Paşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRH

Paşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRH


Ermənistanda bir-birini əvəzləyən hakimiyyətlərə ölkəni yaşatmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal altında saxlamaq vacibdir. Dağlıq Qarabağdakı erməni icması isə Ermənistan hakimiyyətinin girovudur. Rəsmi Yerevan Qarabağdakı ermənilərlə terrorçu kimi davranır. Onları girovluqda saxlayıb ABŞ, Avropa ölkələri və Rusiyadan maliyyə vəsaiti toplayır. Son aylarda isə bu daha aşkar şəkildə təkrarlanır.

Bu günlərdə Rusiya mətbuatı yazıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimi maliyyələşdirməkdən imtina edib. Buna səbəb kimi isə separatçıların yaratdığı sistemdə kadr dəyişikliyi göstərilir. Bildirilir ki, rəsmi Yerevan separatçılara artıq iki aydır maliyyə yardımı etmir. Səbəb kimi separatçıların silahlı dəstəsinin Paşinyana tabe olmaq istəməməsi göstərilir. Belə ehtimal edilir ki, onların atəşkəsi pozması Ermənistanın hökumət başçısına təzyiqlərin artmasına səbəb olur. Əvvəllər separatçı rejimlərin başçıları Arkadi Qukasyan və indiki Bako Saakyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryana tabe id. Onlar Koçaryanın əmrlərini sözsüz icra edirdilər. Ancaq Bako və onun dəstəsi Ermənistana itaətsizlik göstərir. Bunun səbəblərindən biri Paşinyanın separatçıların indiki başçılarını dəyişməyə cəhd göstərilir. Qeyd edək ki, ötən il və cari ilin əvvəlində Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ermənilər Saakyana və onun dəstəsinə qarşı etiraz aksiyası keçirdilər. Paşinyan Qarabağdakı erməni icmasının üzvlərini küçələrə çıxaraq Bakoya etiraz etməyə çağırmışdı.
Paşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRH


Bu yaxınlarda Paşinyan-Saakyan qarşıdurması daha sərt xarakter alıb. Ermənistanın baş naziri iddia edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesi barədə sənədlərlə separatçı rejim də tanış olur. Onun sözlərinə görə, indiyədək Ermənistandakı hakimiyyətlər Qarabağdakı ermənilərə bu barədə heç bir məlumat vermirdilər. Paşinyan bildirib ki, Saakyan öz aralarında olan məxfi danışığı yayır: “O “Facebook” səhifəsində yazdırır ki, Paşinyan torpaqları satır. Halbuki Serj Sarqsyan, onun əziz dostu hakimiyyətdə olanda Saakyanı heç kim saya salmırdı. Ona danışıqlar prosesi barədə məlumat verməyi vacib bilmirdilər”. Göründüyü kimi, Ermənistanda daxili və xarici siyasət Qarabağdakı erməni icmasının üzərində qurulur. Bu icma Ermənistan üçün yem, yaşamaq, mövcud olmaq, beynəlxalq və bölgədə marağı olan qüvvələr tərəfindən istifadə edilən təzyiq alətidir. Nikol Paşinyan separatçılara maliyyə dəstəyini dayandırmaqla Saakyanın dəstəbaşılığından getməsinə çalışmaqla yanaşı, həm də Rusiyaya öz etirazını bildirir.

Məlum olduğu kimi, Ermənistanda hakimiyyətə gələn bu qüvvəyə Kreml etibar etmir. Son iki həftədə Rusiya prezidenti Vladimir Putin Nur-Sultan və Sankt-Peterburqdakı toplantılarda Nikol Paşinyanla cəmi 30 dəqiqə görüşüb. Yeri gəlmişkən, Moskva-Yerevan münasibətlərindəki gərginliyi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Facebook” səhifəsində vəziyyəti belə xarakterizə edib: “Bir-birinin maraqlarının nəzərə alınması əsasında bütün məsələlərdə uyğun qərar qəbul edilməlidir. Paşinyan Piterdəki forumda: Yaranmış şəraitə görə vəziyyət heç kimi qane etmir, hamı narazıdır, ancaq elə etmək lazımdır ki, hamı razı olsun”. Bu qeyddən sonra ondan yazdığını şərh etməsi istənilib. Sözçü bildirib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu güzəştdir: “Güzəştlərlə bağlı işləmək lazımdır. Kompromis əldə etmək üçün qarşılıqlı hörmətə ehtiyac var. Vladimir Putinin dediyi kimi, bir-birinin maraqlarını başa düşüb, bu maraqlara hörmət etmək lazımdır”. Belə qənaətə gəlmək olar ki, Paşinyan hakimiyyəti hələ də Rusiyanın maraqlarını başa düşmədiyindən ona Kremldə hörmət etmirlər. Bu baxımdan, Yerevan və Moskva qarşılıqlı olaraq Qarabağdakı erməni icmasından və onun keçmiş nümayəndəsi olan Robert Koçaryan məsələsindən istifadə edir.
Paşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRH


Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və onun Yerevandakı həmkarı Sergey Kopırkin də uyğun olaraq, Bakı və Yerevanda keçirdikləri mətbuat konfranslarında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibət bildiriblər. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarıdır və danışıqlar prosesinin davam etməsini alqışlayır”, - deyə Boçarnikov vurğulayıb. Kopırkin isə deyib: “Qarabağ münaqişəsinin tənzimlənməsinin yalnız Rusiyadan asılı olduğu düşüncəsi doğru deyil”. Bu yerdə qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərinin dayandırılmasında Moskvanın əsas rol oynadığı da yaddan çıxmayıb. Səfirlərin çıxışlarındakı söz yığını ilə Qarabağın işğal altında saxlanılması müddətinin uzanmasında məsuliyyəti təkcə Rusiya deyil, başqalarının da daşıdığını çatdırmağa səy göstərilib. Bu məsələdə Ermənistan hakimiyyətinin də məsuliyyət daşıdığı istisna edilmir. Çünki işğal faktı və təcavüzkarlıq onun adına bağlıdır. O, bu rolda Rusiyanın oyuncağına çevrilib. Ancaq hadisələr göstərir ki, Nikol Paşinyan hökumət bu rola yarasızdır. Ona qərbin də etimadının azalmasına isə Rusiyaya yaxınlaşmağa cəhdləri təsir göstərir. Belə qənaətə gəlmək olar ki, rəsmi Yerevan Qarabağdakı erməni icmasına maliyyə və s. kimi təzyiqlərlə eyni zamanda Avropa ölkələri və ABŞ-dan da vəzifə qoparmağa cəhd edir.

Başqa sözlə, Ermənistan hakimiyyəti sələflərindən fərqlənməyərək Qarabağdakı erməni icmasını bazara çıxarıb. Qeyd edək ki, separatçı rejimin başçısı Saakyan bu günlərdə Ernekyan qrupunun Ermənistandakı filialının direktoru Xoorxe Del Aqila Ernekyanla görüşüb. Bu şirkətin mərkəzi ofisi Argentinada yerləşir. Ona görə belə ehtimal etmək olar ki, Saakyan xaricdəki erməni diasporunun maliyyə dəstəyini qazanmaq istəyir. Ancaq Paşinyan və Saakyan bir həqiqəti anlaya bilmir: Xankəndinə bütün yollar Azərbaycan ərazisindən keçir. Bunu anlayıb qəbul etsələr, xarici qüvvələrdən asılı qalmayacaqlar. Onda Qarabağdakı erməni icması da bölgədə alətə çevrilən paşinyanların, koçaryanların, sarqsyanların, saakyanların və daha neçə-neçə -yanların girovuna çevrilməyəcəklər./Report/
Paşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRH
15 iyun 2019 /

Paşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRH

Похожие новости

Ermənistan separatçı “DQR”-in maliyyə yardımı xahişini rədd edib

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı “DQR”-in maliyyə xahişini rədd edib. Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik” nəşri yazıb. Nəşr qeyd edir

Paşiyan əraziləri qaytarmaq istəyir, amma… – Putinin adamı Sankt-Peterburq görüşünün SİRRİNİ AÇDI

“Paşinyanla Putinin görüşü daha çox iqtisadi xarakter daşıyırdı və Ermənistan Rusiyadan hansısa maddi yardımlar almaq istəyir”. Bu barədə Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya

"Sabah saat 12-də Ermənistanda inqilab olacaq" — Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Fedai.az "Ölkə.Az"- a istinadən xəbər verir ki, u barədə o öz Facebook səhifəsində yazıb: “Sabah

Separatçılar çevrilişə hazırlaşır – Xankəndinə təlimat Moskvadan gəlir/Analiz

Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini

ERMƏNİSTANIN SEPARATÇI-"DEMOKRATI" İŞĞAL ƏRAZİLƏRİNƏ QANUNSUZ SƏFƏR EDİB

Avqustun 25-də, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa nəzərdə tutulmayan işgüzar səfərə gəlib. Xocalı hava limanında onu Dağlıq Qarabağın prezidenti Bako Saakyan qarşılayıb. Avqustun 26-da
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ruslar Berdımuhammedovu, ərəblər isə Erdoğanı "öldürdülər"Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTOPAŞİNYANA YUMRUQ KİMİ BİR CAVAB!!!Xaqani Ədəboğlu: "Azərbaycan jurnalistikası qatilini sevən məşuqəyə bənzəyir"...Hamidiye alayları. Alevi-Qızılbaş və suriyani soyqırımı"Göy girsin, qırmızı çıxsın" - Qədim türklərdə andın maraqlı tarixiƏSKİ TÜRKLƏRDƏ QADINMilli Qəhrəman Nofəl Quliyevin büstünün açılışı olduMerkelin gəlirləri açıqlandıParis Sülh Konfransında qəbul edilən Azərbaycan xəritəsi - Videoİlham Əliyev və xanımı Kristal Zalda açılış mərasimindəGürcüstanda erməni kilsəsi qarət olunduDaha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ