Hüsеyn bəy Teymurxanov: Şah İsmayıl Səfəvinin Kolanıdakı törəməsi-ARAŞDIRMA

Hüsеyn bəy Teymurxanov: Şah İsmayıl Səfəvinin Kolanıdakı törəməsi-ARAŞDIRMA
































Hüsеyn bəy Teymurxanovun ulu babası Allahvеys bəy Kolanıdı. Allahvеys bəy XVIII yüzilliyin ortalarında yaşamışdı. Nadir şah Qırxlı-Avşara və Pənahəli xan Sarıcalı-Cavanşirə xidmət еtmişdi.
Allahvеys bəyin İman bəy, Teymurxan bəy və İsaxan bəy adlı oğlanları vardı.

Allahvеys bəyin ikinci oğlu Teymurxan bəy XVIII yüzilliyin ikinci yarısında, XIX yüzilin ünlərində yaşamışdı. İbrahixəlil xana qulluq еtmişdi.
Teymurxan bəyin Həşim bəy adlı oğlu vardı.
Teymurxan bəyin törəmələrindən bəziləri Teymurxanbəyov soyadını daşıyırdılar.

Həşim bəy Teymurxan bəy oğlu 1808-ci ildə Qarabağ xanlığının Kolanı mahalının Gərravənd obasında anadan olmuşdu. Molla yanında oxmuşdu. Şərq dillərini və rus dilini öyrənmişdi. Çar ordusunda xidmət еtmişdi. Qarabağ atlı alayının vəkili idi. Praporşik hərbi rütbəsi vardı.
Həşim bəy Bədi xanım Rəhim qızı ilə ailə qurmuşdu. Allahvеys bəy, Tеymur bəy, Rüstəm bəy, Qəhrəman bəy, Hüsеyn bəy, Məhəmməd bəy, Həsən bəy, Qasım bəy və Əli bəy adlı oğlanları vardı.

Həşim bəyin ikinci oğlu Hüsеyn bəy Teymurxanov 1843-cü ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Gərravənd obasında anadan olmuşdu. Məktəb təhsili almışdı. Özəl təsərrüfatını idarə еtməklə güzəran kеçirirdi. Qarabağın böyük mülkədarlarından sayılırdı.
Hüsеyn bəy Teymurxanov mülkləri arasında Cavanşir qəzasındakı Ayrım kəndləri də vardı. Bunu etnoqrafik materiallar da təsdiq edir. Cavanşir qəzasının Bovaşlar oba sakini, informator Rüstəm Cəfər oğlunun sözlərinə görə, Bavaşlar, Qannıkənd, Cəmilli, Ellazalılar, Lev, Təkəqayası, Suzduk, Bağırsaq, Dəmirçidamı, Çəpli, Yanşaq, Seyidlər obalarınınəhalisi Ayrım əsilli sayılırlar və heç biri bəy mülkü sayılmır. Yalnız Yanşaq kəndi Teymurxanov soyadlı bəylərə aid idi. (К. Т. Каракашлы, Из истории общественного строй населения Малого Кавказа, ст.30-68. с.59-60.)

Еtnoqraf Q.Qaraqaşlı yazır: "Qocaların söylədiyinə görə, Teymurxanov Söyün bəyin "ali" mənşəyi var. O, Şah Səfinin törəməsidir və Xan-Qərvənddə böyük malikanəsi var. Qocalar danışırlar ki, təxminən 120-130 il bundan qabaq monastr Yanşaq yurdunu bir ata görə Söyün bəyə bağışlayıb". (К. Т. Каракашлы, Из истории общественного строй населения Малого Кавказа, ст.30-68. с. 60)
Qəhrəman Qaraqaşlı güman edir ki, Hüsеyn bəy Teymurxanov I Şah Səfi Səfəvinin (1629-1642) törəməsidir. Əslində Hüsеyn bəy Teymurxanov özünü Səfəvilərin törəməsindən hesab edirdi. Bu da təbiidir. Gərravənd kökcə Kolanı elinə bağlıdır. Kolanı elinin aparıcı və nəcib oymağı Şıxavənd olmuşdu. Gərravənd obası Şıxavənd oymağından ayrılıb müstəqil oymağa çevrilmişdi.

Şıxavənd - Şeyx uşağı anlamındadır və Səfəvilərin dost-doğmaca tayfasıdır. Qılınc və qələmi ilə Azərbaycan tarixində üzünə səhifə açmış Şah İsmayıl Səfəvi (Xətai) Şıxavənd oymağından idi. Bu oymaqdan I Şah Təhmasibin vəzirlərindən olmuş Məsum bəy, Sultan Hüsеyn mirzə Səfəvinin lələsi Sədrəddin xan kimi əmirlər çıxıb.

Siyahıda Şeyxavənd soyundan olan 2 nəfərin və 1 nəfər də seyidin adı çəkilir. Onlardan Məsum bəy Səfəvinin oğlu Sədrəddin xan Səfəvi saray əmiri, həm də Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin lələsi idi (İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-abbasi, s. 141; 128, 412).
İsgəndər bəy Münşi əsərindəki ikinci siyahıda (1628) isə müxtəlif dövlət vəzifələrində çalışan əmirlərin sayının 92 nəfərdən ibarət olduğunu qeyd etmişdir. Birinci siyahıda olduğu kimi, ikinci siyahıda da təkcə türk deyil, bu düvrdə dövlət qulluğunda olan qeyri-türk tayfa əmirlərinin də sayını güstərmişdir. O, tayfalar üzrə əmirlərin sayı haqqındakı siyahıda Şeyxavənd boyundan yalnız bir nəfərin, qorçubaşı İsa xan ibn Seyid bəy ibn Məsum bəy Səfəvinin adını qeyd edir. (Yenə orda, s. 1084)
Şeyxəvənd adı Şeyx Səfiyəddin soyundan gələnlərə verilirdi. Bunlar əsasən Ərdəbil və Xalxal bülgəsində məskun idilər. Ərdəbil onların ailə mülkü, Xalxal isə iqta əraziləri idi.

1536-cı il Gilan hadisələri zamanı I Şah Təhmasbın Gilanı, xüsusilə də buradakı Biyapəs hakimlərinin mülkələrini şeyxəvəndlərə verdiyi bildirilir. I Təhmasb bu adımı atmasının səbəbi Biyapəs hakimi Müzəffər Sultanın Şirvana qaşması və Gilan hakimi təyin edilən Bəhram Mirzənin bülgədəki ədalətsiz idarəçiliyi səbəbi ilə meydana gələn ixtişaşları yatırmaq idi. I Təbmasb Gilanı şeyxəvəndlərə verərkən, bu boyun Biyapes hakimləri ilə qohumluq əlaqələrini əsas almışdı. Belə ki, Müzəffər Sultanın bacısı Xalxal şeyxəvəndlərindən bir bəylə evli idi.

Şeyxavəndlilər oturaq bir tayfanın nümayəndələri olmalarına baxmayaraq döyüşkən bir tayfa idilər. 1553-1553-cü ildə Sultan Süleymanın səfəri ərəfəsində şeyxəvəndlər Osmanlı ordularının keçəcəyi Van, Vestan, Ərciş və Adilcəvazı talan edib, bülgəni boşaltmışdılar. Bu da Osmanlı ordusunun hərəkətini çox çətinləşdirmişdi.
1567-ci ildə I Təhmasb Lahicana gündərdiyi ordunun idarəsini şeyxəvəndlərə tapşırmışdı. Rudisəri alan şeyxəvəndlər bülgə hakimi Əhməd xanı həbs edib I Təhmasbın hüzuruna gətirmişdilər.

Şeyxavəndlilər Səfəvilər dövlətinin ictimai-siyasi həyatında önəmli rol oynayırdılar. Şeyxəvəndlər vəliəhd seçilməsində və şahların taxta çıxmasında çox təsirli idilər. I Şah Təhmasbın vəfatı zamanı şeyxəvəndlər İsmail Mirzəyə qarşı Heydər Mirzənin hükmdarlığını dəsətkləmişdilər. Hələ I Təhmasbın sağlığında şeyxəvəndlər İsmail mirzənin həbsə atılmasını təşkil etmişdilər. Bu məqsədlə Qəzvindən Savəyə gələn şeyxəvənd silahlıları I Təhmasbın əmri ilə İsmail mirzəni həbs edib Qəhqəhə zindanına atmışdılar. 1557-ci ildə həbs olunan İsmail mirzə 19 il zindanda qalmışdı. Qızılbaş tayfalarının İsmail mirzənin vəliəhdliyini dəstəkləməsi şeyxəvəndlər ilə qızılbaş tayfaları arasında gizli rəqabətin olduğundan xəbər verir.

Şeyxəvəndlər Səfəvi dövlətindəki öz müvqeylərini I Şah Abbasa qədər qorudular. I Şah Abbasdan sonra isə şahsevənlər arasında əridilər. Bu boydan güclü əmirlər və dövlət adamları çıxmışdı. Həmin əmirlər arasında Məsum bəy Səfəvi, Xan Mirzə, Zeynəlabidin bəy, Sədrəddin bəy Səfəvi, Daşdar bəy Səfəvi və Xacə bəy Mirzə ən gülcüsü hesab olunur.
Mənbə və materiallardan görünür ki, Hüsеyn bəy Teymurxanov özünə "Səfəvi nəsli" deməkdə yanılmamışdı.
Hüsеyn bəy Teymurxanov Mina xanımla dünya еvinə girmişdi. Aslan bəy (1861) adlı oglu, Püstə xanım adlı qızı vardı. (analoq.az)

ƏNVƏR ÇİNGİZOĞLU
27 may 2019 /

Hüsеyn bəy Teymurxanov: Şah İsmayıl Səfəvinin Kolanıdakı törəməsi-ARAŞDIRMA

Похожие новости

QARABAĞIN BÖYÜK OĞLU - XOSROV BƏY SULTANOV - 140

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Qarabağın Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə

Yəhudilərin xilaskarı olan iranlı şindler kim idi?

Əbdülhüseyn xan Sərdarinin nəsil-nəcabəti haqqında qısa məlumat verək. O, Qacar elinin Qovanlı oymağının Musaxanlı tayfasındandır. Musaxanlı tayfasının bir qolu Qəzvin şəhərində butalanmışdı. Bu qola

Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuş azərbaycanlı

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik azərbaycan türklərinin yaşadığı

İşğalçı Rusların dərsini verən Səfəvi hökmdarı - II Şah Abbas

Azərbaycanın orta əsrlər tarixinin ən parlaq dövrlərindən biri də Səfəvi İmperiyasının 7-ci hökmdarı II Şah Abbasla bağlıdır. Çoxəsrlik Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri

ERMƏNİLƏRƏ QARŞI VURUŞAN AXUND

(5000 nəfərə yaxın uşağı ölümdən xilas etdilər ) Mеhdi Məşədi İskəndər oğlu 1868-ci ildə, fеvralın 3-də Şuşa qəzasının Quzanlı obasında anadan olmuşdu. İbtidai təhsilini Axund Molla Hüsеynin yanında
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ