesab edirdim. Mənim gözümdə o, xalqımızın xilaskarı idi)

Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ulu öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Xaricdə yaşayan soydaşlarımızın vətən sevgisinin güclü olması bu baxımdan çox əhəmiyyətlidir. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Qürur doğuran haldır ki, ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 8 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Azərbaycanın rəhbəri vətənə, xalqa sevgisini onun rifahı üçün gecə-gündüz çalışması ilə bildirir.

Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət- Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir.

Mən Azərbaycan Respublikasının sadə vətəndaşıyam. Ən qürurverici peşənin sahibiyəm, müəllim olmağımla fəxr edirəm. Xalqımızın gələcəyi olan uşaqların təlim-tərbiyəsində azacıq da olsa, iştirak etməklə vətənə olan borcumu ödəməyə çalışıram.
Düşünürəm ki, azərbaycanlı olan həkim, müəllim, hərbçi, mühəndis, polis, hakim, musiqiçi, millət vəkili, fəhlə, bağban, bir sözlə, peşəsindən asılı olmayaraq hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir...

Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır
26 aprel 2019 /

Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır

Похожие новости

ŞƏHİDLƏR ÖLMƏZ...

Şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbdə şəhidin doğum gününə həsr olunmuş tədbirlər planı Şəhidlər Xiyabanına yürüşlə davam etdirldi.. 6 aprel tarixində şagird, valideyin, müəllim və

Prezident: "Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü"

"Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti başlayanda mən də gənc idim. O vaxt mənim 32 yaşım var idi. Fürsət düşmüşkən, gənclik illərimdən bir qədər danışmaq istərdim. Mən orta məktəbi Bakıda

MİLLİ ORDU - 100: MİLLİ ORDUNUN GƏNC ƏSGƏRLƏRİ...

Azərbaycan öz müstəqilliyini elan edən kimi Rusiya öz əlaltıları olan düşmən erməniləri hərəkətə gətirdi. Vətən dardaydı. Vətənin harayına qeyrətli oğullar səs verərək heç nə gözləmədən nizami ordu

PREZİDENT AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar təbrik edib. Bu barədə məlumatı I Vitse Prezident xanım M. Əliyeva öz

Vətəni özümüzə doğma bilək !

V sinifdə “Xocalı faciəsi” ilə əlaqədar dərs aparırdım. Uşaqlara erməni faşistlərinin ancaq Azərbaycan türkü olduqları üçün uşaqları necə qətlə yetirdiklərindən danışır, igid oğul və qızlarımızın
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyədə yeraltı şəhər tapılıb"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol PaşinyanErmənilər bu kəndimizə od vurublar – SON DƏQİQƏSaakaşvili tərəfdarlarına səsləndi: “Biz ancaq hücum etməliyik”Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDIDirektor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTTürkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLAR
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ