.

PAYTAXTIMIZIN ƏHALİSİ ARTIB

05 dek 2017
PAYTAXTIMIZIN ƏHALİSİ ARTIB
İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb.
Bakı şəhər Statistika İdarəsindən APA-ya verilən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib. Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.

Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməmiş 5,8 olaraq eyni qalıb.

2017-ci ilin doqquz ayında qeydiyyat şöbələri tərəfindən 11968 nikah və 3698 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1 boşanmaların sayı isə 2,2 olub.

Fedai.az[/b]

PAYTAXTIMIZIN ƏHALİSİ ARTIB

808

ЕЩЕ НА ЭТУ ТЕМУ:

BU GÜN ƏLİLLƏR GÜNÜDÜR...

BU GÜN ƏLİLLƏR GÜNÜDÜR...

1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd
ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

Mirzəyev Mahmud Əli oğlu . 10 aprel 1936-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olub. Onu öz el- obasında Mamoy adıyla tanıyırdılar... Döyüş
İlham Əliyev Bakı metrosunda

İlham Əliyev Bakı metrosunda

Noyabrın 6-da metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların
ZƏNGİLANIN İŞĞALINDAN ... İL KEÇİR...

ZƏNGİLANIN İŞĞALINDAN ... İL KEÇİR...

Hər il dəyişən rəqəmləri yazmaqdan yorulduq. Elə bilmən yadımızdan çıxıb. 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ

"Büdcədən" və "büdcəsiz" dolanan rayonlar...

Artıq büdcə layihəsi parlamentə təqdim edilib və dövlət başçısının əvvəlcədən bildirdiyi kimi, 2018-ci ilin büdcəsi bu ilin büdcəsindən daha böyükdür. İlkin

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ