Mamedyarov razıdır, qalır Mnatsakanyan tərəf...

Mamedyarov razıdır, qalır Mnatsakanyan tərəf...



"BİZİM" NAZİR: Dağlıq Qarabağ münaqişəsinin uzanması həm də Ermənistanda əhalinin iztirablarına səbəb olub.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə verdiyi müsahibədə danışıb. Nazirin sözlərinə görə, Ermənistan tərəfi münaqişənin nizamlanmasında maraqlı olmalıdır.

“Azərbaycan ərazilərinin zəbt edilməsi və onların bu illər ərzində davam edən işğalı Ermənistana hər hansı nəzərəçarpan dividendlər gətirməyib. Əksinə, bu, ölkədə yoxsulluq, işsizlik səviyyəsinin artımına, insanların ölkədən kütləvi şəkildə axın etməsinə və digər böhran təzahürlərinə yol açıb. Necə deyərlər, siyasətçi seçkilər barədə, dövlət lideri isə gələcək nəsillər barədə düşünür”, - deyə nazir vurğulayıb.

E.Məmmədyarov qeyd edib ki, erməni tərəfi münaqişənin nizamlanması məqsədlərini güdürsə, birmənalı şəkildə və ləngimədən siyasi iradə ortaya qoymalı və bu istiqamətdə praktiki addımlar atmalıdır.

“Biz belə yanaşmanı hərtərəfli şəkildə alqışlayacağıq. Belə yanaşmaları təkcə bəyan etməklə kifayətlənməməlidirlər, onu həm də həyata keçirmək lazımdır”, - deyə nazir bildirib.

E.Məmmədyarov 2016-cu il Aprel hadisələrinə də toxunub. O bildirib ki, həmin döyüşlər amansız etnik təmizləmələrlə müşayiət olunan Azərbaycan torpaqlarının işğalına əsaslanan mövcud status-kvonun özündə böyük risklər daşıdığını və hər an mövcud münaqişənin tammiqyaslı silahlı toqquşmalara qədər böyüyə biləcəyini açıq şəkildə sübut etdi.

“Bütün problemlərin, o cümlədən, müharibənin bərpa olunması riski daşıyan, atəşkəs pozuntularının səbəbi, Ermənistan Respublikasının işğalçı qüvvələrinin zəbt olunmuş və zor gücü ilə saxlanılan Azərbaycan torpaqlarında qanunsuz şəkildə qalmalarının davam etməsindədir”, - deyə nazir bildirib.

O vurğulayıb ki, azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa qayıtmayınca, tərəflərin qarşılıqlı etibarı bərpa etməsi mümkün olmayacaq:

“Danışıqlar prosesində real addımlar atılmadan və münaqişənin nizamlanması, onun ağır fəsadlarının aradan qaldırılması üçün siyasi iradənin açıq nümayişi olmadan, etibarın bərpa olunması ilə bağlı istənilən cəhdlər uğursuzluğa düçar olacaq. Ona görə də biz mərhələli nizamlanma istiqamətində hərəkət etməliyik.

Belə nizamlanmada başlanğıc işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması və sonradan oraya məcburi köçkünlərin qayıtması olmalıdır. Məhz bu qarşılıqlı etibarın qurulması ehtiyac duyulan şərtlər yaradacaq.

Etibar etmək üçün mütəmadi təmasda olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması tərk etməyə məcbur olduqları torpaqlara qayıtmağa və regionun erməni icması ilə birlikdə yaşamağa, əlaqələri qaydasına salmağa, etibarı bərpa etməyə və sülhü qaytarmağa hazırdır”.

E.Məmmədyarov Azərbaycan tərəfinin münaqişənin ən qısa zamanda nizamlanmasında maraqlı olduğunu və hələ də münaqişənin danışıqlar yolu ilə həllini tapacağına ümid etməyə davam etdiyini vurğulayıb. /Oxu.az/

DÜŞMƏN NAZİRİ: Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərlə söhbətində Nikol Paşinyan və hökuməti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında gərgin münasibətlərdən, bu gərginlik fonunda “torpaqların verilməsi hazırlıqları” barədə ittihamlardan danışıb.

Eurasia Diary“Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Mnatsakanyan Yerevanla Xankəndindəki rejim arasında ixtilafların olduğunu təsdiqləyib. Amma tərəflərin bir-birlərinin ünvanına irəli sürdüyü son ittihamları şərh etmək istəməyib.

Belə ki, Nikol Paşinyan Dağlıq Qarabağdakı rejimin rəhbərliyini onunla məxfi müzakirələrdən sonra sosial şəbəkələrdə “torpaqları satmaq” barədə iddialar yaymaqda günahlandırıb. Deyib ki, əvvəlki hakimiyyət danışıqların detalları haqda Qarabağdakı rejimi heç vaxt məlumatlandırmayıb. O isə danışıqlara dair bütün sənədləri Dağlıq Qarabağ rəhbərliyinə verib. Münaqişənin həllinə dair öz baxışlarını onlara çatdırıb. Qapalı müzakirələrdə Dağlıq Qarabağ rəhbərliyi bu mövqe ilə razılaşıblar, amma daha sonra sosial şəbəkələrdə Paşinyanın “torpaqları satmağa” hazırlaşdığı haqda iddialar yayıblar.

Paşinyanın bu bəyanatına cavab olaraq Dağlıq Qarabağdakı rejimin rəhbəri Bako Saakyan Ermənistanın əvvəlki hakimiyyətinin danışıqların detalları haqda həmişə onları məlumatlandırdığını deyib. Başqa sözlə, Paşinyanın yalan danışdıına eyham vurub.

Xarici işlər naziri Zöhrab Mnatsakanyan bu mübahisəni şərh etmək istəməyib, amma deyib ki, torpaqların qaytarılması iddialarını heç müzakirə etməyə belə dəyməz.

“Siz necə təsəvvür edirsiniz, hakimiyyət Ermənistanın, erməni xalqının və Dağlıq Qarabağın maraqlarına uyğun gəlməyən hansısa addım ata bilərmi? Və bütün bunları razılaşma sənədində əks etdirməyi təsəvver edərmi? Belə şey ola bilməz. Torpqların satılmasına dair qalan məsələləri heç müzakirə etməyə də dəyməz”-Mnatsakanyan bildirib.

Qeyd edək ki, torpaqların qaytarılmasını istisna edən bu kimi bəyanatlar Ermənistanın indiki hakimiyyətinin nümayəndələri tərəfindən əvvəllər də səsləndirilib. O cümlədən Paşinyan özü bir neçə dəfə belə ritorikadan çıxış edib. Habelə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən Arazboyu ərazilərin qaytarılmayacağını, əksinə, orada yeni məskunlaşma aparılacağını bildirmişdi.

Ümumiyyətlə, Paşinyanın hökuməti “bir qarış da torpaq verməmək” ritorikasına tez-tez əl atır. Və belə olan halda sual yaranır: əgər torpaqların işğaldan azad edilməsi barədə danışılmırsa o zaman Mnatsakanyanla onun azərbaycanlı həmkarı Məmmədyarov vaxtaşırı olaraq baş tutan görüşlərində saatlarla nədən danışırlar?

Axı münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçilərin bütün variantlarında ən azından Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması öz əksini tapıb. O cümlədən Azərbaycan üçün pis variant olan "Madrid prinsipləri" 5 rayonunun geri qaytarılmasını, daha 2 rayonunun isə Dağlıq Qarabağın yekun statusuna dair razılaşmadan sonra ən azından qismən boşaldılmasını nəzərdə tutur. /EURASİYA DİARY/

Doğrudan da soruşmaq zamanıdır. Mmedyarov bu məsələləri kiminlə danışıb? Mamedyarovun siyasətçiliyi bir lətifəni yada salır. Bir gənc nə vaxt evlənəcəyini soruşanlara həmişə deyərmiş ki, işin 50 %-i düzəlib. Qalıb 50 %-i. İllər ötsə də subay qalan oğlanın eyni cavabından bezikən birisi dözməyib soruşur: "Sən illərdir ki, deyirsən qalıb 50 %-i. Bu faizi niyə həll edə bilmirsən ki? Qalan 50 % nədir?" Oğlan deyir ki, mən razıyam, qalıb qız tərəf...

İndi bu iki yazıdan belə çıxır ki, Mamedyarov razıdır, qalır Mnatsakanyan tərəf...

Fedai.az Araşdırma Qrupu

08 iyun 2019 /

Mamedyarov razıdır, qalır Mnatsakanyan tərəf...

Похожие новости

Mogerini Paşinyanı ilkin şərt olmadan danışıqlara çağırdı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda

Davosda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yanvarın 22-də Davosda Azərbaycan prezidenti ilə görüşəcəyini açıqlayıb. Fedai.az Virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan bu haqda “RİA

"Son 20 ildə gizli şəkildə..." - Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI

Fedai.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Livanda erməni icması ilə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, çox vaxt beynəlxalq ictimaiyyət

PAŞİNYAN: "Mən Dağlıq Qarabağ əhalisi adından danışa bilmərəm"

Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə belə deyib: "Mən Ermənistanın baş naziriyəm və Ermənistan adından danışıqlarda iştirak etməyə

Paşinyan Moskvada sərsəm bəyanat verdi: Qarabağ Ermənistanın tərkib hissəsidir...

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Fedai.az virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan bu görüşdə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ