Etrusk dili

Etrusk dili
İlhami Cəfərsoy

Etrusk dilinə və yazılarına gəlincə, bu yazılar latın qrafikasına uyğun yazıl­dığından dünyanın müxtəlif dil ailələrinə məxsus olan bir çox dillərində, ən çox da Hind-Avropa dillərində, eyni müvəffəqiyyətlə oxunur.

Mənbələrdə bu xalqın 10 minə qədər kitabəsi olduğu, əlifbalarının oxun­ma­sın­da heç bir çətinliyə təsadüf edilmədiyi və bu əlifbanın qədim yunan yazısına çox oxşar olduğu qeyd olunmuşdur.

Etrusk dilinin hansı dil ailəsinə daxil olduğu haqqında da vahid bir fikir yoxdur. Bu problemlə dünyanın çoxlu görkəmli alimləri məşğul olmuşdur.
Bu dilin qədim Xett-luviy, bəziləri Hind-Avropa dillərinə yaxın olduğunu söyləyirlər. Bir çoxları isə etrusk dilinin Hind-Avropa dillərinə heç bir yaxınlığının olmadığını əsaslandırmış və bu dilin məlum olan heç bir dilə bənzəmədiyini qeyd etmişlər. İndiyə kimi 500-ə qədər sözün mənasını aydınlaşdırmaq mümkün olmuşdur.
Avropa tədqiqatçıları Toskanadan tapılan etrusk kitabələrinin dilini latın dilinin leksikası əsasında oxumağa çalışırdılar. Onlara cavab olaraq F.Sössür bildirdi ki, etruskların dilinin latın dili olmadığını anlamaq üçün həmin yazılardan dördcə sətir oxumaq lazımdır. (Соссюр – 1977, 260).

Semitoloqlar etrusk kitabələrini sami dillərinin köməyi ilə oxumağa çalışmışlar. Bu proses həm XIX, həm də XX əsrlər boyu davam etmişdir. Nəticə olaraq, G.L.Alont etrusk mətnlərində 20-30 sami mənşəli söz tapmışdır (Alont 2003, 18-49). Ancaq elm aləmində etruskların və samilərin dilinin qohum olması haqqında rəy yaranmamışdır. Etruskların əcdadları Kiçik Asiyada yaşayarkən semitlərlə təmasda olmuş, onların dillərindən müəyyən sözlər almışlar.

Macar alimlərinin fikrincə, tipoloji baxımdan etruskların dili qatışıq bir dil olmuşdur. Etrusk kitabələrində həm türk, həm də sami və ari mənşəli sözlər vardır (Alineyi 2003. 14-62).
Etrusk dili
N.Y.Marr yazır: Yafəs dillərinin çoxunda və türk dillərinin hamısında yerə yir, göyə gök, suya su, dəmirə tebir deyilirdi. Akademik Marr türk dillərinə dərindən bələd olsa da, iddia edir ki, həmin sözlər Yafəs dillərinə naməlum 3-cü bir dil qrupundan keçmişdir (Mapp 1920. 32-46).

Əslən karaim türklərindən olan R.İ. Şor 1931-ci ildə SSRİ Elmlər Aka­de­mi­ya­sının “Məruzələr”ində çap etdirdiyi “Yafəs-türk dil qarışmaları haqqında” əsə­rində göstərmişdir ki, semitoloqların Ön Asiyanın ölü dillərində 3-cü etnolinqvistik fak­tor adlandırdıqları naməlum faktor türk faktorudur (Шор 1920. с. 223-244).
Macarıstan, Türkiyə, Tatarıstan və Azərbaycan dilçiləri (M. Alineyi, A. Ayda, P. Kaya, M. Zəkiyev, F. Latıpov, Ç. Qaraşarlı, F. Cəlilov) etrusk kitabələrinin türk leksikasını kifayət qədər öyrənmiş, ancaq Ön Asiyada və Misirdə baş verən etnoloji proseslərə, türk etnoslarının həmin proseslərdə iştirakına lazımınca diqqət yetirməmişlər. Mir Zəkiyev Etrusk federasiyasını müxtəlif dilli xalqların - romanların, keltlərin, yunanların, slavyanların, germanların, baltların, uqro-finlərin və türklərin federasiyası hesab edir. Onun fikrincə, etrusk mətnlərinin oxunuşu zamanı yaranan çətinliklər də bununla bağlıdır. Çünki mətnlər müxtəlif dillərdə yazılmışdır. İllər uzunu müxtəlif alimlər bu mətnləri deşifrə edərkən, onları ayrı-ayrı dillərdə oxumuşlar. Etruskların mifologiyasına və dininə eyniadlı əsər həsr etmiş rus tədqiqatçısı A.E.Naqovitsin də etruskları sirli xalq adlandırır, “Onların dili məlum deyil, yazıları açılmamışdır”. Ona görə də, etruskların dili və etnogenezi belə dar yox, geniş aspektdə öyrənilməlidir. Bunun üçün, ilk növbədə, Urartu mixiyazılı abidələri yenidən tədqiq olunmalıdır. Çünki etrusklar Urartu dövlətinin dağıl­ma­sın­dan sonra bir toplum olaraq meydana çıxmışlar (Марр Н.Я. Из Пиринейской Гурии. Тифлис. 1927, 3-62). Troya müharibəsindən sonra – eradan öncə XII-XI əsrlərdə İtaliyaya köçənlər isə etruskların özü deyil, əcdadları olmuşdur.

Belə hesab edirəm ki, yaxın 5-6 ildə diqqəti son 200 ildə əldə olunan nailiyyətlərin öyrənilməsinə yönəltmək daha məqsədəuyğun olardı. Bizim universitetlərin yetişdirdiyi magistrlərlə belə mürəkkəb problemlərə girişmək mümkün deyil.
Etrusk dili
Başlanğıc üçün Peterburq və Kiyevin dilçiləri ilə qırılmış əlaqələr bərpa olunmalı, Ön Asiyanın ölü dillərinə aid son tədqiqat əsərləri Bakıya gətirilməlidir. Çünki son 20 ildə AMEA Mərkəzi Elmi Kitabxanasına xarici ölkələrdən jurnallar demək olar ki, daxil olmamışdır.

İlk növbədə Peterburqda akademik B.B.Piotrovskinin və İ.M.Diyakonovun fondunun surətini əldə etmək lazımdır. Həmin fondlarda Rusiya və Avropa alimlərinin qiymətli əsərləri toplanmışdır. Onların elektron variantlarının əldə edilməsi işimizə kömək edərdi.

İ.M.Diyakonovun fondunda Elam, Şumer, Likiya, Urartu, Palay və s. ölü dillərə aid alman, italyan, fransız alimlərinin qiymətli tədqiqat əsərləri vardır. “Elm Fondu”nun maliyyə dəstəyi ilə onları tərcümə etmək, geniş kommentariya ilə nəşr etdirmək lazımdır.

Son 20 ildə Ukrayna EA Əlyazmaları İnstitutunun əməkdaşları ölü dillərin öyrənilməsində xeyli irəliləyişə nail olmuşlar. Onları əldə etmək. «Схидный свет», «Языки древней Передней Азии», «Древние языки Анатолии» və başqa jurnallara abunə yazılmaq işimizdə dönüş yaradardı.
Etrusk dili
Avropa tədqiqatçılarının oxumağa çalış­dıq­ları etrusk yazılarının mənşəyi zamanəmizədək qaranlıq olaraq qalmışdır. Bunun səbəbi etrusk mətnlərinin dilinə açar ola biləcək qohum türk dillərinin sis­temli şəkildə müqayisəyə cəlb edilməməsi idi. Qərb dilçiləri yalnız bu dilin leksikasında və morfologiyasında cüzi yer tutan Qafqaz dillərinə və Kiçik Asiyanın hat, hurri və digər dillərinə xas olan elementlərə müəyyən aydınlıq gətirə bilmişlər. Müasir dövrdə etrusk dilinin tədqiqatçılarından biri də tanınmış alim V.V.İva­nov olmuşdur. Onun əsərlərində etrusk dili ilə qədim şərq dillərində, qədim Qaf­qaz dil­lə­rində olan qrammatik oxşarlıqlar araşdırılmışdır.
Etruskların dili haqqında ən yaxşı tədqiqat əsərlərini Türkiyə alimi Adilə Ayda yazmışdır. O ömrünün 50 ilini bu işə sərf etmiş və belə nəticəyə gəlmişdir ki, etruskların dili türk dilidir. Ancaq sonradan latın dilinin güclü asmilyasiyasına məruz qalmışdır.

Fikrimizcə, etruskların dili haqqında türk, macar və tatar alimlərinin fikirləri daha gerçəkliyə uyğundur. Ancaq İtaliyada yurd salmış bütün türk etnoslarını etrusk hesab etmək doğru deyil. Etrusklardan başqa Siciliya və Apenin yarmadalarında Egey, Er, İmir, Durna, Diri, Alban, Donay və b.onlarla türk etnos­ları yaşamış sonradan hind-ari mənşəli xalqlar arasında assimilyasiya olunmuşlar.
17 may 2019 /

Etrusk dili

Похожие новости

Xaçatur Abovyan: “Bizim dil ən azı 50 faiz türk sözlərindən ibarətdir…”

Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir” (Х.Абовян, Полное

AVROPA DİLLƏRİNİN KÖKÜ TÜRKCƏDİR

HASAN YAZICI Okutman, Sakarya Üniversitesi Devlet Konservatuarı, hyazici@sakarya.edu.tr İlk yazı şumerlər tərəfindən istifadə edildiyi bilinir. Lakin, Mirşana görə, yazı ilk növbədə türklər

AVROPA DİLLƏRİNİN KÖKÜ TÜRKCƏDİR

Hasan Yazıcı Pre-Turkish is the Origin of the European Languages Xülasə: Türk dili dünyanın ən qədim və ən çox danışılan dillərindən biridir. Qədimliyinin dərinliyi və yayğınlığı digər dillərlə

TANRININ TÜRKLƏRİ...

Kazım Mirşan "Mən Kazım Mirşan; Ulukem, Baykal, Lena, Altay, Talas, Monqolustan, Başqırdıstan, İskiteli, Val Camonica, Anadolu, İsveçrə, Etrüsk, Yunanıstan, Makedoniya, Fransa, Portuqaliya, Pra

ANATOLİY KLYOSOV: "YASAQ EDİLMİŞ TARİX"

Rus dilindən tərcüməsi Tariyel Azərtürkündür DNT-Genealogiya təliminin yaradııcısının dedikləri bizim "Türkün Qızıl Kitabı" İkicildliyində mixi yazılar əsasında ortaya çıxartdıqlarımız elmi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLARAzərbaycanın 15 general-polkovnikindən yalnız 1-i Qarabağ döyüşlərində iştirak edib - TAM SİYAHITəhsil Şöbəsinin müdiri işdən çıxarıldıOruc tutanlar mütləq oxusun! - Ac olanda bədəninizdə nə baş verir?II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı MəmmədRəsmi Bakı Aİ ilə aparılan danışıqların bəzi detallarını açıqladıLavrovun Dağlıq Qarabağ planları
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ