Keşikqala və alban məbədləri gürcülərin olmayıb- VİDEO

Keşikqala və alban məbədləri gürcülərin olmayıb- VİDEO



Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməli heyvanların qalıqları aşkar edilmişdir (D.V.Hacıyev). Maraqlıdır ki, kompleks tərkibində üç növ (Mastadont, cənub və qədim), fil, zürafə, hipparion, (üç dırnaqlı at), qədim öküz, dəvə quşu və s. yanaşı ali insanabənzər meymuna aid daş qalıqları da əldə olunmuşdur. Məşhur paleoantropoloqlar (Birçard Abramoviç, Qaboşvilin, Binak, Rodiski , Yakimov , R. Qasımova ) bu ali meymunun 5diş qalığının öyrənərək onu Udabnopitek (“driopitek”) adlandırılmışlar.Məhz bu nadir diş qalıqlarına görə Qafqazı məxsusəndə Azərbaycanı ilk insanın yaranma zonasına daxil etmişdir. Burada Afrika təbiətli landşaft qurşaqları, su hövzələri mövcud olmuşdur. Çox sonralar isə IV geoloji dövrün erkən çağlarında eoplen-stosen (Villatrank) mərhələsində (Ələşrəf Məmmədov, Müseyib Müseyibli, Naib Şirinov) güclü yer qabarmaları, dağ əmələgəlmə prosesləri təsirindən kəskin təbiət dəyişmələri baş verdikdə zəngin flora və fauna aləmi köklü dəyişmələrə uğramışdı.

Bu zonada ilk yaşayış izləri IV dövrün ortalarında (450 minillərdə) başladığı tədqiqatlarla (V.P.Lyuvin, M.Hüseynov, M.Mənsurov) müəyyənləşdirilmişdi. Burada qaynar həyat 150-130 min il əvvələdək davam etmişdir. Qaradüz, Karvan dərə, Qüdrət bulağı, Acı dərə, qədim Daş dövrü düşərgələri, əmək alətlərinin təhlili bunları deyir.

Növbəti dəfə Qatardağ (Keşikçidağ) silsiləsi ətrafında yaşayış-mədəniyyət izlərinə IV-V əsrlərdən rast gəlinir. Əvvəlcə bütpərəstlər – aya, günəşə, müxtəlif heyvanlara inam gətirənlər – öz dini baxışlarını saxlamaq və hücumlardan qorunmaq üçün bu dağlara çəklilib həyat sürmüşlər. Bundan sonra atəşpərəst zərdüştlər dini etiqadlarını davam etdirməkdən ötrü tərki dünya olmuş, özlərinin çapıb düzəltdiyi qayaaltı sığınacaqlarda-mağaralarda yaşamışlar. (F.Muradova, F.Məmmədova).

Artıq IV əsrdən Albaniyada xristianlıq qəbul edildikdən sonra mağara-monastırlarda həyat yenidən canlanmışdı. (Z.Bünyadov)

Lakin, sonrakı dövrlərdə bütpərəstliyə, eləcə də atəşpərəstlərə məxsus rəmzlər, simvol, nişanə və əlamətlər sındırılıb, qırılıb, kürünmüşdür.

Qatardağ (Keşikçidağ) silsiləsindəki, Keşikqala və alban məbədləri V-VI əsrlərdə inşa olunmuşdur. (S.Vaxuşti, Y.Nəsibli). Qatardağ silsiləsinin şimalda quzeyə baxan tirə və düzənliklərində qədim Böyük Azərbaycanın Kambisena vilayəti ərazisində albanların təsərrüfat sahələri, metal və kərpic kürələri mövcud olmuşdur. Məbəd və kilsə kahinlərinə ianələr gəlmiş, onların çoxlu sayda işçi qüvvəsi iqtisadiyyatda fəaliyyət göstərmişdir (R.Göyüşov). Burada Borçalı, çökəyi-Başkeçitdən, ortaçala-Soqanlıqdan, Qara təpədən, Qaraçöp (Saqariço) və Sığnaqdan… ziyarətə gəlirlərmiş.

Gürcülər ərazidə uzun müddət gizli planla işləmişdilər. Mağara-monastırlarda təmir aparmışlar. Alban məbədi və Keşikqalada qazıntılar aparmış, maddi qalıqları, mağara-monastırlardakı müqəddəs qəbirləri açıb skeletin baş-kəllə hissəsini, buradakı əşyaları mənimsəmişlər. Təcili olaraq kompleksdə tədqiqat işləri aparmaq zərurəti ortaya çıxmışdır. Əks təqdirdə onlar arxeoloji və antropoloji qalıqları özününküləşdirib bir neçə dildə çap edərək xristian aləminə car çəkməklə sərhəd mübahisəsi qaldıracaqlar. Nəticədə Ceyrançöl torpaqları, Qarayazı meşəsi, qışlaqlar əlimizdən çıxacaqdır.

AMEA-nın Arxeoloji və Etnoqrafiya İnstitunun aparıcı e.i.,t.e.n.,Paleolit arxeoloji ekspedisiyası

Ceyrançöl dəstəsinin rəhbəri – Mənsur Məhəmməd oğlu Mənsurov

Mənbələrdə qeyd edildiyi kimi Qədim Qafqaz Albaniyası ərazisində bir sıra müqəddəs ocaqlar, məbəd mərkəzləri olmuşdur. Albaniyada xristianlıq dövründə 8 yepiskopluq fəaliyyətdə olmuşdur. Xilafətin işğalından sonra Albaniyada onlardan 5-i qalmışdır ki, onlar da yalnız ucqar vilayətlərdə dağlıq, meşəlik ərazilərdə saxlanmışdır. Xristianlığın güclü qollarından 3 Şimali-Qərbi Azərbaycanın Şəki-Balakən, Qazax-Dilican nahiyələrində mövcud olmuşdur.

Son illərdə Ceyrançöl ərazisinin Qatar dağ silsiləsində neotektonik proseslər nəticəsində üzə çıxmış sıldırım qaya zolağının altında təbii və süni yolla əmələ gəlmiş mağara kompleksi qeydə alınmışdır. (şəkil 1) Beləki 1990-cı illərin başlanğıcınadək mağaralar olan ərazi qapalı hərbi təlim bazası olduğundan qismən öyrənilmişdir.

2000-ci ildən bəri Gürcüstan dövlətinin xarici işlər nazirliyi Kür çayının sol sahilində Ceyrançölün Qatar dağ silsiləsinin cənub yamaclarındakı mağara kompleksinin onlara məxsusluğu barədə notalar vermişlər. Halbuki IV əsrdən albanların Kambisena vilayətində xristianlığı qəbul etmişdilər (1).
Keşikqala və alban məbədləri gürcülərin olmayıb- VİDEO



Bu süni mağaralarda ərəb istilasından sonra xüsusəndə ərəb istilasından sonra xüsusəndə XII əsrdən indiyədək gürcülər gizli surətdə xristian-pravoslav mövzularında çapma otaqların divar və tavanları boyu rəngli şəkillər çəkmişlər.

Ceyrançöl mağaralarındakı rəsmlərin tarixi dövrlərə aid qatları vardı. Lakin islama qədərki xristian albanların bədii, dini və estetik duyumundan qalmış səhnələr yonulub, qırılıb atılmışdır.

Qatar silsiləsində dağ qılıcları üstü zirvələrdə qədim albanlar qalalar, müşahidə qüllələri, məbədlər, yardımçı tikililər yaradıb getmişlər. Kambisinada Sığnak kimi güclü daş işləmə ocağı vardı (2).

Belə qalalardan biri Qatar dağının Kəmərqaya məntəqəsi üstündə çılpaq dik qayalıq üzərində ucalır. Qala planda düzbucaqlı olub 3 mərtəbəlidir. Divarları yerli daşdan, mərtəbələr arası düzbucaq biçimli qırmızı kərpicdən hörülmüşdür. Qalanın tikintisində birləşdirici məhlul kimi əhəngdən istifadə olunmuşdur.

Belə quruluş və yaruslu qala – müşahidə məntəqələri, keşik qüllələri Azərbaycanın bir sıra dağətəyi qurşaqlarında indidə qalmaqdadır. Bu baxımdan Çıraqqala, Əskipara qülləsi, Keşik qala abidələri daha bariz nümunələr kimi diqqət çəkir. Hər üç qalada müşahidə qurğusunda nəzarət və döyüş gözlükləri mütləq şimal və cənub səmtlərdə yerləşirlər. Bu məqsədi güdən qüllələrdən biri də Eldar bölgəsinin Ellər oyuğu dağının zirvəsində qərar tutmuşdur (şəkil 4).

Gözətçi məntəqələrin hələ yetkin Tunc dövründə Qazaxın Musaköy kəndi yaxınlığında ucalan Boçqa təpə (Didəban), Ağstafa ərazisində Gələmçə və Gülül dağlarında ucaldığını görürük. Meqalitik müdafiə divarları sistemində dörd bucaqlı bürclərdə nəzərə çarpır.

Qatar silsiləsi ətrafında müqəddəs yerlər də vardır. Bunlardan Adəm bağını, Karvan dərədəki Piri, Qüdrət bulağını, kaşı nümunələri tapılan tikili yerlərini qeyd etmək olar. Təbii çığınaxaqların qabağında müqəddəs ağaclar indidə bitirlər. Sitayiş yerləri sahəsində gur həyat izləri indidə müşahidə olunur. Qaltan dağ zolağında sitayiş obyektləri daha geniş ərazidə yayılmışdır. Ceyrançölün Qatar dağı zolağında qeydə alınan alban məbədləri (Saloğlu dağı üzərində) xaricdən düzbucaq, daxildə oval-dairəvi quruluşdadı. Burada da müşahidə pəncərələri cənub və şimal istiqamətində açılır (şəkil 2).

Belə ki, məbəd tikilən ərazinin qərb və şərq səmtləri dağ qılıcı, şimal-cənub tərəfləri sıldırım qayalıqdı. Ona görə də müşahidə-döyüş pəncərələri uçurum yanlara baxır. Bu pəncərələr döşəmə səviyyəsindən 2,5-3 m. hündürdə yerləşirlər. Belə gözcüklərin 3-ü əsas hücum gözlənilən və xariclə əlaqələrə baxan ərazilərə nəzarət etdiyindən – şimal üzdədir. Gözcüyün biri cənuba baxır. Bu üz daha sərt yamaclı qayalıqdır. Ola bilsin ki, bu üz həm Vətənə baxırdı, həm də məbədlərə hücum üçün az təhlükəli idi.

Məbədin qərb və şərq divarlarını bayır üzü tağ şəklində dayaq hörgü kimi görünür. Bu həm möhkəmlik, həm də tikiliyə incəlik məqsədi güdmüşdür.

Məbədin giriş qapısı şərq üzün cənub küncündədir. Qapının eni 80 sm, hündürlüyü 1,5 m olub tağbənd qurtarır. Girişin yanları və kandarı sal daşla qurulub. Ümumi hündürlüyü 4m-ə yaxındır. Tavanı kümbəzvari hörgü ilə örtülmüşdür.

Maraqlıdır ki, bu məbədin təxminən 120 m şərqində tağbənd örtüklü kiçik tikili vardır. Bu yardımçı tikilinin ölçüləri düzbucaqlı, şimal yanı yarım dairə, cənub divarı düz biçimlidi. Tikili də şimal-cənub istiqamətlidir. Uzunluğu 2m, eni və hündürlüyü 1,5m-dir. Onun da şımala tək gözlüyü, cənubdan girişi olmuşdu.

Eynən belə yardımçı tikili Avey dağının zirvəsində yerləşən qədim alban məbədinin şimal-şərqindədir. Bu alban məbədi qədim məbədin özülü üzərində tikilmişdir. Amma yenidən tikiləndə tamam başqa rəngli, ölçülü süxurlardan ibarət daşlardan tikilmişdir (3).

Avey dağ alban məbədi son dəfə 1838-ci ildə təmir olunmuşdu. Məbədin qapısı üstündə qırmızı tuf daşından yazılı lövhə olmuşdu. Bu daş 1990-cı illərə qədər öz yerindəydi. Lakin son bir neçə ildə məbədin və yardımçı tikilinin şərq divarları (erməni hərbi gözətçi məntəqəsindən təhlükəsiz tərəfləri) sökülür. Belə vəziyyəti biz 2004-cü ilin 16 yanvarında axşam üstü müşahidə etmişik. Məbədin 4-5 m cənub-şərqində də sitayiş və yaşayış rolu oynamış bir çox mağaralar mövcuddur.

Yuxarıda qeyd etdiyimiz kimi Ceyrançöl Qatar silsiləsində (şəkil3) aşkar edilən təbii və süni mağaralarda düzəldilmiş məbədlərdə ilk mədəni və mənəvi laylar məhv edilmişdir. Bu proses ərəb hücumlarından sonra islamın yayılması dövründə genişlənmişdi. Məlum olduğu kimi Qarabağdakı Partav yepiskopluğu Qazaxa köçürülmüşdü. Belə ki, Aran, düzən vilayətlərdə islam dini yayılmış, dağlıq və ucqar vilayətlərdə xristianlıq hələ də qalmaqda idi. Ceyrançöldə Albaniyanın Kambisena vilayəti gürcü pravoslav təsiri altına düşdüyündən və dini mərkəz Tiflisdə yerləşdiyindən B.Qafqaz silsiləsi qaya altı mağara məbədləri pravoslav təriqəti təsir dairəsində fəaliyyət göstərmişdir (4). Dağ silsilələrində Albaniya – indiki Azərbaycan ərazisində Saloğlu və Poylu kəndləri bərabərində iki böyük qaya zolağı altında 100-ə qədər mağara qeydə alınmışdır. Mağaraların bəziləri təbii yolla-aşınma, ovulmadan yaranmışdır. Əksər hissəsi çapılma yolu ilə əmələ gəlmişdir. İstər Saloğlu – istər və də Qüdrət bulağı üstündə yaradılmış bu otlaqlar hündür qayalığın yuxarı layında əmələ gəlmişdir. Hər iki dağda yaradılmış boşluqlar azı üç yarusda, qatda müşahidə edilir. Bir neçə yerdə otaqlar bir-birinin arxasında, iç-içə, birindən digərinə keçən quruluşdadır. Dağətəyi qayaların altında çapılmış otaqlar bəzən 3-4m hündürdə olub, divarları və tavanı əhənglə suvanmış, sonra onun üstə rəngli şəkillər çəkilmişdir.
Keşikqala və alban məbədləri gürcülərin olmayıb- VİDEO




Hər mağarada dini ayinlər keçirmək və ilahiyət dərsləri keçirmək üçün xüsusi otaqlar – zallar düzəlmişdi. Bu salonlarda tağlar, yonma-bütöv sütunlar, rəflər, buxarılar, hücrələr düzədilmişdir. Böyük obyektlərdə qaya boyu yağış və qar suları üçün zolaq-novlar qaya dibində isə otaqların döşəməsi səviyyəsində saxsı tünglə əhənglə suvayaraq zalların qərb kəlləsində dərində çapılmış su anbarları, dibi, yanları görünməyən qaranlıq su hovuzları müşahidə olunur. Hətta Saloğlu dağı altında şimala gedən tunel də görünür. Bunlarla belə tək-tək və bir neçə nəfərin yaşaması üçün müxtəlif ölçülü otaqlar da vardır. Ola bilsin ki, yaruslara pilləkənlərə qalxırdılar.

Elmi ədəbiyyatda Böyük və Kiçik Qafqazın dağətəyi zolağında süni və təbii mağaralarda tərkidünya insanların – rahib və rahibələrin yaşadığı göstərilir. Belə mağaralara axın müxtəlif dövrlərdə daha çox olmuşdu. Arxeoloji materiallar göstərir ki, massovu- gur yaşayış XII-XII əsrlərdən XVI-XVII əsrlərədək davam etmişdi. Nəhayət monax həyatına Şah İsmayıl, Nadir şah son qoymuşlar (5).

Qaraçöp, Qardaban ərazisində, Ceyrançöldə ilk orta əsrlərdə bir neçə monastır tikilmişdir. Amma XII əsrdən qıpçaqların bura köçürülməsindən sonra Şərqi Gürcüstan ərazisində yaşayış canlanır. Ümumiyyətlə Cənubi, Şərqi Gürcüstanda ta qədimdən indiyədək gürcü mənşəli toponim, hidronim, oronim, şəhər, yaşayış yerinə rast gəlinmir. Çünki, Dərbənddən Zəncana, Gilana, Tiflisə və İrəvana, Göyçə mahalınadək ərazilər Azərbaycana məxsus idi (6).

Ona görə də Gürcüstanın iddiasına əsaslı, köklü cavab üçün Ceyrançöl ərazisində tarixən indiki Ermənistan və Gürcüstan torpaqlarını əhatə edən Qədim Böyük Azərbaycan abidələrində qədim coğrafi, arxeoloji, etnoqrafik, incəsənət, memarlıq və xristian elm sahələrinə dair mütəxəssislərin birgə planlı dərin tədqiqatı getməlidi. Həm də bu problemin gedişi təmiz əllərdə olmaqla Dövlət strukturları nəzarəti altında olmalıdı.

Xristian abidələrinə biganə münasibət Ceyrançöl və Avey dağında olan abidələrə görə qonşu respublikaların ərazi iddiasına tutacaq verir. Bunun üçün də islamdan əvvəl xristian dininə qulluq edib abidələr yaratdığımızı xalqa təbliğ üçün Ağstafa və Qazax rayon rəhbərləri müvafiq şöbələrinin, müəssisə rəhbərlərinin, məktəb direktorlarının, yerli icra nümayəndələrinin, tarix və təbiət müəllimlərinin, eləcə də Respublika MEA çoxsahəli mütəxəssislərinin iştirakı ilə elmi konfrans keçirilməlidir. Buraya ərazi deputatları, qəzet, televiziya işçiləri, sərhəd hərbi dəstə rəhbərləri də cəlb olunmalıdı.

Şimal-Qərbi Alban (Azərbaycan) məbədlərində və qəbir abidələrində daş üzərində oyma üsulu ilə qabardılmış bərabər qanadlı xalçalar və hörmə üslubu ilə verilmiş bir neçə cərgə sünbülü naxışlar bu zonanın qədim alban dövrü abidələrində bir-birini tamamlayır.

Yuxarıda gətirilən paralellər Qərbi Azərbaycanın bu aypara zolağında oxşar mədəni layın mövcudluğunu sübut edir.

Ədəbiyyat:

Azərbaycan tarixi. Bakı, 1994, səh.207

Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993.

F.M.Muradova. Avey dağında alban xristian məbədi. Akad. İ.Əliyevin 80 illiyinə illiyinə həsr olunmuş Elmi Konfransın materialları. Bakı, 2004.

Azərbaycan tarixi. Bakı, 1994./Birincitv.az/
06 may 2019 /

Keşikqala və alban məbədləri gürcülərin olmayıb- VİDEO

Похожие новости

Tiflisin ərazi iddiası: Keşikçidağ kimindir? - Tarixi faktlar

Son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik sözügedən abidənin tarixi ilə

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

“Artsax/Arsax/Arsak” adı ermənicə heç bir məna ifadə etmir. Karabakhmedia.az xəbər verir ki, əslində, ermənilərin “referendum”la guya Azərbaycan-türk mənşəli “Qarabağ” adından imtina etmə cəhdi,

GÜRCÜSTANIN ƏSASSIZ ƏRAZİ İDDİALARI

Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən qədim Keşikçidağ Alban məbədi kompleksinin bir hissəsi Gürcüstanın

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji

İnsanlıq tarixinin ən qədim şəhərlərindən hesab edilən Qüds şəhəri

Hələ qədim dövrlərdən vəhy ocağı sayılan Qüds şəhəri keçmiş dövrlərdə olduğu kimi, müasir dövrümüzdə də səmavi dinlərin mənəvi mərkəzi kimi qəbul edilir. Qüds həm müsəlmanlar, həm yəhudilər, həm də
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyədə yeraltı şəhər tapılıb"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol PaşinyanErmənilər bu kəndimizə od vurublar – SON DƏQİQƏSaakaşvili tərəfdarlarına səsləndi: “Biz ancaq hücum etməliyik”Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDIDirektor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTTürkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLAR
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ