DAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEO

DAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEO



















1992-ci ilin mayında, Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından iki gün sonra bu ərazilərdə qondarma “Laçın kürd respublikası” elan edən Vəkil Mustafayev ölüb.

Virtualaz.org xəbər verir ki, Vəkil Musfatayev İraqın şimalındakı Kürdüstan muxtariyyətinin inzibati paytaxtı Ərbildə təşkil olunmuş rəsmi dəfn mərasimindən sonra Şeyx Əhməd məzarlığında dəfn olunub.

V. Mustafayevin üç ildir yaşadığı Belçikanın Brüssel şəhərində aprelin 19-da astma xəstəliyindən öldüyü bildirilir. Kürd separatçısı daha əvvəl İtaliyada yaşayırdı.

Dəfn mərasimində İraq Kürdüstanı administrasiyasının rəhbəri Məsud Bərzaninin başsağlığı mesajı oxunub. Mərasimə regional kürd hökumətinin və parlamentinin nümayəndələri də qatılıb.

Vəkil Mustafayev 1938-ci ildə Özbəkistanda, sürgünə göndərilmiş kürd ailələrindən birində anadan olub, 80-ci illərin əvvəlləriinə qədər Orta Asiyada yaşayıb və işləyib. 1981-ci ildə o, Azərbaycanda işləməyə göndərilib və daxili işlər orqanlarında vəzifə tutub. “Musto” ləqəbli sovet KQB-sinin agenti kimi tanınırdı və ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda erməni separatizmi baş qaldıranda o vaxtkı Əli Bayramlı şəhərinin polis rəisinin müavini işləmişdi. Qarabağda erməni separatizmi başlayanda Mustafayev də kürd separatçı hərəkatı başladır və Orta Asiya, İraq, İran və Suriya kürdləri ilə təmasa keçərək “Yakbun” adlı kürd milli hərəkatını yaradır.

Laçın işğal olunandan sonra Yerevan bələdiyyəsinin təşkilatçılığı ilə təxminən 50-yə qədər kürd Vəkil Mustafayev başda olmaqla avtobuslarla bu rayona gətirilmişdi. 1992-ci il mayın 20-də həmin qrup tərəfindən Laçında “kürd respublikası” elan edilib, Vəkil Mustafayev qondarma “respublikanın” “baş naziri” seçilib. İnternetdə həmin toplantının videokadrları yer alır. Lakin işğal edilmiş Azərbaycan ərazilərində qondarma “kürd respublikası” yaratmaq planı tezliklə iflasa uğrayıb, Mustafayev Ermənistanı tərk edərək Rusiyanın Krasnodar şəhərinə, oradan isə Avropaya üz tutub.

Bu separatçı ünsürün iyrənc həyatının sonu gəlsə də Azərbaycana qarşı düşmənə köpəklik etdiyi dostları hələ də yaşayır və ölkəmizə qarşı mübarizə aparırlar. Onun bir sosial şəbəkə statusunu Fedai.az Araşdırma Qrupu şərhlərlə birgə sizlərə təqdim edir. Separatçı ünsür Vəkil Mustafayev yazırdı: "Bir kürd atalar sözündə deyilir ki, bir dəli quyuya daş atdı, yüz ağıllı onu yığılıb çıxara bilmədi. Birinci "daşı" quyuya rus çarı I Nikolay atdı. Zaqafqaziyada kürd xanlıqlarına qarşı (???) 23 illik müharibədən sonra Rusiya 1 oktyabr 1827-ci ildə general-feldmarşal Paskeviçin komandanlığı ilə İrəvan xanlığını tutaraq bütün "kürd xanlıqlarını" özlərinə tabe etdilər. Elə həmin ildə indiki Azərbaycanın "kürd xanları" adından Naxçıvan xanı Nəbi Qaraçolu, Milo kürdləri Paskeviçə müraciət etdilər ki, onları öz himayəsi altına alsınlar (CMM.AKAK. ч 7. Документ 402, с.453. Эчмиадзин) (?!?).

Paskeviç kürdlərin döyüş məharətini görüb öz çarına "Kürdlərlə dostluq haqqında" saziş bağlamaq təklif etmişdi (CM.AKAK. ч 7. c. 774, 776...).

Buna baxmayaraq kürdlərin müqavimətindən qəzəbli olan çar I Nikolay kürdləri qovub torpaqlarını əllərindən alaraq oraya şiə azərbaycanlıları və erməniləri köçürməyi əmr etdi. Bu köçkünlər kürdləri və qeyri xalqları məhv etdilər"...

Bu separatçı ünsürə söz ardı olaraq yazım ki, bəli Paskeviç Mahabad ətrafında kürd tayfaları və bədəvi ərəblərlə qarşılaşır. Çara məktub yazaraq erməniləri köçürməyi dayandırıb bu heyvandar tayfaları köçürməyi məsləhət bilir. Yazır ki, erməniləri köçürmək üçün 10 min rubl və köç xərclərini ödəməkdənsə, bu tayfalara otlaq yeri versək özləri köçərlər. Sonra hər iki tayfa haqqında təhqiramiz ifadələr işlədir və yazır ki, bədəvilər əsasən dəvə saxladıqlarına görə sərf etmir. Amma əsasən keçi və qoyun otaran kürdlər gələcək siyasətimiz üçün bölgədə işə yaraya bilər. Çünki ermənilər türklərə qız verirlər, lakin türklər din fərqinə görə onlara qız verməzlər. Əksinə olaraq kürdlərdən, həm qız alır, həm də qız verirlər. Bu yolla türk cəmiyyətinə daxil ola bilərik. Çar Paskeviçlə razılaşır və erməni köçləri dayandırılır. Buraya Vəkil kimilərinin babalarının köçü təşkil olunur. Bu iki tayfadan Rusiya etnik sərhəd yaratmağa başlayır və uyğun gələn ərazi Araz vadisi seçilir. Bildirim ki, Paskeviç Kəngər körfəzinə kimi istila etmişdi və fərsiz Qacar sülaləsi təkcə Paskeviçi gül-çiçəklə qarşılayan Təbrizi geri istəyirdi. Amma Paskeviç Arazdan bölünməni niyə seçdiyini də sizlərə anladacağıq. Bu gün də qoynumuzda erməniyə və PKK-ya sarma-dolaş olan ilanları bəsləməkdəyik...

Mövzunu davam etdirəcəyik...

Fedai.az Araşdırma Qrupu

DAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEO
DAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEO
12 may 2019 /

DAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEO

Похожие новости

"Sevan üçlüyü"nün MƏXVİ görüşü: PKK Azərbaycanı necə parçalamaq istəyirdi?

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatının uğurla başa çatması PKK və onun "qolları"nın Afrin bölgəsindən təmizləməsi həmin terror təşkilatı üçün ölümcül zərbə oldu. News12.az

Qorbaçov Laçında `Kürdüstan` yaratmaq istəyib? - ARAŞDIRMA

Yuxarı Qarabağ və ətraf bölgələrin işğalından sonra, demək olar ki, hər il PKK terrorçularının həmin ərazilərə, xüsusən Laçın bölgəsinə transformasiya olunması barədə informasiyalar yayılmaqdadır. Bu

"KÜRD STALİN" ÖLDÜRÜLDÜ...

"Kürd Stalin" ləqəbli Peşmərgə komandiri Hüseyin Yazdanpanah Ərbildə avtomobilin içində güllə ilə vurularaq qətlə yetirildi. Xatırladaq ki, H. Yazdanpanah Kərkükdən çıxmayacaqlarını və sonadək

"Sevan üçlüyü"nün MƏXVİ görüşü:PKK Azərbaycanı necə parçalamaq istəyirdi? - ŞOK ARAŞDIRMA

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatının uğurla başa çatması PKK və onun "qolları"nın Afrin bölgəsindən təmizləməsi həmin terror təşkilatı üçün ölümcül zərbə oldu. News12.az

CƏNUBDA TÜRK-KÜRD MÜNAQİŞƏLƏRİ -- FOTOLAR

Kürd terrorist qruplaşmalarının Azərbaycanın güneyində, Sulduz (Nəğədə) şəhərində 20 aprel 1979-cu ildə törətdiyi qətliam. İranda inqilab (1979) dövründə qarışıqlıqdan yararlanaraq Kürdüstan xəyalı
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyədə yeraltı şəhər tapılıb"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol PaşinyanErmənilər bu kəndimizə od vurublar – SON DƏQİQƏSaakaşvili tərəfdarlarına səsləndi: “Biz ancaq hücum etməliyik”Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDIDirektor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTTürkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLAR
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ