Yeniyetmələrin vətənpərvərlik tərbiyəsi

Yeniyetmələrin vətənpərvərlik tərbiyəsi
Bənövşə Bayramova
Müəllim

Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir. Allah insanı bir ailənin fərdi, bir millətin mənsubu kimi yaratmışdır.

Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətandaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır.

Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “ xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”.

Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır. Prezidentimiz İlham Əliyev demişdir : "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”.
Bağçada uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün müxtəlif üsullardan istifadə edirlər, hər gün himn səsləndirilir , vətənpərvərlik mövzusunda mahnı və şerlər öyrədilir , uşaqlar dövlət atributlarının şəkillərini çəkirlər . Ailədə vətənə məhəbbət hissi aşılanmasa , bağçada aparılan işlərin təsiri az olur . Çünki , uşaq bağçadan çox, anadan , atadan aldığı informasiyanı ürəklə qəbul edir .

Vətənpərvərlik hissinin aşılanması məktəbdə davam etdirilir . Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb- oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur .

Məktəblilərin Vətən sevgisi onların gələcək həyat yolunu düzgün istiqamətləndirir . Buna görə də hər bir məktəb , ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidirlər . Bunun üçün məktəblilər yurdun tarixilə yanaşı , onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər . Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir .

Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Onların milli mənlik şürunun, vətənpərvərlik hisslərinin tərbiyəsi hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır . İbtidai sinif müəllimindən başlayaraq , bütün fənn müəllimləri şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verməlidir . Vətənini sevən şagird, anasını da, müəllimlərini də, məktəbini də sevər. Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək hansısa elmin sirlərini açıqlamaq deyil, onun əsas vəzifəsi Vətənə layiqli şəxsiyyət yetişdirməkdi. İnsan, məktəb yaş dövründə formalaşır, özünü dərk edir.Gənclərdə milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşmasına isə bir çox amillər təsir edir. Musiqi müəllimi vətənpərvərlik mövzusunda yazılan mahnılar öyrətməklə, musiqi vasitəsilə bu hissi aşılaya bilirsə, ədəbiyyat müəllimi şerlər, tamaşa və bədii əsərlərlə şagirdin ruhuna beyninə, qəlbinə təsir edə bilər. Uşaqların baxça, məktəb illərində öyrəndiyi vətənpərvərlik ruhunda yazılmış şeirlər, poemalar, hətta seyr etdikləri tamaşa və filmlər onlarda milli mənlik və vətənpərvərlik hisslərini tərbiyə edir, bu ruhda böyüməsində mühüm rol oynayır.

Təbiət fənlərini tədris edən müəllimlər Vətənimizin, doğma diyarımızın təbiəti ilə yeraltı yerüstü sərvətləri ilə tanış edərək , Azərbaycan təbiətini sevdirir, hər mövzunun tədrisində vətənpərvərlik tərbiyəsinə önəm verməklə şagirdlərdə vətən sevgisini artırmağa çalışmalıdırlar. Qeyd etdiyim kimi , istənilən fənn müəllimi vətənpərvərlik tərbiyəsini şagirdlərə aşılamağı özünə borc bilsə , bu barədə çox iş görmək olar. Bütün müəllimlər bu müqəddəs işdə əlbir olmalıdırlar.
Vətəni sevmək heç də yalnız ələ silah alıb döyüşə atılmaq demək deyil, həm də vətənində əmin-amanlığın olmasına çalışmaqdır. Bununla yanaşı, hər birimiz milli dəyərlərimizə həmişə hörmətlə yanaşmalı, kimliyimizin təsdiqi olan adət-ənənələrimizə sadiqlik göstərməliyik. Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqlarımızı qorumaq üçün vətəni qəlbən sevmək lazımdır. Biz fəxr etməliyik ki, bu gün belə gözəl vətənimiz var. Ulu öndər Heydər Əliyev vətənpərvərlik hislərini yüksək qiymətləndirərək deyib: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Müəllim Vətənə sevgisini layiqli vətəndaşlar yetişdirməklə göstərir. Yeniyetmələrin zehni ağ vərəq kimidir , burada böyüklərin nəsihəti, göstərdiyi düzgün istiqamətlər onların gələcəkdə formalaşması, layiqli vətəndaş olmaları üçün olduqca əhəmiyyətlidir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir.
Şagirdlərdə bu hissi təkcə dərs prosesində deyil , dərsdənkənar da aşılamağa çalışmaq lazımdır. Vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlər keçirmək , xalqımızın and yeri olan “Şəhidlər xiyaba”nını ziyarət etmək , Qarabağ döyüşçüləri, qaziləri ilə görüş təşkil etmək və bir çox başqa təbliğat işləri aparmaqla onlarda bu hissi dərinləşdirə bilərik. Qarabağ veteranları ilə şagirdlərin görüşlərinin təşkil olunması bu baxımdan daha əhəmiyyətli ola bilər. Çünki, böyük həyat və xidmət yolu keçmiş, zəngin təcrübə qazanmış veteranlarımızın tövsiyələri gələcəyimizin qurucuları üçün bir nümunədir. Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır. Vətən sevgisi, vətən namusu, vətən qeyrəti həqiqi vətəndaşlara xas olan qabarıq xüsusiyyətlərdəndir. Qarabağ qaziləri Vətən üçün canını qurban verməyə hazır olduqlarını göstərmişlər. Şagirdlər dərk etməlidirlər ki, Vətən uğrunda vuruşan , mübarizə aparan sağlamlığını itirən bu qəhrəmanlar , həmçinin şəhidlər heç vaxt unudulmurlar , xalqın qəlbində yaşayırlar.

Əziz İslam Peyğəmbəri Məhəmməd (s.ə.s) buyurmuşdur: "Vətəni sevmək imandandır". Belə ki, öz Yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda bu torpaqda yaşamağımız, faydalanmağımız bizim vicdanlı yaşayışımıza zidd hala gətirib çıxaracaqdır.

Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlarda vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə müxtəlif tədbirlər
həyata keçirilir və bu tədbirlərin keçirilməsini davam etdirməliyik . 31 mart xalqımızın soyqırımı tarixini , “Qanlı 20 Yanvar ”-ı və Xocalı soyqırımını uşaqlara faciə kimi deyil , bu faciəni törədənlərə nifrət hissi kimi aşılamalıyıq .Şagirdlər xalqımıza qarşı törədilən bu amansızlıqları nifrətlə anmalı , düşmənə qarşı qisas hissi ilə böyüməlidirlər . Düşmənlərimiz öz övladlarını beşikdə ikən “türk sənin düşmənindir” deyə yetişdirir. “ Qarı düşmən dost olmaz ” deyiblər, tarix sübut edir ki , bu həqiqətən də belədir. Tariximizi bilmək, ona görə vacibdir ki, gələcəyimiz qura bilək , tarix boyu edilən səhvləri təkrar etməyək .

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurumdur, bir ocaqdır. "Təhsil haqqında" Qanun da, məktəbin daxili qayda-qanunları da, pedaqoqun öz işinə məsuliyyəti də müasir məktəblinin tərbiyəsinə kompleks yanaşmanı tələb edir. Yəni, bu gün formalaşan şagird yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər, dövlətçiliyimizə sədaqətli olmalıdır.

Yaşadığımız dövrdə Azərbaycan gənclərində vətənpərvərlik hisslərinin formalaşması Azərbaycan üçün milli demokratik dövlət quruculuğu ilə sıx bağlılıqda olmalıdır. Vətənə məhəbbət hər şeydən əvvəl dövlət quruculuğunda fəal iştirakda ifadə olunmalıdır. Doğma yurda sədaqət hər şeydən əvvəl mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Vətənin maraqlarını qorumaq istəyi müstəqilliyi və ərazi bütövlüyünü, millətin maddi və mənəvi dəyərlərini qorumaq kimi başa düşülməlidir. Bütün bunların mənəvi-əxlaqi stimullaşdırıcısı isə vətənin keçmişi və indiki tarixi haqqında obyektiv biliklərə əsaslanan qürur hissi olmalıdır.

Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət- Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” – bu sözlər Ulu öndərimizə məxsusdur. Bəli , biz də fəxr edirik ki, Azərbaycanlıyıq.
Mən də Azərbaycan Respublikasının sadə vətəndaşıyam. Ən qürurverici peşənin sahibiyəm, müəllim olmağımla fəxr edirəm. Xalqımızın gələcəyi olan uşaqların
təlim-tərbiyəsində azacıq da olsa, iştirak etməklə vətənə olan borcumu ödəməyə çalışıram.

Düşünürəm ki, azərbaycanlı olan həkim, müəllim , hərbçi, mühəndis, polis , hakim , musiqiçi, millət vəkili , fəhlə, bağban , bir sözlə, peşəsindən asılı olmayaraq hər kəs , bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.

Yeniyetmələrin vətənpərvərlik tərbiyəsi
29 aprel 2019 /

Yeniyetmələrin vətənpərvərlik tərbiyəsi

Похожие новости

Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır

Bənövşə Bayramova Müəllim Vətən- təkcə yaşadığımız coğrafi məkan deyildir. Vətən-namusdur, şərəfdir, heysiyyət və azadlığımızdır. İnsanlar namus, şərəf və azadlıq kimi müqəddəs dəyərlərinə hər

Məcburi köçkün məktəbinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib- FOTOLAR

20 Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar Bakə şəhər Sabunçu rayonu ərazisində yerlşən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri "Şəhidlər xiyabanı"nı ziyarət

Məktəblərdə 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Yanvarın 18-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçiriləcək. Təhsil Nazirliyinin “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı

162 SAYLI MƏKTƏB ÖZ ŞƏHİDİNİN AD GÜNÜNÜ QEYD ETDİ

Aprelin 6- da şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbdə şəhidin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri, valideyinlər, müəllimlər, şəhidin ailə üzvləri və KİV

"VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

Səbail rayonundakı şəhid Etibar Əliyev adına 162 № li orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram!”
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLARAzərbaycanın 15 general-polkovnikindən yalnız 1-i Qarabağ döyüşlərində iştirak edib - TAM SİYAHITəhsil Şöbəsinin müdiri işdən çıxarıldıOruc tutanlar mütləq oxusun! - Ac olanda bədəninizdə nə baş verir?II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı MəmmədRəsmi Bakı Aİ ilə aparılan danışıqların bəzi detallarını açıqladıLavrovun Dağlıq Qarabağ planları
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ