“Ölkədən qaçmaq istəyəndə onu tutduq, əhalinin aylıq pensiyasını verməyə razı oldu, buraxdıq” – Saakaşvilidən sensasiyalı açıqlamalar

“Ölkədən qaçmaq istəyəndə onu tutduq, əhalinin  aylıq pensiyasını verməyə razı oldu, buraxdıq” – Saakaşvilidən sensasiyalı açıqlamalar



Gürcüstanın keçmiş prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin müsahibəsini oxucularına təqdim edir.
“Korrupsiya. Bu, sadəcə postsovet cəmiyyətinin bəlası deyil. Bu ideologiyadır. Bu əksər ölkələrdə hakim sinfin necə yaşamasıdır. Bununla onlar xalqa sırımaq istəyirlər ki, bu bizim həyatımızın tərkib hissəsi olan mədəniyyətimizdir. Bu yaxınlarda Ukraynada sosial şəbəkələrdə, telekanallarda müzakirə apardılar ki, bəs korrupsiya çox yaxşıdır, guya korrupsiya cəmiyyətin tərəqqisinə kömək edir. Əslində biz ona görə pis yaşayırıq ki, korrupsiya var. İnkişaf etmiş ölkələrdə ona görə daha yaxşı yaşayırlar ki, orda korrupsiya yoxdur. Korrupsiya nədir? Korrupsiya “yemlənməyin” feodal üsuludur, həm Gürcüstanda, həm Ukraynada. Məsələn, Gürcüstanda polis vəzifəyə təyin edəndə o özü vəzifəsini alırdı, silahını alırdı, sonra özü maşın alırdı, benzin tökürdü və aldıqlarının əvəzini xalqdan qoparırdı və hətta yuxarı da haqq verirdi, yəni heç maaş da almırdı, əksinə, hamısını onu vəzifəyə təyin edənlərə çatdırırdı. İndi Ukraynada necədir? Onlar təhkimçiləri təyin edirlər, nazirləri, qubernatorları təyin edirlər, onlar da öz növbəsində yerli məmurları, departament rəhbərlərini təyin edir və sonunda bunlar hamısı adamlardan yığılan pullarla bəslənirlər. Bu elementar prosesdir. Məsələn, Odessada 7-ci kilometr deyilən yerdə, Ukraynanın ən böyük topdansatış bazarı var. Prezidentin şəxsi mühafizəsinin rəisi orda polis rəisini, baxıcı-təhkimçini təyin edib, o da öz növbəsində pulları mühafizəçiyə çatdırır, mühafizəçi də görünür pulların bir hissəsini şefinə verib, qalanını da daha vacib olan işlərə xərcləyir və öz aralarında bölüşürlər. Mənə qədər Odessa gömrüyündən qubernatorun əli ilə hər ay 3-5 milyon dollar prezident administrasiyasına nəğd pul verilib. Və bunu hamı bilirdi. Əlbəttə, bu pulları gömrük işçiləri adamlardan toplayırdı və toplanana pulların böyük hissəsi yuxarıya, ən birinci şəxsə qədər çatdırılırdı. Sadə bir misal çəkim: Məni Odessaya qubernator təyin edəndə, məlum oldu ki, bizə maşınlara tökməyə benzin, təyyarələrə bilet vermirlər, hətta dəftərxana ləvazimatına belə pul ayrılmır və bunların hamısını özümüz almalıyıq. Hardan alaq? Bunu Poroşenkodan soruşanda dedi ki, “fandrezinklə məşğul ol”. Elə bu cür də dedi – Fandrezink. Dedi yerli biznesmenlərlə danış. Bir dəfə Poroşenko Odessaya gələndə, məlum oldu ki, biz 20-yə yaxın kortej təşkil etməliyik, hamısı zirehli olmalı, 100-ə yaxın adamı oteldə yerləşdirməli və onlara nahar verməliyik. Mən soruşanda ki, bunun pulun kim verəcək, dedilər ki, yerli biznesmenlərlə danışın, onlardan aln. Yerli biznesmen nəyin qarşılığında bunu edəcək, yəqin ki, qanunsuz işlər görəcəklər və deyəcəklər ki, bizə toxunmayın. Bax, bütün sistem hər yerdə belə işləyir və əlbəttə, mən belə işləyə bilməzdim. Amma, başqaları işlədi və kim də səsini qaldırırdı, o saat onu korrupsiya sisteminin bir hissəsi sayırdılar.

Və təbii ki, bu sistemin tərkib hissəsinin biri də oliqarxlardır. Oliqarxlar isə doymayan bir tayfadırlar, timsahlar kimi nə versən əlin qarışıq qoparırlar. Gürcüstanda biz bunlaryerində oturdanda, Tarkaçişvili soyadında biri vardı, bu çox vacib, strateji bir obyekti pulsuz özəlləşdirmək istəyib. Biz buna imkan vermədik. Bu vaxt o götürüb Bendukidzeyə zəng vurur, Bendukidze də bundan imtina edir. Bu zaman oliqarx Bendukidzeyə deyir ki, mənim telekanalım var, doğrudan da o telekanala malik idi, sabah orda göstərəcəklər ki, sən azyaşlı oğlanla necə seks edirsən. Bendukidze onu söyür və həmin obyektləri biz hərracda baha qiymətə satdıq. Yəni bunlarla sərt olmaq lazımdır. O ki, qaldı oğru məmurlara, bilirsiniz mənim elə bir məqsədim olmayıb ki, həbsxanaları məmurlarla doldurum. Biz hakimiyyətə gələndə bir məqsədimiz vardı, o da xalqa xidmət etmək. Misal üçün dəmiryoluna rəhbərlik edən məmur bizim mövqeyimizdən narazı qalıb Acariyaya qaçıb getmişdi ki, guya müalicə olunur. Mən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsini göndərdim, onu vertolyotla gətirdilər Tbilisiyə və bu oliqarx bir həftədən sonra 10 milyon dollar pulu dövlətin büdcəsinə keçirdi. Biz də həmin pullara yeni qatarlar aldıq. Və yaxud avtoyola baxan oliqarx tərfindən aeroportdan şəhərə yeni yol salamaq üçün dövlətdən pul tələb olunurdu. Şeverdnadzenin ailəsi böyük telefon şirkətinin sahibi idi. Onun yeznəsi ölkədən qaçmaq istəyəndə, biz onu tutduq və bir neçə saat polisdə aparılan söhbətdən sonra Gürcüstan əhalisinin altı aylıq pensiyasını verməyə razı oldu və təqaüdləri payladıq. Onu da həbs etmədik. Mən heç kəsin biznesini əlindən almadım, o cümlədən Şeverdnadzenin. O mənə nifrət etsə də, mən onun biznesinə dəymədim. Mənim prezidentliyimin bir ili tamam olanda onu ailəsinin biznesi çiçəklənmişdi və sərvəti 1 milyard dollar idi. Mən Poroşenkoya da, başqa oliqarxlara da deyirdim ki, əgər təmiz işləsəniz əhali də varlanacaq, sizin sərvətiniz də artacaq. Amma, onlar bunu heç cür qəbul etmədi. Həmən Kolomoyskinin Gürcüstanda metaləritmə zavodu vardı. O həmişə vergisini verirdi, işləri də qaydasında olurdu. Siyasətə də qarışmırdı. Ukraynada əksinədi. Böyük oliqarxlar vergi ödəmirlər, yayınırlar, kiçik biznesmenlərin isə dərisini soyurlar. Əksinə olmalıdır. Böyüklər vergisini verməli, kiçiklərə də şərait yaratmalısan ki, o da inkişaf etsin. O zaman korrupsiya da olmayacaq .Ukrayna xalqı təbiətinə görə korrupsioner xalq deyil. Əgər biz Gürcüstan kimi yerdə korrupsiyanın qarşısını almışıqsa. Ukraynada daha asan ola bilər. Ukrayna xalqı əməksevər və əməyinin dəyərini bilən xalqdır. Onlar bunu hiss edəndən sonra heç vaxt korrupsioneri başlarının üstünə gətirməyəcəklər. Bunun üçün siyasi iradə lazımdır. Yuxarıda o adam olmalıdır ki, aylıq haqq tələb etməsin və oliqarxa da heç nə də borclu olmasın. O zaman hər şey yaxşı olacaq. Görüşənədək”. /Moderator.az/
05 iyun 2019 /

“Ölkədən qaçmaq istəyəndə onu tutduq, əhalinin aylıq pensiyasını verməyə razı oldu, buraxdıq” – Saakaşvilidən sensasiyalı açıqlamalar

Похожие новости

Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb

Fedai.az “Report” -a istinadən xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib. Onun

EMOMELİ RƏHMON EMOMELİ RÜSTƏMİ PAYTAXTA MER TƏYİN ETDİ

Tacikistan Prezidenti Emoməli Rəhmon böyük oğlu Rüstəm Emoməlini paytaxt Düşənbənin meri vəzifələrini icra edən təyin etməsi barədə məlumat yayılıb. Məlumata görə, son 19 il ərzində şəhərin meri

PAŞİNYAN TƏHLÜKƏ HİSS EDİB

Nikol Paşinyan avqustun 17-i baş nazir postunda fəaliyyətinin 100-cü gününü Respublika meydanında mitinqlə “qeyd etmək” qərarına gəlib. Belə qəbul edilib ki, 100 gün ərzində hökumət tənqid

Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu söyləyib. Fedai.az Yenicag.az-a xəbər verir ki, o, bu barədə

Sakaşvilini həbs etməyə gələnlər heç öz qandallarına belə sahib çıxa bilmədilər

Avakov və onun cinayət şərikləri Ukraynanı demokratiya yolundan döndərdilər. Maydan hərəkatının xalqını "axmaq" yerinə qoymaq istəyən "fırıldaqçılar" bu dəfə əsil mübariz liderlə qarşılaşıblar.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ