Prezident təhsillə bağlı sərəncam imzaladı

Prezident təhsillə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. altı ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 1.0.36-cı maddəsinə uyğun olaraq, stasionar təhsilin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 12.8-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Qanunun 12.13-cü maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 12.15-ci maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 12.16-cı maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisəsində mühafizə xidməti təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, tədris ilinin müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.10. həmin Qanunun 13.29-cu maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin Qanunun 29.5-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.13. həmin Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.14. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə səkkiz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu, 1.0.36-cı, 4.0.12-ci, 6.2-ci, 6.4-cü, 6.5-ci, 8.2-ci, 9.2-ci, 12.8-ci, 12.9-cu, 12.10-cu, 12.13-cü, 12.15-ci, 12.16-cı, 13.5-ci, 13.9-cu, 13.10-cu, 13.19-cu, 13.22-ci maddələrində, 13.27-ci maddəsinin ikinci cümləsində,13.28-ci maddəsində, 13.29-cu maddəsinin ikinci cümləsində, 14.1-ci, 14.2-ci, 14.4-cü maddələrində, 15.3-cü maddəsinin ikinci cümləsində, 16.10-cu, 17.1-ci, 17.4-cü, 18.1-ci, 18.3-cü, 19.1-ci, 19.2-ci, 19.5-ci, 20.2-ci maddələrində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü, 26.3-cü, 26.6-cı, 27.1-ci, 27.2.4-cü, 27.3-cü maddələrində, 28.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 29.5-ci, 30.2-ci, 30.4-cü, 31.1-ci və 31.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə), 4.0.2-ci, 4.0.3-cü, 4.0.4-cü və 4.0.8-ci (ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 1.0.36-cı, 4.0.12-ci, 8.2-ci, 12.8-ci, 12.13-cü, 12.15-ci, 12.16-cı, 13.9-cu, 13.10-cu, 13.19-cu maddələrində,13.27-ci maddəsinin ikinci cümləsində, 13.28-ci maddəsində, 13.29-cu maddəsinin ikinci cümləsində, 14.1-ci, 16.10-cu, 17.1-ci, 17.4-cü, 18.1-ci, 18.3-cü, 19.1-ci, 19.2-ci, 26.3-cü, 26.6-cı, 27.1-ci, 27.2.4-cü maddələrində, 28.1-ci maddəsinin ikinci cümləsində, 29.5-ci, 30.2-ci, 30.4-cü, 31.1-ci və 31.5-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.4-cü, 4.0.5-ci (ümumi təhsilin dövlət standartlarını təsdiq etmək üzrə), 4.0.6-cı, 4.0.8-ci (ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə), 4.0.10-cu (dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək üzrə), 4.0.11-ci, 4.0.15-ci, 4.0.16-cı, 4.0.21-ci (ümumi təhsil müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək üzrə), 4.0.22-ci (ümumi təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək üzrə), 4.0.23-cü, 4.0.25-ci, 4.0.26-cı (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması qaydasını müəyyən etmək üzrə), 4.0.27-ci və 4.0.31-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 1.0.10-cu, 6.2-ci, 6.4-cü, 6.5-ci, 9.2-ci, 12.9-cu (tabeliyindəki ümumi təhsil müəssisələrinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan ümumi təhsil müəssisələrinə münasibətdə), 12.10-cu, 13.5-ci, 13.22-ci, 14.2-ci, 14.4-cü maddələrində, 15.3-cü maddəsinin ikinci cümləsində, 20.2-ci maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü, 27.3-cü maddələrində və 28.1-ci maddəsinin birinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.4-cü, 4.0.5-ci (ümumi təhsilin dövlət standartlarının icrasına nəzarəti həyata keçirmək üzrə), 4.0.7-ci, 4.0.9-cu, 4.0.10-cu (bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək üzrə), 4.0.12-ci, 4.0.13-cü, 4.0.14-cü, 4.0.17-ci, 4.0.18-ci, 4.0.19-cu, 4.0.21-ci (ümumi təhsil müəssisəsinin akkreditasiyasını və təhsilverənlərinin sertifikatlaşdırılmasını həyata keçirmək üzrə), 4.0.24-cü, 4.0.26-cı (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası istisna olmaqla, təhsilalanların attestasiyasının aparılması qaydasını müəyyən etmək üzrə), 4.0.28-ci, 4.0.29-cu, 4.0.30-cu və 4.0.32-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 19.5-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 12.9-cu və 20.2-ci maddələrində "orqan (qurum)” dedikdə tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.8. həmin Qanunun 4.0.8-ci (ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 4.0.20-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 4.0.22-ci (dövlət ümumi təhsil müəssisəsində tibbi xidməti təmin etmək üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

2.9. həmin Qanunun 4.0.9-cu, 4.0.13-cü, 4.0.18-ci, 4.0.24-cü və 4.0.32-ci maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.10. həmin Qanunun 4.0.26-cı (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyasını həyata keçirmək üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
28 may 2019 /

Prezident təhsillə bağlı sərəncam imzaladı

Похожие новости

Prezident 2 fərman, 6 sərəncam imzaladı

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun

Prezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiq etdi

Prezident İlham Əliyev “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1488-VQ nömrəli Qanununun tətbiqi

"VETERANLAR HAQQINDA" QANUNA DƏYİŞİKLİKLƏR EDİLDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli

Prezident “Təhsil haqqında” qanunda dəyişikliklərin edilməsi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 12 iyun tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb. Fedai .az xəbər verir ki, Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsillə bağlı sərəncamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilə bağlı yeni sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ