Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

“Artsax/Arsax/Arsak” adı ermənicə heç bir məna ifadə etmir.

Karabakhmedia.az xəbər verir ki, əslində, ermənilərin “referendum”la guya Azərbaycan-türk mənşəli “Qarabağ” adından imtina etmə cəhdi, əvəzində “Arsax” adını istifadə etməsinin özü bu bölgənin qədim türk yurdu olduğunu təsdiqləyən növbəti faktlardan biridir.

“Arsak” və ya “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi “Arsak” sözünü sıxışdırdı. Lakin hələ də “Qarabağ” sözü ilə paralel olaraq işlədilməkdədir.

Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının (Hazırda Qarabağın dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi.

VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları "arşax", VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “arşax” - "aranşax" adlanmışdır.

Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir və Arsak – Xaçın knyazlığı yaranır. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlıq Xaçınçayın və Tərtərçayın hövzələrini əhatə edirdi.

Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna ifadə etmir.

XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəliş dövrü oldu. Bu yüksəliş əsasən alban Mehranilər sülaləsinin xələflərindən biri Həsən Cəlalın (1215-1261) adı ilə bağlıdır. Həsən Cəlalın Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq şəcərələr də mövcuddur. Həsən Cəlal tarixi mənbələrdə, epiqrafik yazılarda “knyazlar knyazı”, “əzəmətli, parlaq hökmdar”, “Xaçın ölkələrinin knyazı”, “Xaçının və Arsax ölkələrinin əzəmətli knyazı”, “çar”, “Albaniya çarı”, “Albaniyanın əzəmətli sahibi”, “tacdar” adlandırılmışdır. Gəncəsər məbədinin (Qandzasar monastırı) daşüstü yazısında oxuyuruq: “Arsax ölkəsinin və Xaçın hüdudlarının təbii mütləq hökmdarı”.

Bu hökmdarın ən təmtəraqlı titulu Gəncəsər monastırında, 1240-cı ildə tərtib olunmuş daşüstü yazıda göstərilmişdir: “Mən, Allahın müti qulu, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş əraziləri olan yüksək və böyük Arsax ölkəsinin təbii mütləq hökmdarı Həsən Cəlal...”

Həsən Cəlalın hökmranlıq illərini Albaniyanın iqtisadi, siyasi və mədəni intibahı dövrü kimi qiymətləndirmək mümkündür. Bu yüksəliş ədəbiyyatda, mülki tikintidə, memarlıqda, sitayiş məbədlərinin yaradılmasında öz əksini tapmışdı. Gəncəli Kirakos məhz bu zaman özünün “Tarix” əsərini yazmışdı. Öz hakimiyyətinin böyük alban Mehraniləri ilə varislik əlaqəsini sübut etməyə can atan, alban hökmdarının hakimiyyətinin fasiləsizliyini qeyd etməyə çalışan Həsən Cəlalın göstərişi ilə Musa Kalankatlının “Albanların tarixi” əsərinin (salnaməsinin) yazılışı davam etdirildi, salnaməyə dörd yeni fəsil əlavə olundu. Həmin fəsillərdə Həsən Cəlalın hökmranlıq illəri, onun hakimiyyəti dövründə Gəncəsər kompleksinin tikintisi öz əksini tapmışdır. Bu əməllə alban tarixi-ədəbi ənənəsi dirçəldildi. Həsən Cəlal bir çox ölkələrin əsrlər ərzində yaradılmış maddi-mənəvi dəyərlərini tarix səhnəsindən çıxarmış, monqollarla yaxşı münasibətlər qura bilmiş, monqol xanlarının alban xalqına müsbət münasibət bəsləməsini təmin etmişdi.

Gəncəsər monastır kompleksi (Qandzasar monastırı) Həsən Cəlalın təkidi ilə inşa edilmişdir. Gəncəsər monastırının (Qandzasar monastırı) qədim hissələri Həsən Cəlalın hakimiyyəti zamanından xeyli əvvəl mövcud idi və Xaçın hakimləri olmuş Cəlalilər nəsli məzarlığı kimi fəaliyyət göstərmişdir. Həsən Cəlalın özü 1261-ci ildə burada dəfn edilmişdir. Gəncəsər baş kilsəsi (Qandzasar monastırı) 1216-cı ildən 1238-ci ilədək alban patriarx katolikosu Nersesin məsləhəti və Həsən Cəlalın göstərişi ilə tikilmişdir. Bu məbəd Alban Həvvari Kilsəsinin mərkəzi olmuşdur. Hökmdar özü bu kilsəni “Albaniyanın taxt-tac kilsəsi” adlandırırdı.

Kilsədə olan daşüstü yazıda bildirilir ki, bu kilsə albanlar üçün inşa edilmişdir. Bu kilsədə cəmi 84 daşüstü yazı mövcuddur. Hazırda Dağlıq Qarabağda, Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastır (Qandzasar monastırı) kompleksi orta çağların alban memarlığının incisidir və həmin abidənin ermənilərə heç bir aidiyyəti yoxdur.

Sonradan bu knyazlıq süquta uğradı və 1836-cı ildə Alban Kilsəsinin ləğvindən sonra tamamilə məhv edildi və tarixi arxivlər, o cümlədən “Arsak və ya Arsax” toponimi erməniləşdirildi.

Amma nə qədər erməniləşmə aparılsa da, sözlərin izahında erməni dili “aciz” qalır. Arsak/Artsax sözü də bu qəbildəndir və ermənicə heç bir məna ifadə etmir./kult.az/
01 may 2019 /

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

Похожие новости

“Ərsak” - “ Arsak” toponimi haqqında

Hayların özlərinə qarşı çevrilmiş “silah” Orta əsrlərin coğrafiyaşünası və səyyahı Əbdürrəşid ibn Saleh ibn Nuri əl-Bakuvinin (1335-1430) "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri”

Qarabağın şöhrətli Aran nəsli

Ermənilər tarixi Qafqaz Albaniyasının şərq hissəsində yaradılmış mədəniyyətin onlara məxsus olduğunu iddia edirlər. Təəssüf ki, onların təsirinə düşən Qərb müəllifləri də yanlış olaraq bu fikri

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (Mənbə məlumatları və tarixi-arxeoloji

QAZAXSTANLI QARDAŞIMIZDAN XƏYANƏT

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərindəki tarixi Yuxarı Gövhər ağa məscidini qazaxıstanlı milyarder Kayrat Boranvayev bərpa edəcək. Publika.az xəbər verir ki, bu barədə

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLARAzərbaycanın 15 general-polkovnikindən yalnız 1-i Qarabağ döyüşlərində iştirak edib - TAM SİYAHITəhsil Şöbəsinin müdiri işdən çıxarıldıOruc tutanlar mütləq oxusun! - Ac olanda bədəninizdə nə baş verir?II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı MəmmədRəsmi Bakı Aİ ilə aparılan danışıqların bəzi detallarını açıqladıLavrovun Dağlıq Qarabağ planları
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ