Azərbaycan-Gürcüstan sərhədindəki minalar

Artıq 25 ildən artıqdır ki, sülh şəraitində, dost münasibətləri olan iki ölkə arasındakı sərhəddə insanlar ölür və şikəst olur


Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Qırmızı körpü ərazisində Gürcüstan-Azərbaycan sərhədi Foto: David Pipia, JAMnews



Tbilisidən 1 saatlıq yolda, Azərbaycanla sərhəddə, böyük kənddən bir neçə yüz metr aralıda mina sahəsi var. Minalar Qarabağ müharibəsinin aktiv fazası dövründən, 25 ildən artıqdır ki, oradadır.

Gürcüstan hökuməti öz ərazisini minalardan təmizləməyə tələsmir, çünki qonşu Azərbaycan buna qarşıdır. İndiyə qədər də minalar Kirəc Muğanlı, Qaçağan və Tekali kəndlərinin 4 mindən artıq sakini üçün təhlükə yaradır.

Yerli sakinlər həmişə öz uşaqları və mal-qaralarına görə narahatdır.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

Marneuli bələdiyyəsinə aid Kirəc Muğanlı kəndi Tbilisidən 69 kilometr aralıda yerləşir. Burada 1200 nəfər, əsasən etnik azərbaycanlılar yaşayır.

Azərbaycanla sərhəd kənddən demək olar ki bir neçə metr aralıda keçir, kənd boyu dəmir tor uzanır. Tor boyu, 100 metr eni və 7 kilometr uzunluğu olan zolaqda mindən artıq tank və piyada əleyhinə minalar basdırılıb.

Minalanmış ərazi kənd örüşünə bitişikdir. Bura hasarlanmayıb və heç bir xəbərdarlıq nişanı yoxdur. Ona görə də istənilən, məsələn, buraya qonaq gəlib, gəzməyə çıxan adam rahatca minaya düşə bilər.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

65 yaşlı Məmiş Musayevin böyük, səliqəli, həyəti asfaltlanmış evi kəndin qırağında yerləşir. Məmişin çoxlu mal-qarası, hinduşka və toyuğu var, hiss olunur ki, ailə korluq çəkmir. Torpaq sahəsi də böyükdür, amma onu becərmək çox çətindir, burada suvarma üçün su yoxdur. Suyu 600 metr aralıda olan bulaqdan gətirirlər.

“Minalar daha da yaxındır, təxminən 500 metr aralıda”, – nəticəsini yorğana bürüyüb, həyətdə gəzişən Məmişin həyat yoldaşı gülümsəyərək deyir.


Azərbaycan-Gürcüstan sərhədindəki minalar


Musayevlər ailəsi həmkəndlilərinin minada partlaması və həlak olması hadisələrini xatırlayırlar.

“Hamı hər şeyi bilir. Polis bilir, yerli administrasiya bilir, amma nə edə bilərlər? Bu məsələlər yuxarılarda həll olunmalıdır”, – Məmiş sakit tonla deyir.



Kəndin probleminin “hamıya bəlli” olmasına baxmayaraq, internetdə gürcü dilində axtarış Gürcüstan sərhədində 7 kilometr ərazinin minalanması haqda demək olar ki, heç bir məlumat vermir. 2013-cü ildə 25 yaşlı Sərxan Musayevin minaya düşməsi və “hadisə yerində kiminalistlərin işləməsi” barədə məlumat yayıldı. Amma sülh şəraitində kənddə minanın necə peyda olması ilə bağlı məsələyə heç bir aydınlıq gətirilmədi.

Sərhədi kim minalayıb?

Kirəc Muğanlı kəndində minalar 1991-ci ildən basdırılıb. Bu ərazini Azərbaycan minalayıb, bunu bizimlə söhbət zamanı Azərbaycan müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov da inkar etmir.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

Bu post-sovet məkanında ən qanlı Dağlıq Qarabağ müharibəsinin ən qızğın vaxtına təsadüf edirdi. O vaxt Azərbaycan erməni dəstələrinin və ya başqa sərhəd pozucularının Gürcüstan ərazisindən daxil ola bilməsindən ehtiyatlanaraq, Qırmızı Körpü yaxınlığındakı sərhədini minalamağa qərar verdi, çünki buradan 5-6 kilometr aralıda Gürcüstan-Ermənistan sərhədi keçir.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Qaçağan kəndi yaxınlığında xatirə daşı. 1996-cı ildə burada ər-arvad minaya düşüb. Foto: David Pipia, JAMnews

Bu, Gürcüstanda praktiki olaraq vətəndaş müharibəsinin getdiyi vaxta təsadüf edir, Tbilisidə tanklar şütüyürdü, hər iki evdən birində silah varıydı, hərbi sursatlar isə fişəng kimi partlayırdı.

“1991-ci ildə Gürcüstan hökuməti nəyinki öz sərhədlərinə, heç paytaxtın mərkəzinə də nəzarət edə bilmirdi, Azərbaycan tərəfindən bu cür müdafiə tədbirləri ola bilsin hətta tam doğru idi ”, – təhlükəsizlik məsələləri üzrə gürcüstanlı mütəxəssis Zurab Aqladze deyir.

Şikəst insanlar

Qaçağan kəndində kimdən soruşsan Sərxan Musayevin evini göstərə bilər.

Həyətə girib, onu səsləyirik. Qapıdan alnı qırışmış, qara və pırtlaşıq saçları olan bir kişi ehtiyatla boylanır. Sanki çoxdandır gün işığı görməyibmiş kimi, gözlərini qıyır.

Düz 5 il bundan əvvəl, 5 aprel 2013-cü il tarixində Sərxan qonşu Kirəc Muğanlı kəndinə qonaq gedir. Axşam dostları itmiş inəyi axtarmağa gedir. 25 yaşlı Sərxan piyada əleyhinə minaya düşür və sol ayağını itirir.

“Bəzən ağrılarım olur, amma o qədər də güclü deyil, dözürəm. Həkimlər sağ qalacağıma inanmırdılar, çoxlu qan itirmişdim”, – Sərxan deyir.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Sərxan Musayev işləmək arzusundadır. Artıq beş ildir ki, demək olar ki, evdən bayıra çıxmır. Qaçağan, Gürcüstan. Foto: David Pipia, JAMnews

Hökumət ayağını itirmiş Sərxana 100 lari (təxminən 40 dollar) pensiya verir. Ailə başqa heç bir yardım almır.

Kirəc Muğanlı kənd sakini Sərxan Məmmədov iki ölkə arasında anlaşılmaz anlaşmanın qurbanı olub, 12 yaşında tarlada oynayarkən bir dəmir parçası tapır və bu parçanı qurdalamağa, onunla oynamağa başlayır. Əslində minanın fitili olan bu dəmir partlayır. Bu gün Sərxanın 29 yaşı var və sağ əlini normal işlədə bilmir.

“Dost” tanklarının səfərləri


“Azərbaycanın bizim əraziləri minaladığını təsadüf nəticəsində bilmişəm, – Gürcüstan Müdafiə Nazirliyinin keçmiş yüksəkvəzifəli məmuru danışır, – bir gün səhər mənə zəng vurub dedilər ki, Gürcüstana Azərbaycan tankı girib. Sonra məlum oldu ki, bu hadisə tez-tez baş verir”.

JAMnews-un mənbəsi bildirir ki, Azərbaycan hərbçiləri vaxtaşırı minaların yerində olub-olmadığını yoxlamaq üçün sərhədi keçib – buranın Gürcüstan ərazisi olmasına baxmayaraq, əslində oranı Azərbaycan idarə edir. Keçmiş məmur deyir ki, məhz Azərbaycan həmin ərazinin minalardan təmizlənməsini istəmir:
Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Kirəc Muğanlı kəndi yaxınlığındakı örüşdə inək. 2016-cı ildə burada at minaya düşüb. Foto: David Pipia, JAMnews

Azərbaycan hərbi texnikasının Gürcüstan sərhədini keçməsi faktını Britaniyanın HALO TRUST ərazilərin minalardan təmizləməsi təşkilatının əməkdaşları da təsdiqləyir.

6 iyul 2015-ci ildə HALO TRUST Gürcüstanda humanitar ərazilərin minalardan təmizlənməsi üzrə əlaqələndirici orqan olan, Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Delta” elmi-texniki mərkəzindən Qırmızı Körpü ərazisində texniki tədqiqat üzrə işlərin həyata keçirilməsi üçün icazə alıb.

Bu icazə mina ərazisinin sahəsinin və basdırılan minaların tiplərinin müəyyən edilməsini nəzərdə tuturdu. Amma icazənin olmasına baxmayaraq, təşkilat işlərin həyata keçirilməsindən imtina etməli oldu.

HALO TRUST-ın Gürcüstandakı proqram meneceri İrakli Çitanava danışır:

“İcazəni aldıqdan dərhal sonra biz hazırlıq işlərinə başladıq, avqustda mina sahəsinə yaxınlaşdıqda sərhədə təxminən 50 metr qalmış gördük ki, Azərbaycan tərəfi ağır texnika və əsgərlərini çıxarır. Onlar bizdən ərazini tərk etməyi tələb etdilər. O vaxt bizimlə Xarici İşlər Nazirliyinin və sərhəd polisinin nümayəndələri var idi. Amma biz geri çəkilməyə məcbur olduq”.

Onun sözlərinə görə, Kirəc Muğanlı ərazisində minalar təkcə bilavasitə sərhəd yaxınlığında tapılmırdı – 2016-cı ildə yerli sakinlər sərhəddən 800 metr aralıda mina tapıb, HALO TRUST-a məlumat verdilər, təşkilat sərhəd polisinə müraciət etdi və minanı zərərsizləşdirdilər. Amma təşkilat o ərazinin tədqiqi və təmizlənməsinə icazə ala bilmədi.

Gürcüstan Müdafiə Nazirliyi HALO TRUST-a ünvanladığı rəsmi məktubunda qeyd edib ki, sərhəddə aparılan işlər son qərar verilənə qədər dayandırılmalıdır. Nazirlik rəsmi olaraq səbəb göstərmir. Amma hökumət nümayəndələri təşkilatın əməkdaşları ilə söhbət zamanı Tbilisinin bu məsələni öncə Bakı ilə müzakirə etmək niyyətində olduğunu bildirib.

Azərbaycan sərhədçilərinin vaxtaşırı sərhədi keçdiyini Kirəc Muğanlı sakinlərindən də eşitdik.

“Onları tək mən görməmişəm, kənddə kimdən istəyirsiz soruşun, – Məmiş Musayev deyir, – Bəzən onlar bizim heyvanlarımızı aparırlar. Bir dəfə mənim 35 qoyunumu oğurladılar. Mən gürcü sərhədçilərinə, polisə şikayət etdim, amma heç kim qoyunlarımı qaytarmadı”.

Gürcüstana təzyiq?

JAMnews Azərbaycanda da bu vəziyyətin detallarını araşdırmağa çalışdı. İsa Sadıqov 1992-ci ildə Azərbaycan müdafiə nazirinin müavini olub. O, minalanmış ərazilərin xəritəsinin Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində saxlandığını deyir.

“Azərbaycanın razılığı olmadan Gürcüstan bu əraziləri minalardan təmizləyə bilməyəcək. Məhz Azərbaycan tərəfi bunda iştirak etməlidir,” – Sadıqov deyir.

HALO TRUST-da isə deyirlər ki, təşkilat Gürcüstan tərəfinin razılığı alınandan dərhal sonra işə başlamağa hazırdır, çünki onlar artıq xəritəni tərtib ediblər.

“Ümumiyyətlə 2,2 milyon kvadrat metr minalanıb. Ərazinin təmizlənməsi üçün 2-3 il və 3 milyon dollar lazımdır. Gürcüstan hökumətinin razılığı alındığı halda biz müxtəlif donorlara müraciət edib, Yaponiya, ABŞ və Gürcüstanın digər dost ölkələrinin hökumətlərindən lazımi maliyyələşdirməni almağa çalışacağıq”, – Çitanava deyir.

İsa Sadıqov hesab edir ki, Azərbaycan Gürcüstana təzyiq göstərir.

“Bu sərhədyanı zolaq Azərbaycanla Gürcüstan arasında alver predmetidir. Unutmaq olmaz ki, iki ölkə arasında sərhədin demarkasiyası başa çatmayıb və onların arasında mübahisəli ərazilər qalır. Ola bilsin, Azərbaycan bu faktdan Gürcüstana təzyiq göstərmək üçün istifadə edir”, – deyə o, JAMnews-a bildirib.

[Misal üçün, David Qareci monastırına bitişik ərazinin bir hissəsi Azərbaycanla Gürcüstan arasında mübahisə predmetidir – JAMnews]

“İstənilən halda yaşayış məntəqələri ilə sərhəddə olan ərazilərdə minaların olması qeyri-insani qərardır”, – Sadıqov belə hesab edir.

Hərbi ekspert Zurab Aqladze əmindir ki, mina sahəsinin olması siyasi məsələdir.

“Azərbaycan Gürcüstanın tərəfdaşı və dost ölkədir. Ola bilsin ki, Gürcüstan bununla nəyinsə müqabilində razılaşır və əraziləri minalardan təmizləməyə tələsmir. Amma burada başqa bir tərəf də var. Bu ərazi heç cür nişanlanmayıbsa və minalar insanlar üçün təhlükəlidirsə, bu, öz vətəndaşlarını qorumalı olan dövlət tərəfindən səhlənkarlıq deməkdir”, – Aqladze deyir.

Strateji tərəfdaş

CRRC təşkilatının 2017-ci ilin axırlarında Gürcüstanda keçirdiyi sorğuya əsasən, əksər sorğu iştirakçıları Azərbaycanı (Ukrayna ilə birlikdə) ABŞ-dan sonra Gürcüstana ikinci dost dövlət adlandırıblar.

Azərbaycan bu gün Gürcüstanın vacib qonşusu və tərəfdaşıdır. Gürcüstanı bu ölkə ilə çox sayda enerji və nəqliyyat layihələri bağlayır. Azərbaycanın enerji resursları sayəsində Gürcüstan Rusiyadan enerji azadlığını qazandı. Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biridir.

Azərbaycanlılar Gürcüstanda sayına görə ən böyük etnik azlıqdır – ölkədə azərbaycanlıların sayı 223 min və ya ölkə əhalisinin altı faizini təşkil edir (2014-cü il əhalinin siyahıya alınmasına görə). Əksəriyyəti Kvemo Kartli regionunda, Gürcüstanın cənub-şərqində yaşayır.
Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Kvemo Kartli Gürcüstanın ən imkanlı regionlarından biridir. Zəhmətkeş azərbaycanlılar burada tərəvəz, meyvə, göyərti yetişdirir, heyvandarlıqla məşğul olur. Foto: David Pipia, JAMnews

Amma son bir il ərzində, Tbilisidən azərbaycanlı müxalifətçi jurnalist Əfqan Muxtarlının oğurlanmasından sonra Gürcüstanda çoxları iki qonşu ölkənin bu cür sıx əməkdaşlığına başqa bucaq altından baxmağa başladı.

Gürcüstanda siyasətçilər və ekspertlər getdikcə tez-tez qeyd etməyə başlayır ki, Tbilisinin qonşusu ilə münasibətləri daha bərabərhüquqlu olmalı, prinsipial mövqeyə əsaslanmalıdır.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Bu region Gürcüstan bazarında ərzağın böyük hissəsini təmin edir. Foto: David Pipia, JAMnews

Bu 27 il ərzində Kirəc Muğanlı sakinləri minaların yanında yaşamağa öyrəşib.

Yağış, qar və külək torpağa basdırılmış minaların bir hissəsinin üstünü açıb. Onları hər gün mina sahəsinin yanından ötüb keçən çobanlar aşkarlayır.

Qışda, xüsusən də qar yağmayıbsa, vəziyyət daha yaxşıdır, minalar aydın görünür. Yayda daha çətindir – hər yeri yaşıl ot örtür, daha ehtiyatlı olmaq lazımdır.

“Çobanlar minanı tapanda həmin yeri nişanlamaq üçün minanı daşlarla dövrələyirlər”, – yerli sakin Şamşir Məmmədov deyir.

“Hara şikayət edək? Belə yaşamaq çətindir. Uşaq evə gecikəndə valideynlər ilk növbədə onun mina sahəsinə gedəcəyindən qorxurlar. Bəs mal-qara neçə dəfə minaya düşüb? Bunu böyüdürsən, tər tökə-tökə işləyirsən, sonra da bu cür ziyan çəkirsən”, – Şamşir şikayət edir.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Bu uşaq mina sahəsindən 500 metr aralıda yaşayır. Kirəc Muğanlı, Gürcüstan, Foto: David Pipia, JAMnews

Materialı hazırlayarkən JAMnews Gürcüstan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, sərhədin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyası və DİN-in sərhəd polisi ilə əlaqə saxlayıb. Amma indiyə qədər də bu qurumlardan heç birindən cavab almamışıq. (jam-news.net)

P.S. Bizlərin diqqətdən qaçırdığımız və yaxud da bilərəkdən diqqətsizlik etdiklərimizi erməni sayıtları araşdırır. Azərbaycanlıların etməli olduğunu erməni KİV-ləri edir.
05 may 2019 /

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

Похожие новости

Gürcüstandan sərhəd məsələsi ilə bağlı - Vacib açıqlama

"Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya və demarkasiya prosesinə başlanılacaq". Bu

Okruaşvili azərbaycanlıları yenə təhqir etdi:”İbiomat” – FOTO

Keçmiş prezident Mixeil Saakaşvilinin dönəmində Gürcüstanın Müdafiə naziri postunda çalışmış İrakli Okruaşvili şəxsi facebook profilində növbəti dəfə Gürcüstan azərbaycanlılarına qarşı təhqiramiz

Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı

Gürcüstan əhalisinin sayı bu ilin əvvəlində 3 729 600 nəfər təşkil edib. Yenicag.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib. Sənədə

İngilislər Qarabağda minaya düşdü - 3 nəfər öldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Böyük Britaniyanın “Halo Trust” təşkilatının əməkdaşları minaya düşüb. Fedai.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə erməni

Prezident Gürcüstan baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib. Görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyədə yeraltı şəhər tapılıb"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol PaşinyanErmənilər bu kəndimizə od vurublar – SON DƏQİQƏSaakaşvili tərəfdarlarına səsləndi: “Biz ancaq hücum etməliyik”Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDIDirektor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTTürkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLAR
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ