BSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblər

BSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblər
Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nümayəndələri universitetin təbliğatı kompaniyası çərçivəsində Bakının Suraxanı rayonu D. Məmmədzadə adına 232 saylı və Nizami rayonu N.Həmzəyev adına 238 saylı tam orta məktəblərində şagirdlərlə görüşüblər.

Görüşdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini, dosent Lalə Mikayılzadə, fakültənin elmi katibi, Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Mahirə Əzizova, həmin kafedranın dosenti Aygün Əkbərova, baş müəllim Aygün Əliyeva və Pərvin Sadiqova iştirak ediblər.

Nümayəndə heyətini qarşılayan 232 saylı məktəbin direktoru Məhluqə Əzizova 10-11-ci sinif şagirdlərinə BSU-nun fəaliyyəti barədə məlumat verərək bildirib ki, Bakı Slavyan Universiteti ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biridir.

BSU-nun dekan müavini, dosent Lalə Mikayılzadə səmimi qəbula və təbliğat kompaniyasını həyata keçirməyə şərait yaratdıqlarına görə məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, zəngin ənənələrə sahib olan Bakı Slavyan Universiteti müxtəlif ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir. Lalə Mikayılzadə BSU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil almağın tələbələrə yaratdığı imkanlardan və bu fakültənin perspektivlərindən də danışıb.

Söz alan Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Mahirə Əzizova slayd əsasında BSU-nun yaranma tarixi, üstünlükləri, qazandığı uğurlar, habelə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi haqqında şagirdlərə geniş məlumat verib.

Qeyd olunub ki, Bakı Slavyan Universiteti təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Burada slavyan dilləri və ədəbiyyatları üzrə fundamental elmi tədqiqatlar həyata keçirilir. BSU təkcə Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu rusistika mərkəzi sayılır. Bildirilib ki, BSU-nun beynəlxalq münasibətlər, eləcə də regionşünaslıq ixtisaslarına qəbul olmaqla universitetdə bütün pillələr üzrə təhsili davam etdirmək şansı qzanmaq mümkündür.

Dosent Aygün Əkbərova Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində dünya siyasətini lazımınca şərh edə bilən, hərtərəfli təhlil aparmaq qabliyyətinə, o cümlədən lazımi nəzəri, paktiki bilik və vərdişlərə malik yüksəkixtisaslı kadrlar hazırlandığını diqqətə çatdırıb. O bildirib ki, fakültəni bitirən məzunlar həm ölkə daxilində, həm də xaricdə əmək fəaliyyəti ilə məşğul olma imkanı əldə edirlər. Onlar müstəqil xarici siyasət aparan Azərbaycanın diplomatik kadrlar ehtiyatını zənginləşdirməklə yanaşı, Xarici İşlər Nazirliyində, bir çox yerli və beynəlxalq təşkilatlarda, strateji araşdırma mərkəzlərində, eləcə də KİV-də mütəxəssis, tədqiqatçı, məsləhətçi və s. kimi çalışa bilərlər.

Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Aygün Əliyeva və Pərvin Sadiqova Bakı Slavyan Universitetinin ölkəmizin xarici siyasətinin bir komponenti kimi çıxış etdiyini deyiblər. Tələbələrin ölkə daxili və xaricində universitetlərarası intelektual yarışlarda, festivallarda, fakültələrarası debat klublarda uğur qazandıqlarını xüsusi vurğulayıblar.

Bakı şəhər Nizami rayonu N. Həmzəyev adına 238 saylı tam orta məktəbdə də Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təbliğatı yüksək səviyyədə keçib. Məktəbin direktoru İlqar Talıbov çıxışında BSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, universitetin fəaliyyətini yüksək qiymətləndirib.

Görüş çərçivəsində BSU haqqında kiçik reklam çarxı nümayiş olunub, şagirdlərə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanılıb. BSU-nun nümayəndə heyəti tərəfindən hər iki məktəbin kitabxanasına Azərbaycanın tarixi həqiqətlərini özündə əks etdirən bir sıra kitablar hədiyyə edilib.

BSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblər
BSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblər
12 iyun 2019 /

BSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblər

Похожие новости

Bakı Slavyan Universitetində Respublika Günü qeyd olunub

Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil

Azərbaycan Dillər Universitetinin müəllimləri Cocuq Mərcanlı məktəbində olublar

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti – professor Arif Hüseynov, professor Əsgər Zeynalov, dosent Amil Cəfərov, professor Gülnarə Sadıxova, dosent Nigar Zeynalova Cəbrayıl

Unutmağa haqqım yox...

Kamal müəllimi mən 2001-ci ildən tanıyıram. Bakı Slavyan Universitetinə qəbul olduğum gündən. O illər biz XXI əsrin ilk məktəb məzunları kimi hansı universiteti seçmək məsələsinə daha həssaslıqla

Bakı Slavyan Universiteti qalib oldu

Bakı Slavyan Universiteti "İİiln ən yaxşı universiteti "nominasiya üzrə qalib olub. İCMAL.az Analitik Təhlil Mərkəzi (İCMAL ATM) və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) 2018-ci il

Elnur Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ

Təhsil nazirinə yeni müşavir təyin olunub. Nazirin yeni müşaviri Elnur Məmmədovdur. E.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ