Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏT

Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏT

Qazax rayonunda bir qrup müəllim Uşaq Gənclər Mərkəzinin (UGM) direktoru Rəhimova Gövhər Pesi qızının əməllərindən şikayət ediblər.

Onların sözlərinə görə, direktor müəllimlərdən aylıq rüşvət alır və vəzifə səlahiyyətlərini aşaraq onları təhqir edir.

Fedai.az xəbər verir ki,Yenicag.az-a danışan müəllimlər bildirib ki, bununla bağlı prokurorluq orqanlarına və icra hakimiyyətinə şikayət ediblər, ancaq məsələyə səthi yanaşılıb. Ona görə də məsələni mətbuatda işıqlandırmağa qərar veriblər.

UGM-nin direktorundan şikayət edən müəllimlər Yusifova Xanım Şükür qızı, Əmirxanova İsafət Fərhad qızı, Mustafayeva Kəsirə Camal qızı və Bayramova Xatın Paşa qızıdır.

Müəllimlərin sözlərinə görə, Qazax rayon UGM-nin direktoru Gövhər Pesi qızı Rəhimova müəllimlərdən aylıq rüşvət alır:

“Direktor Nazirliyin və yerli icra hakimiyyətinin adından istifadə edərək müəllimlərin hər birindən aylıq rüşvət alır. Vəzifəsindən süi-istifadə edərək qanunsuzluqlar edir. O, bizdən-işçilərin 90 faiz hissəsindən zorla, hədə-qorxu altında aylıq 20 manat pul alır. Bu pulu verməkdən imtina etdikdə, söyüb təhqir edir və işdən çıxaracağı ilə hədələyir. Bundan başqa, Rəhimova müəllimlərin dərs bölgüsündə də qanunvericiliyin tələblərini bilərəkdən pozaraq, ona aylıq haqq verən, rüşvət verən şəxslərə, onun böhtanlarını təsdiq edən müəllimlərə əlavə dərs saatları yazır və həmin pulu da özləri bildiyi kimi haqq-hesab edirlər. Biz bu barədə prokurorluğa və digər orqanlara şikayət edəcəyimizi bildirdikdə bizə dedi ki, “hara istəyirsiniz, ora da şikayət edin. Kimdir sizə inanan? Hamısı mənim yaxınlarımdır, bir zənglə həll edəcəyəm”. Bəli, elə belə də oldu”.

Müəllimlər bildirib ki, məsələ ilə bağlı çox sayda şikayət ediblər:

“Ölkə rəhbərliyi bu qanunsuzluqları görsün, xəbərdar olsun, hüquqlarımız müdafiə olunsun deyə çoxsaylı şikayətlər etdik. Şikayətlərimiz araşdırılması üçün həm Qazax rayon İcra Hakimiyyətinə, həm də Qazax rayon Prokurorluğuna göndərildi. İcra hakimiyyəti də araşdırmaq üçün işi Qazax rayon Prokurorluğuna göndərdi. Biz gedib müstəntiqin təkidi ilə yarı onun sözləri ilə izahatlarımızı yazdıq. Biz 4 nəfər müəllimə direktorun aylıq hədə-qorxu ilə rüşvət tələb edib aldığını, dərs bölgüsündə öz marağı daxilində qanunsuzluqlar etdiyini, digər cinayətlərini çoxsaylı təsir və təzyiqlərə baxmayaraq, qeyd etməyə müvəffəq olduq.

Bundan sonra G.Rəhimova öz “vəzifəli müdafiəçi”lərinə arxalanaraq, bizi təhqir edib, idarədə və küçədə, məktəbin qarşısında biabır etdi, hətta bu da azmış kimi İsafət Əmirxanovanın barəsində onu döyməsi ittihamı ilə Qazax rayon Polis Şöbəsinə şikayət etdi. İşçilərini də təsir altında şahid tutdu. Sonra isə belə bir hal olmaması barədə izahat yazıb, işi bağlatdı. Səbəb isə bizim gözümüzü qorxutmaq və bu hərəkəti ilə bizə istədiyi vaxt, istədiyi hər şeyi edə biləcəyini və bunun üçün dövlət orqanlarından istədiyi kimi istifadə edə biləcəyini göstərmək idi.

Gövhər Rəhimovanın digər saxtakarlıqlarından biri də odur ki, işlədiyimiz Mərkəzin şagirdləri adından guya rəsmlər çəkib, sərgi keçirtdirib. Halbuki, həmin rəsmləri çəkdirmək üçün Gövhər Rəhimova rəssamlara pul verib, rəsmləri çəkdirmək üçün bizdən əlavə pullar alıb”.

Müəllimlər məsələ ilə bağlı ölkə rəhbərliyinə də səsləniblər:

“Qazax rayon Prokurorluğuna direktorun bizdən rüşvət almasını və həmin pulu “yuxarı” orqanlara verməsini təsdiq edən səsyazısını da təqdim etdik. Ancaq nə olsun ki, prokurorluq da onun bizə əvvəlcədən dediyi kimi hərəkət edərək, heç bir qanuni tədbir görmədi və hələ də bizə heç bir cavab verməyib. Prokurorluq işi tam səthi, qərəzli, birtərəfli qaydada, onlara nüfuz edə biləcək şəxslərin xeyrinə, haqq-ədalətin, qanunçuluğun tam əksinə araşdırdı və qanunsuzluq etdi. Biz Dövlətimizin onurğa və güc strukturu kimi prokurorluq orqanına güvənsək də, güvənimiz puça çıxdı. Son çarə olaraq Azərbaycan Dövlətinin Başçısı İlham Əliyev cənablarından, Birinci Vitse Prezidentimiz və hamımızın güvən yeri olan Mehriban xanım Əliyevadan imdad diləyirik. Bizim bu haqq işimizdə təqsirkarların qanuni şəkildə cəzalarını almasını, qanun qarşısında cavab vermələrini, bizə köməklik etməyinizi və təhlükəsizliyimizi qorumağınızı xahiş edirik”.

Qeyd edək ki, prokurorluğa təqdim olunan səs yazıları redaksiyamıza da təqdim olunub.
20 may 2019 /

Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏT

Похожие новости

Məktəb direktorlarının maaşı artırılıb

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb. Fedai.az

18 ilin müəllimi Ceyhun Bayramovdan kömək istədi - Təhsil Şöbəsindən ŞİKAYƏT (FOTO)

"Həyat yoldaşım, ibtidai sinif müəllimi olan Nigar Hacıyevaya qarşı Ağdam Rayon Təhsil Şöbəsi haqsızlıq etdiyi üçün aidiyyatı dövlət qurumlarından kömək istəyirəm". Fedai.az xəbər verir ki,bu

Biləsuvar müəllimləri ölkə başçısına müraciət ediblər

Biləsuvar müəllimlərindən ölkə başçısına şok müraciət: “Bizdən məcburi pul yığırlar” Biləsuvar rayonunda abadlıq işləri üçün müəllimlərdən pul yığmağa başlayıblar. Bu barədə müəllimlərin bir qrupu

Direktor sinif otağını özünə istirahət otağı etdib

Paytaxt Bakıda istifadəsi yararsız olan məktəb binalarının yenidən təmir edilməsi, yeni sinif otaqlarının şagirdlərin ixtiyarına verilməsi son 10 ildə dövlətin apardığı əsas təhsil siyasətinin bir

Müəllimlər direktorun əməllərindən dövlət başçısına şikayət etdilər

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin müəllimləri sözügedən təhsil ocağının direktoru Leyla İsmayılovadan narazıdırlar. Fedai.az yenicag.az-a istinadən xəbər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ