Qurban edilmiş Azadlığın nemətləri...

Qurban edilmiş Azadlığın nemətləri...
Xaqani Ədəboğlu

Bura Azərbaycandır. Dünyanın analoqsuz bütün işləri bu ölkədə baş verir. Məsələn, Bakıda kənd yumurtası, kənddə isə Bakı (Broyler də olar) yumurtası "bərk" gedir. Bu ölkədə bir toyuq belə icazəsiz yumurta verməz, amma yumurta tərs gələndə hər kəs öz xəbərsizliyini elan edər. Biz də deyərik ki, "Allah erməninin evini yıxsın". Səbbimiz alınar.

Erməni demişkən, yadıma Paşinyan Şuşada "Yallı" gedib, Laçında şərab içməsi düşər, bizim batmış bir Lazımımız var, ayın-oyun alıb onun gəlməsini gözləyərik. Ha Lazım gələsi, əsləhəsini götürəsi, gedib Qarabağı alasıydı. Yazıq köçkünümüz bilmir ki, mətbəxinə qoyulası, amma qoyulmayan mətbəx mebelinin davasını çəksin, yoxsa Yurdunun davasını eləsin. Gözlərini döyməkdən ləlöyün olub. Gedib Qarabağın xarabalığında "kuxna" tikəsi deyil ki?

Bizə Vətən əvəzinə iki-üç otaqlı mənzil verin yetər! 40 il də gözləsək, yataqxana-yataqxana çürüsək də Musa peyğəmbər gələsi deyil. Çünki bir yəhudi aforizmində deyilir ki, Musa yəhudiləri 40 il gəzdirəndən sonra Yaxın Şərqdə neft olmayan vəd olunmuş torpaqları tapdı. Bizim ölkədə isə neft çıxır. Neftimiz olmasaydı həzrəti Musa olmasa da, heç olmasa bir həzrəti Lazım ortaya çıxarardıq. O da qismət deyilmişik.

Amma baxanda neft də bir bəhanədi. Norveçdə də neft çıxır, hələ Qatar deyilən cırtdan bir dövlətdə də. Deyək ki, norveç Avropadadır. Bu Qatar adlanan dövlətdə 35 ildi ki, neft tapılıb. Bu 35 ildə bir bədəvi ərəb öz xalqını və ölkəsini dünyanın ən varlı ölkəsinə çevirib. Bizdə isə neft deyə, 216 ildi ki, bu məmləkətin ciyərini çıxarırıq. Üstəlik, qızıl, mis, dəmir, civə, Mendeleyevin bütün qeyri kimyəvi elementləri çıxarmaqdayıq, amma özümüzə bir bədəvi lider tapıb ortaya çıxara bilməmişik ki, biz də adam oğlu adam kimi yaşaya bilək.

Əsrin əvvəllərində lampaya tökməyə kerosin, bu gün də maşına tökməyə benzindən korluq çəkirik. Ötən əsrdə Bakı nefti hesabına erməni Montaşovun Gürcüstanda tikdirdiyi kilsələrə, bu gün pulsuz qaz da veririk. Biz heç dəyişmədik ki? Ağıllı pullar, heç zaman bizdə ağıllı adamlara yoldaş olmadı. Bəlkə də axtarıb tapmadı. Çünki biz beləyik, vəssalam.

Amma hərdən bəlalarımızı düşünəndə bir dostumun haqlı olaraq erməni əsilli məmurların xalqa düşmən kimi münasibət bəsləməsi barədə dediklərini düşünürəm. Biz niyə öz yarım ermənilərimizi, bu tam ermənilərin qarşısına çıxarıb bir yoxlamırıq? Qoy bizim ermənilər, onların erməniləriylə bir döşləşsinlər. Yeyib- içib şenlənirlər. Hesabatı da Ara Abramyana verirlər. Yəni bunların atalarının bu adamların üzərində, heçmi zəhmətləri olmayıb? Bu heç. Bəs bu varından barındıqları ölkəni dayıya satmaqla nə əldə edəcəklərini heç düşünüblərmi? Yəni bizim ermənilər gedib bizim olmayan ermənilərə uduzsalar hərbi doktorinamıza yenidən baxmalı olacağıq.

Saklar Azərbaycandan 28 il sonra öz ölkələrinə qayıdanda "kor oğulları" onları öz məmləkətlərinə buraxmadılar. Günlərlə dirənişdən sonra sak türklərinin ağsaqqalı, bu qullardan törəyənlərə qılınc göstərməyin yanlış olduğunu və onlara qamçı göstərməyin vacib olduğunu məsləhət bilir. Sak ordusu ağsaqqalın dediyi kimi dirəniş göstərən tərəfə qamçı göstərərək gedirlər və o döyüşən qullar ağalarının gəldiyini anlayıb təzim edirlər. Biz də azğın kişilərimizdən döllənmiş "Haykanuşun biclərinə" qamçı göstərməyimizin zamanıdır. Laçının, Şuşanın işğalı 28-ci yaşına qədəm qoyur...

Dərdli deyingən olar. Bu məmləkətin dərdi özündən ağırdır. Qurban edilmiş Azadlığın Nemətləri ortaya bir Azərbaycan Xaos Hərəkatı atıb. Güya Xaos Cəbhəsindən bay olmuşduq, qalmışdı qalanı. Özbəkistanın milli azadlıq hərəkatının və Tacikistan Qurtuluş hərəkatının liderləri yenə denominasiyaya uğramış əski əskinaslar kimi özlərini siyasi "tədavülə" soxuşdurmaq istəyirlər. Bu zavallılar anlamırlar ki, belə "pullar" Sahil bağında kolleksiya yığanların yanında urvatlı ola bilərlər. Hələ bir Azadlığın nakam neməti düşünür ki, yenə milyonlar onun əlinin işarəsiylə oturub durmaq idmanı edəcək. Binəva bu illər ərzində anlamayıb ki, milyonu meydana yığanlar elə bu gün də o milyonları o meydana yığa bilərlər. İnternet boyu didişən bu adamların DE-BAT adıyla batdıqları acınacaqlı durumları görəndə düşünürəm ki, bunları eyni qəbristanlıqda basdırsalar. qəbristanlıq "ayaq açıb" sürüşər. Bu SSRİ dağıdanlar bu gün nəyi dağıtmaq istəyirlər? Yoxsa Qarabağımı alacaqlar?

Əlbəttə yox! Bizə Qarabağ lazımdırmı? Görürsən ki, yenə də Lazım. Hara çevirsək ortaya bir Lazım çıxar. Mamedyarov neyləsin xaricdə yarım saata erməni jurnalisti başa salır, amma Azərbaycanda 15 ildi jurnalist cəhənnəmə, heç bir köçkünü də başa sala bilməyib. Ona görə də erməni Zöhrab Mnasakanyanı görəndə çiçəyi çırtlayır. Çünki bizim xarici işlər nazirini, deyəsən təkcə ermənilər yaxşı başa düşürlər.

Bir də görürsən köçkünlü, qaçqınlı, elli-obalı millət bir birinə dəyir ki, "Makedon dava edəcək", yəni görüşəcəklər. Guya 25 ildi ki, tərəflər özgə işlə məşğul olurlarmış? Sonuncu dəfə bir qonşum bağrı yarıla-yarıla soruşdu ki, bəs Zöhrabla Elmar görüşəcəklər. Görəsən nəticə olacaqmı? Dedim ki, qonşu, narahat olma, onlar görüşmürlər ki, problemi həll etsinlər. Görüşürlər ki, növbəti görüşün vaxtını və yerini dəqiqləşdirsinlər. Bu imitasiyalar üç bacılara da, ermənilərə də sərf eləyir, Bizimkilər barədə heç nə deyə bilmərəm. Dövlət sirridir.

Yaxşı yadıma düşdü. Deyirlər ki, Yazıçılar Birliyi daha yazmağı tərgidib striptizlə məşğul olmağa başlayıb. Çox alqışlanası qərardır. Faiqin reytinqi Anarın reytinqindən üstün oma səbəbi elə striptizdi. Çox zamanında alınmış qərardır. Onsuz da bu millət 10 ildi oxumağı tərgidib...

Dostum Orxan demişkən "obedə" çıxıb gəlirəm...
18 may 2019 /

Qurban edilmiş Azadlığın nemətləri...

Похожие новости

“... Paxıllıq bizi məhv edəcək” – Mübariz Mənsimov

Mübariz Mənsimov “Palmali” Şirkətlər Qrupunun prezidenti Son zamanlar gördüklərim və eşitdiklərim məni çox düşündürür. Və hər dəfəsində niyə, nədən sualı qarşıma çıxır. Baxıram iş toplantılarına

QOTUR EŞŞƏKLƏRƏ YAYLAQ OLAN, MƏMLƏKƏTİM!

Xaqani Ədəboğlu Neftimiz var, qazımız var, qızılımız var, kürümüz var, dənizimiz, meşələrimiz, dağlarımız...var, həm də bizim erməni adlı düşmənimizdən başqa heç nəyimiz yoxdur. Oda kasıb-kusubun

Yarım kilo QOZUNA, bir kilo ALMA qat getsin...

Xaqani Ədəboğlu Maraqlı bir ölkədə yaşayırıq. Desən ki, Filankəsoğlu Filanşüdə rüşvət alır, üzünə durub səni tutdurar. Desən ki, Filankəsoğlu Filanşüdə rüşvət-zad almır, çooox təmiz adamdır, yenə də

TƏRSA BALASI ZARANIN ADINI TƏRSƏ OXUSAN DALINDAN ARAZ ÇIXAR...

Xaqani Ədəboğlu AVMVİB Mətbuat Xidmətinin rəhbəri Emin Ağalarovun atasının adı da Arazdır və "yumurtadan yun qırxmaq" sənətinin sirlərini oğlu Eminə heç də pis öyrətməyib. Araşdırmalardan aydın

KOMMUNİSTLƏRİMİZİN "KOOPİTALİZM" QURUCULUĞU

Xaqani Ədəboğlu Bu dəfəki "quşu" - kəndlilərdən vergi almaqla əski (cındır yox ha, yəni köhnə) kommunistlərimizdən olan Ziyad Səmədzadə uçurtdu. Bunları qınamaq da olmur. Çunki Sovet hökuməti bu
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Türkiyədə yeraltı şəhər tapılıb"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol PaşinyanErmənilər bu kəndimizə od vurublar – SON DƏQİQƏSaakaşvili tərəfdarlarına səsləndi: “Biz ancaq hücum etməliyik”Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDIDirektor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTTürkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi -FOTO“Keşikçidağ” Azərbaycanın ayrılmaz tərkib hissəsidirƏlilliyi olan şəxslər üçün daha bir imkanSon 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıbABŞ-da ən güclü qeyri-nüvə bombaların sınağı keçirildi-VİDEO“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”-VİDEO27 İLLİK LAÇINSIZLIQ DƏRDİ...KEÇMİŞ DÖYÜŞÇÜLƏR LAÇINI ANDILARKöçəryan girov müqabilində evə buraxılıbPrezident bu icra başçılarını İŞDƏN ÇIXARDIQurban edilmiş Azadlığın nemətləri...27 illik Laçın həsrəti...Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏSeparatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/AnalizTürk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: "Nüvə silahlarımızı hazırlayırıq"KİTAB TƏQDİMATI KEÇİRİLDİTƏBRİK: KƏNAN BAYRAMZADƏUkraynada Azərbaycan diaspora təşkilatlarının birləşməsi təşəbbüsü ölümlə nəticələndi - FOTOLARAzərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin qatili - Misak TorlakyanHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdiXURAFATErməni baş nazirin anti-Amerika çıxışları ABŞ-ı narazı salıbOrdumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə hərəkətə keçir - TƏLİMMarkesin son məktubuEtrusk diliPaşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurduİlham Əliyev Pirallahıda şpris istehsalı zavodunun açılışındaTƏBRİK: FƏRƏC FƏRƏCOV - 60AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİNDƏErmənistan prezidenti Paşinyana qarşı - Münasibətlər gərginləşirİlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış olduİlhami Cəfərsoy. Bars dərisi geymiş koma: Aran eposuAzərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdiCəbhədə vəziyyət gərginləşib – Müdafiə Nazirliyi məlumat yaydıƏliyevin də olduğu şəkildə Paşinyan hara yoxa çıxdı?ŞƏHİD POLAD ƏRƏBOVUN ANIM GÜNÜDÜRƏlillik dərəcələrində dəyişiklik olacaqQablaşdırılmış sular bəşəriyyətin ən böyük fırıldağıdırErmənistanın Baş naziri Radio Günündə İctimai Radionun qapısını təmir edibTəhsil naziri bu rayonların vətəndaşların qəbul edəcəkBİZ ONLARA "ÜZÜK" (Кольцо) VERDİK, ONLAR BİZƏ "DAĞLARDA TOY" (Свадьбу в горах) ELƏDİLƏRAVMVİB-DƏ YENİ TƏYİNATlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi - FOTOLARHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdiAVMVİB MÜHARİBƏ VETERANLARINI TƏLTİF ETDİDaha bir erməni serjantı cəhənnəmə yolçu edildiTürkiyədə fəaliyyət göstərən erməni məktəblərinin siyahısı açıqlanıb -VİDEOİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirdilər“Şollerin arxivi” film ABŞ-ın Baptist Fellowship kilsəsində nümayiş etdilibGürcülər Bakının mərkəzində meydan oxuduAVMVİB NƏSİMİ RAYON ŞÖBƏSİNDƏAVMVİB TOVUZ RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİAVMVİB NƏRİMANOV ŞÖBƏSİNDƏRusiya bayrağını tapdayan erməni qubernator olduİlham Əliyevin köməkçisi mükafatlandırılıbİlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər“Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq”-VİDEOUSQ (ВСУ) Donbassda yeni ərazilər azad etdi - VİDEODAHA BİR SEPARATÇI ÜNSÜR GƏBƏRDİ - VƏKİL MUSTAFAYEV - VİDEOAğdərəli müharibə veteranları təltif edildilərAZƏRBAYCAN SUSUR : SEPARATÇILAR İSƏ FUTBOL YARIŞINA HAZIRLAŞIR...BAŞSAĞLIĞIİSRAİL Müdafiə Nazirinin KEÇMİŞ MÜAVİNİNDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ ...NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİ: BU DƏFƏ RF DUMASI DEPUTATINA QARŞIİlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdüSaakaşvilidən Azərbaycana dəstək: Gürcü hakimiyyətini tənqid etdiQarabağa səfər edən Paşinyanı niyə "Qara siyahı"ya salmırıq? - XİN-dən AÇIQLAMAAzərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşübŞuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDIMoskva Paşinyanın qarşısında yeni işğal hədəfləri qoyubABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərikErmənilərdən sensasiyalı AÇIQLAMA: "Aprel döyüşləri"nin əsl məqsədi...Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edirQARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140ATMACA: Paşinyan Cıdır düzündə, bizimkilər isə "Cıdır düzündə"...AVMVİB Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edibSarkisyan: "Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət kömək etdi"AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ: Pirşağı Şəhidlər bulağıDini kitabda peyğəmbərlərlə bağlı DƏHŞƏTƏ DÜŞƏCƏYİNİZ FAKTLARNizaminin bəhs etdiyi Ərmən ölkəsi haradır?ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdürPAŞİNYAN CIDIR DÜZÜNDƏ YALLI GEDİR, MAMEDYAROV BAKIDAN BƏYANAT VERİR...VİDEOZurabişvili fitə basıldı: Satqın, qul...YAP-çı deputat həmkarını QINADIİ. Əliyev: "Pensiyaları, maaşları, sosial müavinətləri artıraq"...AVMVİB Hacıqabul rayon şöbəsi 9 May günüylə bağlı tədbir keçirdiAVMVIB GÖYGÖL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİErməni nazir danışıqların mühüm detalını açıqladıXalq artisti Arif Məlikov dəfn edildiTƏQÜDÇÜLƏRƏ HESABLANMIŞ MƏBLƏĞLƏR NECƏ VERİLƏCƏK?Faşizmin “yeni Ermənistan” yaratmaq xülyasıStronski Paşinyanın yalanlarını FAKTLARLA ifşa etdi – FOTOLAR
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ