Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı



















Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı bəzi əhvalat və faktlar...

Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə. Hətta dəfələrlə ona üz vuranlara belə.
***
Evdə xasiyyəti sərt olub. Lakin bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona anladırmış.
***
Xalq şairi Qabil təzə “Moskviç” alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir:
- İsa, evdən soruşsalar, deyərsən, Qabilin maşınına mindi. Gəlməsəm, narahat olmasınlar.
***
Xalq yazıçısı İsa Muğanna həyat yoldaşı Füruzə xanımla xalauşağı olub. Ancaq onların ailə qurmasında İsmayıl Şıxlının rolu olub. İsmayıl Şıxlı əsgərlikdən gələndə Füruzə 10-cu sinifdə oxuyurdu və İsmayıl müəllim ona dərs deyirdi. Hər ikisini yaxından tanıyan İsmayıl müəllim onların bir yerdə xoşbəxt olacağını bilirdi.
***
İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.
***
Çoxu elə bilir ki, İsmayıl Şıxlının övladları, xüsusən Elçin Şıxlı orta məktəbi rus dilində oxuyub. Hətta buna görə İsmayıl müəllimə irad bildirənlər də olub. Ancaq belə deyil. Elçinin sadəcə dayəsi Tyotya Matilda rus olub. Volqaboyu qaçqınlarından imiş. Elçin valideynləri ilə azərbaycanca, Tyotya Matilda ilə rusca danışırmış.
***
Elçin Şıxlı yaradıcılıq evlərinin birində tanış olduğu rus qızı ilə evlənmək istəyirmiş. İsmayıl Şıxlı onun qərarında qəti olduğunu görüb sakit səslə deyir: “Özün bilərsən, həyat sənindi, amma əgər o qızla evlənsən, bir daha mən olan evə ayaq qoymayacaqsan!”
Bundan sonra Elçin Şıxlı fikrindən daşınır.
Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı





























***
Qəribədir ki, “Urus Əhməd” İsmayıl Şıxlının “Dəli Kür” romanının sevimli obrazı idi. Cahandar ağanın qızı da ona vurulmuşdu. Amma həyatda...
***
Həyat yoldaşını düz 7 il ona verməyiblər. Baxmayaraq ki, qohumdurlar. Nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar.
***
İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.
***

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı
























İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.
***
Səməd Vurğun öz yerində, Süleyman Rüstəmi də şair kimi çox sevib. Onun ölüm xəbəri gələndə Neftçalada imiş. Adamlardan aralanıb və eyvana çıxaraq ağlayıb.
***
Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü.”

Bir tələbəsi ona dəlicəsinə vurulmuşdu. Həyat yoldaşı da bilirdi.
***
Şəkər xəstəliyindən gözləri tutulub, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib. Həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm.”
***
Vəsiyyət etməyib, amma övladlarına ilk və son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!” (Kulis.az)
23 may 2019 /

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı

Похожие новости

GÜRCÜSTAN HÜQUQ EKSPERTİMİZ HAQQINDA CİNAYƏT İŞİ QALDIRIR

Son aylar ərzində strateji tərəfdaşımız olan Gürcüstandan anti Azərbaycan xarakterli addımların sayı artmaqdadır. Aldığımız məlumata görə bu günlərdə erməni tərəfinin iddiaları əsasında tanınmış

TƏBRİK: İSMAYIL BABAYEV - 65

AVMVİB Quba rayon şöbəsinin sədri, müharibə veteranı İsmayıl Babayevin ad günüdür. AVMVİB Quba rayon şöbəsinin sədri İsmayıl Babayev fəal veteranımızdır. Təşkilatın ictimai həyatında öz dəsti-xətti

ƏSL ERMƏNİ XARAKTERLİ YAZIÇI LYUBİK ÇİBUXÇYAN

(Onun yeganə xobbisi Elnarə xanımın muğamları olub) 170-dən çox kitabın müəllifi L.Çibuxçyan vaxtilə Ermənistanda bütün titullara malik olan yayzıçılardan biri olub. Hətta V. Putin haqqında da kitab

ZİYALI ETİRAZI: "Tələsmə, torpaqlarımızı yaxın vaxtlara azad edəcəyik"

İlham İsmayıl Bu etirazçını şəxsən tanımıram. Bu kişi ürəyinin hökmü ilə gəlib, içindəki vətən, torpaq sevgisi ilə gəlib XİN qarşısında şüar qaldırıb ki, düşmənə müharibə elan edin. Bu kişi vətən

TƏBRİK: İSMAYIL RÜSTƏMLİ - 48

AVMVİB Bərdə rayon şöbəsinin sədri, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, müharibə veteranı İsmayıl Rüstəmlinin 48 yaşı tamam olur. Bu münasibətlə İsmayıl Rüstəmlini təbrik edir, uzun ömür
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ