FƏRMAN PADŞAHINDI, DAĞLAR MƏNİMDİ: Sənə səndən şikayətim var...

FƏRMAN PADŞAHINDI, DAĞLAR MƏNİMDİ: Sənə səndən şikayətim var...




Abbas Hüseynli
AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini, AVMVİB Polis Müharibə Veteranları şöbəsinin sədri

Doğrusu illərdir ki, vətəndaşların ərizə və şikayətlərinə lazımı qaydada baxılmaması insanlarımızı ciddi surətdə narahat edir. Elə bil ki, hər-hansısa bir qüvvə qəsdən elə şərait yaradır ki, insanlarımız, hökumətdən və dövlətdən narazı olsunlar. Doğrusu Daxili İşlər Orqanlarında işlədiyim vaxtlarda vətəndaşların belə bir durumda olmalarını mən demək olar ki, görməmişdim. Hər dəfə istəyirdim ki, vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi sahəsində köməkliklər edim.

Həmin vaxtlarda başqa təşkilatların da bizim kimi işləmələrini guman edirdim. Hətta onu da fəxrlə deyə bilərəm ki, məhz vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi sahəsində Azərbaycan Respublika DİN-nin əməkdaşlarının işi daha qənaətbəxş hesab edilməlidir. 02 may 2019- cu il tarixdə Azərbaycan Respublikasının I Vitse- Prezidenti Xanım Mehriban Əliyevanın qəbuluna çox saylı insanların gəldiklərini sosial şəbəkədə gördükdə dəhşətə gəldim. Ora gələn yüzlərlə adamların demək olar ki, 90 faizdən artıq insan adi sosial-məişət problemlərinin və vəziyyətin ağırlığı ilə əlaqədar qəbula gəlmişdirlər.

Həmin şəxslərin içərisində bir nəfər belə vəzifədə olan, Milli Məclisdə bu yazıq zümrənin yaşayış şəraitini yaxşılaşdırmağa borclu olan deputat görmədim. Gələn şəxslərin içərisində şəhid ailəsini, mühribə əlili və müharibə veteranlarının çoxluq təşkil etmələrinin şahidi oldum. Onu da qeyd edim ki, insafən ayda 450 nəfəri qəbul etmək ağlasığmaz bir rəqəmdir və buna böyük iradə lazımdır. İldə 5400 nəfəri ölkənin ikinci şəxi qəbul etdiyi halda, elə məmurlar var ki, qəbuluna illərlə düşən olmayıb. Məhz belə yarıtmaz məmurların sayəsində xalq inandığı bir ünvana üz tutmağa can atır. Bu bir örnəkdir.

Şikayətçilərin içərisində Qarabağ döyüşlərindən sücaətlər göstərmiş, vaxtıilə Şuşa rayon Polis Şöbəsinin sahə inspektoru olmuş, polis kapitanı, 2-ci qrup mühribə əlili, ermənilərin Qarabağda çəkinib qorxduqları, çoxsaylı döyüş əməliyytlarında iştirak etmiş Şunasi Babayevi gördükdə ürəyim ağrıdı ki, bu cüssəli polis zabiti Qarabağ döyüşlərində ayağını itrmiş və sonra isə müalicəsi üçün dövlətdən ABŞ dolları ilə almış olduğu pul-kreditini qaytara bilməmişdir.

Bu problemin həlli üçün xanımın qəbuluna gəlmiş, lakin çoxsaylı insanlar kimi qəbula yazıla bilməyərək orada var-gəl etməsini gördüm.

Onu da bildirim ki, Şunasinin müalicəsini boynuna götürüb müalicə etməli olan dövlət rəsmiləri bunu lazımi qaydada etməmişdi.

Məhz buna görə də Şunasi banklardan krediti götürərəkmüalicəsini davam etdirmiş, lakin almış olduğu ABŞ dollarının milli manata nisbətdə devolvasiyaya uğrayaraq dəyəri qalxdığı üçün kredit borcunu qaytara bilməmişdir. Qəbulla əlaqədar orada öyrəndim ki, Mehriban xanım ayda 450 nəfər şəxsi qəbul edir. Qəbula yazılmaq istəyən şəxslərin sayının isə 100 -lərlə olmasını, həmin şəxslərin əksəriyyətinin bu barədə əvvəlcədən ərizələr yazdıqları müəyyən edildi. Orada qəbula yazılmaq üçün gecə saat 3-dən vətəndaşların qəbul otağınının yanına toplaşması bir daha onu göstərirdi ki, vətəndaşlar özlərinin nicat yerinin yalnız Mehriban xanımda olmasını görürdülər. Qəbula gələn vətəndaşların əksəriyyətinin rayonlardan qəbula gəlmələri və yaşadıqları rayonlarda vəzifəli şəxslərin onların şikayətlərinə baxmamaları aydın görünürdü. Şikayətlərin 90 faizinin Prezident Aparatına aid olmadığı, bəzi şikayətlərin isə əsassız olması açıq-aydın görünürdü.

Məsələn, bir qadın həyat yoldaşından ayrılmış və ya ayrılmamış bir körpə uşağını saxlaya bilmədiyini və buna görə də Mehriban xanımdan qalmaq üçün sığnacaq istəməsini dediyi heç də əsaslı şikayət deyildi. Belə ki, hər-bir şəxs özünü və ailəsini dolandırmağa borcludur. Orada o da müəyyən görünürdü ki, şikayətlərin 50 faizdən artığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən, 25 faizdən artığı Səhiyyə sistemindən, 5 faizi hüquq-mühafizə və məhkəmə orqanlarından, 20 faizi isə qaçqın və köçkünlərin ev və məişət məsələlərinə aiddi.

Çox təəssüf ki, mən orada bir nəfər belə şəxsi görmədim ki, oraya gəlib hörmətli Mehriban xanıma bildirsin ki, mən Qarabağı istəyirəm, bunun üçün nə yemək, nə içmək, nə də mənzil istəmirəm. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasında «Vətəndaşların müraciətlərinə baxılması haqqında» Azərbaycan Respublikası Qanunu vardır.

Həmin qanunda vətəndaşların dövlət orqanlarına vermiş olduğu ərizə və şikayətlərdən bəhs edir.

Orada ərizə və şikayətlərin qeydiyyata alınması, hansı müddətə baxılması və vətəndaşlara yazılı cavabların verilməsi açıq-aydın şəkildə göstərilmişdir. Qanunun müddəları bəzi dövlət məmurları tərəfindən pozulması halları ilə hər birimiz real həyatda daima rastlaşırıq. Bu sahədə dövlət rəhbərliyi tərəfindən aparılmış təxirəsalınmaz işlər demək olar ki, öz bəhrəsini tam şəkildə verə bilmir. Ona görə ki, bəzi məmurlar, vətəndaşları qəbul etmir, onların yazmış olduğu şikayət və ərizələrinə vaxtında cavab vermir, bəziləri isə bu yazılı cavabı verməyi öz şənlərinə belə sığışdırmırlar.


Bir faktı burada qeyd etməyə bilmərəm ki, Qanunun 7-ci maddəsində aydın şəkildə göstərilmişdir: «Vətəndaşların şikayətlərinə baxılmaq üçün qanuna zidd hərəkətlərdən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır». Buna baxmayaraq qanunun bu müddəsi daima vəzifəli şəxslər tərəfindən kobud surətdə pozulur. Belə ki, vətəndaş rayon icra hakimiyyətində oturan vəzifəli şəxsin ona qarşı etdiyi hər-hansı bir qanunsuz hərəkət barədə Azərbaycan Respublikası Prezident Aparatına şikayət ərizəsi ilə müraciət edir, hətta orada şikayət etdiyi məmurun hərəkətləri barədə geniş məlumat versə də, əksərən yazılmış şikayət ərizəsibaxılması üçün həmin orqana, hətta həmin vəzifəli şəxsin üstünə göndərilir...

Bu hal o qədər sadələşmişdir ki, artıq əksər yuxarı vəzifədə oturan şəxslər qanunu pozmaqdan elə bil ki, həzz alırlar. Hətta bir misal çəkim ki, vaxtı ilə mənimlə bir yerdə işləyən müstəntiqlərdən birisi ilə polis idarəsinin otaqlarından birisində, şikayət ərizəsi ilə polisə müraciət etmiş vətəndaş arasında sözlə mübahisə olmuş və şikayətçi müstəntiqdən yuxarı orqanlara şikayət edəcəyini dedikdə, həmin müstəntiq ona bildirmişdi ki, istəyirsən lap Kondalisa Raysa (həmin vaxtlar ABŞ-da dövlət katibi olmuşdur) müraciət, mən sənin ərizənə qanuni şəkildə baxmışam dedi.

Üstündən bir müddət keçdikdən sonra həmin müstəntiq mənim yanıma gələrək ondan şikayət edən şəxsin yuxarı orqanlara şikayət etməsini və Kondalisa Rays barəsində dediklərini də orada yazmasını göstərdi. Mən bundan çox təəssüf hissi keçirtdim ki, müstəntiqdən yuxarı təşkilata şikayət ərizəsi yazılır, lakin həmin ərizə baxılması üçün elə həmin müstəntiqin üstünə göndərilir, lakin müstəntiqə bu barədə bir söz demədim.


Qeyd edilən Qanunda o da göstərilmişdir ki, «Vətəndaşların müraciətlərinə baxılması haqqında» qanunu pozan vəzifəli şəxslər intizam, mülki-hüquq və cinayət məsuliyyətinə cəlbedilə bilərlər. Mən təklif edərdim ki, vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi və bu sahədə əməli işlər görülməsi üçün Respublikamızda Vahid Mərkəzləşmiş ərizə və şikayətlərə baxılması ilə əlaqədar bir orqan yaradılsın. Həmin orqanın yerlərdə, hər bir rayonda, yaxud zonada bölmələri təşkil edilsin. Bu orqan yalnız dövlət başçısınının tabeçiliyində olsun. Həmin orqanın tapşırıq və göstərişləri isə rayon-şəhər ərazisində bütün vəzifəli şəxslər tərəfindən qeyd-şərtsiz şəkildə icra edilsin. Bax onda Siz görərsiniz ki, necə qayda-qanun yaranar və vətəndaşlarımız pozulmuş hüquqlarının bərpası ilə əlaqədar, nə Bakı şəhərinə gələrlər, nə də burada hər-hansı bir vəzifəli şəxsin qapılarında əsir-yesir olmazlar...


04 may 2019 /

FƏRMAN PADŞAHINDI, DAĞLAR MƏNİMDİ: Sənə səndən şikayətim var...

Похожие новости

Təhsil naziri bu rayonların vətəndaşların qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov martın 11-i saat 10.00-da Ağcabədi şəhərindəki Bayraq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda

Prezidentə ən çox şikayət yazan kimlərdir? - ADLAR

Ötən il ərzində dövlət qurumlarının fəaliyyəti ilə bağlı ən çox şikayət edən insanların adları açıqlanıb. Fedai.az Unikal.org - a istinadən xəbər verir ki, siyahı Prezident Administrasiyasının

Polis müharibə veteranları şöbəsi təşkilatlanır

2018-ci ilin iyul ayının 2-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nəzdində AVMVİB Polis Müharibə Veteranları şöbəsi təsis edilmişdir. Bu şöbədə olan veteranlar yalnız Qarabağ

QAÇQINKOM 200 NƏFƏR MƏCBURİ KÖÇKÜNÜ QƏBUL EDİB

Mayın 30-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağcabədi rayonunda Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan məcburi

Sürücülük vəsiqəsi almaq haqqında qaydalara dəyişiklik edib

Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyədə yeraltı şəhər tapılıb"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol PaşinyanErmənilər bu kəndimizə od vurublar – SON DƏQİQƏSaakaşvili tərəfdarlarına səsləndi: “Biz ancaq hücum etməliyik”Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDIDirektor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTTürkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLAR
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ