İlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposu

İlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposu



Gürcüstan mədəniyyətinin qızıl dövründə – XII əsrdə yazılan “Bars dərisi geymiş koma” poeması orijinal bir əsər olmayıb, Aran folklorundan tərcümədir. Aran həm ölkənin, həm də ölkənin hakim nəs¬linin adıdır. Həmin nəslin böyük qanadları Albaniyanı, kiçik qanadları İberiyanı idarə edirdi. İberiyanın ilk çarı Aran nəslindən Azon olmuşdur. O, eradan qabaq IV əsrin sonlarında makedoniyalıların vassalı kimi İberiyanı idarə etmişdir (Картлись Цховреба 1905. 204; Мамулиа 1979. 181, 182). Sasanilərin zamanında İberiya Aran hakimi tərəfindən idarə olunurdu. İberiya çarı Vaxtanq Qorq Aslan (446-499) Aran hakiminin bacısı oğlu idi (Джуаншериани 1986. 58, 59; Патканов 3160. 208). O Qorq Aslan ki, onu Mari Brosse və İ.O. Senkovski hansısa türk tayfasının başçısı adlandırırlar (Хантедзе 1970. 83). Mari Brossenin, O.İ. Senkovskinin, N.Y. Marrın, İ.M. Rubanovskinin tədqiqatları göstərir ki, çoxtayfalı İberiyanın çoxdilli ədəbiyyatını indiki gürcülər yarat-mamışlar. Baqrationlar Tiflis müsəlman əmirliyinə gəldiyi – XI əsrə qədər Aran nəsilləri burada Kala, Ucarma, Bazar, Kərəm, Safar şəhərlərini salmış, kitabxana işinin, tərcüməçiliyin əsasını qoymuşdular. İslamiyyətin və xristianlığın yanaşı yaşadığı bu ölkədə bir-birindən fərqli iki ədəbiyyat yaranırdı. Monastırlarda müqəddəs kitabların üzü köçürülür, mədrəsələrdə Aran folklorunun və Şərq ədəbiyyatının seçmə nümunələri yerli dillərə tərcümə edilirdi (Джанашвили 1900. 20, 70, 77). Tərcümə işi baqrationların zamanında da davam etdirilirdi. Onlardan biri Şota Rustavelinin “Bars dərisi geymiş koma” əsəridir. Əsər yanlış olaraq Azərbaycan dilinə “Pələng dərisi geymiş pəhləvan” adı ilə tərcümə olunmuşdur. Pələng və bars ayrı yırtıcı heyvanlardır. Koma isə pəhləvan yox, vassal deməkdir. Əsərin baş qəhrəmanları Tariyel də, Aftandil də komadır – Ərəbistan və hind şahlarının vassallarıdır (Марр 1910. X, XIV, XV). Qədim İberiya salnamələrində koma etnoqrafik termini koma kimi yazılır. N.Y. Marr yazır:

– İber salnaməsindəki koma pəhləvan yox, qul deməkdir. O qullara koma deyilirdi ki, 1. gənc aşiq, 2. gözəl oğlan, 3. cəsur döyüşçü, 4. vassal olsun ( Марр 1985. 228-229; Марр 1910. X, XI, XIII). Buna uyğun olaraq türk dillərinin tarixi leksikasında koma, yəni kəniz, qul arvadı sözləri vardır (Кононов 1958. 50). Əbülqazi Bahadur xanın “Türkmən şəcərəsi”ndə koma sözü qul arvadı, kəniz mənalarında işlənmişdir (Кононов 1958.50). Buna uyğun olaraq Şumer gil lövhələrində geme sözü var. Geme həmin yazılarda “qul qadın”, “kəniz” deməkdir (Канева 1996. 23). Bu kimi faktlar tələb edir ki, qədim gürcü poetik mətn-lərinin dili yalnız Qafqaz dillərinin yox, eyni zamanda türk dillərinin tarixi leksikası əsasında öyrənilsin. Koma etnotoponimləri türk xalqlarının yaşadıqları çox böyük coğrafi ərazilərdə mövcud olmuşdur. Kuban çayının tarixi adlarından biri Kuma idi (Апостолова 1897. 126). İ.İ. Şopen yazır ki, İrəvan quberniyasında Kuma adlı çay var. Kuma çayı “kəniz çayı” deməkdir (Шопен 1866. 19). Fikrimizcə, koma sadəcə kəniz deyil. O daha qədim etnoqrafik termin olub, qadına sitayişlə bağlıdır. Çünki yunanların Komaqena adlandırdıqları Kuma e.ö. II-I minilliklərdə Anadolunun ən böyük qadın məbədlərinin yerləşdiyi ölkə idi (Меликишвили 1960.429; Нойман 1980. 352). Türk dillərinə qohum olan Şuşa (Suziana) və Xatti yazılarında da kuma sözü “kəniz” anlamında işlənmişdir. Şota Rustavelinin poemasının tarixi əhəmiyyəti ondadır ki, orada qadına sitayişin əski, çox əski izləri qalmaqdadır. O ki qaldı koma sözünün gürcü mənbələrində k.ma kimi yazılmasına, burada təəccüblü bir şey yoxdur. Çünki gürcü dilində çox zaman sözlərin birinci və ikinci hecalarının saitləri yazılmır. Nəticədə Metex şəhərinin adı Mtsxeti, Tubal etnonimi Tbilisi formasına salınır. Koma sözü gürcü dilinə türk dillərindən keçmiş, gürcü dövlət sənədlərində XIX əsrədək “vassal” mənasında işlənmişdir. Çar VI Vaxtanqın “Qanunlar”ında mərkəzi hakimiyyətdən asılı olan vilayət hakimləri k.ma adlandırılır (Законы Вахтанга VI 1980. 50). Şota Rustavelinin əsərində koma titulunun daha 2 formasına təsadüf edirik: si+k.ma “gənc aşiq-cəngavər”, mo+kma “böyük aşiq-cəngavər” (Марр 1895. 228-229; Марр 1910. X-XIII). Poemanın baş qəhrəmanlarının ikisi də komadır, yəni aşiq-vassaldır. Tariyelin atası Sarı Dan əslən Xatayetidən – Çin Türküstanından olub, Hindistanın bir vilayətini ələ keçirmiş, sonra Hind şahının vassalına çevrilmişdir (Шота Руставели 1982.46, 47). İkinci qəhrəman Avtandil Xoşbəxt Ərəbistanın şahının vassalıdır. Eyni zamanda şah qızının qulu-ko-masıdır (Марр 1910. XIV, XV). D.Z. Bakradze, M.Q. Canaşvili və b. yazırlar ki, poemanın əsas ideyası sevgi və vətənpərvərlikdir. Əslində isə əsərdə vətəndən, Gürcüstandan kəlmə belə yoxdur. Poema başdan-başa ülvi sevgi və aşna-vassal süjeti üzərində qurulmuşdur. Gürcü tarixçiləri ilə eyni fikirdə olan Dilarə Əliyeva poemanın Azərbaycan dilinə tərcüməsinə ön sözündə yazır:

– Əsərin əsas ideyası vətənpərvərlikdir. O, bütünlükdə XII əsr Gürcüstan həyatının, ənənə-lərinin, arzu və istəklərinin ifadəsidir (Şota Rustaveli 1988. 4-5). Əksinə, əsərin tarixi kökləri Ran, yəni Aran ərənlik fəlsəfəsindən gəlir. Əsərin əsas ideyası vətənpərvərlik yox, cəngavərlikdir. Özü də o, indiki gürcü-lərin deyil, İberiyanın qədim sakinlərinin – Эreti əhalisinin arzu və istəklərinin ifadəsidir. Bəzi Azərbaycan və gürcü alimlərindən fərqli olaraq hələ 1895-ci ildə N.Y. Marr yazırdı ki, Şota Rustavelinin poeması hər cür milli hisslərdən və və-tənpərvərlikdən uzaqdır. Əsərin əsas ideyası aşna-vassal münasibətləridir (Марр 1895, 228-229). Həmin fikri bir qədər yumşaq şəkildə fransız şərqşünas-alimi Mari Brosse irəli sürmüşdür. Akademik M. Brosse 1828-ci ildə Asiya Сəmiyyətində etdiyi məruzəsində bildirirdi ki, “Bars dərisi” poemasının ideyası tanrıya, krala və qadına sədaqətdir (Буачидзе 1983, 96). Avropanın digər tədqiqatçıları da poemanı milli hisslərdən uzaq bir əsər hesab edirlər.
İlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposu



Roland Aristo yazır:

– “Bars dərisi” qeyri-milli əsərdir. Onun ruhu müəyyən dərəcədə italyan ruhuna bənzəyir. M.Q.Canaşvili həmin fikirlə razılaşmasa da (Джанашвили 1900. 85), əsərdə gürcülərə və xristianlığa aid bircə işarəyə təsadüf etmirik. Əsərin əsas surətləri müsəlman, hadisələrin baş verdiyi yer Ərəbistan, Hindistan və Xatayeti – Çin Türküstanıdır. M.Y. Marr yazır ki, əsərin əsas ideyası qadına sitayiş, qadın qarşısında itaətdir. Avropa cəngavərlik romanlarında olduğu kimi, burada da hər fəsildə qadına ehtiram, qadına hörmət aydın görünür (Марр 1910. I). “Bars dərisi” müəyyən mənada Avropa cənga-vərlik romanlarına bənzəsə də, özünün şərq ruhu və düşüncəsi ilə onlardan fərqlənir. Əsər İslam dininə hörmət və azad sevgi ruhunda yazıldığına görə, kilsə şairi lənətləyir, təqib edirdi. Saray tərəfindən himayə olunmasına baxmayaraq kilsə şairdən əl çəkmirdi. Onların gözü qarşısında katolikos I Antoni əmr etmiş¬di ki, poemanın əlyazmalarını Kür çayına atsınlar (Шота Руставели 1885.1-2). Bu baxımdan Şota Rustaveli ərəblərin Uzra məhəbbət şairlərinə və Finikiyanın Astara kahinlərinə ruhən daha yaxındır. M.Q. Canavşili yazır ki, bəziləri Şota Rustavelini İran və yunan təsiri altında olan şair sayırlar, belə deyil. Əsəri düzgün başa düşmədiklərinə görə, din xadimləri şairi təqib edirdilər (Джанашвили 1900. 83, 92). Əslində çariça Tamarın və aşnalarının həyat tərzinə nifrət edən keşişlər əsərin ideyasını düzgün başa düşürdülər. Ona görə də Rustavelini, Çaxruxadzeni, Tmoqvelini ölkədən qovur, oda atıb yandırırdılar. Мы в стихах Мосе Хонели Амирана узнаем. Прочитав Абдул Мессию дан Шавтели воздаем Деларгета пел Тмогвели, сожигаемый огнем, Тариела Руставели, горько плачущий о нем. (Шота Руставели 1982, 330). Söz yox ki, şairin yaradıcılığına Suriya, Xaldey şairlərinin və Afina filosoflarının təsiri olmuşdur. XI əsrdən başlayaraq Gürcüstan sarayı qərb yönümlü siyasət yürüdürdü. Qurucu Davidin sərəncamı ilə hər il Yunanıstana təhsil almağa 12 gənc oğlan göndərilirdi. Güman edilir ki, həmin gənclərdən biri Şota Rustaveli olmuşdur (Буачидзе 1983. 281). M.Q. Canaşvili yazır ki, Şota Rustaveli Xaldey və Suriya peyğəmbərlərinin şeirlərinin tərcümələri ilə tanış idi. Çox ehtimal ki, poemanı yazarkən həmin şeirlərin təsiri altında olmuşdur (Джанашвили 1900. 90). Belə hesab edirik ki, Şota Rustavelinin və digər azad düşüncəli şairlərin təqib olunmasının səbəbini burada axtarmaq lazımdır. Həmin şairlərin cəngavər-feodal əxlaqı kilsə-monax əxlaqına uyğun gəlmədiyinə görə (Джанашвили 1900. 89; Марр 1910. 51) onlar vətən-lərindən didərgin salınır, odda yandırılırdılar. N.Y.Marr yazır: – Deyilənə görə, “Bars dərisi”nin süjeti İran folklorundan gəlmədir. Ancaq İran ədəbiyyatında belə bir süjetə təsadüf etmirik. Çox ehtimal ki, şair əsərin gürcü folklorunda yayılan bir süjetinin tərcüməsindən istifadə etmişdir (Марр 1895. 228-229; Марр 1910. I). Şair əsərin süjetini İran ədəbiyyatından deyil, özünə anlaşıqlı olan Aran folklorundan götürmüşdür. Qədim iber və orta yüzil gürcü salnamələrində həm Aran, həm İran adları Ran formasında yazıya alınırdı (Патканов 3160.225; Картлис Цховреба 1905.204; Дондуа 1967. 36; Джуаншериани 1986. 9, 63). Düzdür, XII-XVII əsrlərdə İran ədəbiyyatının ən yaxşı nümunələri gürcü dilinə tərcümə edilmişdir. Bunlar “Rostomiani”, “Cimşidiani”, “Miriani” (Mehr və Müştəri), “Şahnamə”, “Rusudaniani” və başqaları¬dır (Марр 1895.227, 228, 229, 233; Буачидзе 1983, 61, 78). Onların içində “Bars dərisi” poeması yoxdur. N.Y. Marr yazır:

– Ümid edirəm ki, gec və ya tez, nə zamansa Gürcüstanın qədim əlyazmaları arasından “Bars dərisi”nin ilkin nüsxəsi tapılacaq. O zaman biz süjetin hansı xalqa məxsusluğu haqqında son sözü deyə biləcəyik (Марр 1895. 229; Марр 1910. I). Qədim yazılı abidələrdə Aran, orta yüz il xristian salnamələrində Eran kimi yazıya alınan İran farsların ölkəsi deyil. Aran vilayətinin əhalisinin farsdilli olma-dığını V-X əsr erməni, fars və ərəb tarixçiləri dəfələrlə bildirmişlər. VII-X əsr ərəb tarixçiləri yazırlar ki, Azərbaycan və Ərməniyyənin dili ərəb və fars dillə¬ridir. Ancaq Bərdə və ətrafındakı kəndlərdə Aran dilində danışırlar (Fazili 1984. 127; Vəlixanlı 1974. 48). Bərdə Aran vilayətinin mərkəzi şəhəri, Ereti Er və Aran nəsillərinin qədim yurdu idi. Hətta sasanilər dövründə İberiya Bərdədən idarə olunurdu. İberiyanın qüdrətli çarlarından biri Vaxtanq Qorq Aslan Aran hakiminin bacısı oğlu idi (Буачидзе 1983. 153). O Qorq Aslan ki, O.İ. Senkovski onu hansısa türk tayfasının başçısı adlandırır (Хантадзе 1970. 83). Aran hakiminin göndərdiyi 12 minlik qoşun olmasaydı, Qorq Aslan İberiya üzərində hakimiyyətini qura bilməzdi. Bu barədə nə qədər üzərində əl gəzdirilsə də, sonrakı gürcü salnamələrində bilgilər qalmaqdadır (Джуаншериани 1986. 63, 80). “Kartlis tsxovreba” da göstərilir ki, Aran Kartvellərin çarı idi. Aranın oğlu Azon Makedoniyalı İskəndərin vassalı kimi Metexdə çar oldu və İberiyanı 24 il idarə etdi (Картлис цховреба 1905.204; Мамулиа 1979.182). Azonın ölümündən sonra hakimiyyətə gələn Parnauz (Вермишев 1904. 102) Aran nəslinin Me-texdəki bütlərini sındırmadı. Öz bütlərinin yanında Aran nəslinin bütlərini saxladı. Bu o deməkdir ki, ölkədə müxtəlif etnosların konsolidasiyası nəticəsində yeni dövlət yarandı. Yeni dövlət ən güclünün mütləq ağa¬lığı ilə deyil, qohum və yad etnosların qardaşlaş-ması ilə quruldu (Мамулиа 1979. 176-179). Fikrimizcə, poemanın süjeti İran əfsanələrindən yox, iberlərlə qardaşlaşan, ortaq dövlət quran Aran nəslinin ağız ədəbiyyatından gəlmədir. Bunu duyan N.Y. Marr yazır ki, poema yalnız gürcülərin poetik dastanı deyil, çoxmillətli Gürcüstanın çoxdilli xalqla-rının ədəbi abidəsidir. Aran nəsli e. ö. III əsrin əvvəllərinə – İberiyada hakimiyyəti ələ alana qədər uzun bir alplıq və ərənlik yolu keçmişdir. Yəhudi tarixçisi İosif Flavi (I əsr) yazır ki, Aran İbrahim peyğəmbərin qardaşıdır. Onun qəbri Hələb ölkəsinin Ur şəhərində indiyəcən durur (Иосиф Флавий 52390.32-33). Bəzi tarixi mənbələrdə isə Aran İbrahim peyğəmbərin oğludur (Вигуру 1897. 474-475). Nəzərə alsaq ki, hər üç dinin müqəd¬dəs peyğəmbəri olan Avraham miladdan qabaq XIX əsrdə yaşamışdır, Aran nəslinin Ön Asiyanın ən qədim sakinlərindən biri olduğuna şübhə yeri qalmaz.
İlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposu
16 may 2019 /

İlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposu

Похожие новости

Tiflisin ərazi iddiası: Keşikçidağ kimindir? - Tarixi faktlar

Son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik sözügedən abidənin tarixi ilə

Qarabağın şöhrətli Aran nəsli

Ermənilər tarixi Qafqaz Albaniyasının şərq hissəsində yaradılmış mədəniyyətin onlara məxsus olduğunu iddia edirlər. Təəssüf ki, onların təsirinə düşən Qərb müəllifləri də yanlış olaraq bu fikri

Avropa atasını tanımır

İlhami CƏFƏRSOY ...Avropa nə yunan sözüdür, nə də latın. Bu barədə Bibliyada, qədim yunan və latın tarixçilərinin əsərlərində danılması mümkün olmayan bilgilər vardır. Avropa Alp Aranın qızının

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji

ELMAR HƏSƏNLİNİN TƏQDİMATINDAN... MESROP MAŞTOS ƏLİFBA YARATMAYIB

İlhami Cəfərsoy AMEA Dilçilik İnstitutu Qədim dillər və mədəniyyətlər şöbəsini müdiri, filologiya üzrə elmlər doktoru ...Ermənilərin iddialarına görə, Alban və erməni əlifbalarını Mesrop Maştos
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLARAzərbaycanın 15 general-polkovnikindən yalnız 1-i Qarabağ döyüşlərində iştirak edib - TAM SİYAHITəhsil Şöbəsinin müdiri işdən çıxarıldıOruc tutanlar mütləq oxusun! - Ac olanda bədəninizdə nə baş verir?II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı MəmmədRəsmi Bakı Aİ ilə aparılan danışıqların bəzi detallarını açıqladıLavrovun Dağlıq Qarabağ planları
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ